Məhkəmə qərarları › İş №2(103)-4539/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4539/2024

24.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4539/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(007)-1929/2024 nömrəli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 müştərək qaydada delikt nəticəsində dəymiş ziyana görə 84488 (səksən dörd min dörd yüz səksən səkkiz) manat, vəkil tərəfindən göstərilən hüquqi yardıma görə 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 345 (üç yüz qırx beş) manat tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi və mülki iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılması qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 qeyd edilən qərardaddan şikayət verərək, məhkəmənin əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və mülki iş üzrə icraatın dayandırılması barədə 2(007)-1929/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsini, əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və mülki iş üzrə icraatın dayandırılması ilə bağlı məsələyə ərazi aidiyyəti üzrə vəsatətə məhkəmə tərəfindən tam olaraq münasibət bildirildikdən sonra baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(007)-1929/2024 nömrəli qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(007)-1929/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir; 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 yazılı vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə dəymiş zərərin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizasını keçirilməsini xahiş etmiş, məhkəmə iclasında vəsatətin müzakirə təmin edildikdən sonra mübahisələndirilən qərardad qəbul edilib. Hazırda Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 şikayətini əsasəndırarkən məhkəmə tərəfindən ərazi aidiyyəti ilə bağlı məsələ həll edilmədən mübahisələndirilən qərardadın qəbul edildiyini qeyd edir. Kollegiya qeyd edir ki, mülki iş məhkəmənin icraatında daxil olduqdan sonra məhkəmələr iddia ərizəsinin MPM-in tələblərinə riayət edilməklə verildiyini, o cümlədən mülki işin aidiyyət məsələsini yoxladıqdan sonra işin məhkəmə icraatını mümkün hesab edir. Hazırkı mülki iş üzrə məhkəmə araşdırması zamanı isə işin adiyyəti üzrə göndərilməsi ilə bağlı heç bir vəsatət daxil olmayıb. Belə ki, Cavabdeh2 yazılı vəsatətlə məhkəməyə müraciət edərək, iddia ərizəsi verilərkən MPM-in 149-cu maddəsinə əsasən iddia ərizəsinin formasına riayət edilmədiyindən və MPM-in 35-ci maddəsinə əsasən ərazi aidiyyətinə riayət edilmədiyindən iddia ərizəsinin icraata qəbul edilməməsi və geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə iddia ərizəsinin icraata qəbul edilməməsi və geri qaytarılması barədə Cavabdeh2 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Eyni zamanda, MPM-in: 256.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək, məhkəmə tapşırıgına cavab alınanadək iş üzrə icraat dayandırılır. 258.2-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, şikayətdə iddia olunanın əksinə mülki işin aidiyyəti ilə bağlı tərəfin vəsatətinə məhkəmə tərəfindən münasibət bildirilib, məhkəmə bu barədə qərardad qəbul edib, həmin qərardaddan MPM-in 395.2-ci maddəsinə əsasən şikayət verilməsi nəzərdə tutulmayıb. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(007)-1929/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(007)-1929/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar