Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4570/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin (AzerGlass Group) nümayəndəsi X1, Cavabdeh2 oğlunun iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-339/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC (AzerGlass Group) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə 613 manat, vəkil xidməti üçün ödənilmiş 110 manat və məhkəməyə müraciətlə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 753 manat pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 iddiaçıya məxsus olan VAZ 2104 markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 28 sentyabr 2019-cu il tarixdə saat 20:30 radələrində Cavabdeh1 məxsus olan ** ND *** dövlət qeydiyyat nişanlı “DAEWOO” markalı avtobusu idarə edən Cavabdeh2 ilə arasında yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yolnəqliyyat hadisəsi ** ND *** dövlət qeydiyyat nişanlı “DAEWOO” markalı avtobusu idarə edən Cavabdeh2 yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində VAZ 2104 markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmuşdur. Vurulmuş ziyan 613 manat müəyyən edilərək bu barədə "xxxx" ASC-nin ixtisaslaşdırılmış servis mərkəzi tərəfındən 09 oktyabr 2019-cu il tarixdə ziyan aktı tərtib edilmişdir. Vurulmuş ziyan bu günədək cavabdehlər tərəfindən ödənilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-339/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 vurulmuş maddi ziyana görə 613 manat, vəkil xidməti üçün 20,0 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 663 (altı yüz altmış üç) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk öncə məhkəmə baxışında iştirak etməməyini nəzərə almayan məhkəmə birtərəfli qaydada işə baxmış, subutlarına qiymət verməyərək birtərəfli qaydada işin hallarını araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, Cavabdeh1 avtobusun mülkiyyətçisi və marşrut(xətt) sahibidir. Ona avtobusu idarə etmək üçün yol vərəqəsi verilir və onun əsasında işə çıxır. Hadisə zamanı onu təqsirli çıxarıblar, 36 manat cərimə ediblər. Lakin bununla razılaşmır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında Cavabdeh1 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh2 təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X3 idarə etdiyi, müəssisənin mülkiyyətində olan VAZ 2104 markalı ** PD *** dövət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Həmin ziyan ziyan aktına əsasən 613 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-yə (AzerGlass Group) məxsus olan VAZ 2104 markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı əzilməsi nəticəsində vurulan zərərin aradan qaldırılması üçün 613 manat Cavabdeh2 tutularaq "xxxx" MMC-yə (AzerGlass Group) ödənilməsi hissəsində iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, dəymiş zərərin digər Cavabdeh1 tutulması hissəsində isə iddia tələbi təmin edilməməlidir. “DAEWOO” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtobus qanuni əsaslarla Cavabdeh2 sahibliyində və istifadəsində olmuşdur. Buna görə də, avtomobilə dəymiş 613 manat məbləğində maddi ziyan Cavabdeh2 tutulmalıdır. Həmin avtomobilin mülkiyyətçisi Cavabdeh1 aid hissədə iddia tələbi rədd edilməlidir. ** ND *** dövlət qeydiyyat nişanlı “DAEWOO” markalı avtobusun yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh2 tərəfindən qanuni əsasla idarə edilməsi sübuta yetirildiyindən, iddiaçının Cavabdeh2 tələbi qanuni və əsaslı olduğundan 613 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək(qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılması onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres) hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni Cavabdeh2 münasibətdə təmin edilən hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni Cavabdeh2 aid təmin edilən hissədə yoxlanılmalı, digər hissəsinə isə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi avtomobilinə dəymiş maddi ziyanı Cavabdeh1 deyil, hadisə törədilən zaman avtobusu yol vərəqəsi əsasında idarə etmiş və yol nəqliyyat hadisəsi törətmiş Cavabdeh2 alınmalı olduğu nəticəsinə gələrkən Mülki Məcəllənin 1108-ci maddəsinə istinad etsə də tələbin qanuni əsası kimi maddi hüquq normasını düzgün seçərək tətbiq etməmişdir. Cavabdeh2 qeyd olunan avtomobili yol vərəqəsi əsasında idarə etməklə Mülki Məcəllənin 1099.2-ci maddəsinin tələbləri baxımından işçi olması işin mübahisəsiz halıdır. Yəni, bunu tərəflər mübahisələndirməmişdir. Burada Cavabdeh2 əmək müqaviləsi yaxud mülki hüquqi müqavilə əsasında hansısa şəxsin işçisi olmasının da iddianın əsaslılığına hər hansı bir təsiri yoxdur, yetər ki, o, müvafiq hüquqi yaxud fiziki şəxsin tapşırığı ilə və onun nəzarəti altında işlərin təhlükəsiz aparılması üzrə fəaliyyət göstərmiş olsun. Ona görə də cavabdeh Cavabdeh2 məhz Mülki Məcəllənin 1099.1-ci maddəsinin məcburi tələblərinə əsasən hazırki iddiaya cavab verməli olan şəxs deyil və bu iddia üzrə törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşımır və yol vərəqəsi əsasında avtobusu idarə etdiyi üçün onun vurduğu zərərin əvəzini işçisi olduğu, yol vərəqəsini vermiş müvafiq hüquqi və ya fiziki şəxs ödəməlidir. Əlbətdə ki, yol vərəqəsini vermiş müvafiq hüquqi və ya fiziki şəxs də Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən Cavabdeh2 vurduğu zərəri ödəmiş şəxs kimi sonuncuya qarşı əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres)hüququ vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Mülki Məcəllənin qeyd olunan normalarının, yəni maddi hüquq normalarının tələblərini pozmuşdur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-339/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməli, iddia həmin hissədə də təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Cavabdeh2 oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-339/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsi cavabdeh Cavabdeh2 oğlunun apellyasiya şikayəti üzrə mübahisələndirilən, yəni iddianın ona aid təmin edilən hissəsində ləğv edilsin və iddia ona münasibətdə təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4570/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4570/2020
08.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver