Məhkəmə qərarları › İş №2(103)-4561/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4561/2022

07.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4561/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında İddiaçı cavabdeh X2 qarşı mənzilə su axıdılmasına görə maddi zərər tələbi barədə iddia ərizəsi üzrə ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığına yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı mənzilə su axıdılmasına görə maddi zərər tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.04.2022-ci il tarixli, 2(005)- 385/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı mənzilə su axıdılmasına görə maddi zərər tələbinə dair iddia ərizəsi üzrə cavabdehin hüquqi ünvanı ünvan 1idiyyəti üzrə Yasamal rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, ərizənin ərazi aidiyyəti üzrə Cavabdeh qeydiyyat ünvanı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(004)- 3188/2022 saylı qərardadı ilə mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi hesab etmişdir ki, mülki iş üzrə cavabdeh qismində qoyulmuş şəxs X3 Bakı şəhəri Nərimanov rayonu ərazisində qeydiyyatda olduğu üçün iddia düzgün olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmiş, məhkəmə araşdırması zamanı iddiaya cavab verməli olan şəxsin X3 olduğu müəyyən edildiyindən işə baxan məhkəmə əsl olmayan tərəfin əsl cavabdehlə əvəz olunması məsələsini müzakirə etməmiş, həmçinin iddia məhkəmə tərəfindən ilkin olaraq ərazi aidiyyəti qaydaları pozulmadan icraata qəbul edildiyindən, bu hal sonradan mülki işin başqa məhkəməyə göndərilməsi üçün əsas ola bilməzdi. Kollegiya Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin mövqeyini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinin tələblərinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd edilən prosessual qanunvericiliyin tələblərini hazırki mübahisəyə tətbiq edən kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, mübahisə su axıdılması nəticəsində vurulmuş maddi zərər tələbi ilə bağlıdır və bu kateqoriyadan olan mübahisələr üzrə iddia ərizələri aidiyyəti üzrə cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilir. Həmçinin müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 26 saylı evin 95 saylı mənzilin mülkiyyətçisidir və həmin mənzilin üstündə yerləşən 96 saylı mənzildən su sızması nəticəsində mənzilinə zərər dəydiyini iddia edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində mübahisə araşdırılarkən iddiaçının ona zərər vurduğunu iddia etdiyi 96 saylı mənzilin mülkiyyətçisinin Cavabdeh olduğu müəyyən edildiyindən və həmin mülkiyyətçinin qeydiyyatının Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 97, 110 olduğu müəyyən edildiyinə görə mubahisəyə ərazi aidiyyəti qaydasında baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Kollegiya Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ilkin olaraq ərazi aidiyyəti qaydalarına əməl edilməklə, iddianın Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilməsi, Nərimanov Rayon Məhkəməsində əsl olmayan cavabdehin əvəz eidlməsi məsələsinin müzakirə edilməsinə dair dəlillərini əsaslı hesab etmir. Belə ki, işin materialları ilə müəyyən olunduğu kimi, maddi zərər vurulması ehtimal edilən mənzilin mülkiyyətçisi Cavabdehdır və o, Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisində qeydiyyatda olduğundan, həmin mübahisəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Əsl olmayan cavabdehin əvəz edilməsi məsələsi isə işə baxılan vaxt müzakirə ediləcək məsələdir. Bu səbəbdən kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin mövqeyi əsaslı olduğundan, hazırki mübahisəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh X2 qarşı mənzilə su axıdılmasına görə maddi zərər tələbi barədə iddia ərizəsi üzrə mülki iş baxılması üçün ərazi aidiyyətinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar