Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-449/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: («alimentin məbləğinin artırılması») hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3248/2023 saylı işi üzrə 30 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2043/2021 nömrəli 15 mart 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 200 manat sabit pul məbləğində alimentin Cavabdeh hər ay aylıq qazancı və digər başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3248/2023 saylı işi üzrə 30 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2043/2021 nömrəli 15 mart 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 200 manat sabit pul məbləğində alimentin dəyişdirilməsi, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancı və digər başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1.1, 112.1-ci maddələrinə; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndinə; Mülki Prosessual Məcəllənin 77.1, 82.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yetkinlik yaşına çatmayan uşağın mənafelərinin qorunması, xərclərinin minimum səviyyədə qarşılanması, layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə iddia tələbi təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2043/2021 nömrəli 15 mart 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 200 manat sabit pul məbləğində aliment dəyişdirilməli, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancı və digər başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2043/2021 nömrəli 15 mart 2021-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən hesablanmaqla tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; - DİN Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Cavabdeh aylıq hesablanmış əmək haqqı 1182,10 manat təşkil edir (iş səh 8-9, 32). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3248/2023 saylı qətnaməsinin ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edəlməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 5.2; Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Yasamal rayon Məhkəməsinin qətnaməsini qanunsuz və ədalətsiz hesab edir. Övladı artıq uzun müddətdir ki, onun yanında qalır. Sadəcə formal olaraq aylıq 200 manat məbləğində aliment ödəyirdi. Lakin uşaq onun yanında qala-qala alimentin verilməsinin üsulunun dəyişdirlərək maaşının və digər gəlirlərinin ¼ hisssəsi aliment tutlması artıq absurddur. Çünki uşağın bütün təhsili, tərbiyəsi, maddi baxımdan tələb olunan məbləğlər tərəfindən qarşılanır. Lakin Bakı şəhəri Yasamal rayon məhkəməsinin qətnaməsi ilə xx.xx.2008-cı il təvəllüdlü X1 üçün sabit pul məbləğində alimentin ondan tutularaq anası İddiaçı ödənilsin kimi qət edilməsinə baxmayaraq övladı uzun müddətdir ki, onun yanında yaşayır və anasının yanında yaşamaqdan imtina etmişdir. Səbəb kimi isə orada onu döymələrini və ata qayğısına ehtiyacının olmasını bildirir. Belə ki, uşaqlarının təhsili və digər hüquqlarını həyata keçirilməsi bağlı onun hansı valideyni ilə birlikdə qalması tələb olunduqdan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh olaraq məhkəmədə yetkinlik yaşına çatmayan uşağın atasının yanında qalmasını və anasının onu döydüyünə görə onun yanında qalmaq istəməməsini bildirsə də, məhkəmə bu hallara düzgün qiymət verməmiş və sonda uşaq atanın yanında qalmasına baxmayaraq, anaya verilməli olan alimentin üsulunu dəyişdirərək maaşın və digər gəlirlərin ¼ hissəsində alimentin tutulmasına dair qaldırılmış iddianı təmin edir. Qanunvericiliyin tələbindən də, göründüyü kimi uşağın 15 yaşı olmasını nəzərə alaraq, fikri öyrənilməli idi və uşağın hazırda kimin yanında qalmasını müəyyən etməli idi. Məhkəmə bunları etmiş olsaydı düzgün və ədalətli qərar çıxarmış olardı. Bundan başqa, sonuncu məhkəmənin başqa bir vaxta salınasına dair ərizə verməyinə baxmayaraq iştirakı olmadan qətnamə çıxarılmışdır. İştirakı təmin edilsə idi, uşağı məhkəmdə dindirilməsini təmin etmiş olardı. İddia qaldıran tərəf olan İddiaçı övladı X2 onun yanında qalmasını məhkəmədə sübut etməli idi. Lakin bu halları sübut edə bilməmiş, hətta uşağın atası Cavabdeh yanında qalmasını etiraf belə etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı "uşağın atanın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair" iddiası üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4915/2023 saylı mülki işi üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-218/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini almış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-449/2024 saylı işi üzrə icraat təzələnmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, Yasamal rayon məhkəməsinin iddiaçı Cavabdeh X6 qarşı uşağın atanın yanında qalmasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə yekun qərarın qəbul edildiyini, iddia tələbinin təmin edilərək uşağın atanın yanında saxlanılmasına qərar verildiyini və qətnamənin qanuni qüvvəsini aldığını qeyd etmiş, bu əsasla hazırkı iş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: təqdim olunmuş sübutlar əsasında, maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 233.1. Bu Məcəllənin 355- 7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları haqqında” Qanunun 5, 6, 13; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80-82, 106.2, 119.1, 216, 217, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Diqqətə çatdırılmalıdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-218/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 atası Cavabdeh yanında saxlanıldığı müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, sözügedən qətnamə xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini almışdır. Qeyd edilənlərə görə, atada saxlanılan uşağ üçün ana tərəfindən aliment üzrə tələb irəli sürməsi hüquqlardan sui-istifadə kimi qiymətləndirilməli, iddia rədd edilməlidir.
12. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməlidir.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3248/2023 saylı işi üzrə 30 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.