Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4495/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasım qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1255/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən edilmiş prosessual müddətlər həddində tərəflərin şikayət vermək (hüququ) müddəti gözlənilmədən qanunvericiliyin tələbinə riayət edilmədiyini aşkar etmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1255/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpa olunması barədə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1255/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsindən Cavabdeh vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş və Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad Cavabdeh vəkili Vəkil elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, lakin iddiaçının (qərardaddan şikayət vermək hüququna rəğmən) elektron kabinetinə və yaxud poçt ünvanına müvafiq qərardadın göndərilməsi iş materiallarında aşkar edilməmiş və qarşı tərəfin qərardaddan şikayət vermək hüququ gözlənilmədən qeyd olunan mülki iş xx.xx.2024-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir(iş səh. 172-173). Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən prosessual müddətlər həddində tərəflərin qərardaddan şikayət vermək (hüququ) müddəti gözlənilmədən qanunvericiliyin tələbinə riayət edilmədiyini aşkar etmişdir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra apellyasiya instansiyası məhkəməsinə göndərilməli olan mülki iş üzrə ayrıca akt şəklində qəbul edilmiş qərardaddan Mülki Prosessual Məcəllədə göstərilmiş (Prosessual müddətlərə dair məsələ üzrə) işdə iştirak edən şəxslər şikayət verə bilər. İşdə iştirak edən şəxslərin şikayət vermək hüquqlarını məhdudlaşdıran prosessual hərəkət (hərəkətsizliklər) işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların mövcudluğunu istisna edən və (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Ona görə bu şikayət vermək hüququ üzrə gözləntiləri birinci instansiya məhkəməsi təmin etməlidir. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən:Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Diqqətə çatdırılmalıdır ki, şikayət vermək hüququ üzrə gözləntiləri birinci instansiya məhkəməsi təmin etməli və səlahiyyət daxilində onların qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamalıdır. Belə ki, ilk olaraq prosessual müddətlərə dair məsələyə son qoyulmaması qanunveriliklə nəzərdə tutulmuş qaydada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olmasını istisna edir və verilən şikayətə müddətin bərpa edilməsi barədə qərardaddan şikayət vermə hüququnun təmin edilməsi üzrə prosessual hərəkətlərin (gözləntilərin) edilməsindən sonra baxıması mümkündür. Hazırki mərhələdə apellyasiya icraatının hədlərinin müəyyən edilməsi və işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması müəyyən edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsasların olmadığı qənaətinə gələn məhkəmə kollegiyası hesab edir ki, o, qəbul olunmamış hesab edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 360-366, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1255/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qəbul olunmamış hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4495/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4495/2024
12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver