Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4428/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1485/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2020-ci il tarixli 99/0447/NPC saylı kredit müqaviləsi bağlanmış və Bank tərəfindən cavabdehə 12 ay müddətinə illik 0% dərəcəsi ilə 5000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmiş, nəticədə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 99/0447/NPC saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdehnun 1898,28 manat əsas, 143,52 manat faizlə hesablanmış borc, ümumilikdə 2041,80 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cəmi 2041,80 manat borc olmaqla, bundan 1898,28 manat əsas borc və gecikdirilmiş vaxt üçün 143,52 manat faiz borcu, iş üzrə ödənilmiş 41 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 99/0447/NPC saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 5000 manat məbləğində güzəştli faizsiz kredit xətti açılmışdır. Kredit müqaviləsinin 2.2.3-cü bəndinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsədə, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin 2.3.3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə müqavilə şərtlərinin pozulması, kredit xətti üzrə limitdən artıq vəsaitin xərclənməsi və 5 təqvim günü ərzində ödənilmədiyi halda kredit üzrə borcun və kreditdən istifadəyə görə ödənişlərin qaytarılma vaxtından 5 gündən artıq keçdiyi zaman kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini tələb etmək və kredit kartının fəaliyyətini dayandırmaq “Bank”ın hüququdur. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********415 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozülması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit kartı üzrə cəmi borcu 2041,80 manat təşkil edir. Bundan 1898,28 manat əsas və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 143,52 manat borcu təşkil edir. Cavabdeh kredit müqaviləsinin şərtlərini yerinə yetirməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətlərini pozmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırda ləğv prosessində olan İddiaçı ASC ilə onun arasında imzalanmış kredit müqaviləsi xx.xx.2020-ci il tarixində imzalanmış, lakin İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə müflis elan edilmişdir. xx.xx.2020-ci il tarixli müflis qərarına kimi isə xx.xx.2020-ci il tarixində artıq İddiaçı ASC-nin bank fəaliyyətinin həyata keçirilməsi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən dayandırılmışdır. Bütün bu prosesslərin baş verdiyi müddətdə isə - yəni xx.xx.2020-ci il tarixində o, hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmış və belə olan təqdirdə iddiaçının öhdəliklərin bank lisenziyasından əvvəlki dövr üzrə pozulması qənaətinə hansı formada və necə gəlməsi qeyri-müəyyən olmaqla bərabər məhkəmədə yanlışlığın yaranmasına səbəb olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi güzəştli kredit xətti müqaviləsi olmuş və həmin müqaviləyə əsasən istifadə edilmiş məbləğ növbəti ayın 10-a kimi ödənilməli olan kredit xətti olmuşdur. Kredit məbləğinin xx.xx.2020-ci il tarixində açıldığı nəzərə alınsa, həmin kredit məbləğinin geri qaytarılması tarixi xx.xx.2020-ci il tarixinə kimi mümkün olmuşdur ki, həmin tarixə kimi artıq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ASC-də müvəqqəti inzibatçı təyin edilmişdir və buna kimi xx.xx.2020-ci il tarixindən başlayaraq həmin kartlardan hərhansı mədaxil və ya məxaric əməliyyatlarının həyata keçirilməsi mümkün olmamışdır. Belə olan təqdirdə kredit müqaviləsi üzrə hər-hansı gecikmə halının baş verməsində onun günahı olmamışdır. Hazırda onunla ləğv prosessində olan İddiaçı ASC arasında xx.xx.2014-cü il tarixində imzalanmış aktiv əmək müqaviləsi mövcuddur ki, həmin əmək müqaviləsi müddətsiz əmək müqaviləsi statusundadır. xx.xx.2020-ci il tarixində hamiləliyə və doğuşa görə, daha sonra isə 2020-ci ilin iyul ayından başlayaraq hazırki dövrə kimi qismən ödənişli sosial məzuniyyətdə olmuşdur. Qismən ödənişli sosial məzuniyyət hüququnun istifadəsi zamanı qanunvericliklə nəzərdə tutulmuş müavinətlərdən başqa gəliri mövcud olmamış, eyni zamanda işə geri qayıtmağı ilə əlaqədar xx.xx.2020-ci il tarixində ərizə yazmağına baxmayaraq işə qayıtmağı iddiaçının ayrı-seçkiliyi səbəbindən baş tutmamışdır. Baxmayaraq ki, hətta tərəfindən hazırki iddiaçıya qarşı Bakı şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldırsa da, bankın tam ləğvinin başa çatmaması səbəbindən iddia rədd edilmişdir. Hazırki iddaçı qismən ödənişli sosial məzuniyyət hüququndan geri qayıtmağına, onunla imzalanmış əmək müqaviləsinə ştatların ixtisarı və ya müəssisənin ləğvi əsası ilə xitam verilməsinə mane olmaqla bərabər hazırda ondan borc məbləğini geri tələb edir. Halbuki bu nə ədalətlilik, nə də ki, vicdanlılıq prinsipləri baxımından doğru deyildir. Faktiki olaraq hazırda heç bir gəliri mövcud deyildir və faktiki olaraq iddiaçının hərəkət və hərəkətsizliyindən irəli gələrək qazancından məhrum edilmişdir. Belə ki, o, hal- hazırda ləğv prosessində olan İddiaçı ASC-də “X1”nin Departament Direktoru vəzifəsindədir, lakin qismən ödənişli sosial məzuniyyət hüququndan geri çağrılmağına nə iddiaçı, nə də məhkəmə tərəfindən geri çağrılmağına imkan verilmədiyindən əmək qabiliyyətsiz hesab edilmişdir. Əlavə olaraq iddiaçı tərəfindən istifadə edilməmiş əmək məzuniyyəti günlərinin əvəzi hazırki günə kimi ödənilməməsinə baxmayaraq ondan kredit müqaviləsi üzrə borcun tələb edilməsi hansı əsasa dayanır? Baxmayaraq ki, tərəflərin öhdəlikləri müstəqil öhdəlikdir, lakin bir-biri ilə qarşılıqlı öhdəlikdir. Belə ki, iddiaçı bir tərəfdən onun əmək hüququndan istifadə etməsini məhdudlaşdırır, əlavə olaraq qismən ödənişli sosial məzuniyətdən geri qayıtmağının qarşısını alır, istifadə edilməmiş əmək məzuniyyətinin əvəzini ödəməkdən imtina edir, müddətsiz əmək müqaviləsinə psixoloji təsir göstərməklə özünün ərizəsi əsasında xitam verilməsinə cəhd edir, lakin kredit müqaviləsi üzrə qalıq borc məbləğinin geri ödənilməsini tələb edir. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1485/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli 99/0447/NPC saylı kredit müqaviləsi üzrə 1898,28 (min səkkiz yüz doxsan səkkiz manat, iyirmi səkkiz qəpik) manat əsas borc və 41 (qırx bir) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448.1, 449.4, 739.1, 739.2 və 741-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 99/0447/NPC saylı kredit müqaviləsinə əsasən cavabdehə bank tərəfindən 12 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmış, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən kredit xətti üzrə limitdən artıq vəsait yarandıqda həmin məbləğə illik 0% olmaqla faiz ödənilir. İddiaçı ASC-nin iddiasının 143.52 manat gecikdirilmiş vaxt üçün faiz məbləğinin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə faizin hesablanması nəzərdə tutulmadığından həmin hissədə iddia tələbi rədd olunmalıdır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 aprel 2023-ci il tarixli e-2(010)-1485/2023 saylı qətnaməsinin ləğv edilməsinin və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki işə münasibətdə nəzərə alınmalıdır ki, cavabdeh hazırda ləğv prosessində olan İddiaçı ASC ilə müddətsiz əmək müqaviləsi münasibətlərindədir. Lakin həmin müddətsiz əmək müqaviləsi cavabdehin qismən ödənişli sosial məzuniyyətdə olması ilə xarakterizə olunur. Cavabdehin müddətsiz əmək müqaviləsində olmasına baxmayaraq cavabdeh faktiki olaraq 3 ildir ki, rəsmi gəlirə malik deyildir və hər-hansı formada (rəsmi və ya qeyri-rəsmi) qazanc əldə etməməklə bərabər, yalnız uşağa qulluqla əlaqədar 3 aydan bir cüzi miqdarda vəsait əldə edir ki, həmin vəsait cavabdehin öhdəsində olan azyaşlı uşağının gündəlik xərclərini belə qarşılamamaqdadır. Hazırki işə münasibətdə məhz xx.xx.2020-ci iltarixli 99/0447/NPC saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklər cavabdehin iradəsi xaricində baş verən haldan qaynaqlanmaqdadır. Belə ki, cavabdeh qismən ödənişli sosial məzuniyyət ərizəsinin ləğv edilməsi və işə qayıtması ilə bağlı əmrin verilməsi ilə bağlı iddiaçıya müraciət etsə də, iddiaçı həmin ərizəni qəbul etməmiş, eyni zamanda sonradan onunla imzalanmış müddətsiz əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsini xahiş etsə də, həmin iddia təmin edilməmişdir. Cavabdeh əvvəlcədən İddiaçı ASC-nin lisenziyasının ləğv ediləcəyini və müflis elan ediləcəyini bilməməklə bərabər, bunu görə bilməzdi. Belə ki, bankın maliyyə vəziyyəti onun doğuşa görə məzuniyyət dövrünə təsadüf edib. Hazırki mərhələdə iddiaçı həm işçi kimi cavabdehin normal öz işinə qayıtmasına maneçilik törətməkdə (işə qayıtmaq barədə ərizəsini nəzərə almamaqda), həmçinin onunla imzalanmış əmək müqaviləsinə xitam verməməkdədir (qanunvericilik normalarına istinadən), lakin kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməməkdədir. Məhkəmə hazırkı iş üzrə qeyd edilən halları nəzərə almamışdır, baxmayaraq ki, tərəfindən bununla bağlı kifayət qədər sübut məhkəməyə təqdim edilmişdir. Nəzərinizə çatdırırıq ki, hazırkı iş üzrə iddiaçının cavabdeh qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. İcra edilməmiş öhdəlik cavabdehin istifadə etməmiş olduğu məzuniyyət günlərinin əvəzinin ödənilməməsində, habelə onunla imzalanmış əmək müqaviləsinə xitam verilən zaman ödənilməli olan kompensasiya məbləğində öz əksini tapır. Qeyd edilməlidir ki, iddiaçı bankın səlahiyyətli şəxsi kimi cavabdehə münasibətdə bu hərəkətləri həyata keçirməməkdə, hətta məzuniyyət günlərinin əvəzinin ödənilməsini “Banklar haqqında” AR qanununun 82-ci maddəsi ilə əlaqələndirməkdədir ki, bu hallar əslində cavabdehin iddiaçı qarşısında kredit öhdəliklərinin mövcud olması ilə bərabər, həmçinin iddiaçının cavabdeh qarşısında kreditor kimi borcunun olmasında xarakterizə olunur. Belə olan təqdirdə məhkəmə hazırkı iş üzrə cavabdehin kreditor kimi ləngitmə hüququnun olmasını nəzərə almalı olduğu halda nəzərə almamışdır. Halbuki cavabdeh iddiaya etiraz təqdim edən zaman bütün bunları öz etiraz ərizəsində göstərmiş və bunları təsdiq edən sənədləri məhkəmə instansiyasına təqdim etmişdir. İddiaçının mövcud vəziyyətdə etmiş olduğu hərəkət və ya hərəkətsizlik (müqavilə münasibətlərinə xitam verilməməsi, istifadə edilməmiş məzuniyyət günlərinin əvəzinin ödənilməməsi, cavabdehi başqa işlə təmin etməməklə) nəticəsində cavabdehin onsuz da yaxşı olmayan maddi vəziyyətinin pisləşməsinə rəvac vermiş, qarşılıqlı öhdəliklərin icrasını özünü münasibətdə tələb edərək cavabdehə münasibətdə icrasını təhlükə altına atmışıdır. Məhz iddiaçı cavabdeh qarşısında mövcud olan öhdəliklərini icra edənə qədər cavabdeh iddiaçıya münasibətdə ləngitmə hüququna malik olsa da məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə hazırkı iş üzrə ədalətlik prinsipinin tələblərini pozmuş, iş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi zamanı iddiaçının təqdim etmiş olduğu sübutları daha üstün tutmuş, lakin cavabdeh tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış, cavabdehin prosessual tərəf kimi cavabdeh statusunda olmasını nəzərə alsa da, iddiaçıya münasibətdə cavabdehin kreditor statusunda - istifadə edilməmiş əmək məzuniyyəti günlərinin əvəzinin ödənilməməsi, imzalanmış müddətsiz əmək müqaviləsinəxitam verilməməsi, öhdəliklərinin qarşılıqlı icrasının cavabdehin hərəkət vəya hərəkətsizliyindən deyil, iddiaçının hərəkət və hərəkətsizliyindən irəli gəldiyini əsas götürməyərək iş üzrə ədalətlilik prinsipinə uyğun olmayan qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakının təmin etmədiyindən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən apellyatora aid hissədə yoxlanır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işdən göründüyü kimi, tərəflər arasında kredit xətti müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məlbəğdə plastik kart hesabı açaraq cavabdehə vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə bank qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, kredit müqaviləsi üzrə hər-hansı gecikmə halının baş verməsində onun günahı olmamışdır. İddiaçı bir tərəfdən onun əmək hüququndan istifadə etməsini məhdudlaşdırmaqla, əlavə olaraq qismən ödənişli sosial məzuniyətdən geri qayıtmağının qarşısını almaqla, istifadə edilməmiş əmək məzuniyyətinin əvəzini ödəməkdən imtina etməklə, müddətsiz əmək müqaviləsinə psixoloji təsir göstərməklə özünün ərizəsi əsasında xitam verilməsinə cəhd etdiyi üçün kredit müqaviləsi üzrə qalıq borc məbləğinin geri ödənilməsini tələb etməs əsassızdır. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 99/0447/NPC saylı kredit müqaviləsinə əsasən cavabdehə bank tərəfindən 12 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmış, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən kredit xətti üzrə limitdən artıq vəsait yarandıqda həmin məbləğə illik 0% olmaqla faiz ödənilir Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 6.2, 14.2.1 və 386.1-ci müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Beləliklə də, iddiaçı tərəfin təqdim etdiyi sənədlərə əsasən xx.xx.2020-ci il tarixli 99/0447/NPC saylı kredit müqaviləsi üzrə 1898,28 manat əsas borc olması öz təsdiqini tapmışdır. Apellyasiya şikayətində və məhkəmə iclaslarında cavabdeh də iddiaçıya borcu olmasını inkar etməmiş, lakin yaranmış öhdəliklər cavabdehin iradəsi xaricində baş verən haldan qaynaqlanmadığını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, bu dəlillər tərəflərin iş münsibətləri ilə bağlı münasibətlərə aid olmaqla, bağlanmış kredit müqaviləsi üzrə götürülmüş öhdəliklərin icrası ilə əlaqələndirilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1485/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə