Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4448/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2813/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı tərtib olunmuş akt üzrə 2016 (iki min on altı) manat, 44.56 (qırx dörd manat əlli altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 400 (dörd yüz) manat vəkil xərci olmaqla, cəmi 2460.56 (iki min dörd yüz altmış manat əlli altı qəpik) manat məbləğində pulun tutularaq İddiaçı hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2813/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2813/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsi, əks halda ərizəyə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2813/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2813/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 35.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, Cavabdeh Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olduğundan, hazırki iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddia olduğuna görə, müqavilənin icra yerinə görə verilə bilər. Həmin maddənin dispozisiya şərtinə görə, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Hazırkı iddia ərizəsinə əlavə edilmiş abonent saldolarından görünür ki, cavabdehin yaşadığı ünvan 1 ünvanına 2011-ci ilin oktyabr ayından təbii qazla təchiz edilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00006 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1802AZ**********85 nömrəli qaz sayğacı quraşdırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli AKX-00033xx/xx-2018 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə ilə cavabdehin yaşadığı ünvan 1 fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin müqavilədən, həmçinin abonent saldolarından görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə fərdi yaşayış evinin qazla təchiz edilməsi, yəni müqavilənin icra yeri ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşin hallarından və qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müvafiq maddəni (AR MPM-in 36.11-ci maddəsini), tərəflər arasında olan müqaviləni nəzərə almadan, iddia ərizəsinin geri qaytarılmasına dair yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, 398.0.3-cü maddəsinə əsasən isə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2813/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı tərtib olunmuş akt üzrə 2016 (iki min on altı) manat, 44.56 (qırx dörd manat əlli altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 400 (dörd yüz) manat vəkil xərci olmaqla, cəmi 2460.56 (iki min dörd yüz altmış manat əlli altı qəpik) manat məbləğində pulun tutularaq İddiaçı hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4448/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4448/2022
09.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver