Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-452/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-690/2022 saylı, xx.xx.2022-ci il il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi zərər olan 21 975 (iyirmi bir min doqquz yüz yetmiş beş) manat və qüsur aktının əldə edilməsinə çəkilmiş xərc olan 300 (üç yüz) manat, cəmi 22.275 (iyirmi iki min iki yüz yetmiş beş) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 24 noyabr 2021-ci il tarixdə saat 23:30 radələrində saxlanılmış vəziyyətdə olan ona məxsus "Toyota Corolla" markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında hazırkı iş üzrə Cavabdeh məxsus **-BE-*** dövlət qeydiyyat nişanlı "Chevrolet Malibu" markalı avtomobil tərəfindən vurulmuş və avtomobilə maddi zərər dəymişdir. "Chevrolet Malibu" markalı avtomobilin sürəti yüksək olduğundan ona məxsus "Toyota Corolla" markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomobil 180 dərəcə fırlanmış, "Chevrolet Malibu" markalı avtomobil isə hadisə yerindən təxminən 70-80 metr aralıya, yolun əks istiqamətinə düşmüşdür. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X3 11 dekabr 2021-ci il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən ona məxsus “Toyota Corolla” markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin yekun məbləği 21975 (iyirmi bir min doqquz yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Həmin qüsur aktının əldə edilməsi üçün “Avtoservis Badam dar" MMC-yə 300 (üç yüz) manat pul ödəmişdir. Hadisəni törədən hazırkı iş üzrə Cavabdeh Afıq oğlundan ona dəymiş zərərin ödənilməsini dəfələrlə tələb etsə də, tələblərimə məhəl qoymamışdır. Aşağıda göstərilənlərə əsasən mənə dəymiş ziyan olan 21 975 (iyirmi bir min doqquz yüz yetmiş beş) manat və ödənilmiş 300 (üç yüz) manat pul məbləği hazırkı iş üzrə Cavabdeh Afıq oğlundan alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-690/2022 saylı, xx.xx.2022-ci il il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh maddi zərərin əvəzi kimi 17.600 (on yeddi min altı yüz) manat və qüsur aktının əldə edilməsi üçün 300 manat İddiaçı xeyrinə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Nərimanov rayon Məhkəməsinin 2(005)-690/2022 saylı, xx.xx.2022-ci il il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin faktiki yaşadığı ünvanına bildiriş göndərilməmiş, çəkişmə prinsipi pozulmuş, cavabdeh öz sübutlarını təqdim edə bilməmişdir.İddiaçı tələbini kifayət qədər sübuta yetirməmişdir.İş üzrə sübutlara obyektivvə qərəzsiz hüquqi qiymət verilməsi təmin edilməmişdir.Məhkəmə real maddi zərərin hesablanması üçün avtomobilin zərər görmüş ehtiyyat hissələrinin bazar qiymətini aydınlaşdırmamışdır.Cavabdeh tərəf məhkəmədə iştirak etmədiyindən iddiaçı özünə uyğun (yüksək məbləğ) qüsür aktı tərtib etdirmişdir. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar əmtəəşünaslıq ekspertiza təyin olunmuşdur və ekspert rəyi alınana kimi iş üzrə icraat dayandırılmışdır. Bakı apellyasiya məhkəməsinə xx.xx.2023-cü il tarixldə iş üzrə 10 aprel 2023-cü il tarixli ekspert rəyi daxil olmuşdur və bundan sonra iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili (nümayəndəsi) verdiyi apellyasiya şikayətinin təmin olunmasını, həmçinin iş üzrə təkrar olaraq əmtəəşünaslıq ekspertizası təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, cavabdehin məqsədi vurduğu zərərin ödənilməsini süni şəkildə yubatmaqdan ibarətdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki,cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətli təmin olunmamalı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-690/2022 saylı, xx.xx.2022-ci il il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissədə yoxlanılması təşkil edir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Toyota Corolla" markalı, 99- DX-121 dövlət nömrə nişanlı avtomobil İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir. xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, L"Toyota Corolla" markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomobilə 21.975 manat məbləğində maddi zərər dəymişdir. Yasamal rayon DYPŞ-nin TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nin 469.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, “X7” MMC-nə 300 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2021-ci il tarixli Yasamal rayon DYPŞ-nin İXP seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, Cavabdeh AR İXM-nin 469.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. xx.xx.2021-ci il tarixli Yasamal rayon DYPŞ-nin TP seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında zərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nin 469.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə 40 manat cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/324 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, “X7” MMCnin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı ‘Toyota Corolla” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17600,0 manat müəyyən edilir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırda iş üzrə İddiaçı məhkəməyə zərərin ödənilməsi tələbi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilmişdir ki, 24 noyabr 2021-ci il tarixdə saat 23:30 radələrində saxlanılmış vəziyyətdə olan ona məxsus "Toyota Corolla" markalı, 99-DX121 dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında hazırkı iş üzrə Cavabdeh məxsus **-BE-*** dövlət qeydiyyat nişanlı "Chevrolet Malibu" markalı avtomobil tərəfindən vurulmuş və avtomobilə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinə dair Yasamal rayon DYPŞ-nin TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 469.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Cavabdeh təqsirli, hüquqqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəymişdir. Qeyd edilən zərərin məbləği müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, dəymiş zərər 17600 (on yeddi min altı yüz) manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, Cavabdeh maddi zərərin əvəzi kimi 17600 (on yeddi min altı yüz) manat və qüsur aktının əldə edilməsi üçün 300 manat İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia təmin olunmamalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin faktiki yaşadığı ünvanına bildiriş göndərilməmiş, çəkişmə prinsipi pozulmuş, cavabdeh öz sübutlarını təqdim edəbilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehin qeydiyyatda olduğu ünvana bildirişlər göndərmişdir.Lakin cavabdeh qeydiyyatda olduğu ünvanda faktiki yaşamadığından məhkəmə bildirişləri ona çatmamışdır. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh şikayətində bildirmişdir ki, məhkəmə real maddi zərərin hesablanması üçün avtomobilin zərər görmüş ehtiyyat hissələrinin bazar qiymətini aydınlaşdırmamışdır.Cavabdeh tərəf məhkəmədə iştirak etmədiyindən iddiaçı özünə uyğun (yüksək məbləğ) qüsür aktı tərtib etdirmişdir. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar əmtəəşünaslıq ekspertiza təyin olunmuşdur və ekspert rəyi alınana kimi iş üzrə icraat dayandırılmışdır. Bakı apellyasiya məhkəməsinə xx.xx.2023-cü il tarixldə iş üzrə 10 aprel 2023-cü il tarixli ekspert rəyi daxil olmuşdur və bundan sonra iş üzrə icraat təzələnmişdir. İş üzrə 10 aprel 2023-cü il tarixli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, “X7” MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Toyota Corolla” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17600,0 manat müəyyən edilir. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2012-ci il buraxılışlı “Toyota Corolla” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(103)-6947/2022 Ne-li mülki iş materiallarında olan xx.xx.2021 -ci il tarixli qüsur aktı əsasında hesablanır. Məhkəmə Kollegiyası qeyd edir ki, nəqliyyat vasitəsinə zərər vurulmasından uzun müddət keçdiyindən ekspertiza tərəflərin (o cümlədən cavabdehin) təqdim etdiyi zərərə dair sübutlar və qüsur aktı əsasında aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Kollegiyası ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirərək qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətləri nəticəsində iddiaçının nəqliyyat vasitəsinə zərər dəyməsi və zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası və təkrar ekspertiza təyin etsə də dəymiş ziyanın məbləği üzrə fərq müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etməməyə əsaslar görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Həmin Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-690/2022 saylı, xx.xx.2022-ci il il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, MPM-in 119-cu maddəsinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-690/2022 saylı, xx.xx.2022-ci il il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-452/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-452/2023
30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver