Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4525/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Şirinov Ziya Allahverdi oğlu, Hakimlər: X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit borcunun ipoteka predmetinə yönəldilməsi və borcun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər “xxxx” KB ASC və X3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə ilkin iddiaya dair hissədə icraata xitam vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir. “xxxx” KB ASC Nəsimi Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadından apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətə baxılması üçün mülki işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadını ləğv etmiş və ilkin iddiaya baxılması üçün mülki işin həmin məhkəməyə göndərilməsini qərara almışdır. “xxxx” KB ASC qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357-362-ci maddələrinə uyğun qaydada verildiyi üçün işə apelyasiya qaydasında baxılması mümkündür. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Bakı Apelyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadını nəzərə almadan və ilkin iddiaya mahiyyəti üzrə baxmadan qətnamədən verilmiş apelyasiya şikayətinə baxılması üçün mülki işi apelyasiya instansiyasına göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaya mahiyyəti üzrə baxılmadan qarşılıqlı iddiaya baxıla bilməz. Odur ki, ilkin iddiaya mahiyyəti üzrə baxılması üçün mülki iş apelyasiya baxışından çıxarılmalı və rayon məhkəməsinə qaytarılmalıdır. İlkin iddiaya dair yekun məhkəmə aktı qəbul ediləndən sonra qarşılıqlı iddia üzrə qəbul edilmiş qətnamədən verilmiş şikayətə baxılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apelyasiya şikayəti mümkün hesab edilsin. Mülki iş apelyasiya baxışından çıxarılsın. İş ilkin iddiaya mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU xx xxxxx 2021-ci il İş № 2(103)-4525/2021 Bakı şəhəri Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi, hakimlər Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğunun katibliyi ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında apelyasiya qaydasında baxılmasının mümkünlüyünə baxılır. Məhkəmə iclası saat 12:30-da başlanır. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373-cü maddəsinə əsasən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verildiyini bildirir. Məhkəmə kollegiyası müşavirə otağına gedir və qayıtdıqdan sonra sədrlik edən apelyasiyanın mümkünlüyü barədə qərardadı elan edir. Sədrlik edən qərardadın məzmununu, protokolla tanış olma və ona dair qeydlər vermə üzrə tərəflərin hüquqlarını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 12:40-da bağlı elan edir. Protokol xx xxxxx 2021-ci il tarixdə tərtib olundu. Sədrlik edən Ziya Şirinov Katib Elvin Hacıyev
Məhkəmə qərarları › İş №2(103)-4525/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4525/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver