Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4486/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(003)-1837/2022 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(003)-1837/2022 saylı qərardadı ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddia ərizənin geri qaytarılması qərara alınmışdır. İddiaçı MMC məhkəmənin həmin qərardadından şikayət verərək qərardadın ləğv olunmasını və ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Həmçinin "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3-cu maddəsinin tələbində də qeyd olunmuşdur ki. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Hazırda dövlət rüsumunun istifadə müddətini tənzimləyən konkret qanunvericilik aktı olmadığından bu hala qanunun analogiyası tətbiq olunmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitutsiya Qanununa əsasən, qanunun analogiyası konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun və “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının müvafiq maddələrindən də aydın şəkildə görünür ki, əgər vətəndaş ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində müraciət etmək hüququna sahibdirsə bu dövlət rüsumun 5 il ərzində etibarlı olmasını deməyə əsas verir. Beləliklə, qeyd edilənlərdən də görünür ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə tam əməl edilməklə verilmişdir. Dövlət rüsumunun təxminən 1 il öncədən ödənilməsi iddia ərizəsinin geri qaytarılması üçün səbəb ola bilməz. Belə ki, dövlət rüsumunun ödənilməsi qanunvericiliyin tələblərinə uyğun miqdarda və formada həyata keçirilmişdir. Bundan əlavə dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericiliyin heç bir norması pozulmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1837/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(003)-1837/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, iddia ərizəsinə əlavə edilmiş 775595518№-li mədaxil qəbzinə əsasən İddiaçı MMC tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına xx.xx.2021-ci il tarixdə 20 manat, 895778324№-li mədaxil qəbzinə əsasən isə xx.xx.2022-ci il tarixdə 10 manat dövlət rüsumu ödənilmişdir. Kollegiya qeyd edir ki, hazırki ərizə ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumunun ödənilməsinin göstəricisi olan №775595518 nömrəli mədaxil qəbzindən görünür ki, 20 manat dövlət rüsumu xx.xx.2021-ci il tarixdə, təxminən 10 ay əvvəl (məhkəməyə müraciət olunan tarixədək olan müddət nəzərə alınmaqla) ödənilmişdir ki, bu da məhz həmin rüsmunun hazırki iddia ərizəsinə görə ödənilməsini təsdiq edən ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz. Kollegiya eləcə də şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, dövlət rüsumu haqqında təlimatın 21-ci bəndinə əsasən əvvəllər baxılmadan saxlanılmış iddialar təkrarən verildikdə iddianın baxılmadığına görə ödənilmiş rüsum qaytarılmalı olduğu halda qaytarılmamışdırsa, təkrar təqdim edilmiş iddiaya rüsumun ödənilməsi haqqında ilkin sənəd, bu məbləğin büdcəyə köçürüldüyü tarixdən bir il müddət keçməmişdirsə əlavə edilə bilər. Hazırki iddia tələbinin əvvəllər baxılmamış saxlanılmasına dair hər hansı məlumat iş materiallarına əlavə edilməməmişdir. Bundan başqa qeyd olunan qəbzin əvvələr hər hansı iddia ərizəsinə görə ödənilib-ödənilmədiyini, o cümlədən baxılmamış saxlanılmış və ya geri qaytarılmış mülki iş üzrə ödənilmiş dövlət rüsumu olmasını müəyyən etmək mümkün deyildir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2022ci il tarixli, 2(003)-1837/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(003)-1837/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-4486/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4486/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver