Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-451/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 ASC (bundan sonra – Bank) və Bankın Sumqayıt Filialına qarşı “əvvəlki kredit müqaviləsinin ləğv edilməsi və yeni kredit müqaviləsinin bağlanması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdeh Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək onunla cavabdeh Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 08-xx-xx-014246 saylı kredit müqaviləsinin ləğv edilməsi və kredit borc məbləğinin 107,46 manat müəyyən edilməklə yeni kredit müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh Bankın Sumqayıt Filialı arasında xx.xx.2015-ci il tarixdə “Kredit müqaviləsi” bağlanmış və iddiaçı cavabdeh Bankdan 48 ay müddətinə qaytarmaq şərli ilə illik 28 faiz dərəcəsi ilə istehlak məqsədi üçün 4.876 ABŞ dolları məbləğində pulu borc almışdır. İddiaçı, “Kredit müqaviləsi” üzrə borcunu ödəyə bilmədiyinə görə Bank “borcun ödənilməsi barədə” ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmri (İş № 2(060)-17598/2016) ilə Bankın ərizəsi təmin edilmiş, əsas kredit borcunun tutulması məqsədi ilə 4.366,90 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 972,96 ABŞ dolları məbləğinin ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti xx.xx.2019-cu il tarixli fərmanı xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. Fərmanın təsir dairəsinə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqaviləsi üzrə əsas məbləğin və (ya) faiz borcunun ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Həmin Fərmana əsasən iddiaçının cavabdeh banklara olan kredit borcuna görə hesablanmış kompensasiya məbləği xx.xx.2019-cu il tarixinə cəmi 5.586,27 manat olmuşdur (197,28 manat “xxxx” ASC-dən götürülmüş kreditə əsasən, (hazırki iş üzrə cavabdeh olan) “Cavabdeh1" ASC-dən götürülmüş kreditə əsasən 2.620,14 manat və “xxxx” ASC-dən götürülmüş kreditə əsasən 2.768,85 manat). Fərmanına əsasən “xxxx” ASC-dən, “xxxx” ASC-dən və hazırki iş üzrə cavabdeh olan Bankdan iddiaçının götürdüyü kreditə görə cəmi 5.586,27 manat kompensasiya edilmiş və həmin məbləğ cavabdeh Banka olan 4.366,90 ABŞ dolları borcun ödənilməsinə yönəldilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə görə cavabdeh Banka olan iddiaçının borcu, yəni 4.366,90 ABŞ dolları manat ekvivalentinə əsasən (4.366,90 ASBŞ dolları x 7.423,73 manatdan – 5.388,90 manat kompensasiya edilmiş məbləğ=) 7.423,73 manat çıxdıqdan sonra qalıq borc 1.837,46 manat təşkil etmişdir. Məhkəmə əmrinə əsasən cavabdehin hesabına cəmi 1.730 manat ödəniş etmişdir. Belə olan halda onun məhkəmə əmrinə əsasən ödəmiş olduğu 1.730 manat cavabdehin hesabladığı 1.837,46 manatdan çıxılmalı və borcun 107.46 manat olması təsdiqlənməli və yeni “Kredit müqaviləsi” məhz bu məbləğ nəzərə alınmaqla bağlanılmalıdır. Lakin cavabdeh Bank bu şərt ilə yeni “Kredit müqaviləsini” bağlamaqdan yayınmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli əmri ilə cəmi 5.339,86 ABŞ dollarının hazırki iş üzrə İddiaçı Bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə əmrinin icrası ilə bağlı İddiaçı pensiyasından 1.700,35 manat məbləğində pul tutularaq Banka ödənilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti xx.xx.2019-cu il tarixli fərmanına əsasən 3.286,04 ABŞ dolları məbləğində pul borcdan azaldılmışdır. Bundan sonra qalan məbləğ restrukturizasiya edilərək xx.xx.2019-cu il tarixli yeni müqavilə bağlanmış və iddiaçının cəmi 1.837,46 manat qalıq borcu müəyyən edilmişdir. Həmin borc yeni müqavilə bağlandıqdan sonra müəyyən edilmiş borcdur. Buna görə də hazırda iddiaçının iddiası təmin edilə bilməz. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh Bankın nümayəndəsi apellyasiya baxışının iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, hazırki iş üzrə İddiaçı ilə cavabdeh Bankın Sumqayıt Filialı arasında xx.xx.2015-ci il tarixdə “Kredit müqaviləsi” bağlanmış və iddiaçı cavabdeh Bankdan 48 ay müddətinə qaytarmaq şərli ilə illik 28 faiz dərəcəsi ilə istehlak məqsədi üçün 4.876 ABŞ dolları məbləğində pulu borc almışdır. İddiaçı “Kredit müqaviləsi” üzrə borcunu ödəyə bilmədiyinə görə Bank “borcun ödənilməsi barədə” ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmri (İş № 2(060)-17598/2016) ilə Bankın ərizəsi təmin edilmiş, əsas kredit borcunun tutulması məqsədi ilə 4.366,90 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 972,96 ABŞ dolları məbləğinin ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti xx.xx.2019-cu il tarixli fərmanı xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. Fərmanın təsir dairəsinə fiziki şəxslərlə xx.xx.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqaviləsi üzrə əsas məbləğin və (ya) faiz borcunun ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. “Problemli kreditlərin kompensasiyası haqqında əsas məlumatlar vərəqəsindən” və işdə olan digər sənədlərdən görünür ki, İddiaçı ilə cavabdeh Bankın Sumqayıt Filialı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi”, müqavilənin tarixinə və yaranmış borc məbləğinə görə Fərmanın təsiri altına düşür. Həmin Fərmana əsasən iddiaçının cavabdeh banklara olan kredit borcuna görə hesablanmış kompensasiya məbləği xx.xx.2019-cu il tarixinə cəmi 5.586,27 manat olmuşdur (197,28 manat “xxxx” ASC-dən götürülmüş kreditə əsasən, (hazırki iş üzrə cavabdeh olan) “Cavabdeh1" ASCdən götürülmüş kreditə əsasən 2.620,14 manat və “xxxx” ASC-dən götürülmüş kreditə əsasən 2.768,85 manat). İddiaçı ilə cavabdeh Bankın Sumqayıt Filialı arasında əvvəlki kredit borcunun restrukturizasiya ilə əlaqədar bağlanmış xx.xx.2019-cu il tarixli, 08-xx-xx-107850 nömrəli “Kredit müqaviləsindən” görünür ki, kreditor olan Bank borclu olan İddiaçı illik 1% olmaqla 60 ay müddətinə qaytarmaq şərti ilə 1.837,46 manat məbləğində krediti verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bankın təqdim etdiyi “Ödəniş qrafikindən” görünür ki, İddiaçı yeni müqavilə ilə əlaqədar ayda 28 manat məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, İddiaçı Banka olan kredit borcundan 1.730 manat ödəniş etmişdir. İddiaçı yuxarıda qeyd edilən Fərmandan irəli gələn hallar və ödənilmiş məbləğlər nəzərə alınmaqla, Banka 107,46 manat məbləğində borcunun qaldığını bildirir və onunla Bank arasında yeni müqavilənin bağlanmasını xahiş edir. Rayon Məhkəməsi hesab etmişdir, iddiaçının Banka 107.46 manat borcu var. Belə ki, Fərmanın tələblərinə müvafiq olaraq, onun cavabdeh ASC-yə qalıq borcu 1.837,46 manat təşkil edir və həmin borcdan 1.730 manatının ödənilməsi sübuta yetirildiyindən həmin məbləğ ondan bir daha tutula bilməz və müvafiq olaraq ümumi borcdan çıxılmalı, qalan məbləğə isə tərəflər arasında yeni müqavilə bağlanmalıdır. Cavabdeh Bank apellyasiya şikayətində bildirir ki, iddiaçının ödədiyi məbləğlər və Fərmandan irəli gələn hallar nəzərə alınmaqla, onun Banka 1.837,46 manat qalıq borcu var. Bunu nəzərə alan Bank borclu Y.Tanrıverdiyevin kredit borcunun restrukturizasiya etmiş və Bank ilə Y.Tanrıverdiyev arasında xx.xx.2019-cu il tarixdə, 08-19-2.3-107850 №-li “Kredit müqaviləsi” bağlanmışdır. Məhkəmə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin (İş № 2(060)-17598/2016) icrası ilə bağlı Y.Tanrıverdiyevdən tutulmuş məbləğlər və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddiaçı Y.Tanrıverdiyevin borcuna görə cavabdeh Banka edilmiş ödəniş nəzərə alınmaqla iddiaçı Y.Tanrıverdiyevin cavabdeh Banka olan borcunun hansı məbləğdə olmasını müəyyən etmək məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli 08-xx-xx-014246 saylı “Kredit müqaviləsinin” qeyd olunan şərtləri, eləcə də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin icrası ilə bağlı Y.Tanrıverdiyevdən tutulmuş məbləğlər və Fərmanın icrası ilə bağlı Mərkəzi Bank tərəfindən Y.Tanrıverdiyevin borcuna görə cavabdeh banka edilmiş ödəniş nəzərə alınmaqla Y.Tanrıverdiyevin cavabdeh Banka olan borcunun 1.837,46 manat məbləğində olması müəyyən edilir. Məhkəmə, verilmiş bu rəyin əsaslılığına hər hansı bir şübhə yaranmadığına, bununla bağlı iş üzrə Məhkəməyə sübut təqdim edilmədiyinə görə, həmin rəyi mötəbər sübut kimi qəbul edir. Məhkəmə ekspert rəyini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq müəyyən edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Fərmandan irəli gələn hallar və məhkəmə əmrinə əsasən tutulmalı olan borcdan iddiaçının etdiyi ödənişlər nəzərə alınmış və müvafiq olaraq 5.586,27 manat və 1.700,35 manat ümumi borcdan çıxılmışdır. Bundan sonra iddiaçının 1.837,46 manat kredit borcu qalmışdır. İddiaçı yuxarıda qeyd edilən Fərmana əsasən kompensasiya edilmiş məbləğlər və tərəfindən edilmiş ödənişlər nəzərə alımaqla cəmi 107.46 manat qaldığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutu (sübutları) məhkəmələrə təqdim etməmişdir. Yuxarıda göstərilən ekspert rəyində isə artıq qeyd edildiyi kimi, göstərilir ki, onun 1.837,46 manat məbləğində borcu mövcuddur. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlilləri əsassızdır və işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdehlər kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş, onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə apellyasiyanın nəticələrini, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan və MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 ASC və Cavabdeh1 ASC-nin Sumqayıt filialına qarşı “əvvəlki kredit müqaviləsinin ləğv edilməsi və yeni kredit müqaviləsinin bağlanması tələbi barədə” iddiası təmin edilməsin. İş üzrə olan məhkəmə xərcləri, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Bank tərəfindən ödənilmiş dövlət rüsumu, habelə iş üzrə keçirilmiş ekspertizanın xərci iddiaçıya aid edilsin və bu məqsədlə İddiaçı 15 (on beş) manat Cavabdeh1 ASC-nin xeyrinə, 145 (yüz qırx beş) manat isə dövlət nəfinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-451/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-451/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver