Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4566/2025 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk iddiası; iddiaçı Cavabdeh İddiaçı qarşılıqlı iddiasına dair mülki iş (Açar sözlər: «kredit borcu, tutmanın ipoteka predmetinə yönəldilməsi, müqavilələrin etibarsız hesab edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-151/2025 saylı, 13 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı ilə Cavabdeh arasında 15 dekabr 2022-ci il tarixdə bağlanmış notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 60.000(altmış min) manat borc verib, Cavabdeh krediti xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürüb, kredit faizsiz verilib.
2. İddiaçı ilə Cavabdeh arasında 15 dekabr 2022-ci il tarixdə bağlanan ipoteka müqaviləsinə əsasən Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 32.06 kv.m olan 2 otaqlı mənzili ünvan 2t ofisində 15 dekabr 2022-ci il tarixdə reyestrdə 3M/100 nömrə ilə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə İddiaçı xeyrinə ipoteka ilə yüklü edib. Müqaviləyə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 80.000(səksən min) manat məbləğində müəyyən edilib.
3. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizələrlə məhkəməyə müraciət edərək yekun olaraq məhkəmədən 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı kredit müqaviləsindən irəli gələn 60.000 (altmış min) manat əsas borcun, ödənilmiş 279 (iki yüz yetmiş doqquz) manat dövlət rüsumuna görə və 320 (üç yüz iyirmi) manat vəkil xidməti üçün xərcin cavabdehdən xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
5. İlk iddiada göstərilib ki, kredit müqaviləsi üzrə borc xx.xx.2023-cü il tarixinədək ödənilməli olduğu halda, cavabdeh tərəfindən ödənilməmişdir. Bununla bağlı cavabdehə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu ilə müraciət edilərək ona bildirmişdir ki, 10 təqvim günü ərzində 60.000 manat məbləğində borcunuzu tam ödəyəsiniz, əks halda, borcun qaytarılması və borcun ödənilməsinin mənzilinizin məcburi qaydada satılması yolu ilə təmin edilməsi üçün müvafiq qaydada məhkəməyə müraciət ediləcəkdir. Cavabdeh tərəfindən həmin xəbərdarlıq məktubuna cavab verilməmiş, eləcə də kredit borcu ödənilməmişdir.
6. İddiaçı Cavabdeh İddiaçı qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli kredit müqaviləsinin və eyni tarixli ipoteka müqaviləsinin etibarsızlığının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
7. Qarşılıqlı iddiada göstərilib ki, cavabdeh İddiaçılə iddiaçı Cavabdeh arasında müştərək qaydada biznes qurmaq və hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq birgə gəlir əldə etmək məqsədilə razılıq əldə olunmaqla şifahi qaydada "adi ortaqlıq" müqaviləsi bağlanmışdır. Bağlanmış həmin müqavilə Mülki Məcəllədə tənzimlənməyən atipik müqavilə olsa da qanunvericiliyin imperativ tələblərinə uyğun olmaqla Mülki Məcəllənin 390.1-ci maddəsinin tələbi ilə (onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər) tam əhatə olunmuşdur. Məlum olduğu kimi müqavilə azadlığı prinsipi öz içərisində müqavilələrin forma sərbəstliyi prinsipini də əhatə etdiyinə görə və ortaqlıq müqaviləsi qanunvericiliklə tənzimlənmədiyinə görə onun şifahi bağlanmasına yol verilir. Eyni zamanda bu cür fəaliyyət Vergi Məcəlləsinin 137-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən "hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həmin fəaliyyətdən əldə etdikləri birgə mənfəəti (xərclər çıxılmaqla gəliri) hesabladıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq, vergiyə cəlb edilən mənfəəti (xərclər çıxılmaqla gəliri) bu fəaliyyətin iştirakçıları arasında bölürlər". Adi şirkətin (hüquqi şəxs olmayan şirkət) qurulmasına dair bağlanmış şifahi ortaqlıq müqaviləsinə əsasən iddiaçı və cavabdeh ortaq bir məqsəd uğrunda əmək və sərmayələrini birləşdirmək üçün bir-birlərinə qarşı öhdəlik götürmüşdür. Müqaviləyə əsasən cavabdeh birgə sahibkarlıq fəaliyyətinə (ortaqlığa) sərmayəsini, iddiaçı isə əməyini qoymağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən "tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər". İddiaçı və cavabdeh arasında hüquqi şəxs olmayan şirkət yaradılmasına dair sözügedən müqavilə özlüyündə kommandit ortaqlığın ünsürlərini daşıyır. Belə ki, həmin Məcəllənin 82-ci maddəsinə əsasən kommandit ortaqlığı elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısımaya qoyanı (kommanditçi) vardır. Deməli iddiaçı və cavabdeh arasındakı müqavilə şərtlərində olduğu kimi kommandit ortaqlığın şərtlərinə əsasən tam ortaq sahibkarlıq fəaliyyətini həyata keçirir, öz əmlakı ilə məsuliyyət daşıyır və ortaqlıq üçün əməyini sərf edir. Kommandit ortaq isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində iştirak etmir, əmlakı ilə məsuliyyət daşımır, yalnız ortaqlığa sərf etdiyi sərmayə məbləğində risk daşıyır, yəni uğursuz fəaliyyət nəticəsində həmin sərmayənin itirilməsinə dözmək vəzifəsi mövcuddur. Eyni ilə kommandit ortaqlıqda olduğu kimi iddiaçı və cavabdeh arasında hüquqi şəxs yaratmadan ortaqlıq müqaviləsi ilə qurulmuş ortaqlıqda da iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsi, ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıması, cavabdehin isə qoyduğu sərmayə həddində risk daşıması müəyyən edilmişdir. Daha sonra tərəflər şifahi ortaqlıq müqaviləsi ilə qurduqları münasibəti yazılı qaydada təsdiq etmək məqsədilə 15 dekabr 2022-ci il tarixində notarial təsdiqli kredit müqaviləsi və ipoteka müqaviləsi bağlamışdır. Həmin müqavilələr aşağıda göstərilən səbəblərə görə etibarsızdır. Belə ki, şəxslərin hüquqi nəticə əmələ gətirən iradə ifadələrinə hüquqi baxımdan əhəmiyyət verildiyi üçün bu iradə ifadələri hüquqi məcburiyyət əmələ gətirir. Bu cür məcburiyyətin başlıca məqsədlərindən biri şəxslərin həmin iradələrlə bağlı real istəklərini təmin etməkdir. Ona görə də Mülki Məcəllə şəxslərin bağladıqları əqdləri tanımağa və onu qorumağa təminat verir. Əgər ifadə həqiqi iradənin ziddinədirsə, deməli həmin ifadə (əqd) qorunmağa layiq deyildir. Məhz buna görə də Mülki Məcəllənin 340.2-ci maddəsi sırf görünüş üçün bağlanmış və başqa əqdi pərdələmək məqsədi güdən yalan əqdin əhəmiyyətsiz olduğunu bildirmişdir. Həmin maddəyə əsasən "yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir". 15 dekabr 2022-ci il tarixli kredit müqaviləsi əslində tərəflər arasındakı şifahi ortaqlıq müqaviləsini pərdələmək, həmin müqaviləni yazılı qaydada təsdiq etmək məqsədilə bağlanmışdır. Sözügedən müqavilənin yalan əqd hesab edilməsi üçün bütün şərtlər gerçəkləşmişdir: 1. Şifahi qaydada ortaqlıq müqaviləsi və notarial qaydada kredit müqaviləsi olmaqla iki ayrı əqd bağlanmışdır. 2. Bu əqdlərdən biri (ortaqlıq müqaviləsi) onu bağlayanların həqiqi iradəsini əks etdirməsinə baxmayaraq gizlədilmişdir. 3. Bu əqdlərdən digəri isə (kredit müqaviləsi) sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmışdır. İşin hallarından məlumdur ki, iddiaçı və cavabdeh arasındakı münasibətlər birgə sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsədi ilə və hər iki tərəf üçün qarşılıqlı öhdəlik müəyyən edən sinallaqmatik, eyni zamanda başqa əqdin ünsürünü özündə ehtiva edən və sui-generis (özünəməxsus) şərtləri olan ortaqlıq müqaviləsi ilə qurulmuşdur. Cavabdeh tərəfindən ortaqlığa təqdim edilən sərmayə məbləği MM-nin 82-ci maddəsində göstərildiyi qaydada onun ortaqlığın fəaliyyətinə dair risklərinin və məsuliyyətinin son həddini təşkil edir. Bu isə o deməkdir ki, cavabdeh eyni ilə kommandit ortaq kimi təqdim etdiyi sərmayə həcmində məsuliyyət daşıyır və onun itkisinə görə eyni ilə tam ortaq kimi məsuliyyət daşıyan iddiaçıdan sərmayəsini geri tələb edə bilməz. Burada öhdəliklər qarşılıqlı (sinallaqmatik) olduğundan iddiaçı da eyni qaydada ortaqlığa sərf etdiyi əməyinin qarşılığını cavabdehdən tələb edə bilməz. Qanunun analogiyası əsasında münasibətə tətbiq olunmalı olan Mülki Məcəllənin 84.2-ci maddəsinə əsasən "maya qoyanların kommandit ortaqlığının idarə edilməsində və işlərinin aparılmasında iştirak etmək, onun adından etibarnaməsiz çıxış etmək ixtiyarı yoxdur. Onlar ortaqlığın idarə edilməsi və işlərinin aparılması üzrə tam ortaqlarım hərəkətləri barəsində mübahisə edə bilməzlər". Belə olan halda tərəflər arasında bağlanmış əvəzsiz öhdəlik müəyyən edən 15 dekabr 2022-ci il tarixli asinallaqmatik kredit müqaviləsi tərəflərin həqiqi iradələrini əks etdirmədiyinə görə yalan əqddir və etibarsızdır (əhəmiyyətsizdir) Mülki Məcəllənin 397.3-cü maddəsinə əsasən müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli (sinallaqmatik) olduğu ehtimal edilir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bağlanmış ipoteka müqaviləsi isə əsas öhdəliyin etibarsızlığı səbəbinə görə etibarsızdır. Belə ki, “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinin son cümləsinə əsasən əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-151/2025 saylı, 13 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) ilkin iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı Kredit müqaviləsindən irəli gələn 60.000 (altmış min) manat məbləğində əsas borc, dövlət rüsumunun əvəzi olan 270 (iki yüz yetmiş) manat və mütəxəssis xərcinin əvəzi olan 400 (dörd yüz) manat pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması, tutmanın tərəflər arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı kredit müqaviləsinin təminatı qismində cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilin ilkin satış qiyməti 81.000 (səksən bir min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməsi və Cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı Kredit müqaviləsindən irəli gələn 60.000 manat məbləğində əsas borcun Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə əsasında iddiaçı cavabdehə 60.000 manat borc vermiş, cavabdeh həmin borcu qaytarmasına dair öhdəliyi icra etməmiş, borcu müqavilədə müəyyən edilmiş müddətdə qaytarmamışdır. Odur ki, öhdəliyi icra etməmiş borcludan həmin məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ilkin iddia tələbinin tutmanın iddiaçı ilə cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı kredit müqaviləsinin təminatı qismində cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mənzilin dəyərinə dair rəy verilmədiyindən məhkəmə mütəxəssis tərəfindən təqdim edilmiş rəyi sübut qismində qəbul edir. İş materiallarında olan "xxxx" MMC-nin 12 may 2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 90.000 manat, likvid dəyəri 81.000 manat təşkil edir. İstinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Odur ki, məhkəmə mütəxəssis tərəfindən verilmiş mənzilin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəydə müəyyən edilmiş likvid qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin vəkil xidmətləri üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hüquqi xidmətin göstərilməsi üçün vəkil bürosunun hesabına 320 manat ödəniş etmişdir. Odur ki, çəkilmiş xərcin əvəzi olaraq 320 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd ki, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Hazırkı işin araşdırılması zamanı müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllə ilə müəyyən edilmiş dispozitiv şərtlərdən heç birinin mövcud olmadığı müəyyən edilmişdir. Odur ki, istinad olunlara əsasən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi təmin oluna bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdehpellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş edib göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verilmişdir və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə sübutlarla bağlı şahidlərin məhkəməyə dəvət olunması ilə əlaqədar təqdim olunan vəsatəti əsassız rədd etmişdir. Həmçinin məhkəmənin ilk hazırlıq iclası xx.xx.2024 cü il tarixə təyin olunsa da hakim müəyyən səbəblərdən prosesdə iştirak edə bilmədiyindən proses təxir edilmişdir. Növbəti proses xx.xx.2024-cü il saat 15:05 təyin olunsa da 4 dəqiqə gecikdiyinə görə hakim tələmtələsik hazırlıq iclası keçirmişdir. Bu səbəbdən hazırlıq iclasında hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmənin hazırlıq iclası tələm-tələsik keçirildikdən sonra 1 gün sonraya (xx.xx.2024-cü il hazırlıq, xx.xx.2024-cü il saat ) saat 10:30 baxış iclası təyin edilmişdir. Bu barədə xəbəri olmamışdır. Bildiriş elektron məhkəmə informasiya sisteminə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Həmin tarixdə də o, Biləsuvar rayonunda eyni saatda digər məhkəmə prosessində olmuşdur. Məhkəmənin vaxtı barədə məlumat aldıqda məhkəmə prosessinin təxiri ilə bağlı elektron ərizə göndərmişdir. Bu qeyd olunan hal da nəzərə alınmamışdır. Kommandit ortaqlıqda olduğu kimi iddiaçı və cavabdeh arasında hüquqi şəxs yaratmadan ortaqlıq müqaviləsi ilə qurulmuş ortaqlıqda da iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsi, ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıması, cavabdehin isə qoyduğu sərmayə həddində risk daşıması birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh(qarşılıqlı iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh(qarşılıqlı iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə Sabirabad rayon məhkəməsində olan proseslə üst-üstə düşdüyündən hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, bunun üzürlü səbəb kimi nəzərə alaraq məhkəmə iclasının təxirə salınmasını və növbəti məhkəmə iclasını təyin edilən zaman məhkəmə iclaslarının üst üstə düşməməsi üçün onunla razılaşdırılmasını xahiş etmişdir.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 741 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
14. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1.0.9(xx.xx.2025-ci ilədək qüvvədə olan). ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə 4.2. Bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1-4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 39.3.3(xx.xx.2025-ci ilədək qüvvədə olan). Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İlk iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilk iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır, qarşılıqlı iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik qarşı tərəfin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından qarşılıqlı iddia haqlı sayılmır.
23. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hər iki iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
26. Əvvəla, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. Qeyd olunan kredit və ipoteka müqavilələrinin etibarsız əqd kimi mübahisə edilən və ya əhəmiyyətsiz əqd olması işin həqiqi halları ilə təsdiq olunmur. Başqa sözlə, qeyd olunan müqavilələrin bağlanma səbəbləri etibarsızlıq nəticəsi yaradan hallarla bağlı olmamışdır.
27. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
29. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
30. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidir. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada qarşılıqlı iddiaçı Cavabdeh mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.
31. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək borc(kredit) müqaviləsi yaxud barışıq razılaşması və ya mövcud borcun etirafı adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə, yaxud uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə, əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə tələb edilən məbləğdə borcu olmadığını və yaxud hazırki işdə olduğu kimi tələb edilən öhdəliyin əsasını təşkil edən əqdin yalan olmaqla etibarsız olduğunu bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv yoxlamaqla düzgün nəticəyə gəlməlidir.
32. Məhkəmə tərkibi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflər arasında olan mülki hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixli 60000 (altmış min) manatın borc verilməsinə dair kredit müqaviləsi və eyni tarixli ipoteka müqaviləsi bağlanmış, cavabdeh isə iddia tələbini qəbul etməyərək əslində müştərək qaydada biznes qurmaq və hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq birgə gəlir əldə etmək məqsədilə razılıq əldə olunmaqla şifahi qaydada "adi ortaqlıq" müqaviləsi bağladıqlarını, buna görə də müqavilələrin yalan əqd olduğunu bəyan edir. Ancaq cavabdehin(qarşılıqlı iddiaçının) gətirdiyi bu dəlillər mötəbər sübutlarla təsdiq edilməlidir. Çünki iddia tələbinə etirazın yaxud qarşılıqlı iddianın əsası kimi istitnad etdiyi halları sübut etmək vəzifəsi artıq cavabdehin(qarşılıqlı iddiaçının) üzərinə düşsə də, o, buna dair məhkəməyə mötəbər sübut təqdim etməli və həmin halları sübuta yetirməli idi, ancaq edə bilmir.
33. Göründüyü kimi işin yuxarıda sadalanan işin faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh(qarşılıqlı iddiaçı) qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, verilmiş pul vəsaitini ödəməkdən yayınır və müqaviləni yalan əqd hesab edir.
34. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Mübahisələndirilən müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki hətta qəbul edilsə belə ki, sözügedən kredit və ipoteka müqavilələrinin bağlanmasına Cavabdeh arzusu və istəyi olmamış, yalnız birgə biznes fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etmək məqsədi ilə bağlamış, o halda birinci iddia məhkəməyə daxil olmayanadək həmin müqavilələri mübahisələndirməməsi də bu əqdləri bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da qarşılıqlı iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.
35. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun 20 iyun 2025-ci il tarixli qərarında yenə də vurğulandı ki,... Göstərilənlərlə yanaşı o da nəzərə alınmalıdır ki, tərəflər aralarındakı borc münasibətlərini yalan əqd olaraq alğı-satqı müqaviləsi vasitəsilə təminat altına almış olduqları təqdirdə, sonradan borclu tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrası böyük iqtisadi-sosial əhəmiyyətə malikdir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi borc və ya kredit müqavilələri üzrə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə yönəlməklə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir. Göründüyü kimi, bütün bunlardan, yəni müqavilələrin marağına və mənafeyinə uyğun bağlandıqdan sonra da müqavilələrin etibarsızlığını tələb etməsi qarşılıqlı iddiaçının açıqaşkar pis niyyətlə başqalarına zərər vurmaq məqsədi ilə hüquqdan sui-istifadə etməsinə dəlalət edir ki, bunu da məhkəmə tərkibi yolverilməz sayır.
36. Bunlardan başqa, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsi -yəni “likvid dəyəri” anlayışı - qanundan çıxarılmışdır. xx.xx.2025-ci ilədək qüvvədə olan redaksiyada Qanunun 1.0.9-cu maddəsində ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti hesab edilirdi. Eyni zamanda Qanunun xx.xx.2025-ci ilədək qüvvədə olan 39.3.3-cu maddəsində göstərilirdi ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdən bəlli olur ki, birinci instansiya məhkəməsi qiymətləndirmə keçirərkən “İpoteka haqqında” Qanunda dəyişiklik edilməmişdir. Bununla yanaşı, qeyd edilən dəyişikliyin edilməsi də o demək deyil ki, Qanunun xx.xx.2025-ci ilədək qüvvədə olan normaları tətbiq oluna bilməz. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyi göstərilib. Deməli, bu dəyişiklik fiziki şəxs kimi cavabdehin hüquqi vəziyyətini yaxşılaşdırırsa, fiziki şəxs kimi iddiaçının da hüquqi vəziyyəti ağırlaşmamalıdır. Başqa sözlə, cavabdeh bir tərəfdən iddiaçı qarşısında müqavilədən yaranan öhdəliyini icra etmir yaxud etmək istəmir, digər tərəfdən mübahisəli hüquq münasibəti yarandığı zaman qüvvədə olmayan qanunun yeni normasının onun vəziyyətini yaxşılaşdırmasından faydalana bilməz, çünki bu vicdanlılığın tələb etdiyi tərz sayılmır.
37. Buna baxmayaraq, mülki iş hazırki apellyasiya icraatında olarkən məhkəmə tərkibi iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilin bazar və likvid dəyərinin müəyyən edilməsinə dair mütəxəssis (mühəndis,ekspert) rəyinin alınmasını qərara aldı. "xxxx" MMC tərəfindən verilmiş M007/02-26 saylı, xx.xx.2026-cı il tarixli mütəxəssis rəyində qeyd edildi ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilin bazar dəyəri 95.000 (doxsan beş min) manat, likvid dəyəri isə 85.000 (səksən beş min) manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin keçirdiyi qiymətləndirmədən 9 aya yaxın müddət keçdikdən sonra, apellyasiya instansiyası məhkəməsinin əldə etdiyi qiymətləndirici rəyində də ipoteka predmeti olan mənzilin bazar və likvid dəyərində elə bir ciddi qiymət dəyişikliyi baş verməyib. Bu da birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti ilə bağlı müəyyən etdiyi qiymətin həqiqi və real olduğunu bir daha təsdiq etmiş olur.
38. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, qarşılıqlı iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əqdin etibarsızlığı şərtləri və hüquqdan sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
39. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-151/2025 saylı, 13 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı və qiymətləndiricinin xidmət haqqı da Cavabdeh tutulmalıdır.
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-151/2025 saylı, 13 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qiymətləndiricinin xidmət haqqı 200 (iki yüz) manat Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H/h: AZ86TCZB******************** "Ziraat Bank Azərbaycan” ASC Yasamal filialı Kodu: 512372 VÖEN: ********** Müxbir hesab: AZ42NABZ******************** S.W.İ.F.T. TCZBAZ22 hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.