Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4588/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X1 Cavabdeh qarşı “maddi ziyan ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi ziyan ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" X3 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X2 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 3365.34 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “X7 minik” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 məxsus 1 ədəd “Çuqun altlıqlı T13 9,5 m-lik” 2 çıraqlı işıq dirəyini sıradan çıxararaq müəssisəyə 5089 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “X7 minik” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən mütənasib qaydada Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına 1723.66 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı hesab edir ki, qanuni və əsaslı olduğundan xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 5089 manat məbləğində maddi ziyandan qalıq olarq qalan 3365.34 manat hissəsi cavabdehdən tutularaq "xxxx" X4 ödənilməlidir.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Sahibə Hacıyeva) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1737,34 (min yeddi yüz otuz yeddi manat, otuz dörd qəpik) manat dəymiş ziyan tutularaq iddiaçı "xxxx" X2 ödənilməsi, 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyərinin cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödəniləsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri:
4. Həmin qətnamədən iddiaçı "xxxx" X3 apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iş üzrə araşdırma aparan məhkəmə iddia ərizəsinə əlavə olunan sübutları həmçinin ekspert rəyinə verilmiş etirazı və ona əlavə olunan sübutları qiymətləndirməmiş yanlış olan ekspert rəyini əsas tutaraq qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, 9/9834 saylı ekspert rəyində 1 ədəd “Çuğun altlıqlı T 13, 9,5 m-lik 2 çıraqlı” işıq dirəyinin 15 illik istismarına 60% (15 il x 4%) amortizasiya tətbiq edilərək dəymiş ziyanın məbləği 3461,00 manat müəyyən olunmuşdur. Ekspertizanın icraçısı həmin dirəyə amortizasiya tətbiq edərkən sözügedən dirəyin dövlət müəssisələrinə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan qurğu olduğunu nəzərə almamış və işıq dirəyinə 60% (15 il x 4%) amortizasiya tətbiq edərək yanlış nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114.10-cu maddəsinə əsasən, bu maddənin digər müddəalarından asılı olmayaraq, dövlət müəssisələrinə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərin, bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş illik amortizasiya normalarına uyğun hesablanmış amortizasiyanın yalnız 40 faizi gəlirdən çıxılır. “Çuğun altlıqlı T 13, 9,5 m-lik 2 çıraqlı” işıq dirəyi dövlət əmlakıdır və dövlət büdcəsindən ayrılmış vəsait hesabına quraşdırılaraq istismarı və texniki xidmətinin təşkili məqsədilə təhvil təslim aktı əsasında müəssisənin balansına verilmişdir. İkincisi, sözügedən ekspert rəyinin sonunda ekspertizanın icraçısı işıq dirəyinə amortizasiya tətbiq edərkən onun hesablanma qaydasını 6383.90- 4% 14 dəfə tətbiq edərək dəymiş zərər bəbləğinin 3461,00 manat olduğu qənaətinə gəlmişdir. Halbuki, 6383.90 manata 14 dəfə 4% amortizasiya tətbiq edərək hesabladıqda 3604.82 manat müəyyən olunur. Göründüyü kimi qeyd edilən faktlar xx.xx.2024-cü il tarixli, 9/9834 saylı ekspert rəyinin qeyri-obyektivliyini bir daha ortaya qoyur. Üçüncüsü, Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli 9/9834 saylı Ekspert Rəyinin qanunsuz və əsasssız olduğu barədə məhkəməyə əsaslandırılmış etiraz verilməsinə baxmayaraq, iş üzrə təkrar ekspertiza təyin edilməmiş və yanlış ekspert rəyinə istinad edilərək qərar qəbul edilmişdir. Göstərilən hallar araşdırılmadığından və ekspert rəyinin həqiqətə uyğun olubolmadığı müəyyən olunmadan iş üzrə yekun qərar qəbul edilməsi qanunsuzdur və hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilərək 3365.34 (üç min üç yüz altmış beş manat otuz dörd qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qətnaməsindən, eyni zamanda, Cavabdeh da apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, iddiaçı "xxxx" X2 zərərin vurulmasına gətirib çıxaran hərəkətdə onun heç bir günahı yoxdur. Belə ki, həmin zərər hadisənin digər iştirakçısının hərəkətləri nəticəsində baş vermişdir. Göstərilənlərdən əlavə işə sonuncu məhkəmə iclasında iştirakı olmadan baxılmasını da çəkişmə prinsipinin pozulması kimi qiymətləndirir. Qeyd olunanlara əsasən Xətai Rayon Məhkəməsinin 2(011)-72/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı işıq dirəyinin sıradan çıxmasında onun hər hansı təqsirli hərəkəti olmamışdır. Belə ki, qəza nəticəsində qarşıdakı avtomobil işıq dirəyinə dəymişdir. Bununla belə onun barəsində cərimə tətbiq edilmişdir, həmin cəriməni ödəmişdir. Birinci instansiya məhkəməsi isə işin hallarını düzgün müəyyən etməmişdir. Göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
7. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı nümayəndənin iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. PBA-1163/22 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" X1 təqdim etdiyi qüsur aktına əsasən zərərlə bağlı maddi ziyanı ümumi məbləğinin 34,47%-i yəni 1723,66 manat məbləği tərəflərindən "xxxx" X2 ödənilmişdir.
10. "xxxx" EŞM tərəfindən "xxxx" ASC–yə yönəldilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində naməlum sürücünün idarə etdiyi “Hyundai” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işıq dirəyi vurulmuş və müəssisəyə 5089 manat maddi ziyan dəydiyini bildirmiş və müəssənin bank hesabına köçürülməsini xahiş etmişlər.
11. "xxxx" EŞM-nin baş mühəndisi A.Paşayev tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində xx.xx.2022-ci il tarixdə “Hyundai” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən müəssəyə məxsus çuqun altlıqlı dirək vurulmuş, köhnəlmə dərəcəsi 5089 manat təşkil etmişdir.
12. "xxxx" EŞM-nin direktoru E.İ.Eldarov tərəfindən təsdiq edilmiş Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində xx.xx.2022-ci il tarixdə “Hyundai” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuş işıq dirəyininn bərpasına sərf olunan xərclərin smetasından görünür ki, ümumi məbləğ 5089 manat göstərilmişdir.
13. Bakı şəhər DYPİ polis mayoru X5 tərəfindən Cavabdeh barəsində xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur.
14. 28.10.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1723,66 manat məbləğində sığorta ödənişi "xxxx" EŞM-nin AZ931BAZ******************** saylı hesabına ödənilmişdir.
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2017/2023 nömrəli, xx.xx.2023 cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2126 nömrəli ekspertiza rəyindən görünür ki, iş materiallarında olan, "xxxx" EŞM tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 1 ədəd “Çuqun altlıqlı T13 9,5 mlik” 2 tipli işıq dirəyinə dəyən zərərin məbləği 6383,90 manat müəyyən olunmuşdur.
16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2017/2023 nömrəli, xx.xx.2023 cü il tarixli qərardadı ilə məhkəmə təkrar-mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9834 nömrəli ekspertiza rəyindən görünür ki, iş materiallarında olan, "xxxx" EŞM tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 1 ədəd 2007-cil buraxılışlı “Çuqun altlıqlı T13 9,5 mlik 2 çıraqlı” ilkin balans dəyəri 6383,90 manat olan işıq dirəyinin 15 illik istismarına təxminən 60% (15 il x 4%) amortizasiya aşınması müəyyən olunur, həmin aşınma tətbiq edilməklə qeyd edilən “Çuqun altlıqlı T13 9,5 mlik 2 çıraqlı” işıq dirəyinin zədələnməsi nəticəsində dəymiş ziyanın məbləği təxminən 3461 manat müəyyən olunmuşdur.
Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyə hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
23. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
24. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
25. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
31. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
32. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.
33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
36. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
37. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
40. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən, iddia tələbinin təmin edilməyən, cavabdehin apellyasiya şikayətinə əsasən, iddia tələbinin təmin edilən hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası ilk olaraq iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2017/2023 nömrəli, xx.xx.2023 cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2126 nömrəli ekspertiza rəyindən görünür ki, iş materiallarında olan, "xxxx"EŞM tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zədələnmiş 1 ədəd “Çuqun altlıqlı T13 9,5 mlik” 2 tipli işıq dirəyinə dəyən zərərin məbləği 6383,90 manat müəyyən olunmuşdur.
46. Bununla belə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2017/2023 nömrəli, xx.xx.2023 cü il tarixli qərardadı ilə məhkəmə təkrar-mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9834 nömrəli ekspertiza rəyindən görünür ki, iş materiallarında olan, "xxxx" EŞM tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zədələnmiş 1 ədəd 2007-cil buraxılışlı “Çuqun altlıqlı T13 9,5 mlik 2 çıraqlı” ilkin balans dəyəri 6383,90 manat olan işıq dirəyinin 15 illik istismarına təxminən 60% (15 il x 4%) amortizasiya aşınması müəyyən olunur, həmin aşınma tətbiq edilməklə qeyd edilən “Çuqun altlıqlı T13 9,5 mlik 2 çıraqlı” işıq dirəyinin zədələnməsi nəticəsində dəymiş ziyanın məbləği təxminən 3461 manat müəyyən olunmuşdur.
47. İddiaçı qeyd olunan ekspert rəyini mübahisələndirsə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə dəymiş zərərin müəyyən edilməsi xüsusi bilik etdiyindən, eləcə də qeyd edilən rəyi şübhə altına alan hər hansı əsas müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq ekspert rəyinə istinad etməklə belə qənaətə gəlmişdir ki, "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş 1723,66 manat sığorta ödənişi nəzərə alınmaqla Cavabdeh 1737,34 (3461-1723,66=1737,34) manat pul vəsaiti tutularaq "xxxx" X2 ödənilməlidir.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, "xxxx" X1 balansında olan 1 ədəd işıq dirəyinə ziyan dəyməsində cavabdehin təqsirli hərəkətləri müəyyən edildiyindən iddiaçı haqlı olaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
49. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, cavabdeh iddiaçı "xxxx" X2 zərərin vurulmasına gətirib çıxaran hərəkətdə onun heç bir günahının olmamasını bildirsə də, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində idarə etdiyi “Hyundai” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla "xxxx" X1 balansında olan 1 ədəd işıq dirəyini vurub sıradan çıxarmış və onun Azərbaycan Respublikası İXM–də nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı qərar qəbul edilmiş və protokol tərtib edilmişdir.
50. Göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin təqsiri onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolla öz təsdiqini tapmışdır. Bundan başqa, cavabdeh apellyasiya baxışı zamanı bildirmişdir ki, onun barəsində yazılmış cəriməni ödəmişdir.
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, "xxxx"X1 balansında olan 1 ədəd işıq dirəyinə ziyan dəyməsində cavabdehin təqsirli hərəkətləri müəyyən edildiyindən, iddiaçı haqlı olaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
52. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə iclaslarını vaxtı və yeri barəsində cavabdeh müvafiq qaydada məlumatlandırılmışdır. Demək ki, cavabdehin bu dəlili də əsassızdır.
53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həm iddiaçı, həm də cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassız olmuşdur. Nəticə:
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları şikayəti vermiş tərəflərin özləriə aid edilməlidir.
56. Qətnamənin 31-ci bəndinə əsasən, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı "xxxx" X3 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən (yoxlanılan) hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.