Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4475/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X3 və X4 ibarət tərkibdə, Salahova Gülnar İsgəndər qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası üzrə mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ödəmə vaxtı manata olan məzənnə ilə 1.200.000 ABŞ dolları məbləğində pulun, 2016-cı ilin avqust ayından bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizlərlə pulun ödənildiyi günə qədər tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasmal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı Bakı şəhər Yasmal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. İş üzrə digər tərəf məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən digər tərəfin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Həmçinin xx.xx.2020 tarixdə cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilən vəsatətə bildirmiçdir ki, elektron məhkəmə portalmda şəxsi kabinet vasitəsilə apellyasiya şikayəti ilə tanış olan zaman məlum olmuşdur ki, İddiaçı apellyasiya şikayəti verərkən müəyyən olunmuş dövlət rüsumunu düzgün ödəməmiş və apellyasiya şikayətinə əlavə edilmiş "xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş ********* nömrəli, xx xxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, dövlət rüsumu Bakı Apellyasiya Məhkəməsinin deyil, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına ödənilmişdir. İddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-595/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, vəsatət təmin olunmalı verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilsə də, həmin qəbzdə ödənişin təyinatının Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilməsi üçün ödənilməsi müəyyən olunmur. Odur ki, kollegiya hesab edir ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu müəyyən edilmiş qaydada ödənilmədiyindən istinad edilən prosessual hüquq normaları baxımından hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 363.1.2, 400, 402 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət (ərizə) təmin olunsun. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Yasmal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Şikayətinin geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4475/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4475/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver