Məhkəmə qərarları › İş №2(103)-4428/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4428/2020

30.07.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4428/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı, onun vəkili X3, Cavabdeh2 MMC-nin nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1ə və Cavabdeh2 MMC-yə qarşı “mülkiyyət hüquqlarının bərpa olunması və dəymiş maddi ziyanın ödənilməsi”tələbinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-234/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1ə, Cavabdeh2 MMCyə qarşı “mülkiyyət hüquqlarının bərpa olunması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1ə qarşı mülkiyyət hüquqlarının bərpa olunması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yaşayış sahəsinə mülkiyyət hüquqlarından irəli gələn sahiblik və istifadə hüquqlarının bərpası, dəymiş 5.000 manat maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinə əlavə təqdim edərək, mülkiyyətçisi olduğu ünvan 1 ünvanında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarından irəli gələn sahiblik və istifadə hüquqlarının bərpası, dəymiş 5.000 manat maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci ildə 3 saylı Xüsusi Təyinatlı Mənzil-X2 rəisi Rasim Kazımovla, Nərimanov Rayonu, Mayakovski küçəsi 10 ünvanındakı yaşayış binasının texniki zirzəmisində 36.7kv.m istifadəsiz qeyri-yaşayış sahəsinin ona icarəyə verilməsinə dair müqavilə bağlamışdır. 3 saylı Xüsusi Təyinatlı Mənzil-X2 rəisi Rasim Kazımov xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı məktubunda da bildirmişdir ki, sözügedən ünvandakı qeyri-yaşayış sahəsinin istifadəsiz olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 629 saylı fərmanına müvafiq olaraq Nərimanov Rayonu, Mayakovski küçəsi 10 ünvanındakı yaşayış binasının texniki zirzəmisindən 36.7 kv.m sahənin fiziki şəxs İddiaçı icarəyə verilməsinə və gələcəkdə özəlləşdirilməsinə etiraz etmir. Bağlanılan müqavilə xx.xx.2019-cu ilə qədər qüvvədə olmuşdur. Bu vaxt ərzində həmin sahə onun icarəsində olmuş və iddiaçı həmin sahə üzərində sahiblik və istifadəyə dair öz mülkiyyət hüquqlarını həyata keçirmişdir. Daha sonra iddiaçı xx xxxx 2019-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini R.Şahbazovla da həmin sahənin, Dövlət əmlakının (qeyriyaşayış sahəsinin)-Nərimanov Rayonu,Mayakovski küçəsi 10 ünvanındakı yaşayış binasının texniki zirzəmisindən 36.7 kv.m sahənin icarəyə verilməsinə dair müqavilə imzalamışdır. Bu müqavilənin imzalanması ilə Nərimanov rayonu, Mayakovski küçəsi, 10 ünvanındakı yaşayış binasının texniki zirzəmisindən 36.7 kv.m sahə iddiaçının sahiblik və istifadə mülkiyyətində olmuşdur. O, öz mülkiyyətində olan Nərimanov Rayonu, Mayakovski küşəsi 10 ünvanındakı yaşayış binasının texniki zirzəmisində quruculuq, abadlıq, hasarlama işləri aparmış, 5000 min manat məbləğində xərc çəkmişdir. Həmin sahənin qeydə alınmış fotoşəkillərindən də göründüyü kimi, hazırda həmin bina söküntü işləri üçün Nərimanov rayonu icra hakimiyyəti tərəfindən hasara alınıb. Nərimanov rayonu icra hakimiyyəti tərəfindən onun mülkiyyətində olan sahənin sökülərək müəyyən tikinti işlərinin aparılması və mülkiyyət häqququnun əlimdən alınmasının qarşlılığı olaraq sökülmüş bina üçün heç bir kompensasiya və ya yaşayış yeri verilməmişdir. Bunun nəticəsində o, həm maddi, həm də mənəvi zərərə uğramışdır. Bu isə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Əlavə olaraq ərizədə qeyd edilmişdir ki, mülki iş üzrə “xxxxxxxxxxxxxxx” MMC də cavabdeh qismində cəlb olunmalıdır. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin “Qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sökülüb yenidən layihələndirilməsi və tikintisi üçün torpaq sahəsinin istifadəyə verilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 250 saylı Sərəncamı ilə ünvan 2 və 10 ünvanlarında yerlşən qəzalı vəziyyətdə olan iki ədəd beşmərtəbəli yaşayış binalarının və həmin binalara bitişik olan ərazidə istismar müddəti bitmiş fərdi yaşayış evlərinin sökülüb yenidən layihələndiirlməsi və tikintisi üçün 1,61 ha torpaq sahəsi torpaq icarəsi müqaviləsi əsasında Cavabdeh2 MMC-nin istifadəsinə verilmişdir. Eyni zamanda həmin sərəncamla ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, həmin tikililərin mülkiyyətçiləri ilə mülki münasibətlərin qarşılıqlı razılıq əsasında, mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənməsi Cavabdeh2 MMCyə həvalə olunmuşdur. Həmin sərəncamın icrasına nəzarət isə Bakı şəhəri Cavabdeh1ə həvalə edilməsi müəyyən olunmuşdur. İddia ərizəsində də qeyd olunduğu kimi xx xxxx 2019-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini R.Şahbazovla da həmin sahənin, Dövlət əmlakının (qeyriyaşayış sahəsinin)- Nərimanov Rayonu,Mayakovski küçəsi 10 ünvanındakı yaşayış binasının texniki zirzəmisindən 36.7 kv.m sahənin icarəyə verilməsinə dair müqavilə bağlanmış və Nərimanov Rayonu,Mayakovski küçəsi 10 ünvanındakı yaşayış binasının texniki zirzəmisindən 36.7 kv.m sahə onun sahiblik və istifadə mülkiyyətində olmuşdur. O, öz mülkiyyətində olan Nərimanov Rayonu, Mayakovski küçəsi 10 ünvanındakı yaşayış binasının texniki zirzəmisində quruculuq, abadlıq, hasarlama işləri aparmış, 5.000 min manat məbləğində xərc çəkmişdir. Həmin sahənin qeydə alınmış foto şəkillərindən də göründüyü kimi, hazırda həmin bina söküntü işləri üçün Nərimanov rayonu icra hakimiyyəti tərəfindən hasara alınıb. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin “Qəzalı vəziyyətdə olan şoxmənzilli binaların sökülüb yenidən layihələndiirlməsi və tikintisi üçün torpaq sahəsinin istifadəyə verilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 250 saylı Sərəncamına əsasən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, həmin tikililərin mülkiyyətçiləri ilə mülki münasibətlərin qarşılıqlı razılıq əsasında, mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənməsi “Cavabdeh2 MMC”-yə həvalə olunmasına baxmayaraq, iddiaçının mülkiyyətində olan sahənin sökülərək müəyyən tikinti işlərinin aparılması və mülkiyyət hüqququnun əlimdən alınmasının qarşlılığı olaraq sökülmüş bina üçün heç bir kompensasiya və ya yaşayış yeri verilməmişdir. Eyni zamanda həmin qeyriyaşayış sahəsinin texniki zirzəmisində quruculuq, abadlıq, hasarlama işləri aparılmasına sərf etdiyim 5.000 manat məbləğində pul vəsaitidə ona geri ödənilməmişdir. Bunun nəticəsində iddiaçı həm maddi, həm də mənəvi zərərə uğramışdır. Bu isə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir. İddiaçı Əhmədov X5 rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh Bakı şəhəri Cavabdeh1in səlahiyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını, şikayətlə razılaşmayaraq rədd olunmaasını xahiş edən “Cavabdeh2 MMC”-nin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 001572 saylı qəbzindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli müqavilə üzrə, 12 ay müddətinə 22,06 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 11189 saylı icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2019-cu il tarixli, 130 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 10 (registr № v***-*******0-005) ünvanında yerləşən, ümumi sahəsi 39,3 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçi-İddiaçı müddətli istifadəsinə verir. İcarə Müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixə kimi müəyyən edilmişdir. İş materiallarında olan qeyri-yaşayış sahələrinin istismar haqqının ödənilməsi haqqında müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 40 saylı qərarına əsasən balans saxlayan – Bakı şəhər 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi R.Kazımov şəxsində bir tərəfdən, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 10 ünvanında yerləşən, ümumi sahəsi 36,7 kv.m təşkil edən Bakı şəhəri 3 saylı Xüsusi Təyinatlı Mənzil Təssərüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini icarəçi İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 22,06 manat ödənilməklə icarəyə verir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 39 saylı 3 saylı Xüsusi Təyinatlı Mənzilkommunal Təsərrüfatı Birliyinin məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 10 ünvanında yerləşən 36.7 kv.m olan qeyri-yaşayış sahəsinin istifadəsiz olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 629 saylı fərmanına müvafiq olaraq Nərimanov rayonu, Mayakovski küçəsi 10 ünvanında yaşayış binasının texniki zirzəmisindən 36.7 kv.m sahənin fiziki şəxs İddiaçı icarəyə verilməsinə və gələcəkdə özəlləşdirilməsinə etiraz etmir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 25 №-li Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncanından görünür ki, ünvan 5 və 10 ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan iki ədəd beş mərtəbəli yaşayış binalarının və həmin binalara bitişik ərazidə yerləşən istismar müddəti bitmiş fərdi yaşayış evlərinin sökülüb yenidən layihələndirilməsi və tikintisi üçün 1,61 ha torpaq sahəsi torpaq icarəsi əsasında Cavabdeh2 MMC-nin istifadəsinə verilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 40 saylı qərarına əsasən balans saxlayan – Bakı şəhər 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi R.Kazımov şəxsində bir tərəfdən, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 10 ünvanında yerləşən, ümumi sahəsi 36,7 kv.m təşkil edən Bakı şəhəri 3 saylı Xüsusi Təyinatlı Mənzil Təssərüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini icarəçi İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 22,06 manat ödənilməklə icarəyə verir. İcarəyə verən – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2019-cu il tarixli, 130 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 10 (registr № v***-*******0-005) ünvanında yerləşən, ümumi sahəsi 39,3 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçi- İddiaçı müddətli istifadəsinə verilməsinə dair xx.xx.2019-cu il tarixli dövlət əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında 11189 saylı icarə müqaviləsi bağlanmışdır. İcarə Müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixə kimi müəyyən edilmişdir. 39 saylı 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfatı Birliyinin məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 10 ünvanında yerləşən 36.7 kv.m olan qeyri-yaşayış sahəsinin istifadəsiz olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 629 saylı fərmanına müvafiq olaraq Nərimanov rayonu, Mayakovski küçəsi 10 ünvanında yaşayış binasının texniki zirzəmisindən 36.7 kv.m sahənin fiziki şəxs İddiaçı icarəyə verilməsinə və gələcəkdə özəlləşdirilməsinə etiraz etmir. ünvan 5 və 10 ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan iki ədəd beş mərtəbəli yaşayış binalarının və həmin binalara bitişik ərazidə yerləşən istismar müddəti bitmiş fərdi yaşayış evlərinin sökülüb yenidən layihələndirilməsi və tikintisi üçün 1,61 ha torpaq sahəsi torpaq icarəsi əsasında Cavabdeh2 MMC-nin istifadəsinə verilmişdir. Hazırda mübahisəli qeyriyaşayış sahəsi tikinti işlərinin aparılması ilə əlaqədar sökülmüşdür. İddiaçı iddia edir ki, mülkiyyət hüquqları pozulmuş və icarə müqaviləsi üzrə anbar kimi istifadə etdiyi əmlak sökülərkən ona heç bir kompensasiya verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 700-cü maddəsinin mənasına görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində isə təsbit olunmuşdur ki, Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.3-cü maddəsində təsbit olunmuşdur ki, binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 5-ci bəndinə əsasən, icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. 6-cı bəndinə əsasən, İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. 7-ci bəndinə əsasən, icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. 15-ci maddəsinin 1-ci bəndinə əsasən, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. 2-ci bəndinə əsasən, icarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş əmlaka yönəldilməsinə yol verilmir. 3-cü bəndinə əsasən, icarəçinin əmlakı ondan yalnız məhkəmənin qərarı ilə geri alına bilər. İşin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində deyil, icarə müqaviləsi əsasında istifadəsində olmuşdur və hazırda həmin qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC-nin həyata keçirdiyi tikinti işləri ilə əlaqədar sökülmüşdür. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur. 2-ci bəndinə əsasən, icarəçinin icarəyə götürdüyü əmlakdan istifadə nəticəsində əldə etdiyi məhsul və gəlir, habelə icarəyə götürülmüş əmlakdan alınan gəlir hesabına əldə etdiyi əmlak onun mülkiyyətidir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud olmayan əmlaka dair sahiblik və istifadə hüquqlarının bərpasından söhbət gedə bilməz. Lakin iddiaçı icarəyə götürülmüş əmlakın sökülməsi nəticəsində ona vurulan zərərin əvəzini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki zirzəmisində quruculuq, abadlıq, hasarlama işləri apardığını, 5000 min manat məbləğində xərc çəkdiyini iddia edir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin həmin hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə iclasında qeyd olunan xüsusatlarla əlaqədar iddiaçı tərəfindən hər hansı bir mötəbər dəlil və sübutlar təqdim edilə bilməmişdir. Eyni zamanda göründüyü kimi, iddiaçı qeyri-yaşayış sahəsinə mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququnun olmasına istinad etməklə, ona maddi zərərin dəyməsini sübut etməyə çalışmışdır. Yuxarıda sadalanan maddi hüquq normalarına əsasən, məhkəmə qeyd edir ki, əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmadığından iddiaçı həmin hala istinad edə bilməzdi. Lakin “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 15- ci maddəsinin 1-ci bəndinə əsasən, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Beləliklə iddiaçı bütün şəxslərdən, o cümlədən icarəyəverəndən əmlaka vurulmuş zərərin ödənilməsini tələb edə bilər. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasında maddi zərərlə bağlı sübutlar təqdim edə bilmədiyindən, iddia tələbi bu hissədə də haqlı olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar