Məhkəmə qərarları › İş №2(103)-4526/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4526/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4526/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X6 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)- 11909/2017 saylı məhkəmə əmrinə borclu X5 tərəfindən verilmiş etirazın geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11909/2017 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001 )- 11909/2017 saylı məhkəmə əmrinə əsasən xx.xx.1986-cı il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuş, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan borclu Cavabdeh və xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X2 müştərək qaydada kreditor ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə əsas borc məbləği üzrə 7320 ABŞ dolları, faiz borcu üzrə 1394 ABŞ dolları ödəniş vaxtına manat məzənnəsi üzrə pul və 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2025-ci il tarixli ərizə ilə (ərizə xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuş və qeydiyyata alınmışdır) əmrinə etiraz edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-11909/2017 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə etiraz geri qaytarılmışdır. Həmin qərardaddan borclu şikayət verərək onun ləğv edilməsini və etirazının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-11909/2017 saylı məhkəmə əmri borclu X5 tərəfindən xx.xx.2025-ci il tarixində rəsmi qaydada alınmışdır. Belə ki, məhkəmə əmrindən etiraz vermək üçün prosessual müddət ötürülməmişdir. O, eyni zamanda şikayət ərizəsində bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-11909/2017 saylı qərardadında xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin X4 xx.xx.2017-ci il tarixində poçt vasitəsilə rəsmi qaydada təqdim edildiyi qeyd edilsə belə, məhkəməyə təqdim edilmiş poçt qəbzində X3 imzası yoxdur, qəbz qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun tərtib olunmamışdır. Şikayət verən şəxs hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-11909/2017 saylı qərardadı əsassız və qanunsuzdur və qərardad ləğv edilərək işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən yenidən baxılmalıdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmədən baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Binəqədi Rayon Məhkəməsinin 2(001)-11909/2017 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. (maddə 282). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (130.3). Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli müşayət məktubundan və xx.xx.2017-ci il tarixli göndərilən məktubların reyestrindən görünür ki, məhkəmə əmrinin surəti xx.xx.2017-ci il tarixində X1 qeydiyyatda olmaqla yaşadığı ünvan 1 ünvanına izlənilmə kodu SS417069215AZ olan sifarişli poçtla göndərilmiş və borclu əmrin surəti göndərilmiş həmin məktubu xx.xx.2017-ci il tarixində saat 14:10-da şəxsən almışdır. xx.xx.2017-ci il tarixli müşayət məktubundan, eləcə də eyni tarixli göndərilən məktubların reyestrindən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli, 2(001)-11909/2017 saylı məhkəmə əmri icra olunması üçün borclu X4 münasibətdə Binəqədi rayon icra şöbəsinə, borclu Cavabdeh münasibətdə isə Quba rayon icra bölməsinə göndərilmişdir. Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Ələddin Hüseynov tərəfindən məlumat üçün Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında Bildirişdən və eyni tarixli icraata başlamaq haqqında Qərardan müəyyən edilir ki, həmin sənədlər icra məmuru tərəfindən borclu X4 (ünvan 1 ünvanına) göndərilmişdir. X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, borclunun nümayəndəsi və vəkili Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin surətinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə qəbzinə əsasən X1 nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-11909/2017 saylı məhkəmə əmrinin surətini xx.xx.2025-ci il tarixdə almışdır. Göründüyü kimi, sözügedən məhkəmə əmrinin surəti X1 qeydiyyat ünvanına xx.xx.2017-ci il tarixində sifarişli poçtla göndərilmiş, borclu xx.xx.2017-ci il tarixində sifarişli poçtla göndərilmiş məhkəmə əmrinin surətini şəxsən almış, lakin qanunvericiliklə müəyyən edilmiş 10 gün müddətində məhkəmə əmrinə dair etirazını məhkəməyə təqdim etmədiyi üçün məhkəmə tərəfindən məhkəmə əmri icra edilməsi üçün Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Ələddin Hüseynov tərəfindən isə xx.xx.2017-ci il tarixində icraata başlamaq haqqında Qərar qəbul edilməklə borclu X4 icra sənədinin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmiş və bu barədə bildirişi borclunun hazırda da qeydiyyatda olduğu ünvana göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını və istinad olunan prosessual hüquq normalarını nəzərə almaqla prosessual müddətin ötürülməsi ilə verilmiş etirazı geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 135-ci maddəsinə əsasən məhkəmə sənədləri «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır (135.1). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (135.3). Bu Məcəllənin 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (135.5). Kollegiya şikayətin dəlillərinə münasibətdə bildirir ki, məhkəmə aktının surətinin qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi təqdirdə həmin şəxslərin sonradan məhkəmə əmrini təkrarən alması müvafiq prosessual müddətlərin yoxlanılmasını aradan qaldırmır. Bu da onu deməyə əsas verir ki, borclunun məhkəmə əmrini xx.xx.2025-ci il tarixdə təkrar olaraq qəbul etməsi həmin məhkəmə sənədinin xx.xx.2017-ci il tarixdə əldə edilməsi (ona çatdırılması) faktını qüvvədən salmır. Həmçinin qeyd edir ki, iş materiallarında məhkəmə sənədinin rabitə orqanı vasitəsilə tərəfə rəsmi qaydada verilməsi barədə sübutların olduğu və tərəfin həmin ünvanda faktiki yaşadığını etiraf etdiyi (etiraza əsasən) vəziyyətlərdə məhkəmə sənədini almaması barədə dəlili sübut etmək yükü bunu mübahisə edən tərəfin üzərinə düşür. Tərəfin həmin halı sübut etməməsi, yaxud bunu şübhə altına alan hər hansı ilkin sübutlara istinad etməməsi yalnız subyektiv mülahizələr əsasında məhkəmə sənədinin cavabdeh tərəfindən qəbul edilmədiyi barədə nəticəyə gəlməyə əsas verə bilməz. Kollegiya, həmçinin diqqətə çatdırır ki, mübahisələndirilən qərardadın qüvvədə saxlanılması borclunu əmrə etiraz və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququndan məhrum etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11909/2017 nömrəli xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar