Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4438/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(011)-5545/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı gömrük ödənişləri və dəbbə pulu olaraq, cəmi 705 876 rubl 45 qəpik (gömrük ödənişi – 674 119 rubl 80 qəpik, dəbbə pulu 31 756,65 qəpik) pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vətəndaş Cavabdeh (xx xxxx 1992-ci il təvəllüdlü, pasport PC AZE № С01775090, 07 avqust 2018-ci il tarixində verilmiş; Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyata olan) Dağıstan Gömrüyü qarşısında 705 876 rubl 45 qəpik məbləğində gömrük ödənişləri və cərimə üzrə borcludur. Gömrük ödənişlərinin hesablanması müvəqqəti idxal üçün elan edilmiş sərnişin gömrük bəyannaməsinin təqdim edildiyi 29.06.2018-ci il tarixdən hesablanmışdır. 29.06.2018-ci il tarixə avronun məzənnəsi - 74.9022 rubl, 3000 (sm3 ) x 3 (avro 1 sm3 üçün) x 74.9022 (rubl) = 674 119 rubl 80 qəpik, gömrük ödənişlərinin ödənilməsi üçün son tarixin pozulmasına görə cərimə - 31,756 rubl 65 qəpik. 08 iyun 2020-ci il tarixə borcun ümumi məbləği 705 876 rubl 45 qəpik təşkil edir. Bu borc 2014-cü ildə istehsal edilmiş Avtomobilin müvəqqəti idxalı müddətinin pozulması ilə əlaqədar yaranmışdır. 18 noyabr 2018-ci il tarixdə X2 gömrük ərazisinə Cavabdeh tərəfindən sərnişin gömrük bəyannaməsinə əsasən həmin avtomobil Rusiya Federasiyası ərazisində müvəqqəti olduğu müddət üçün daxil edilmişdir, 18.11.2019-cu il tarixədək. Nəqliyyat vasitəsi müəyyən edilmiş müddətdə X2 gömrük ərazisindən çıxarılmamışdır. Müvəqqəti daxil etmənin müddətinin uzadılması ilə bağlı gömrük orqanlarına Cavabdeh müraciət etməmişdir. Cavabdeh X2 gömrük ərazisinə daxil olarkən göstərilən nəqliyyat vasitələrinin müvəqqəti idxalı qaydaları ilə tanış olmuş, bunu 18 noyabr 2018-ci il tarixli izahatında olan imzası ilə təsdiq etmiş, gömrük orqanı tərəfindən müəyyən edilmiş müvəqqəti idxal müddətində nəqliyyat vasitəsini ixrac etməməsinə, habelə həmin ərazidə nəqliyyat vasitəsinə dair istifadə və sərəncam hüququnun başqa şəxsə verilməsinə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Gömrük nəzarəti zamanı nəqliyyat vasitələrinin müvəqqəti giriş şərtlərinə uyğunluğu yoxlanılarkən Dağıstan gömrüyü, 2014-cü ildə istehsal edilmiş, “RANGE ROVER SPORT” markalı nəqliyyat vasitəsinin göstərilən müddətdə ərazidən çıxarılması barədə məlumatın olmadığı müəyyən edilmişdir. Dağıstan Gömrüyü tərəfindən yoxlama tədbirləri həyata keçirilmiş, müvafiq sorğular göndərilmiş və həmin avtomobilin X2 gömrük ərazisindən ixrac edilmədiyi müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(011)-5545/2020 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh gömrük ödənişi olaraq 674119,80 Rusiya Federasiyası rublu, dəbbə pulu olaraq 31756,65 Rusiya Federasiyası rublu, cəmi 705876,45 Rusiya Federasiyası rublu ödəniş gününə olan məzənnə üzrə manatla Federal Gömrük Xidməti X8 İdarəsi Dağıstan Gömrüyünün xeyrinə tutulması, ödənilməli olan dövlət rüsumu 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5545/2020 saylı iş üzrə 01.12.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, X8 İdarəsi Dağıstan Gömrük İdarəsinin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, işə baxan birinci instansiya məhkəməsi tələbə əsaslanaraq öz qətnaməsində göstərmişdir ki, qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2014-cü ildə istehsal edilmiş, VİN- SALWA2KF8EA304241, qeydiyyat nömrəsi ** NC ***, mühərrikin həcmi 300m3 olan «RANGE ROVER SPORT» markalı avtomobil (bundan sonra-Avtomobil) Cavabdeh məxsusdur. 17 noyabr 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X5 özünə məxsus avtomobili 3 ay müddətinə, 17 fevral 2019-cu il tarixədək sürmək və sərəncam vermək hüququ ilə cavabdehə etibar etmişdir. Sərnişin gömrük bəyannaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh 17 noyabr 2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Avtomobillə müvəqqəti olaraq Rusiya Federasiyasının ərazisinə daxil olmuş, onun qalma müddəti 18.11.2018-ci il tarixdən 18.11.2019-cu il tarixədək müəyyən edilmişdir. Cavabdeh bəyannaməni 18.11.2018-ci il tarixdə imzalamışdır. Cavabdeh tərəfindən Dağıstan Gömrüyünə verilmiş olduğu izahatından bildirilmişdir ki, nəqliyyat vasitəsinin gömrük orqanı ilə müəyyən edilmiş müddət ərzində çıxarılmaması, habelə istifadə və sərəncam hüququnun Gömrük birliyinin ərazisində başqa şəxsə verilməsinə görə məsüliyyət barədə xəbərdar edilmişdir. Dağıstan Gömrüyü tərəfindən müvafiq sorğular edilmiş 2014-cü ildə istehsal edilmiş, VİN-SALWA2KF8EA304241, qeydiyyat nömrəsi ** NC ***, mühərrikin həcmi 300m3 olan «RANGE ROVER SPORT» markalı avtomobilin X2 gömrük ərazisindən çıxması müəyyən edilməmişdir. Federal Gömrük Xidmətinin X3 21 aprel 2020-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, cavabdeh tərəfindən nəqliyyat vasitəsinin müəyyən edilmiş müddətdə ərazidən çıxarılması faktı üzrə onun barəsində inzibati icraatın başlanması qərara alınmışdır. 05 dekabr 2019cu il tarixli və 07.05.2020-ci il tarixli xəbərdarlıq məktublarının surətindən müəyyən olunur ki, cavabdehə gömrük ödənişi üzrə brcunun olması barədə lazımi qaydada məlumatlandırılmışdır. Gömrük ödənişləri üzrə hesablamada qeyd olunur ki, 08 iyun 2020ci il tarixə cavabdehin cəmi ödəyəcəyi pul məbləği 705876,45 rubl (gömrük ödənişi- 674119 rubl 80 qəpik, dəbbə pulu 31756,65 qəpik) təşkil etmişdir. Belə ki, həmin sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı olan cavabdeh 17 noyabr 2018-ci il tarixdə ebibarnamə əsasında idarə etdiyi Avtomobili ilə Azərbaycan Respublikası ərazisindən X2 gömrük ərazisinə daxil olan Rusiya Federasiyasının ərazisində X1 gömrük postundan, keçidin məqsədinin tranzit olaraq qeyd etməklə daxil olmuşdur. Bu zaman X2 gömrük ərazisində qüvvədə olan qanunıericilyin tələblərinə uyğun olaraq ona idarə etdiyi avtomobilin bir il müddətində (18.11.2018-18.11.2019-cu il) həmin ərazidən çıxarılmalı olduğu, bu avtombilin qeyd edilən ərazidə başqa şəxsin istifadəsində və sərəncamına verilməsinin qadağan olduğu izah edilmiş və o, bu barədə xəbərdar edildiyini bildirməklə avtomobili bir il müddətində həmin ərazidən çıxarmaq və bu ərazidə avtomobili başqa şəxsin istifadəsinə və sərəncamına verməmək barədə üzərinə öhdəlik götürmüşdür. Lakin bir ilin tamamında Dağıstan Gömrüyü tərəfindən aparılmış yoxlamalara dair sənədlərlə, habelə iş materiallarında olan sübutlar əsasında müəyyən edilir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bunula da cavabdeh X2 gömrük ərazisinə qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən əsaslara istinad etsə belə, onun iştirakı olmadan, işin faktiki hallarını bilmədən səhv nəticəyə gəlməklə, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Hesab edir ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, məhkəmə işə baxan zamanı işin həqiqi hallarını araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə əsaslandırılmış hallarla uyğunluq təşkil etməmişdir. Digər tərəfdən məhkəmə öz qətnaməsi ilə maddi və prosessual hüquq normalarını ciddi şəkildə pozmuşdur. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən əsaslara istinad etməklə belə bir qənatə gəlmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi aşağıda göstərilən kəskin səbəblərə görə, 01 dekabr 2020-ci il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv olunmalı və iddiaçı X8 İdarəsi Dağıstan Gömrük İdarəsinin irəli sürmüş iddia tələbi təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, o, Rusiya Federasiyasının Dağıstan Respublikasına alışvrişə getmək məqsədi ilə dostundan xahiş etmiş ki, ona etibarnamə versin ki, onun avtomobili ilə Dağıstana getsin. O da, ona etiraz etməyərək mülkiyyətində olan «RANGE ROVER SPORT» ** NC *** qeydiyyat nömrəli avtomobilinə dair ona etibarnamə vermişdir. O, 18.11.2018-ci il tarxdə Rusiya Federasiyasının Dağıstan Respublikasına getmiş, orada Məhəmməkənd yaxınlığında yerləşən Oteldə yorğun olduğundan, otaq götürərək dincəlmək qərarına gəlmişdir. «RANGE ROVER SPORT» ** NC *** qeydiyyat nömrəli avtomobili də, otelin həyətində saxlamışdır. Bir neçə saat dincəldikdən ayağa durub alışveriş etməyə getmək istəmişdir. Oteldən çıxarkən birdən görmüş ki, dostunun mülkiyyətində olan «RANGE ROVER SPORT» ** NC *** qeydiyyat nömrəli avtomobil otelin həyətində yoxdur. O, şok vəziyyətinə düşərək oteldə işləyən şəxslərdən avtomobilin oğranıldığını dedikdə, onlar ona bildirmişlər ki, avtomobilin bundan sonra axtarılmasının menası belə yoxdur. Çünki son vaxtlar dəfələrlə avtobillər oğrlanıb və onun tapılmasının heç bir mənası olmayıb. O, polis çığırılmasını tələb etdikdə, bildirmişlər ki, əgər polis çağırarsa əksinə özünə problemlər açmış olar. Bundan başqa, yerli sakinlər tərəfindən ona məsləhət görüldü ki, əgər problemin genişlənməsini istəmirsə, təcili buranı tərk etdi. O da, xarici ölkədə tək olduğundan və orada kimisə güvvəni olmadığı üçün məcbur oldu elə həmin gün axşam Dağıstanı tərk etsin. Hesab edir, belə halda əksinə o şikayətçi olmalı, ortada dostunun «RANGE ROVER SPORT» markalı avtomobili oğranıb. Bununla əlaqədar dostu ilə problemlər yaşamış. Belə hesab edir ki, yuxarıda qeyd olunan əsasları nəzərə alaraq, X8 İdarəsi Dağıstan Gömrük İdarəsi tərəfindən irəli sürünən iddia tələbi rədd edilməlidir. Məhkəmənin hansı sübutları əsas göstərməsi, hənsı sübutların işin həqiqi halları ilə uyğunluq təşkil edib-etməməsi müəyyən edilməmişdir. Bununla da məhkəmə tərəfindən göstərilən prosessual qanunvericilik norması kobud surətdə pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qətnaməsini əsassız hesab edir və hesab edir ki, hüquqlarının məhdudlaşdırılmasına əsas ola biləcək belə bir qətnamə qüvvədə qala bilməz. Hesab edir ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi tam əsassız və qanunsuzdur. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan: Qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2014-cü ildə istehsal edilmiş, VİN – SALWA2KF8EA304241, qeydiyyat nömrəsi ** NC ***, mühərrikin həcmi 3000 sm3 olan “RANGE ROVER SPORT” markalı avtomobil (bundan sonra - Avtomobil) Cavabdeh məxsusdur. 17 noyabr 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 özünə məxsus Avtomobili 3 ay müddətinə, yəni 17 fevral 2019-cu il tarixədək sürmək və sərəncam vermək hüququ ilə cavabdehə etibar etmişdir. Sərnişin gömrük bəyannaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh 17 noyabr 2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Avtomobillə müvəqqəti olaraq Rusiya Federasiyasının ərazisinə daxil olmuş, onun qalma müddəti 18.11.2018-ci il tarixdən 18.11.2019-cu il tarixdək müəyyən edilmişdir. Cavabdeh bəyannaməni 18.11.2018-ci il tarixdə imzalamışdır. Cavabdeh tərəfindən Dağıstan Gömrüyünə vermiş olduğu izahatında bildirmişdir ki, nəqliyyat vasitəsinin gömrük orqanı ilə müəyyən edilmiş müddət ərzində çıxarılmaması, habelə istifadə və sərəncam hüququnun Gömrük Birliyinin ərazisində başqa şəxsə verilməsinə görə məsuliyyət barədə xəbərdar edilmişdir. Dağıstan Gömrüyü tərəfindən müvafiq sorğular edilmiş 2014-cü ildə istehsal edilmiş, VİN – SALWA2KF8EA304241, qeydiyyat nömrəsi 99 NC284, mühərrikin həcmi 3000 sm3 olan “RANGE ROVER SPORT” avtomobilin X2 gömrük ərazisindən çıxması müəyyən edilməmişdir. Federal Gömrük Xidmətinin X3 21 aprel 2020-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, cavabdeh tərəfindən nəqliyyat vasitəsinin müəyyən edilmiş müddətdə ərazidən çıxarılmaması faktı üzrə onun barəsində inzibati icraatın başlanılması qərara alınmışdır. 05 dekabr 2019-cu il tarixli və 07.05.2020-ci il tarixli xəbərdarlıq məktubların surətindən müəyyən olunur ki, cavabdehə gömrük ödənişi üzrə borcunun olması barədə lazımi qaydada məlumatlandırılmışdır. Gömrük ödənişləri üzrə hesablamada qeyd olunur ki, 08 iyun 2020-ci il tarixə cavabdehin cəmi ödəyəcəyi pul məbləği 705 876,45 rubl (gömrük ödənişi – 674 119 rubl 80 qəpik, dəbbə pulu 31 756,65 qəpik) təşkil etmişdir. 21 yanvar 1993-cü il tarixdə Minsk şəhərində imzalanmış Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiyanın 22-ci bəndinin 1-ci yarımbəndinə görə, əgər bu bölmənin İİ — V hissələrində digər qayda nəzərdə tutulmursa, onda yaşayış yeri Razılığa gələn Tərəflərin birində olan şəxslərə qarşı iddialar, onların vətəndaşlığından asılı olmayaraq, həmin Razılığa gələn Tərəflərin məhkəmələrinə təqdim edilir, hüquqi şəxsə qarşı iddialar isə onların idarəedici orqanı, nümayəndəsi, yaxud da filialı olan Razılığa gələn Tərəfin məhkəmələrinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 13.1. Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Maddə 13.2. Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Maddə 13.3. Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir. Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Maddə 439.2. Xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Qanunvericiliyin istinad edilən normaları baxımından məhkəmə belə qənaətə gəlir ki, daha üstün hüquqi qüvvəyə malik olan yuxarıda qeyd edilən Konvensiyanın tələbləri baxımından aidiyyət qaydaları pozulmamışdır. Məhkəmə kollegiyası, mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, həmin sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı olan cavabdeh 17 noyabr 2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Avtomobili ilə Azərbaycan Respublikası ərazisindən X2 gömrük ərazisinə daxil olan Rusiya Federasiyasının ərazisinə X1 gömrük postundan, keçidin məqsədinin tranzit olaraq qeyd etməklə, daxil olmuşdur. Bu zaman X2 gömrük ərazisində qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ona idarə etdiyi avtomobilin bir il müddətində (18.11.2018- 18.11.2019-cu il) həmin ərazidən çıxarılmalı olduğu, bu avtomobilin qeyd edilən ərazidə başqa şəxsin istifadəsinə və sərəncamına verilməsinin qadağan olduğu izah edilmiş və o, bu barədə xəbərdar edildiyini bildirməklə avtomobili bir il müddətində həmin ərazidən çıxarmaq və bu ərazidə avtomobili başqa şəxsin istifadəsinə və sərəncamına verməmək barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, bir ilin tamamında Dağıstan Gömrüyü tərəfindən aparılmış yoxlamalara dair sənədlərlə, habelə iş materiallarında olan sübutlar əsasında müəyyən edilir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bununla da cavabdeh X2 gömrük ərazisinə qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. Maddə 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Maddə 2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Maddə 2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. Məhkəmə, istinad edilən qanunun tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçının istinad etdiyi hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən edilməsi mümkün olmadığından, habelə iddiaçı istinad etdiyi hüquqi normaları təsdiqləyən sənədlər təqdim etmədiyindən mübahisənin həlli üçün Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 68. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük borcunun ödənilməsi üçün təminatı bu Məcəllənin 45-ci fəslində nəzərdə tutulmuş qaydada şəxsdən tələb etmək hüququna malikdirlər. Maddə 148.3.4. Gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Maddə 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: gömrük rüsumları; əlavə dəyər vergisi; aksizlər; yol vergisi; gömrük yığımları; haqq; dövlət rüsumu. Maddə 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh, etibarnamə əsasında idarə etdiyi avtomobillə X2 gömrük ərazisinə daxil olan zaman üzərinə avtomobilin bir il müddətində həmin ərazidən çıxaracağı barədə öhdəlik götürsə də, üzərinə götürdüyü öhdəliyi icra etməməklə X2 gömrük ərazisinə qüvvədə olan gömrük qanunvericiliyinin tələblərini pozmuş, bununla da gömrük ödənişini ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı, səlahiyyətli orqan olaraq həmin gömrük ödənişini, habelə müəyyən edilmiş müddəti pozduğuna görə dəbbə pulunu tələb etməkdə haqlıdır Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi, cavabdehdən iddia tələbində qeyd edilən məbləğin, ödəniş gününə olan məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, 18.11.2018-ci il tarxdə Rusiya Federasiyasının Dağıstan Respublikasına getmiş, orada Məhəmməkənd yaxınlığında yerləşən Oteldə yorğun olduğundan, otaq götürərək dincəlmək qərarına gəlmişdir. «RANGE ROVER SPORT» ** NC *** qeydiyyat nömrəli avtomobili də, otelin həyətində saxlamışdır. Bir neçə saat dincəldikdən ayağa durub alışveriş etməyə getmək istəmişdir. Oteldən çıxarkən birdən görmüş ki, dostunun mülkiyyətində olan «RANGE ROVER SPORT» ** NC *** qeydiyyat nömrəli avtomobil otelin həyətində yoxdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh qeyd edilən avtomabilin oğurlanması barədə hər hansı sübutu (hüquq mühafizə orqanlarına şikayət edilməsi, şikayətlə bağlı qəbul edilmiş qərar və.s.) təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(011)- 5545/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4438/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4438/2021
06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver