Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4426/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri yaşayış sahəsindən istifadəyə və həmin sahədə tikinti aparılmasına qanunsuz müdaxilələrin qarşısının alınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri yaşayış sahəsindən istifadəyə və həmin sahədə tikinti aparılmasına qanunsuz müdaxilələrin qarşısının alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Bakı şəhər Xətai rayon Qaçaq Nəbi küçəsində 2318/20-ci məhəllədə cizgidə göstərilən ərazidə B.Ş.İ.H.-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2012-ci il tarixli, 18/03 -8/3045 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq qeyd olunan şərtlər nəzərə alınaraq “Qeyri-yaşayış obyektinin” tikilməsinə onlara icazə verilməsi barədə sərəncam vermişdir. 2 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati - İqtisadi Kollegiyası, xx.xx.2015ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati - X7 Rayon İcra Hakimiyyəti Başçısının 327 saylı xx.xx.2012-ci il tarixli Sərəncamını qüvvədə saxlanılması barədə 2-1(102) -128 /15 saylı qərar qəbul etmişdir. Bakı şəhəri, Xətai rayonu Qaçaq Nəbi küçəsində 2318/20-ci məhəllədə cizgidə göstərilən “Qeyriyaşayış obyektinin” tikilməsinə onlara icazə verilmiş sahə ilə əlaqəsi olmayan özünü Qaçaq Nəbi küçəsi 6 saylı Yataqxananın komendantı adlandıran Cavabdeh uzun müddətdir ki, “Qeyri-yaşayış obyektinin” tikilməsinə onlara icazə verilmiş sahədə tikinti işləri aparmaqlarına mane olur. Bildirir ki, həmin sahə guya başqasınındır. Onlara məxsus olan yerdə tikintiyə başlayarkən Cavabdeh müxtəlif strukurlara zəng edir, onun zəngi əsasında İcra Hakimiyyətinin, polis bölməsinin, mənzil istismar sahəsinin və digər müxtəlif qurumlarının bir qrup əməkdaşları adıçəkilən ünvana gələrək onlara ayrılmış“Qeyri-yaşayış obyektinin” tikintisinə müdaxilə edirlər, sanki onlar Cavabdeh tabedirlər. 1993-cü ildən Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında həmin yerdə tərəfindən köşk quraşdırılıb. Bu günə qədər həmin köşk fəaliyyətdədir. Şəhid ailəsinin dolanışacağı məqsədilə ona kiçik biznes fəaliyyəti ilə məşğul olmağına icazə verilmişdir. Bu günə qədər həmin ərazi onun istifadəsindədir. Heç bir qurum onların fəaliyyətinə etiraz etməyib. Lakin Cavabdeh həmin yerdə tikintisinə icazə verilmiş obyekti onlara tikməyə imkan vermir. 2019-cu ilin oktyabr ayında onlara məxsus olan yerdə təmizlik və abadlıq işləri aparan zaman Cavabdeh sərxoş vəziyyətdə onların yerinə daxil olub onlara abadlıq işləri aparmaqlarına müdaxilə etmiş, övladları ilə mübahisə edərək bildirmişdir ki, “Onları burada tikinti işləri aparmağa qoymacaqdır!” Daha sonra 2-ci qrup Qarabağ müharibə əlili oğlu X2 böhtan ataraq ondan polisə şikayət ərizəsi vermişdir. Bu barədə Xətai Rayon 34-cü Polis Bölməsində material mövcuddur. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi ilə əsaslandıraraq, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin 327 saylı xx.xx.2012-ci il tarixli sərəncamı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102) -128 /15 saylı xx.xx.2015-ci il tarixli qərarı əsasında onlara ayrılmış qeyri-yaşayış obyektinin tikilməsinə Cavabdeh və qeyrilərinin müdaxiləsinin qarşısının alınması məqsədilə Cavabdeh və qeyrilərinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)- 1005/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim tərəfindən məhkəmə qətnaməsində göstərilən bütün dəlillər iddia tələbinin təmin olunması üçün əsas verdiyi halda, məhkəmə iddia tələbinin rədd edilməsi barəsində qətnamə çıxarmışdır. İş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə Cavabdeh tərəfindən əmlak hüquqlarının pozulmasına yaratdığı maneələr təsdiq olunsa da, məhkəmə cavabdehin şəxsi mülahizələrinə əsasən iddianı hüquqi şəxs kimi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı yönəltməyə çalışmışdır. Bu barədə məhkəmə tərəfindən ona təklif olunsa da, o, iş materiallarında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən ünvanına göndərilən məktuba əsasən imtina etmişdir. Belə ki, həmin məktubda göstərilmişdir ki, Sərəncamla ona verilən torpaq sahəsi ilə bağlı X8 heç bir problemi yoxdur. Lakin cavabdeh məhz həmin dövlət orqanının adından ona problem yaradır. Məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər İddiaçı məhkəmə iclasında iştirak etməmişdir.İddiaçı notarial qaydada ərizə göndərərək cavabdehlə barışdığını və apelyasiya şikayətini geri götürməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-373/2014 saylı xx.xx.2014-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçı X3 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Xətai rayon İcra Hakimiyyətinə qarşı "Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/03-8/3045 saylı, xx.xx.2003-cüil tarixli məktubuna əsasən Xətai rayon İcra Hakimiyyəti Başçısının 22 saylı xx.xx.2013- cüil tarixli sərəncamının ləğv edilməsi” tələbinə dair İddia ərizəsi ilə müraciət etmiş, iddia tələbi təmin edilərək, Bakı şəhəri Xətai Rayon icra Hakimiyyətinin "Xətai rayon İcra Hakimiyyəti Başçısının 327 saylı, xx.xx.2012ci il tarixli sərəncamının ləğvi haqqında xx.xx.2013-cü il tarixli 22 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi kollegiyasının 2-1(103)-1261/2014 saylı xx.xx.2014-cü il tarixli qərarının surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-373/2014 saylı xx.xx.2014-cü il tarixli qərarından Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-373/2014 saylı xx.xx.2014-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi kollegiyasının 2-1(102)-128/2015 saylı xx.xx.2015-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 424 nömrəli xx.xx.1999-cu il tarixli Sərəncamının “Müxtəlif qrup əlillərə, müharibə iştirakçılarına və şəhid ailələrinə Bakı şəhərində müvəqqəti köşk quraşdırılmasına icazə verilməsi haqqında” çıxarışından məlum olur ki, müxtəlif qrup əlillərinin, müharibə iştirakçılarının və şəhid ailələri üzvlərinin maddi vəziyyətinin çətin olması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq komissiyasının protokolu nəzərə alınaraq, şəhid anası İddiaçı Q.Nəbi küçəsi 2318-20-ci məhəllədə 2,5x2,5 ölçüdə müvəqqəti köşk quraşdırılmasına icazə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Cavabdeh şikayət ərizəsi ilə Xətai RPİ-yə müraciət etmişdir. İzahatında bildirmişdir ki, əvvəllər XDMX-də müxtəlif vəzifələrdə işləmiş hal-hazırda isə ehtiyyatda olan polkovnik-leytenantdır. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinin təşəbbüsü ilə 2005-ci ildən XDMX-nin Mənzil İstismar Şöbəsinin Xətai rayonu, Q.Nəbi küçəsi 3 saylıünvanda yerləşən yataqxanasının komendantıdır. xx.xx.2019-cu il tarixdə Xətai rayonu, Q.Nəbi küçəsi 3 saylı ünvanda yerləşən və onun təyin olunduğu ərazidə qanunsuz beton töküldüyünü görüb xx.xx.2019- cuil tarixdə XDMXnin rəhbərliyinə, Xətai rayon tikinti, Mənzil İstismar İdarəsinin rəisinə bu barədə məlumat verərək həmin ərazidə tikinti aparılmasının qanunsuz olduğu barədə sakinlərlə söhbət aparmışdır. X5 onu tikinti barədə məlumat verməsinə görə söyüb təhqir edərək sağçiyin nahiyəsinə iki yumruq zərbəsi vurmuşdur. Təhqiqat zamanı X5 izahatında bildirmişdir ki, valideynləri Bakı şəhəri, Xətai rayonu, 9 saylı yataqxanada məcburi köçkün kimi məskunlaşmışlar. Anasına şəhid ailəsi kimi Xətai rayonu, Q.Nəbi küçəsi 3 saylıünvanda yerləşən 6 saylı yataqxananın yanında 1998-ci ildən torpaq sahəsi verilmiş və ailəsini dolandırmaq üçün həmin yerdə köşk quraşdırılmışdır. 2012-ci ildə isə həmin ünvanda 16 kvadrat metr qeyri yaşayış obyektinin tikilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Həmçinin Ali Məhkəmənin qərarı da vardır ki, həmin ərazinin XDMX-nə aidiyyəti yoxdur. 2012-ciildən yataqxananın komendantı Məzahir adlı şəxs onun valideynlərini və qardaşını tez-tez narahat edir ki, həmin torpaq sahəsi ona məxsusdur. Buna görə də o, həmin torpaq sahəsinin sənədlərini Məzahirə aparıb göstərmiş, lakin Məzahir yenə də torpaq sahəsinin ona məxsus olduğunu və onların məcburi köçkün olduqlarını, onsuzda qeydiyyatdan çıxarılacaqlarını, onlara həmin ərazidə tikinti işlərinin aparılmasına icazə verməyəcəyini bildirmişdir. Məzahirə “gedin işinizlə məşqul olun” deyəndə Məzahir “görün sizin başınıza nə oyun açacam” dediyi üçün onun hərəkətləri barədə DİN-nin 102 xidmətinə məlumat vermişlər. Cavabdeh heç bir xəsarət almadığından onun şikayət ərizəsi üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin vətəndaş İddiaçı ünvanladığı 48/322 nömrəli xx.xx.2013-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2001-ciil tarixli, 57 s nömrəli sərəncamı ilə Bakışəhəri, Xətai rayonu, Qaçaq Nəbi 3 ünvanda yerləşən 6 saylı yataqxana Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin balansına verilmişdir. Bakışəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 327 nömrəli sərəncamına və Bakışəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2012-ci il tarixli 18/03-8/3045 nömrəli məktubuna əsasən onun ərizəsində göstərdiyi torpaq sahəsi ticarət obyekti tikmək məqsədilə vətəndaş X6 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti xx.xx.2013-cü il tarixli 22 nömrəli sərəncamı ilə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 327 nömrəli sərəncamını ləğv etmiş, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Başİdarəsi isə xx.xx.2013-cü il tarixli 18/03- 8/104 nömrəli məkubu ilə özünün xx.xx.2012-ci il tarixli 18/03-8/3045 nömrəli məktubunun qüvvədən düşmüş olduğunu göstərmişdir. 2013-cü ilin fevral ayının sonlarında əməkdaşları tərəfindən telefonla ona problemin həllinin Xüsusi Dövlət Mühafizə Xidməti ilə əlaqəsi olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddiaçının apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi, habelə əsl olmayan cavabdehin əvəz edilməsi təklifi etmişdir. Belə ki, iddiaçı cavabdehi düzgün seçməməklə yanaşı digər şəxslərin kim olmasını dəqiqləşdirməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddia tərəfi özünün iddia ərizəsində və birinci instansiya məhkəməsində verdiyi izahatlarında Cavabdeh onun tikinti işləri aparmasına maneələr yaratmasını bildirərkən, bu maneələrin onun tərəfindən Xətai rayon icra hakimiyyəti və polis orqanlarına zəng edərək bu barədə məlumat verdiyini, həmin orqanların nümayəndələrinin tikinti sahəsinə gələrək onların işlərini dayandırdığını bildirmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası izah edir ki, şəxsin hərəkətlərinin iddiaçının qanunla təmin edilmiş hüquqlarını həyata keçirməsinə maneə hesab olunması üçün, ilk növbədə cavabdehin hərəkətlərinin qanusuz olması müəyyən edilməlidir. Lakin hazırkı işin materiallarından da göründüyü kimi, Cavabdeh hərəkətləri birbaşa iddiaçı C.Niftullayevin öz hüquqlarının həyata keçirilməsinə yönəlməmişdir. O, sadəcə aparılan tikinti işlərinin həyata keçirilməsinin qanuni olub-olmamasını araşdırmaq üçün səlahiyyətli dövlət orqanlarına müraciət etmişdir. Belə olan halda, hazırkı iddia tələbinin mahiyyəti Cavabdeh dövlət hakimiyyəti orqanlarına müraciət etmək hüququnun məhdudlaşdırılmasına yönəlmiş hesab edilməlidir ki, bu da əsaslı və qanuni tələb kimi nəzərə alına bilməz. Aparılan məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən İddiaçı və onun nümayəndələri tərəfindən aparılan tikinti işlərinə birbaşa mane olması, bununla bağlı hər hansı qanunazidd hərəkətlər etməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas deyildir. İddiaçının məhkəməyə ünvanladığı ərizə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı dəfələrlə məhkəməyə çağırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya ərizə ilə bağlı iddiaçıya izah edir ki, onun qeyd etdiyi əsaslarla apelyasiya şikayətinin geri götürülməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. X11 Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1005/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-4426/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4426/2020
13.08.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver