Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-447/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili X4 iştirakları ilə İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1242/2009 saylı, 03 iyun 2009-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Qapalı Səhimdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması üçün məhkəmə əmrinin verilməsinə” dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 "xxxx" QSC-nin xeyrinə 10000 ABŞ dolları kredit borcu, 2148,30 ABŞ dolları faiz borcu və 1800 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 13948,30 ABŞ dolları borcun və 10 manat dövlət rüsumunun əvəzinin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1242/2009 saylı, 03.06.2009-cu il tarixli Məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəsinin 2(004)-1242/2009 saylı, 03.06.2009-cu il tarixli Məhkəmə əmrinə etiraz vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1242/2009 saylı, 23.04.2009-cu il tarixli qərardadı ilə etiraz təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1242/2009 saylı, 03.06.2009-cu il tarixli Məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1242/2009 saylı, 03.06.2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin onun münasibətdə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini bir sıra digər dəlillərlə yanaşı, zaminlik müqaviləsindəki imzanın ona aid olmadığı arqumenti ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi və ekspert rəyi məhkəməyə təqdim olunanadək mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qərardadı ilə əsasən işin dayandırılmasına səbəb olmuş hal aradan qaldırıldıqdan sonra iş üzrə icraat təzələnmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi eyni zamanda vəkili T.Baloğlanov ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1242/2009 saylı, 03.06.2009-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyindən apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 və Cavabdeh2 nümayəndəsi və vəkili X5 ayrı-ayrılıqda işin birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən daxil olmuş məktubda, qətnamədən Cavabdeh1 apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş, şikayətin Mülki Prosessual Məcəllənin 133, 362-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1242/2009 saylı, 03 iyun 2009cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-447/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-447/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver