Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4423/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X6 və X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(008)-1284/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli razılaşma müqaviləsinə əsasən: a) Fiziki şəxs kimi biznes fəaliyyəti ilə məşğul olan X13 “Qoç Bank”ın Cəfər Cabbarlı filialından 2014-cü ildə biznes məqsədi ilə 234.000 (iki yüz otuz dörd min) ABŞ dolları məbləğində kredit götürmüş, həmin kreditə görə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsi, 5-ci döngə, 20M saylı fərdi yaşayış ev girov qoyulmuşdur. Lakin sonradan S.A.Abbasov həmin krediti “Qoç Bank”a vaxtında ödəmədiyi və bank tərəfindən barəsində deyilən evin hərrac yolu ilə dəyərindən ucuz qiymətə satılmasının qarşısını almaq və S.A.Abbasova kömək məqsədi ilə Cavabdeh S.A.Abbasovun “Qoç Bank”a qalan borcu (təqribən 70.000-80.000 ABŞ dolları, yekun məbləğ banka olan borc ödənildikdən sonra təsdiqlənəcək) tam ödəməyi öhdəsinə götürür, İddiaçı isə ona məxsus barəsində danışılan fərdi yaşayış evini girov məqsədi ilə Cavabdeh adına keçirilməsinə razılaşır. b) Tərəflər razılaşırlar ki, İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zaur Mehdiyev küçəsi 5-ci döngə 20M saylı fərdi yaşayış evinin dəyəri 160.000 (yüz altımış min) ABŞ dolları məbləğində qiymətləndirilsin. c) Əgər “Qoç Bank”a S.A.Abbasovun qalan borcuna görə Cavabdeh tərəfindən ödənilmiş məbləği S.A.Abbasov beş ay müddətinə Cavabdeh qaytarmadığı təqdirdə, Cavabdeh İddiaçı məxsus barəsində danışılan fərdi yaşayış evini bu şərtlərlə girov qoya və ya özgəninkiləşdirə bilər: a) Cavabdeh həmin evin dəyərləndirilmiş qiymətindən, yəni 160.000 (yüz altımış min) ABŞ dollarından ”Qoç Bank”a ödədiyi məbləği çıxmaqla qalan məbləği on gün müddətinə İddiaçı ödəyir; b) S.A.Abbasov 160.000 (yüz altımış min) ABŞ dollarını İddiaçı ödəməyi öz üzərinə götürə bilər və hər hansı səbəbdən həmin məbləği İddiaçı ödəyə bilmədikdə və ya ödəməkdən imtina etdikdə, həmin məbləği, yəni 160.000 (yüz altımış min) ABŞ dollar məbləğini həmin evin girov qoyulduğu və ya özgəninkiləşdirildiyi gündən səkkiz il müddətinə qədər Cavabdeh İddiaçı ödəməlidir. d) Bu Müqavilənin 3-cü bəndindəki şərtlər Cavabdeh tərəfindən pozulduqda, İddiaçı məxsus barəsində danışılan evlə bağlı Cavabdeh bütün hərəkətləri qanunsuz hesab edilir və bu səbəbdən Cavabdeh həmin evin dəyərini yəni, 160.000 (yüz altımış min) ABŞ dolları məbləğini İddiaçı ödəməyə borcludur.
2. AN-İ ******* nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 50.000 manata X1.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli “Razılaşma Müqaviləsi” ilə təsdiqlənmiş 160.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs kimi biznes fəaliyyəti ilə məşğul olan X13 “Qoç Bank”ın (indiki “Yapı Kredi”) Cəfər Cabbarlı filialı ilə 2014-cü ildə bağlanmış kredit müqaviləsinə (kreditin məbləği 250.000 ABŞ dolları) görə onun razılığı ilə xüsüsi mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zaur Mehdiyev küçəsi 5-ci döngə 20M nömrəli fərdi yaşayış evi bankın xeyrinə girov qoyulmuşdur (həmin evin bank tərəfindən ilkin qiyməti 400.000 AZN, likvid qiyməti 390.000 AZN qiymətləndirilmişdir). 2015-ci ildə X13 “Qoç Bank”a qalan kredit borcunu ödəyə bilmədikdə, bankın xeyrinə girov qoyulmuş həmin evin hərrac yolu ilə dəyərindən çox ucuz qiymətə satılmasının qarşısını almaq üçün S.A.Abbasovla Cavabdeh öz aralarında razılaşaraq, S.A.Abbasovun “Qoç Bank”a olan kredit borcunun qalan hissəsini (banka olan qalıq borc təqribən 70.000-80.000 ABŞ məbləğində olmuşdur) ödəməyi Cavabdeh öz üzərinə götürmüşdür. Eyni zamanda, S.A.Abbasov, Cavabdeh və o, razılaşmışlar ki, onun mülkiyyətində olan və bankdan götürülmüş kreditə görə girov qoyulmuş Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zaur Mehdiyev küçəsi, 5ci döngə, 20m nömrəli fərdi yaşayış evi bankın girovundan azad edildikdən sonra Cavabdeh adına keçirilməklə, Cavabdeh banka ödədiyi pula görə onun xeyrinə girov qoyulsun. Onun mülkiyyətində olan, barəsində danışılan fərdi yaşayış evinin dəyərinin gələcəkdə tam ona qaytarılması məqsədi ilə Cavabdehla öz aralarında xx.xx.2015-ci il tarixli “Razılaşma Müqaviləsi”ni bağlamışlar. “Razılaşma Müqaviləsi”nin ikinci bəndinə əsasən barəsində danışılan, ona məxsus fərdi yaşayış evinin dəyərini 160.000 ABŞ dolları məbləğində dəyərləndirmişlər. Cavabdeh S.A.Abbasova görə “Qoç Bank”a ödədiyi pul məbləği C.A.Abbasov tərəfindən Cavabdeh ödənildikdə, barəsində danışılan fərdi yaşayış evini və ya həmin evin dəyərini, yəni 160.000 ABŞ dolları ona qaytarılmalı idi. Həmin müqavilənin 3-cü bəndinə əsasən Cavabdeh tərəfindən S.A.Abbasova görə “Qoç Bank”a ödənilmiş məbləğ beş ay müddətinə S.A.Abbasov tərəfindən Cavabdeh qaytarılmadığı təqdirdə, Cavabdeh barəsində danışılan, ona məxsus fərdi yaşayış evini aşağıdakı şərtlə girov qoya və ya özgəninkiləşdirə bilər: a) Cavabdeh həmin evin razılaşdırılmış dəyər qiymətindən, yəni 160.000 ABŞ dolları məbləğindən “Qoç Bank”a ödədiyi dəqiq məbləği (70.000-80.000 ABŞ dolları arası) çıxmaqla qalan hissəsini ona qaytarmalı; b) S.A.Abbasov tərəfindən evinin dəyər qiymətini, yəni 160.000 ABŞ dollarını ona tam ödəməyi öz üzərinə götürə bilər. Eyni zamanda, S.A.Abbasov 160.000 ABŞ doları məbləği ona tam ödəyə bilmədiyi və ya ödəməkdən imtina etdiyi təqdirdə, həmin məbləği, yəni 160.000 ABŞ dolları Cavabdeh tərəfindən barəsində danışılan evi girov qoyduğu və ya özgəninkiləşdirdiyi gündən hesblanmaqla səkkiz il müddətinə ona qaytarmağı Cavabdeh öz üzərinə götürür. Müqavilənin şərtləri ilə S.A.Abbasov tanış olmuş, 20 iyun 2014-cü il tarixli “Birgə fəaliyyət haqqında müqavilə” olduğu və həmin Müqavilədə S.A.Abbasovun həmin evin dəyərinin ona ödəməli olması barədə öhdəliyi olduğuna görə razılığını yazılı qaydada yox, şifahi qaydada bildirmişdir. “Razılaşma Müqaviləsi” bağlandıqdan 7 ay sonra, barəsində danışılan ev Cavabdeh tərəfindən X4 xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə satılmışdır. 2021-ci ilin sentyabr ayına qədər S.A.Abbasovla 2014-cü ildən başladıqları biznes işini davam etdirmişlər. 2021-ci iln sentyabr ayında o, özünə minik avtomobili alarkən 15.000 manat pul lazım oldu və S.A.Abbasova bildirdi ki, ona olan ümümi borcundan həmin məbləği ona ödəsin. S.A.Abbasov bir həftə ərzində 15.000 manat pulu ödəməyi öz üzərinə götürsə də, bunu etmədi, hətta onun evinin 160.000 ABŞ dolları dəyərinin ödənilməsini öz üzərinə götürdüyündən imtina etdi. O, bu barədə Cavabdeh bildirdi və ondan xahiş etdi ki, S.A.Abbasovu da dəvət etsin, üçü birlikdə bir daha ona ödənilməli olduğu 160.000 ABŞ dolları məsələsini müzakirə etsinlər. Ona bildirdi ki, belə olmadığı halda aralarında bağladıqları xx.xx.2015-ci il tarixli müqavilənin 3-cü bəndinin tələbinə əsasən 160.000 ABŞ dolları məbləğinin Cavabdeh tələb etməkdə haqlıdır. Cavabdeh söz verdi ki, S.A.Abbasovu dəvət edəcək və yaranmış mübahisəni həll edəcəkdir. Bu barədə özü də S.A.Abbasovu telefon vasitəsi ilə Cavabdeh ofisinə dəvət etdi, lakin o, dəfələrlə söz versə də, bunu etmədi. Belə olan halda, o, Cavabdeh təklif etdi ki, 160.000 ABŞ dollarını ona hissə-hissə də qaytara bilər. Lakin Cavabdeh ona söz verdi ki, S.A.Abbasovla bir neçə dəfə görüşüb, yaxın bir neçə ay ərzində S.A.Abbasovun maddi vəziyyəti tam yaxşılaşacaq və ona qaytarılmalı olan 160.000 ABŞ dolları qaytarılacaqdır. Buna görə də o, beş ay gözləməli oldu. Sonuncu dəfə Cavabdehla xx.xx.2023-cü il tarixdə onun ofisində görüşdülər. Yekun olaraq, Cavabdeh ona bildirdi ki, 2015-ci ildə S.A.Abbasovun “Qoç Bank”a ödədiyi məbləği Sadiq bu günə qədər də ona qaytarmayıb və hesab edir ki, 160.000 ABŞ dolları ona Sadiq qaytarmalıdır, buna görə də aralarında bağlanmış müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edir. O, Cavabdehla razılaşmadı və qərara gəldilər ki, məhkəməyə müraciət etsinlər.
5. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, iddiaçının irəli sürdüyü iddia tamamilə əsassız olmaqla yanaşı, iddiaçı öz iddiasını iddia müddəti keçəndən sonra vermişdir. İddia müddətinin keçməsi barədə vermiş olduğu ərizə məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
6. İddiaçı isə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış müqavilədə konkret müddət müəyyən edilmişdir və həmin müddət Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsinin tələbinə uyğun olaraq 2023-cü ildə başa çatmışdır. 2023-cü ildən başlayaraq üç il müddətinə məhkəməyə müraciət etmək hüququ vardır.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(008)- 1284/2024 nömrəli qətnaməsi ilə (Ş.Ş.Qədirova) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları, yəni özünə məxsus fərdi yaşayış evinin 160.000 ABŞ dolları məbləğində qiymətləndirilməsinə, X10 banka olan borcunun cavabdeh tərəfindən ödənilməsinə, S.A.Abbasovun onun əvəzinə banka ödədiyi pulu cavabdehə qaytarmamasına, razılaşmanın 3-cü bəndinə əsasən cavabdehin ona 160.000 ABŞ dolları məbləğində pul ödəməyi öhdəsinə götürməsinə, ümumiyyətlə, razılaşmada tərəflərin üzərinə götürdükləri öhdəliklərə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız razılaşmada qeyd olunan şərtlərə istinad edərək cavabdehdən 160.000 ABŞ dolları məbləğində pul tələb etmişdir.
9. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hazırkı iddia özlüyündə qanunsuz və əsassız olduğundan həmin tələbə iddia müddətinin şamil edilməsindən söhbət gedə bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 354.2, 375.1, 375.2, 385.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, əgər məhkəmə araşdırılması hərtərəfli, düzgün və geniş aparılsaydı, S.A.Abbasovla Cavabdeh arasında qarşılıqlı sövdələşmənin olduğunu və bu sövdələşmənin nəticəsi olaraq iddiaçının şəxsi mülkiyyətinin həmin şəxslər tərəfindən mənimsənildiyi müəyyən ediləcəydi və bu barədə məhkəmə tərəfindən xüsusi qərardad qəbul olunması zəruriyyəti yaranacaqdı. Məhz buna görə də məhkəmə prosesində “İddia üzrə üçüncü şəxsin cəlb edilməsi barədə” və “İddia tələbinə aid olan sənədlərin toplanması barədə” vəsatət təqdim etmiş və məhkəməyə izah etmişdir ki, S.A.Abbasov üçüncü şəxs qismində cəlb olunsa, “Yapı Kredit Bank”ın Cəfər Cabbarlı filialının arxivindən bu iddia ərizəsi üzrə S.A.Abbasovun bankdan götürdüyü kreditə aid sənədlər məhkəməyə təqdim olunsa, məhkəmənin iddianın əsassız olması üçün istinad etdiyi hallar aradan qaldırılacaqdı. S.A.Abbasovla Bank arasında bağlanmış kredit müqaviləsində o, ikinci şəxs qismində olmadığı üçün bankdakı arxiv sənədləri bank yalnız məhkəmə sorğusu əsasında təqdim edəcəyini bildirmişdi. Lakin həmin vəsatətlər barədə məhkəmə tərəfindən qarardad qəbul edilməmişdir. Əgər məhkəmə həmin vəsatətlərə aid rədd qərardadları qəbul etsəydi, o, həmin qərardadlardan apelliyasiya şikayətləri verərdi və vəsatətləri təmin olunardı. Eyni zamanda, S.A.Abbasovla görüş zamanı ona bildirmişdir ki, onun Cavabdeh səkkiz milyonluq əmlakı girovdadır, cavabdeh həmin əmlakı banka qoyub böyük məbləğdə kredit görürmüşdür. Məhkəmə prosesində cavabdeh bu faktın olmasını təsdiqlədiyi halda, məhkəmə bu faktı araşdırmamış və protokolda bu barədə qeydlər aparılmamışdır. Məhkəmə araşdırması üçün önəmli faktlardan biri də odur ki, cavabdeh məhkəmədə etiraf etdi ki, şəxsi mülkiyyətin dəyəri ona ödənilmədən cavabdehin adına özgəninkiləşdirilmiş və sonradan isə cavabdeh tərəfindən iddiaçının razılığı olmadan digər şəxsə satılmışdır. Onun şəxsi mülkiyyətinin digər şəxsə satılmasını cavabdeh onunla izah etmişdir ki, guya S.A.Abbasov cavabdehə dəyəri daha böyük olan əmlak vəd edərək onun şəxsi mülkiyyətini digər şəxsə satmışdır. Lakin bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən cavabdeh məhkəmə prosesi zamanı bildirmişdir ki, guya S.A.Abbasov onun evinin dəyərini tam ödəmişdir və bu faktı sübuta yetirmək üçün S.A.Abbasovu şahid qismində məhkəməyə gətirəcək, məhkəmədə dindirmə zamanı sübutları ortaya qoyacaqdır. Bunların heç biri edilmədiyi halda məhkəmə cavabdehin bu ifadələri barədə protokolda qeydiyyatlar etməmiş, qətnamədə bu barədə heç nə göstərməmişdir. Bütün bu faklar o qənaətə gəlməyə əsas verir ki, məhkəmə işin tam, obektiv araşdırılıb hüquqi qiymət verilməsində maraqlı olmamışdır. Cavabdehin məhkəməyə müraciət edərək guya onun tərəfindən iddia müddəti ötürüldüyü üçün, iddianın rədd edilməsini xahış etmişdi, yəni cavabdeh məhkəmədə təsdiqləmişdir ki, cavabdehin onun qarşında müqavilədə nəzərdə tutulmuş öhdəliyi mövcuddur, yalnız iddia müddətini ötürüldüyü üçün iddia rədd edilməlidir. Beləliklə də, cavabdehin müqaviləni mübahisələndirməməsi məhkəməyə bir daha əsas verir ki, onun idda tələbinin təmin olunması barədə qətnamə qəbul etsin. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilə mötəbər sübut kimi məhkəmə tərəfindən qiymətləndirilməli, yuxarıda istinad etdiyi sübutların əldə olunması üçün təqdim etdiyi vəsatətlər təmin olunmalıydı. Bütün bunlar məhkəmə tərəfindən məqsədli olaraq hərtərəfli araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, 29 iyun 2024-cü il tarixdə iddiaçı tərəfindən qətnamə ona rəsmi qaydada verildiyi gündən 1 (bir) aydan artıq müddət keçdikdən sonra apellyasiya şikayəti verilmişdir. Digər tərəfdən isə ən başlıcası Baki şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(008)- 1284/2024 saylı qətnaməsi tamamilə qanuni və əsaslıdır. Məhkəmə qanun normaları əsasında yeganə düzgün olan nəticəyə gəlmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə heç bir hüquqi əsası yoxdur və təmin oluna bilməz.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 və X13 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh ilə aralarında olan müqaviləyə əsasən cavabdeh üzərinə öhdəlik götürmüşdür və bu öhdəliyin yerinə yetirilməsi müddəti 2023-cü ildə başa çatır. Çünki müqavilənin şərtlərinə əsasən 8 il müddət qoyulmuşdur. Eyni zamanda, cavabdehin müddətin ötürülməsinə dair ərizəsi əsassızdır. Cavabdehlə bağlanmış müqavilə 2014-cü ildə X13 ilə onun arasında bağlanmış birgə fəaliyyətlə bağlı müqavilədir. Onun evini girov qoyanda birgə fəaliyyət müqaviləsi bağladılar. Evi alqı-satqı yolu ilə cavabdehin adına rəsmiləşdirmişlər. Cavabdehi X13 gətirib. O, cavabdehdən soruşdu ki, onun marağı nədir ki, X10 əvəzinə 80.000 ABŞ dolları pul ödəyir, evi də girov kimi öz adına keçirdir? Cavabdeh bildirdi ki, ona heç bir ziyanı yoxdur, evini bankın girovluğundan çıxardır. O, cavabdehə bildirdi ki, belə olan halda onunla razılaşma müqaviləsi bağlayaq, evinin dəyəri ona qayıtmalıdır. Onlar razılaşdılar ki, pulu X13 ödəməsə cavabdeh tərəfindən ödəniləcək. X13 ona söz verdi ki, pulu 8 il müddətində ödəyəcək. Sonuncu dəfə 2022-2021-ci il idi, o, maşın almaq üçün X7 pul istədi. Sadiq isə hər dəfə yalan vədlər verərək müddəti uzatdı və vermədi. Sadiq ona bildirdi ki, cavabdehin ona borcu var, o, cavabdehə 8.000.000 manat dəyərində əmlak verib, cavabdeh bankdan pul götürür və ona verir. Cavabdehin verdiyi həmin pulda xeyiri var. Cavabdeh onun evini girov kimi götürüb. Əgər evi satırdısa, ona məlumat verməli və razılığını almalı idi. İddiaçı həmçinin bildirdi ki, o, evə gələndə gördü ki, X6 evdə olan mebelləri aparıb. X4 zəng etdi. O, İslamdan mebelləri hara apardığını soruşanda ona bildirdi ki, evi Cavabdeh alıb. Onu tanımadığını bildirdi. O, evi kirayə vermişdi, evin alqısatqısından məlumatı yox idi. Alqı-satqıda iştirak etməmişdir. Evə gələndə gördü ki, kirayəçilər çıxardılıb. Onun üçüncü şəxs X6 ilə tanışlığı orada yarandı. Daha sonra X13 ona bildirdi ki, 160.000 dolları da, mebellərin dəyərini də ona ödəyəcək. Bu səbəblə X11 gözlədi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, evinin kirayəçilərdən aylıq ödənişi götürməyə getdikdə gördü ki, evdə heçkəs yoxdur. Bu hadisə 2015-ci ildə baş verib.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, yaxşılıq edərək evi girovdan çıxartmışdır. İddiaçı üçüncü şəxs X13 ilə dostdur və bir yerdə işləyirdilər. X13 bildirir ki, iddiaçıya heç bir borcu yoxdur. X10 hazırda ona da borcu var. Onda Sadiqin girov qoyulmuş əmlakı var. Evi X5, o, yalnız imza çəkmişdir, Sadiq ona bildirmişdir ki, iddiaçı ilə özü hesablaşacaq.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehlə onu X13 tanış etmişdir. Sadiqin ona borcu var idi. Evi ona borc əvəzi vermişdir.
19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş veribverməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Maddə 328.6. Əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
25. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, iddiaçı tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları, yəni özünə məxsus fərdi yaşayış evinin 160.000 ABŞ dolları məbləğində qiymətləndirilməsinə, X10 banka olan borcunun cavabdeh tərəfindən ödənilməsinə, S.A.Abbasovun onun əvəzinə banka ödədiyi pulu cavabdehə qaytarmamasına, razılaşmanın 3-cü bəndinə əsasən cavabdehin ona 160.000 ABŞ dolları məbləğində pul ödəməyi öhdəsinə götürməsinə, ümumiyyətlə, razılaşmada tərəflərin üzərinə götürdükləri öhdəliklərə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız razılaşmada qeyd olunan şərtlərə istinad edərək cavabdehdən 160.000 ABŞ dolları məbləğində pul tələb etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hazırkı iddia özlüyündə qanunsuz və əsassız olduğundan həmin tələbə iddia müddətinin şamil edilməsindən söhbət gedə bilməz.
26. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin 3-cü bəndinə əsasən Cavabdeh banka ödədiyi məbləği Sadiq Abbasov beş ay müddətinə Cavabdeh qaytarmadığı təqdirdə, o, iddiaçıya məxsus qeyd olunan fərdi yaşayış evini iki şərtlə girov qoya və ya özgəninkiləşdirə bilərdi.
27. Birincisi, Cavabdeh həmin evin dəyərləndirilmiş qiymətindən, yəni 160.000 ABŞ dollarından ”Qoç Bank”a ödədiyi məbləği çıxmaqla qalan məbləği on gün müddətinə iddiaçıya ödəyir.
28. İşdən müəyyən olunur ki, cavabdeh iddiaçıya məxsus olmuş və sonradan cavabdehin adına rəsmiləşdirilmiş evi xx.xx.2015-ci il tarixdə X2 və iddiaçının da bundan özünün bildirdiyinə görə artıq 2015-ci ildə məlumatı olmuşdur.
29. Belə olan halda, iddiaçı müqavilənin şərtlərinə görə cavabdehdən 160.000 ABŞ dollardan ”Qoç Bank”a ödənilmiş məbləğ çıxılmaqla qalan məbləği tələb etməli idi, belə ki, cavabdeh 10 gün müddətində həmin məbləği iddiaçıya ödəməli idi.
30. Lakin iddiaçı bunu qanunvericiliklə müəyyən edilmiş iddia müddətində etməmiş, məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tədbiqi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.
31. Müqavilənin digər şərtinə gəldikdə isə, Sadiq Abbasov 160.000 ABŞ dolları iddiaçıya ödəməyi öz üzərinə götürə bilər və hər hansı səbəbdən həmin məbləği ödəyə bilmədikdə və ya ödəməkdən imtina etdikdə, həmin məbləği, yəni 160.000 ABŞ dollar məbləğini həmin evin girov qoyulduğu və ya özgəninkiləşdirildiyi gündən səkkiz il müddətinə qədər Cavabdeh İddiaçı ödəməli idi.
32. Lakin iş materialları ilə Sadiq Abbasovun 160.000 ABŞ dolları məbləğində vəsaitin iddiaçıya ödənilməsi ilə bağlı öhdəliyin üzərinə götürülməsinə dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
33. Belə olan halda, həmin şərtə görə cavabdehin evin özgəninkiləşdirildiyi gündən iddiaçıya səkkiz il müddətinə qədər 160.000 ABŞ dolları məbləğində vəsaiti ödəməyə dair öhdəliyi yaranmamışdır.
34. Müqavilənin 4-cü bəndinə görə, yuxarıda qeyd olunan şərtlər Cavabdeh tərəfindən pozulduqda, İddiaçı məxsus barəsində danışılan evlə bağlı Cavabdeh bütün hərəkətləri qanunsuz hesab edilir və bu səbəbdən Cavabdeh həmin evin dəyərini yəni, 160.000 ABŞ dolları məbləğini İddiaçı ödəməyə borcludur.
35. Yuxarıda da qeyd olunduğu kimi, müqavilənin 3-cü bəndində göstərilən birinci şərtin cavabdeh tərəfindən pozulduğu və iddiaçı bu barədə məlumatlı olduğu vaxtdan qeyd olunan məbləği də mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətində tələb etməmişdir.
36. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsi isə onun iddisının rədd edilməsi üçün əsasdır.
37. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(008)- 1284/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: