Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4568/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-20/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununu Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq, m ü ə y y ə n e t d i: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-20/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti səlahiyyəti təsdiq olunmayan şəxs tərəfindən imzalanmışdır Belə ki, iş materiallarından müəyyən edilir ki, vəkilə verilmiş etibarnamənin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, şikayətə yeni etibarnamə əlavə edilməmiş, apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1 və 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin tələblərinə əsasən : “361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir”; “366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 2 4 (İİİ) X3 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 360-366, 402-408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-20/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4568/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4568/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver