Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4437/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, X1 katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-66/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı İKB ASC (bundan sonra “xxxx” ASC) cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kreditin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-66/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 6586,98 ABŞ dolları əsas, 4510,85 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11197,83 ABŞ dolları (on bir min yüz doxsan yeddi dollar səksən üç sent) borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, həmçinin aparılmış ekspertiza tədqiqatı üçün 150 (bir yüz əlli) manat məbləğin cavabdehlər Cavabdeh1 və qeyrilərindən müştərək qaydada tutularaq, “Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilməsi qərara alınmışdır.İddia tələbi qalan hissədə təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlili: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, ekspert rəyinə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar üzrə cavabdehin əsas və faiz borcunun məbləği düzgün müəyyən edilməmiş, cərimə borcu isə xeyli azaldılmışdır. Buna görə də qətnamənin əsas, faiz, cərimə borcunun tutulmaı hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi D.Əliyeva apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, bundan əlavə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Z.Mirzəbəyov ayrı-ayrılıqda şikayət və vəsatət ilə razılaşmayaraq, hər ikisinin də təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 27-M-1-0-201-14 saylı, xx xxxxxxxx 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 19000 ABŞ dolları məbləğində 24 ay müddətinə, 28% illik faiz dərəcəsi ilə kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh5 zamin kimi müqavilə üzrə Cavabdeh1 borcunun ödənilməsində öhdəlik götürmüşlər. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 27-M-1-0-201-14 saylı, xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq annuitet 347,54 ABŞ dolları müəyyən edilmişdir. 27-M-1-0-201-14 nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında 27-M-1-0-201-14 nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. 27-M-1-0-201-14 saylı, xx xxxxxxxx 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, xx xxxx 2015-ci il tarixdə edilmiş əlavəyə əsasən kreditin müdəti 35 ay müəyyən edilmiş, müqaviləin bağlanma tarixi xx xxxxxx 2017-ci il hesab edilmişdir. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 27-M-1-0-201-14 saylı, xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq annuitet 1000,37 ABŞ dolları müəyyən edilmişdir. 27-M-1-0-201-14 saylı, xx xxxxxxxx 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, xx xxxx 2015-ci il tarixdə edilmiş əlavəyə əsasən kreditin müddəti 34 ay müəyyən edilmiş, müqaviləin bağlanma tarixi xx xxxxxx 2017-ci il hesab edilmişdir. xx xxxx 2015-ci il tarixli ödəniş qrafikindən görünür ki, aylıq annuitet 332,81 ABŞ dolları müəyyən edilmişdir. 27-M-1-0-201-14 nömrəli, 27oktyabr 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh4 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinəyetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. 27-M-1-0-201-14 nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə xx xxxxxxx 2015-ci il tarixdə edilmiş əlavədən görünür ki, kreditin müdəti 72 ay 29 gün müəyyən edilmiş, müqavilənin bağlanma tarixi xx xxxxxxx 2017-ci il hesab edilmişdir. Həmçinin Cavabdeh2, Cavabdeh3 ilə də kredit müqaviləsinə edilmiş dəyişikliklərlə bağlı yeni müqavilə bağlanmışdır. 27-M-1-0-201-14 nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə xx xxxx 2016-cı il tarixdə edilmiş əlavədən görünür ki, kreditin müdəti 72 ay 29 gün müəyyən edilmiş, kreditin bağlanma tarixi xx xxxxxxx 2020-ci il hesab edilmişdir. Həmçinin Cavabdeh2 ilə də kredit müqaviləsinə edilmiş dəyişikliklərlə bağlı yeni müqavilə bağlanmışdır. xx xxxx 2016-cı il tarixli ödəniş qrafikindən görünür ki, aylıq annuitet 1605,20 ABŞ dolları müəyyən edilmişdir. xx xxxxx 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 bank tərəfindən 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 15627,85 ABŞ dolları əsas, 7214,87 ABŞ dolları faiz, 242,65 ABŞ dolları cərimə borcu qalmışdır. “xxxx” ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank 27-M- 1-0-201-14 saylı, xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcalanın yaranmış borcun 5 gün müddətində qaytarılmalı, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx xxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 15627,85 ABŞ dolları əsas, 7214,87 ABŞ dolları faiz, 242,65 ABŞ dolları cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15306 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, 27-M-1-0-201-14 saylı, xx xxxxxxxx 2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsi, xx xxxx 2015-ci il tarixli Əlavə, xx xxxx 2015-ci il tarixli Əlavə, xx xxxxxxx 2015ci il tarixli Əlavə və xx xxxx 2016-cı il tarixli Əlavələr üzrə Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixə banka olan əsas borcu 6.586,98 ABŞ dolları, faiz borcu 4.510,85 ABŞ dolları və ya əsas borcu 11197,87 manat, faiz borcu 7668,45 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıtərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh1 oluna 1900 ABŞ dolları məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə kollegiyası, iddiaçının iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatətinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı ekspert rəyini şübhə altına sala biləcək əsaslı sübutlar məhkəməyə təqdim edimədiyindən həmin vəsatət təmin edilə bilməz. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-66/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-4437/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4437/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver