Məhkəmə qərarları › İş №2(103)-4467/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4467/2019

24.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4467/2019 24.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(008)- 8244/2016 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 19084.33 ABŞ dolları əsas, 2371.93 ABŞ dolları faiz, 3146.71 ABŞ dolları cərimə, cəmi 24602.97 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2013-cü ildə kredit xətti müqaviləsi bağlanmış və cavabdehə 120 ay müddətinə 100000 ABŞ dolları kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə cavabdeh bankdan aylıq faiz dərəcəsi 1.8333% olmaqla 18 aya 1 saylı Əlavə üzrə hissə-hissə qaytarmaqla 20000 ABŞ dolları kredit götürmüşdür. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli sazişə əsasən əvvəlki ödəniş planı ilə müəyyən edilmiş ödəniş məbləğləri və tarixləri dəyişdirilmişdir. Cavabdeh götürdüyü kreditdən müəyyən qədər ödəniş etsə də, sonradan ödənişləri dayandırmışdır. Həmin kredit müqaviləsinin icrasının təminatı olaraq, digər cavabdehlər bank qarşısında zamin duraraq əsas öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Buna görə məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)- 8244/2016 saylı qətnaməsi ilə iddiаnın qismən təmin еdilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 19084.33 ABŞ dolları əsas, 2371.93 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 оğlu apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqaviə ilə razılaşarkən ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə 0,78 manat hesablanırdı və bıı məzənnə ilə müqavilə üzrə öhdəliklərimi yerinə yetirmək imkanında idi. ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsinə münasibətdə kəskin dəyişilməsi, manatın devalivasiyası müqavilə üzrə öhdəliərini yerinə yetirməsini mümkünsüz etmişdir ki, bu da onun və zaminlərin təqsiri üzündən baş verməmişdir. Təəsüf ki, məhkəmə bu xüsusatı düzgün qiymətləndirməyərək müqavilə üzrə öhdəliklərimi yerinə yetirməkdən imtinası kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə almalı idi ki, iddiaçı ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi dollar-məzənnəsinə münasibətdə kəskin dəyişilməsini müqavilələrdə "vicdanlılıq" prinsipi baxımından yenidən qiymətləndirmədiyini, müqavilə münasibətlərinə, o cümlədən zaminlərin məsuliyyəti və cavabdehliyi məsələsinə yenidən baxmadığnı nəzərə alaraq zaminləri öhdəlikdən azad etməli idi. Məhkəmə bunu etməyərək müqavilə üzrə öhdəlikləri yaranarkən ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə borcu ödəməli olduğu nəticəsinə gəlməmiş, birmənalı olaraq iddiaçının qanunsuz mənafeyini müdafiə etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş "vicdanlılıq" anlayış ilə iddiaçının hərəkətlərini qiymətləndirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə hər hansı bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Kollegiya iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh Cavabdeh3 оğlunun apelyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ona aid olan hissədə ləğv edilməli, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 120 ay müddətinə 10000 ABŞ dolları kredit xətti açmalıdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2015ci il tarixli Kredit razılaşmasında görünür ki, bank cavadeh Cavabdeh1 aylıq faiz dərəcəsi 1.8333% olmaqla 18 aya 1 saylı əlavə üzrə hissə-hissə qaytarmaqla 20.000 ABŞ dolları kredit vermişdir. xx.xx.2015-ci il tarixli kredit razılaşması və və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli ödəniş planı ilə müəyyən edilmiş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan zaminlik müqavilələrinin surətindən görünür ki, xx.xx.2013cü il tarixli kredit xətti müqaviləsinin icrasının təminatı üçün digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bank qarşısında zamin durmuşlar. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Həsənov Emin Tahir oğlunun banka 19084.33 ABŞ dolları əsas, 2371.93 ABŞ dolları faiz, 3146.71 ABŞ dolları cərimə, cəmi 24602.97 ABŞ dolları borcu vardır. Məhkəmə, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, nəticədə cavabdehin 19084.33 ABŞ dolları əsas, 2371.93 ABŞ dolları faiz, 3146.71 ABŞ dolları cərimə, cəmi 24602.97 ABŞ dolları borcu yaranmışdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə bankla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 120 ay müddətinə 10000 ABŞ dolları kredit xətti açmış və xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli Kredit razılaşmasında görünür ki, bank cavadeh Cavabdeh1 aylıq faiz dərəcəsi 1.8333% olmaqla 18 aya 1 saylı əlavə üzrə hissə-hissə qaytarmaqla 20000 ABŞ dolları kredit vermişdir. xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinin icrasının təminatı üçün digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bank qarşısında zamin durmuşlar. Adı çəkilən şəxslər Cavabdeh1 oğlunun bank qarşısında kredit müqavilələri üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etməyəcəyi təqdirdə onunla birgə məsuliyyət daşımaları barədə üzərlərinə öhdəliklər götürmüşlər. Bank ilə Cavabdeh1 оğlu аrаsındа xx.xx.2015-ci il tarixli kredit razılaşması və və ödəniş plannına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli ödəniş planı ilə müəyyən edilmiş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən cavabdeh Cavabdeh1 oğlunun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası, həmçinin Cavabdeh3 apellyasiya şikayətini əsaslı hesab edir; belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. İşin hallarından aydın olur ki, iddiaçı bankın istinad etdiyi kredit xətt müqaviləsinə əlavə razılaşma bağlanarkən zamin Cavabdeh3 razılığı alınmamışdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyə əsaslanmaqla kollegiya hesab edir ki, Cavabdeh3 həmin müqaviləyə görə zamin qismində məsuliyyət daşıya bilməz. Kollegiya onu da qeyd edir ki, iddiaçının istinad etdiyi kredit və zaminlik müqaviləsinin zamin tərəfindən ayrıca mübahisələndirilməsinə ehtiyac yoxdur; çünkü qanunun tələbinə görə işə baxan məhkəmə hər bir halda irəli sürülmüş iddia tələbinin qanuni əsasını yoxlamağa borcludur. Hazırkı halda iddiaçının zaminə qarşı yönəlmiş iddia tələbinin qanuni əsasını onunla bağlanmış kredit və zaminlik müqaviləsi təşkil etdiyindən, məhkəmə cavabdehin etirazının dəlillərindən asılı olmayaraq həmin müqavilənin etibarlı olub-olmadığına qiymət verməlidir. Nəzərə alınmalıdır ki, müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürərkən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. Əgər müqavilə (və ya onun bir hissəsi) qanunun tələbləri baxımından etibarsızdırsa, tələb hüququ (tam və ya qismən) istisna olunur, hərgah şəxs belə müqaviləyə əsasən məhkəməyə müraciət edərsə, məhkəmə həmin müqavilənin (və ya onun bir hissəsinin) etibarsızlığı əsasına görə iddia tələblərinin (tam və ya qismən) təmin olunmasından imtina etməlidir. Bunun üçün digər tərəfin (cavabdehin) həmin müqaviləni və ya onun hansısa bəndini ayrıca mübahisələndirməsinə və bununla bağlı iddia tələbi irəli sürməsinə ehtiyac yoxdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini Cavabdeh3 münasibətdə təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 19084.33 ABŞ dolları əsas, 2371.93 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcunun Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq müştərək qaydada ödənilməsi barədə Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(008)-8244/16 saylı qətnaməsi həmin borcun Cavabdeh3ndаn tutulması hissəsində ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbləri Cavabdeh3 aid hissədə təmin olunmasın. Qətnamədə qalan hissədədə apelyatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar