Məhkəmə qərarları › İş №2(103)-4584/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4584/2020

30.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4584/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, X16 və X5 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Hüseyin qızının iştirakı ilə İddiaçı Cavabdeh Hüseyin qızına qarşı alimentin məbləğinin artırılması və əlavə xərclərin ödənilməsinə cəlb olunma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-609/20 saylı xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 695/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh Hüseyin qızından İddiaçı xeyrinə xx xxxxxx 2004-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin və 60 (altmış) manat məbləğində əlavə xərcin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh Hüseyin qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxx 2004-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş 154 manat sabit pul məbləğində aliment məbləğinin 170 manatadək artırılması, eləcə də uşağın müalicəsi ilə əlaqədar hər ay 150 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Hüseyin qızı ilə xx xxxxxx 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx xxxxxx 2004-cü il təvəllüdlü övladları X14 dünyaya gəlmişdir. Sumqayıt şəhər məhkəməsinin № 2(060)- 3382/2012 saylı xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh Hüseyin qızı arasında xx xxxxxx 2004-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan dünyaya gəlmiş X9 Cavabdeh yanında qalması qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin № 2(060)-664/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməsinə əsasən birgə nikahdan olan xx xxxxxx 2004-cü il təvəllüdlü qızı X9 onun yanımda qalması qət edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-982/2017 saylı xx.xx.2017ci il tarixli qətnaməsi ilə Cavabdeh Hüseyin qızından xx.xx.2017-ci il tarixdən başlayaraq, onun xeyrinə xx.xx.2004-cü il təvəllüdlü övladım X9 yetkinlik yaşma çatanadək saxlanılması üçün ayda 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-695/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 2(003)-982/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2004-cü il təvəllüdlü övladı X1 üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh Hüseyin qızından xx xxxxxx 2004-cü il təvəllüdlü övladı X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hesab edir ki, yuxarıda qeyd olunan məbləğdə ödənilən aliment uşağın tam sağlam və təminatlı tərbiyyə olunmasına və böyüməsinə yetərli deyildir. Xüsusilə, övladı X14 ««S»-vari İİİ-İV dərəcəli ağır skolioz» diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Bununla əlaqədar övladı ProtezOrtopedik Bərpa Mərkəzində protezləşdirilərək müalicə alır. Bundan başqa övladının dişlərində də kəskin kariyes və əyrilik olduğundan mütəmadi olaraq müxtəlif tibbi preparat və vasitələrin köməyi ilə müalicə qəbul edir. Əlavə olaraq, o, bel-oma nahiyyəsində L4-L5 fəqərələrarası diskin 10 mm ölçüdə arxa sol paramedial yırtığı, dural kisəsinin və sol lateral sinir kökçüyünün sıxılması diaqnozu ilə xəstəlikdən əziyyət çəkdiyindən heç yerdə işləmir və övladı X9 yuxarıda qeyd etdiyi xəstəliyinin müalicəsi, həmçinin digər tələbatları üçün maddi vəsaitlər tələb olunduğundan çətinliklərlə üzləşir. Övladı məhkəmə qətnaməsinə əsasən onun yanında qaldıqdan sonra, anası - Cavabdeh bir dəfə də olsun övladı ilə maraqlanmamış və onun müalicəsi üçün heç bir maddi yardım göstərməmişdir. O özü heç yerdə işləmir və bu vəziyyətdə övladının saxlanılması üçün valideynləri maddi cəhətdən ona yardım edirlər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, uşaqlar üçün aliment məbləğinin 154 (bir yüz əlli dörd) manat miqdarında alimentin təyin edilməsi həmin Qanunun tələbinə ziddir. Ona görə də Məhkəmə göstərdiklərini nəzərə alaraq, ayrılmış aliment məbləğini artırılması barədə qətnamə çıxarmalıdır. Bundan başqa, uşağın müalicəsi ilə əlaqədar cavabdehdən hər ay 150 (yüz əlli) manat pul vəsaiti tutulub ona verilməlidir.Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh Hüseyin qızı Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən, yalnız iddiaçının izahatları əsas götürülmüş, onun zəruri vəsaitə malik olmasını araşdırmamış, onun ikinci dəfə nikaha daxil olaraq həmin nikahdan uşağının olduğunu, iki gündən bir sürücü işlədiyi, başqa gəlirinin olmaması məhkəmə tərəfindən nəzərə alınmamış və qanunvericiliyin tələblərinə zidd olaraq belə bir qətnamə qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 12 saylı X6 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, X3 inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, 3-4-cü dərəcəli ağır skolioz diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, X23 X12 müayinəsi ilə əlaqədar 70 manat ödəniş edilmişdir. Eyni zamanda, iş materiallarına Cavabdeh Hüseyin qızının əmək haqqından tutulan aliment borcuna dair ödəniş tapşırıqları və ödəniş qəbzləri əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı xəstəxanasının xx xxxxxx 2016-cı il tarixli müayinə protokolundan görünür ki, İddiaçı fəqərə cismlərinin və fəqərəarası disklərin degenerativ dəyişiklikləri və qabarmaları diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Laçın rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 460408 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx xxxxxx 2004-cü ildə Bakı şəhərində X14 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 695/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(003)-982/2017 saylı qətnaməsilə xx xxxxxx 2004-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh Hüseyin qızından xx xxxxxx 2004-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İşin hallarından müəyyən olundu ki, Cavabdeh Hüseyin qızının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-695/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçıya ödəməli olduğu vəsait yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün onların minimum xərclərini ödəmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, tərəflərin birgə rəsmi nikahlarından anadan olmuş uşaqları – xx xxxxxx 2004-cü il təvəllüdlü X2 üçün cavabdehdən hər ay 154 manat məbləğində sabit pul alimentin alınaraq iddiaçıya verilməsi müəyyən edilsə də, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən 154 manat məbləğində aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vax-ta-şırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia ver-mək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə hesab etmişdir ki, aliment məbləğinin hamısını cavabdeh X19 iddiaçı X4 pul məbləğində ödəməyə borcludur. Kollegiya qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrin görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. X18 BMT Konvensiyasının 18-ci maddəsində bildirilir ki, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. X8 2 saylı prinsipi onu ehtiva edir ki, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 8 saylı prinsip müddəa isə onu göstərir ki, uşaq bütün şəraitdə ilkin yardım alanlar arasında olmalıdır. Həmin Qanunun 13-cü maddəsinə və «X18» BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyası, qanunlar və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqlarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanun normalarına əsasən Cavabdeh Hüseyin qızından İddiaçı xeyrinə xx xxxxxx 2004-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin və 60 (altmış) manat məbləğində əlavə xərcin tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh Hüseyin qızının ikinci dəfə ailə qurması, onun İddiaçıilə birgə nikahdan olan uşağın saxlanması üçün maddi yardım göstərmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Kollegiya hesab edir ki, 170 manat sabit pul məbləğində alimentin və 60 manat məbləğində əlavə xərcin tutulması uşağın hüquq və mənafelərinin qorunması və əsas məqsəd olması baxımından məqsədə və qanuna müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh Hüseyin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh Hüseyin qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar