Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4427/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12.070 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 71/2021 nömrəli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Xətai Rayon Məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, araşdırma zamanı Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, cavabdehə etibarlılıq müddəti xx.xx.2019- cu il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və o, ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(001)- 3140/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunmuş, lakin bununla bağlı hər hansı tədbir görülməmişdir. Hüquqi nəticə etibarı ilə hazırkı vəziyyətdə mülki iş Mülki Prosessual Məcəllənin həm 44.2.2-ci, həm də 45.1-ci maddələrinin tələbləri pozulmalqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında məhkəmə bildirişləri tərəflərə göndərilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İş materiallarından göründüyü kimi, cavabdehin Azərbaycan Respublikasında yaşamaq üçün icazə müddəti keçmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasını tərk etmişdir. Bu səbəbdən də məhkəmə Türkiyə Respublikasının aidiyyəti məhkəməsinə məhkəmə tapşırığı ünvanlamışdır. Lakin ünvanın tam olmaması səbəbindən məhkəmə tapşırığı da icra edilməmişdir. Belə olan halda, işə cavabdehin sonuncu yaşayış yeri olan Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, Xətai Rayon Məhkəməsində ərizəyə baxılması yolverilməz olduğundan haqlı olaraq iş baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4427/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4427/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver