Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4454/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızının və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 Məmmədhüseyn oğluna qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamədən cavabdeh "xxxx" ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Bankın adından verdiyi iddia ərizəsinə dair mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehlərin Banka olan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 7.800,25 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 14.601,97 manat, öhdəliyin icrasının gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 200 manat, “Kredit müqaviləsinin” müddəti bitdikdən sonrakı müddət üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 57,28 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 158 manat məbləğində pulun borcalan olan Cavabdeh2 və sonuncunun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş "xxxx" ASC-dən müştərək qaydada tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin ödənilməsi məqsədi 145 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir. Cavabdeh "xxxx" ASC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayətinə baxılan zaman iş üzrə tərəflər “Barışıq sazişi” ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) müraciət edərək aralarında bağlanmış həmin “Sazişin” təsdiq edilməsini, iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. “Barışıq sazişindən” görünür ki, iş üzrə tərəflər aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə aşağıdakı şərt ilə razılığa gəlmişlər: “ 2.1. Tərəflər təsdiq edirlər ki, “Kredit müqaviləsi” üzrə iddia tələbinə əsasən 7.800,25 (yeddi min səkkiz yüz manat 25 qəpik) manat əsas, 14.601,97 (on dörd min altı yüz bir manat 97 qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə, 57,28 (əlli yeddi manat 28 qəpik) manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan borc, ümumilikdə 22.659,50 (iyirmi iki min altı yüz əlli doqquz manat 50 qəpik) manat və 158 (bir yüz əlli səkkiz) manat dövlət rüsumu borcu mövcuddur. 2.2. “Kredit müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə X2 7.800,25 (yeddi min səkkiz yüz manat 25 qəpik manat) əsas, 14.659,25 (on dörd min altı yüz əlli doqquz manat 25 qəpik) manat faiz və 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 22.659,50 (iyirmi iki min altı yüz əlli doqquz manat 50 qəpik) manat borc öhdəliyi mövcuddur. 2.3. İddiaçı, cavabdeh-borclu tərəfindən faiz borcundan 5.000 (beş min) manat məbləğində vəsaitin 30 (otuz) iş günü müddətində ödənildiyini nəzərə alaraq, ümumilikdə 11.720 (on bir min yeddi yüz iyirmi) manat məbləğinin və 158 (bir yüz əlli səkkiz) manat dövlət rüsumunu 18 (on səkkiz) ay ərzində bərabər hissələrlə bölünməklə ödənilməsinə və qeyd olunan məbləğləri vaxtında və lazımi qaydada ödədikdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan faiz borcu və cərimə borcuna tam, faiz borcunun isə təqribi 38,91 % miqdarına, yəni 5.939,50 (beş min doqquz yüz otuz doqquz manat 50 qəpik) manat məbləğində güzəşt tətbiq edilməsinə razılıq vermişdir. 2.4. Cavabdeh-borclu bu “Sazişin” 2.3-cü bəndində göstərilən 5.000 (beş min) manat məbləğində borcu faiz borcundan ödədikdən sonra qalan 11.720 (on bir min yeddi yüz iyirmi) manat məbləğindəki borcun və 158 (bir yüz əlli səkkiz) manat dövlət rüsumunu ən geci xx.xx.2024-cü il tarixdən başlayaraq 18 (on səkkiz) ay ərzində bərabər hissələrə bölünməklə ödənilməsi öhdəliyini öz üzərinə götürür. 2.5. Tərəflər təsdiq edirlər ki, cavabdeh-borclu bu “Sazişin” 2.4-cü bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) dəfə və ya hər hansı ardıcıllıqla 3 (üç) dəfə lazımi qaydada icra etmədikdə bu “Sazişin” şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu “Sazişin” 2.1-ci bəndində göstərilən qalıq borc məbləğinin cavabdeh-borclu və cavabdeh-zamindən tutulması ilə bağlı icra vərəqəsinin verilməsi üçün İddiaçı tərəfindən müvafiq məhkəməyə müraciət ediləcəkdir. 2.6. Borclu tərəfindən bu “Sazişin” 2.4-cü bəndi tam və vaxtında icra edildikdən sonra X1q faiz və cərimə borclarının silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür”. Məhkəmə qeyd edir ki, tərəflərin bağladıqları “Barışıq sazişi” yazılı formada ifadə edilmiş və “Sazişi” bağlamış şəxslər “Sazişi” imzalamışlar. “Saziş” qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bunları nəzərə alan Məhkəmə, hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.5-ci maddəsinə görə, iş üzrə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinin mənasına görə, iş üzrə tərəflər işə apellyasiya qaydasında baxılan zaman barışıq sazişi bağlamışlarsa, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməni ləğv edərək iş üzrə icraata xitam verə bilər. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-in 261 və 384-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 Məmmədhüseyn oğlu arasında bağlanılmış və aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: “ 2.1. Tərəflər təsdiq edirlər ki, “Kredit müqaviləsi” üzrə iddia tələbinə əsasən 7.800,25 (yeddi min səkkiz yüz manat 25 qəpik) manat əsas, 14.601,97 (on dörd min altı yüz bir manat 97 qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə, 57,28 (əlli yeddi manat 28 qəpik) manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan borc, ümumilikdə 22.659,50 (iyirmi iki min altı yüz əlli doqquz manat 50 qəpik) manat və 158 (bir yüz əlli səkkiz) manat dövlət rüsumu borcu mövcuddur. 2.2. “Kredit müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə X2 7.800,25 (yeddi min səkkiz yüz manat 25 qəpik manat) əsas, 14.659,25 (on dörd min altı yüz əlli doqquz manat 25 qəpik) manat faiz və 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 22.659,50 (iyirmi iki min altı yüz əlli doqquz manat 50 qəpik) manat borc öhdəliyi mövcuddur. 2.3. İddiaçı, cavabdeh-borclu tərəfindən faiz borcundan 5.000 (beş min) manat məbləğində vəsaitin 30 (otuz) iş günü müddətində ödənildiyini nəzərə alaraq, ümumilikdə 11.720 (on bir min yeddi yüz iyirmi) manat məbləğinin və 158 (bir yüz əlli səkkiz) manat dövlət rüsumunu 18 (on səkkiz) ay ərzində bərabər hissələrlə bölünməklə ödənilməsinə və qeyd olunan məbləğləri vaxtında və lazımi qaydada ödədikdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan faiz borcu və cərimə borcuna tam, faiz borcunun isə təqribi 38,91 % miqdarına, yəni 5.939,50 (beş min doqquz yüz otuz doqquz manat 50 qəpik) manat məbləğində güzəşt tətbiq edilməsinə razılıq vermişdir. 2.4. Cavabdeh-borclu bu “Sazişin” 2.3-cü bəndində göstərilən 5.000 (beş min) manat məbləğində borcu faiz borcundan ödədikdən sonra qalan 11.720 (on bir min yeddi yüz iyirmi) manat məbləğindəki borcun və 158 (bir yüz əlli səkkiz) manat dövlət rüsumunu ən geci xx.xx.2024-cü il tarixdən başlayaraq 18 (on səkkiz) ay ərzində bərabər hissələrə bölünməklə ödənilməsi öhdəliyini öz üzərinə götürür. 2.5. Tərəflər təsdiq edirlər ki, cavabdeh-borclu bu “Sazişin” 2.4-cü bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) dəfə və ya hər hansı ardıcıllıqla 3 (üç) dəfə lazımi qaydada icra etmədikdə bu “Sazişin” şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu “Sazişin” 2.1-ci bəndində göstərilən qalıq borc məbləğinin cavabdeh-borclu və cavabdeh-zamindən tutulması ilə bağlı icra vərəqəsinin verilməsi üçün İddiaçı tərəfindən müvafiq məhkəməyə müraciət ediləcəkdir. 2.6. Borclu tərəfindən bu “Sazişin” 2.4-cü bəndi tam və vaxtında icra edildikdən sonra X1q faiz və cərimə borclarının silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür”. “Barışıq sazişi” təsdiq edildiyindən hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin ödənilməsi məqsədi 145 manat məbləğində pul cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 Məmmədhüseyn oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4454/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4454/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver