Məhkəmə qərarları › İş №2(103)-4581/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4581/2021

15.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4581/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi və X2 işə cəlb edilməklə) cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-567/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi və X2 işə cəlb edilməklə) cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona vurduğu zərərin müqabilində 37669 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 noyabr 2020-ci il tarixində, saat 15:30-da Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsinin Sabit Orucov küçəsi ilə kəsişməsində Daxili İşlər Nazirliyinin əməkdaşı X2 tərəfindən FİAT **-AP-*** dövlət qeydiyyat nişanlı postpatrul xidməti avtomaşını vasitəsi ilə yol nəqliyyat hadisəsi törədilmişdir. Bununla bağlı X1 barəsində Bakı şəhər BPİ-nin DYPİ-nin YNH üzrə şöbəsinin inspektoru, polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada İXP ******* saylı protokol tərtib edilmiş, həmin tarixdə X2 barəsində 60 manat məbləğində cərimə inzibati tənbeh tətbiq etmə haqqında TP ******* saylı qərar qəbul olunmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus Lexus UX200” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuş və həmin zərər ərizəyə əlavə edilmiş "xxxx" ASC və "xxxx" MMC tərəfindən verilmiş qüsur aktlarından da göründüyü kimi 37669 manat təşkil edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-567/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 37669 (otuz yeddi min altı yüz altmış doqquz) manat məbləğində dəymiş zərərin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (sədrlik edən: Mədinə Bağırova). Həmin qətnamədən narazı qalan üçüncü şəxs X2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə 3-cü şəxsin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırki mülki iş apellyasiya məhkəməsinin icraatında olan zaman Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-567/2021 saylı sorğusu 12.10.2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Sorğuda Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin daxil olması bildirilmişdir. Həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi və X2 işə cəlb edilməklə) cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar