Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4555/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1750/2021 saylı, 02 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib Müəyyən etdi: İddiaçı X1 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-1750/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi iddia qismən təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə (apellyasiya şikayəti əlavə edilmiş) vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni saylı, 27 aprel 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti verilməsi müddəti buraxılmamış hesab edilmiş, şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16.07.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09.07.2021-ci il tarixli Qanunu 01.10.2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 10-1.3-cü maddəsinə görə, ..., habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsində apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi - “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir” qeyd edilmişdir. Bununla da müəyyən edilir ki, qeyd edilən normalar şikayətin məhz elektron qaydada verilməsini nəzərdə tutur. Mülki iş materiallarından görünür ki, Cavabdeh şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, 12.02.2022-ci il tarixdə kağız daşıyıcıda müddətin bərpası barədə vəsatətə əlavə edərək birinci instansiya məhkəməsinə təqdim etmişdir. Birinci instansiya məhkəməsi isə şikayətin elektron qaydada deyil, kağız daşıyıcıda verildiyinə görə şikayəti qaytarmaq əvəzinə, prosessual müddətin bərpası barədə vəsatətə baxmaqla müddəti buraxılmamış hesab edərək baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qərardaddan verilmiş şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 363.1.5, 366, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1750/2021 saylı, 02 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4555/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4555/2022
27.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver