Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-445/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1901/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan «xxxx» ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə “xxxx” ASC arasında bağlanmış 144R12/B nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə cavabdehlərdən 33618,07 manat əsas, 19750,16 manat faiz, müqavilə üzrə borcunu gecikdirdiyinə görə hesablanmış və tələb olunan 19571,96 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 2834,69 məbləğində faiz, cəmi 75774,88 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 144R12/B nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə, 16%-lə 41000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq “xxxx” ASC ilə Cavabdeh3, Cavabdeh1 arasında eyni tarixli və saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə Banka tələb olunan məbləğdə borcu yaranmışdır. Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli 144R12/B saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə yaranmış 33618,07 manat əsas borc, 19750,16 manat faiz borcu, 296,68 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış illik 5% dərəcəsi alınmaqla 2834,69 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və 0,40 manat xidmət haqqı, cəmi 56530 manat məbləğində pulun tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yalnız bir məhkəmə iclasında iştirak edib, həmin iclasda da Türkiyə vətəndaşı olduğundan Azərbaycan dilini başa düşmədiyini, vəkillə təmisil olunmağı üçün məhkəmə iclasının təxirə salınmasını xahiş edib. Kredit müqaviləsi onunla bağlansa da, kredit faktiki olaraq dostuna verilib, yaranmış borc da dostuna aiddir. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən mübahisəyə iddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, Cavabdeh2 isə apellyasiya şikayəti verməklə mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, Bank ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli 144R12/B saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə, illik 16%-lə 41000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Bank ilə zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında eyni tarixli və nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncular borcalannın bankla bağladığı kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşlər. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən borcalanın xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 33618,07 manat əsas, müqavilə müddəti üçün hesablanmış 19750,16 manat faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 19571,96 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 2834,69 manat borc, cəmi 75774,88 manat borcu vardır. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445.1, 467, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarını tətbiq etməklə Cavabdeh2 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş, iddia tələbi həcmində əsas, faiz, gecikdirilmiş vaxt üçün faiz və azaldılmış 296,68 manat cərimə borcunun borcalandan və zaminlərdən müştərək qaydada tutulması barədə nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi həmin nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminlik müddəti təyin edilməmişdir. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu hallarda zaminliyin bütün öhdəliklər tam ödənilənədək qüvvədə olması barədə müqavilə şərti hüquqi müəyyənlik prinsipinə, mülki qanunvericiliyin zaminliyə xitam verilməsini, habelə müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün əhəmiyyətsiz olmaqla tərəflər üçün hüquqi nəticələr doğura bilməz. Belə ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq Banklar tərəfindən təklif olunur. Bu mənada tərəflər arasında bağlanmış zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində qüvvədə olmuşdur. Hazırkı iş üzrə zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtı xx.xx.2013-cü il tarixdə başa çatmışdır. Lakin iddiaçı həmin vaxtdan sonrakı bir il ərzində zaminlərə qarşı iddia irəli sürməmiş, bununla da cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Ona görə iddiaçının zaminlərə qarşı tələb irəli sürməsi əsassızdır. Kredit borcunun əsas borcludan tutulması tələbinə münasibətdə Kollegiya qeyd edir ki, işdən görünür ki, Bank ilə Cavabdeh2 arasında kredit müqaviləsi xx.xx.2012-ci ildə 60 ay müddətinə bağlanmış, müqavilə üzrə öhdəliyin icrası – kredit məbləğinin qaytarılması müddəti xx.xx.2017-ci ildə bitmişdir. Bank isə hazırkı iddia ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə, yəni pulun qaytarılmalı olduğu müddət bitdikdən sonra müraciət etmiş, əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün faiz borcunu müqavilə müddətinin sonuna deyil, xx.xx.2019-cu il tarixədək hesablamışdır. İşin apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 25545 saylı rəyi ilə Cavabdeh2 müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 32488,89 manat əsas, 17709,93 manat faiz borcunun, xx.xx.2019-cu il tarixə (müqavilə müddəti bitən tarixdən etibarən 5 faiz dərəcəsi ilə hesablanmaqla) 32488,89 manat əsas, 20494,05 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, ekspertiza tədqiqatı ilə cərimə hesablanmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467). Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (maddə 445.7). Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (maddə 449.1). Mülki Məcəllənin 449.3 və 449.4-cü maddələrinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq borcalan qeyd edilən kredit müqaviləsi üzrə bank qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmış, nəticədə Bank qarşısında borcu yaranmışdır. Yuxarıda qeyd edilənlər kontekstində Kollegiya belə qənaətə gəlir ki, Cavabdeh2 ekspert rəyi ilə müəyyən edilmiş 32488,89 manat əsas, 20494,05 manat faiz borcu (kredit üzrə müddət bitəndən sonra hesablanan faiz də nəzərə alınmaqla), azaldılmış 200 manat cərimə iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyator şikayətdə məhkəmənin prosessual pozuntulara yol verdiyini bildirmiş, eyni dəlillərlə protokola qeyd vermiş, məhkəmə həmin qeydləri əsassız olduğundan təmin etməmişdir. Apellyasiya şikayətinin dəlillərindən də görünür ki, apelyator kredit müqaviləsini imzaladığını, onun həqiqiliyini mübahisələndirməmiş, müqavilə üzrə pulu faktiki olaraq dostunun götürdüyünü bildirmişdir. Qeyd edilənlər kredit müqaviləsi üzrə borcun müqavilə tərəfi olan cavabdehdən tutulmaması üçün əsas deyildir. Belə ki, cavabdeh kredit müqaviləsini imzalayarkən onun mahiyyətini dərk etmiş, müqavilə öhdəliklərinə görə məsuliyyəti üzərinə götürmüşdür. Pulun faktiki olaraq cavabdehin razılığı ilə üçüncü şəxs tərəfindən götürülməsi onu müqavilə öhdəliklərinin icrasından azad etmir. Mübahisəyə iddia müddətinin tətbiq olunması barədə şikayətin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, iddiaçı hazırkı iddia ilə məhkəməyə bundan 1 il 8 ay sonra - xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Beləliklə, müqavilə öhdəlikləri üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Beləliklə, qeyd olunanlar konteksində Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1901/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli 144R12/B saylı kredit müqaviləsi üzrə 32488,89 manat əsas, 20494,05 manat faiz borcu (kredit üzrə müddət bitəndən sonra hesablanan faiz də nəzərə alınmaqla), 200 manat cərimə borcu, cəmi 53182 (əlli üç min yüz səksən iki) manat 94 (doxsan dörd) qəpik pul, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və 0,40 manat xidmət haqqı tutulsun. İddia qalan hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apelyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-445/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-445/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver