Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4587/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(004)-137/2023 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus **-GC-*** dövlət qeydiyyat nişanlı “Hundai Getz” markalı minik avtomobilinə vurulmuş 6992.25 (altı min doqquz yüz doxsan iki manat iyirmi beş qəpik) manat həcmdə maddi zərərin əvəzinin və dövlət rüsumu olaraq 90 (doxsan) manatın Cavabdeh alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-137/2023 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh “Hundai Getz” minik markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə 6510 (altı min beş yüz on) manat və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu olmaqla, cəmi 6600 (altı min altı yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdehin vəkili Vəkil2 xx.xx.2023-cüi il tarixdə elektron kabinet vasitəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-137/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-137/2023 saylı qərardadına əsasən apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdehin vəkili və nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-137/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2590/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 137/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-137/2023 saylı qərardadına əsasən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Vaqif oğlunun apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Vaqif oğlu xx.xx.2023-cü il tarixdə məhkəməyə vəsatət verərək qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-137/2023 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-137/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Vaqif oğlu tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, apelyasiya şikayəti və ona əlavə olunan sənədlər geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Vaqif oğlu xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(004)-137/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-137/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, cavabdeh və cavabdehin səlahiyyətli nümayəndəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 137/2023 saylı qətnaməsindən vaxtında məlumatlı olmuş, sonuncu, yəni həmin səlahiyyətli nümayəndə tərəfindən qətnamədən apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət buraxıldıqdan sonra verilmişdir. Məhkəməyə üzrlü səbəb olaraq təqdim edilmiş arayışa münasibətdə məhkəmə qeyd etmişdir ki, arayışdan göründüyü kimi nümayəndə və Vəkil2 xx.xx.2023-cü il tarixdə cərrahi əməliyyat olunmuş, xx.xx.2023-cü ildə ambulator müalicə üçün evə yazılmışdır. Göründüyü kimi əməliyyat tarixindən bir ay 10 gün sonra məhkəməyə müraciət olunmuşdur. Apellyasiya şikayəti verilməsinə mane olan həmin müddətin hansı müddətdə davam etməsi ilə bağlı əsaslı sübutlar təqdim edilməmişdir. Belə ki, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklərə əsasən apelyasiya şikayəti elektron kabinet vasitəsilə verilir. Bu baxımdan 1 aydan çox olan müddətin üzrlü hesab edilməsi üçün əsas yoxdur. Eyni zamanda iş materiallarından da görünür ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Vaqif oğlu bundan əvvəl də bir neçə dəfə qanunvericilikdə müəyyən edilmiş qaydaya riayət edilmədən apellyasiya şikayəti vermişdir. Bundan əlavə Cavabdeh da Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 137/2023 saylı qətnaməsini xx.xx.2023-cü il tarixdə qəbul etmiş, həmin qətnamədən qanunla müəyyən edilmiş müddətdə apelyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarından görünü ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(004)- 137/2023 saylı qətnaməsi rəsmi olaraq 30 yanvar 2023-cü il tarixdə cavabdehin vəkili Vəkil2 məxsus elektron kabinetə yerləşdirilmişdir. Eyni zamanda Cavabdeh yaşadığı ünvana poçt vasitəsilə göndərilmiş, Cavabdeh tərəfindən xx.xx.2023cü il tarixdə imza edilərək qəbul edilmişdir. Daha sonra cavabdehin vəkili xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-137/2023 saylı qərardadına əsasən apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2590/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 137/2023 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Lakin apellyasiya şikayəti məhkəməyə bundan 1 ay 22 gün sonra, qətnamənin tərəfə təqdim edilməsindən isə 4 aya yaxın müddət keçdikdən sonra, yəni 25 may 2023-cü il tarixdə verilmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Müddətin bərpa edilməsi barədə cavabdehin dəlilləri isə əsassız olmuşdur. Belə ki, təqdim edilmiş arayışdan göründüyü kimi nümayəndə və Vəkil2 xx.xx.2023cü il tarixdə cərrahi əməliyyat olunmuş, xx.xx.2023-cü ildə ambulator müalicə üçün evə yazılmışdır. Göründüyü kimi əməliyyat tarixindən bir ay 10 gün sonra məhkəməyə müraciət olunmuşdur. Apelyasiya şikayəti verilməsinə mane olan həmin müddətin hansı müddətdə davam etməsi ilə bağlı əsaslı sübutlar təqdim edilməmişdir. Belə ki, Mülki- Prosessual Məcəlləyə edilmiş dəyişikliklərə əsasən apelyasiya şikayəti elektron kabinet vasitəsilə verilir. Göründüyü kimi iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə , prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(004)-137/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(004)-137/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4587/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4587/2023
10.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver