Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4532/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi Səfərli Üzeyir Qüdrət oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC cavabdeh Hüseynov Ramiz Tapdıq oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-642/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC cavabdeh Hüseynov Ramiz Tapdıq oğluna qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Hüseynov Ramiz Tapdıq oğlundan iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 29.216,93 manat məbləğində əsas, müqavilə müddəti üçün hesablanmış 2.877,81 manat məbləğində faiz, 16.236,28 manat məbləğində dəbbə, müqavilə bitdiyi tarixdən 04.10.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 5.407,92 manat, cəmi 53.738,94 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Hüseynov Ramiz Tapdıq oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 42A, 157 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və borcun mənzilin satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, satışdan əldə olumuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Hüseynov Ramiz Tapdıq oğlunun və həmin mənzildə qeydiyyatda olan və yaşayan digər şəxslərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və ləğv prosesində olan “xxxx” ASCnin ləğv edilcisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdeh Hüseynov Ramiz Tapdıq oğlundan 22.01.2013-cü il tarixli kredit müqaviləsi üzrə 29.216,93 manat məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi, yəni 22.01.2016-cı il tarixinə hesablanmış 2.877,81 manat manat məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 22.01.2016-cı il tarixdən 10.02.2016-cı il tarixə kimi illik 5% dərəcəsi ilə hesablanmış 73,04 manat məbləğində faiz, 500 manat məbləğində cərimə, cəmi 32.667,78 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ümumilikdə ödənilmiş 30 manat məbləğində pulun Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh Hüseynov Ramiz Tapdıq oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 42A saylı evin, 157 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması Satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 42A saylı evin, 157 saylı mənzilinin ilkin satış qiymətinin 171.600 manat məbləğində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Hüseynov Ramiz Tapdıq oğluna qaytarılması, ipoteka predmetinin hərrac vasitəsi ilə satışı hesabına əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdeh Hüseynov Ramiz Tapdıqoğlundan tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 42A saylı evin, 157 saylı mənzilin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh Hüseynov Ramiz Tapdıq oğlu həmin əmlakdan çıxmazsa, onun məcburi qaydada çıxarılması qət olunmuşdur. Qətnamədən iddiaçı LPO “xxxx” ASC apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin “müqavilənin bitdiyi tarixdən 04.10.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz məbləği” və “cərimə borcu” tələbinin azaldılması, eyni zamanda ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək ipoteka predmetinin ilkin satış qiymətinin real bazar qiymətinin müəyyən edilməsi məqsədilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(001)- 642/2019 saylı qətnaməsi cərimə borcu, cəmi məbləğ hissələrində dəyişdirilmiş, cərimə borcunun məbləği 2000 manat, cəmi məbləğ 34167,78 manat müəyyən edilmişdir, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-227/21 saylı, 25 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin qiymətləndirilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya 05 may 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi K.Səfərli Üzeyir Qüdrət oğlu ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən imtina etdiklərini bildirmiş və iş üzrə icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbindən imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasından imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC cavabdeh Hüseynov Ramiz Tapdıq oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsinin iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-642/2019 saylı, 30 oktyabr 2019cu il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4532/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4532/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver