Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-448/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı "xxxx” KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7007/2020 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx” KB ASC Cavabdeh qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh «xxxx» KB ASC-nin xeyrinə 6831.48 manat əsas, 578.39 manat faiz, 19.54 manat cərimə, cəmi 7429.41 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: xx.xx.2018-ci il tarixli kredit və bank hesabı müqaviləsinin məzmununa əsasən, «xxxx» Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən borcluya 60 ay müddətinə illik 18 % ödəmək şərtilə 7306 manat məbləğində kredit verilmişdir (səh.9); bildirişə əsasən Cavabdeh borcun ödənilməsi ilə bağlı yazılı xəbərdarlıq edilmişdir (səh.12); xx.xx.2019-cu il tarixli arayışa əsasən Cavabdeh 3888nkBANK/18 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə banka 6831.48 manat əsas, 578.39 manat faiz, 19.54 manat cərimə, cəmi 7429.41 manat borcu vardır (səh.6). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7007/2020 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 445, 448, 739.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadən) iddia təmin edilmiş, Cavabdeh 6831.48 manat əsas, 578.39 manat faiz, 19.54 manat cərimə, cəmi 7429.41 manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «xxxx» Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7007/17 saylı, xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən məhkəmə Mühasibatlıq Ekspertizası təyin etmək, qət etdi hissəsində göstərilən əsasız olaraq Cavabdeh 6831.48 manat əsas,578.39 manat faiz, 19.54 manat cərimə cəmi 7429.4lmanat borc və 30 manat ödənilmiş dövlət rüsumunun “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməli olan hissələrini ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385.1.1-ci maddəsinə; Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxxx 2019-cu il tarixli Fərmanına istinadən qeyd edilmişdir ki, qeydiyyatda yaşadığı ünvana heç bir məhkəmə iclas bildirişi təqdim edilməmiş məhkəməyə iddia ərizəsi verilərkən məbləğ şişirdilmiş şəkildə göstərilmişdir. Bununla əlaqədar Məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalı və iddia verilən müddətə qədər olan ödənişlər aydınlaşdırılaraq həmin vaxta kimi olan əsas, faiz və cərimə borcun dəqiqləşdirilməsi ilə əlaqədar məhkəmə tərəfindən ədalətli qərar qəbul olunmalıdır. 5000 (beş min ABŞ dolları) USD məbləğində hesabı ilə müqavilə dollarla bağlanmasına baxmayaraq kassadan ona 3920 (üç min doqquz yüz iyirimi) AZN pul verildi. 3764NK BK X2/14 kredit müqaviləsinə 1 saylı əlavə qrafikasına əsasən xx xxxxxx 2018-ci il tarixinədək (8091.17 USD*0,784=6343,48) 6343 manat 48 qəpik pul qaytarmalı idi, 1 saylı müqaviləyə əlavə qrafiki əsasında gecikməsi olmadan ödənişlərini vaxtında etmişdir. Səhhəti ilə əlaqədar müalicə olunduğundan maddi vəziyyəti imkan vermədiyi üçün iki ay ödəniş edə bilmədi. “xxxx” KB Açıq Səhmdar Cəmiyyətində çalışan işçi tərəfindən ona zəng olunaraq kreditin faiz dərəcəsini müqavilədə aşağı faizlə əvəz olunaraq düzəliş olunmasına söz verdi. O, “xxxx” KB ASC-nin Bakıxanov-2 filialında həmin sözü gedən işçiyə yaxınlaşdı. Onlar iki ay gecikmə olduğu üçün müqaviləyə imza atmasını xahiş etdi. O da onun səmimiyətinə inanaraq imza atmışdır. Sonradan Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ünvanına gəldikdə məlum olmuşdur ki, o aldadılmışdır. Müqaviləyə imza atmasına baxmayaraq əlavə kredit götürməmişdir. Müqavilə əsasında olunan ödənişlərinin qəbzlərini özündə saxlamışdır. Ödəniş qəbzləri və ödəniş çıxarışından görmək olur ki, o isə 8871 (səkkiz min səkkiz yüz yetmiş bir) manat ödəniş etmişdir. Müqayisə etdikləri halda 6343 manat 48 qəpik ödəməli olduğu halda 2528 manat artıq ödəniş etmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Bazar nəzarət palatası tərəfindən ona hesablanmış olduğu 3852 AZN puldan qanunsuz olaraq iki ay ödənişi 372 azn tutularaq ona cəmi 3480.81 qəpik kompenssasiya ödənildi. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış ilkin müqavilədə dollar kimi qeyd olunmasına və kassadan pulu ona manatla verilməsinə baxmayaraq 2015-ci il tarixdə devalyasiya olunduğu gündən bütün ödənişlərini ödəniş gününə olan dollar valyuta məzənnəsi ilə ödəmişdir. Dəfələrlə banka gedərək pulu ona manatla vermələrini və manatlada ödəniş etmək istədiyini xahiş etsə də onlar onunla razılaşmırdılar. Bankın səlahiyyətli nümayəndələri tərəfindən ona heç bir məlumat verilmədən Sabunçu Rayon Məhkəməsinə borcun qaytarılması tələbinə dair iddia qaldırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 5615/20 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq eskpertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3869 saylı rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3888nkBANK/18 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə banka olan kredit borcu və kreditə hesablanmış faiz borcu ümumilikdə 7414,25 manat məbləğində müəyyən olunur. Əsas borc üzrə 6916.51 manat, faiz borcu üzrə 497.74 manat müəyyən olunur. Hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən sonrakı dövrdə 1008,33 manat məbləğində ödəniş aparılmışdır. Lakin borc məbləğinin hesablanma tarixi xx.xx.2019-cu il tarixə göstərildiyindən 1008,33 manat məbləğində ödənişlər nəzərə alınmadı. Bundan başqa qeyd edilir ki, ’’xxxx” KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3888nkBANK/18 saylı kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən cərimə faiz dərəcəsi (illik 180% - 360% ) dəqiq göstərilmədiyindən hazırki ekspertiza zamanı Cavabdeh cərimə borcu hesablanmadı. Aparılmış tədqiqatın dəyəri 145 manat müəyyən olunur (səh.90). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, bank tərəfindən onun aldandığını, 2018-ci il tarixdə bankla onun arasında müqavilə bağlandıqdan sonra pul verilmədiyini, cavabdehin müqaviləyə oxumadan imza atdığını bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası MM-in 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün maddi hüquqi əsaslar müəyyən edilməsədə, iddia tərəfinin təqdim etdiyi sübutlarda hesab səhvində fərq olduğundan qətnamənin prosessual (məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi) əsasları ilə dəyişdirilməsi üçün əsaslar mövcuddur. Qeyd edilənlərə əsasən, qətnamə ekspert rəyinə və tələb həddinə münasibətdə faiz borcu hissədə dəyişdirilməli - faiz borcu 497.74 manat müəyyən edilməlidir. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci cavabdehə aid edilməli, ekspertiza tədqiqatı ilə bağlı məhkəmə xərci tərəflərdən tutulmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372-376, 378-382, 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7007/2020 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi faiz borcu hissədə dəyişdirilsin - faiz borcu 497.74 (dörd yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 145 (yüz qırx beş) manat məbləğdə pul vəsaiti tərəflərdən (iddiaçı və cavabdehdən) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-448/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-448/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver