Məhkəmə qərarları › İş №2(103)-459/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-459/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-459/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, Cavabdeh Hətəmzadə Çı̇ ngiz ż ıvrəṖ oğlunun iştirakı ilə, İddiaçı X5 cavabdehlər Baki Şəhərı̇ 38 saylı Dövlət Notarı̇ at Kontoruna, Hətəmzadə Çı̇ ngiz ż ıvrəṖ oğluna, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(003)-54/2019 saylı qətnaməsindən Hətəmzadə Çı̇ ngiz ż ıvrəṖ oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, 38 saylı Notariat Kontoruna və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2013-cü il tarixli 4Ə/02-477 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 1321 saylı bağ sahəsinin qanunsuz olaraq özgəninkiləşdirilməsi barədə çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X4 və istismarı Birliyi ilə İddiaçı Yadulla oğlu arasında bağlanmış xx xxxx 2002-ci il tarixli bağın icarayə verilməsi haqqında müqaviləyə əsasən onun istifadəsinə Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1321 saylı bağ sahəsi verilmişdir. Həmin bağ sahəsini o, qardaşı X6 xx xxxxxxxx 2015-ci il tarixdə baş etibarnamə ilə vermişdir. Hazırda həmin bağ sahəsində qardaşı özünə ev tikmişdir. Həmin bağ sahəsinə çıxarış almaq məqsədi ilə o, ünvan 1 ünvanda yaşayan Cavabdeh1 etibarnamə vermişdir. Bir müddət keçdikdən sonra torpağın çıxarışının verilməsi gecikdirildiyi üçün o, xx xxxxxxxx 2013-cü il tarixdə etibarnaməni verdiyi notariat kontoruna ərizə ilə müraciət edərək xx xxxxxxx 2015-ci il tarixdə etibarnaməni ləğv etdirmişdir. Bununla yanaşı, qardaşı X1 Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edən zaman ona bəlli olmuşdur ki, ona məxsus olan 1321 saylı bağ sahəsi başqa bir ərazidə yerləşən bağ sahəsinə planda otuzdurularaq özgəninkiləşdirilmişdir. O, qeyd olunan təşkilatda narazılığını bildirərək, çıxarışın ləğv edilməsini tələb etmiş və onlara izah etmişdir ki, ona məxsus olan bağ sahəsinin sənədini başqasının adına necə sənədləşdirmək olar. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəhbərliyi müxtəlif bəhanələr gətirərək tələbi yerinə yetirməmişdir. Hesab edir ki, ona məxsus olan xx xxxxxx 2013-cü il tarixli 4Ə/ 02-477 reyestr nömrəli alqı-satqı müqaviləsinin və 1321 saylı bağ sahəsinin sənədi qanunsuz və əsassız olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına sənədləşdirilmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-54/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-6855/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-6855/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci tarixli 2(102)-1685/2020 saylı Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 6855/2019 qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasya instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində işə baxılması zamanı məlum olmuşdur ki, İddiaçı vəfat etmişdir. Onun vərəsəsi olan X2 prosessual hüquq varisi qismində işə cəlb edilmişdir. X.Qasımova məhkəmə iclasında iştirak etmək üçün vəkillə müqavilə bağlamışdır. Sonuncu məhkəmə iclasında vəkil N.Kərimov tərəfindən məhkəmə iclasının təxirə salınması barədə ərizə daxil olmuşdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər, Bakı şəhəri 38 saylı Notariat Ofisi işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “İddianı təmin etməyən apellyasiya instansiyası məhkəməsi ona əsaslanmışdır ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər ötürülmüşdür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsinin bağlanmasını ən azı 2015-ci ilin oktyabr ayında bilməli idi. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 adına verdiyi etibarnamənin xx.xx.2015-ci il tarixdə ləğv etdirmişdir. İddiaçının etibarnamənin xx.xx.2015-ci il tarixdə ləğv etdirməsi onun cavabdehlərin xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi bağlamalarını və həmin evə mülkiyyət hüququnun qeydə alınmasını bilməsini təsdiq edən hal kimi nəzərə alına bilməzdi. Cavabdeh1 bağ sahəsi üzərində mülkiyyət hüququ DƏDRX tərəfindən yalnız xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçının dəlillərindən görünür ki, cavabdehlərin xx.xx.2013-cü il tarixində alqı-satqı müqaviləsi bağlamalarını yalnız qardaşı A.Qasımovun mübahisəli sahədə ev tikdirdikdən və 2019-cu ildə həmin evə mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün DƏDRX-nə müraciət etdikdən sonra bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Apellyasiya məhkəməsi işin yuxarıda göstərilən obyektiv hallarını nəzərə almadan, iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günün və vaxtdan baş verməsini əsaslandırmadan iddia müddətini tətbiq etməklə iddianı təmin etməmişdir.” Qərarın məzmunundan göründüyü kimi, işə baxan Ali Məhkəmənin Mülki Kollegiyası iddia müddətinin keçməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin düzgün nəticəyə gəlmədiyi, yəni iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyini qeyd etmişdir. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, X4 və İstismarı Birliyi ilə İddiaçı Yadulla oğlu arasında bağlanmış xx xxxx 2002-ci il tarixli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1321 saylı bağ sahəsi İddiaçı Yadulla oğlunun istifadəsinə verilmişdir. İddiaçı Yadulla oğlu xx xxxxxxxx 2013-cü il tarixli etibarnamə ilə həmin bağ sahəsini özəlləşdirməyi, satmağı, bağışlamağı, üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. Eyni zamanda İddiaçı Yadulla oğlu xx xxxxxx 2013-cü il tarixli etibarnamə ilə həmin bağ sahəsini özəlləşdirməyi, satmağı, bağışlamağı, üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi X3 etibar etmişdir. X7 da öz növbəsində xx xxxxxx 2013-cü il tarixli etibarnamə ilə həmin bağ sahəsini özəlləşdirməyi, satmağı, bağışlamağı, üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi Hətəm-zadə Aysel Sərvər qızına etibar etmişdir. İddiaçı Yadulla oğlunun adından verilmiş etibarnaməyə əsasən Hətəm-zadə Aysel Sərvər qızı həmin bağ sahəsini 15000 manata Hətəm-zadə Çingiz Pərviz oğluna satmış, həmin bağ sahəsi Bakı şəhəri 38 nömrəli notariat kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə/02-477 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2013-cü il tarixdə Hətəm-zadə Çingiz Pərviz oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Cavabdeh1 və iddiaçının nümayəndəsi kimi Hətəm-zadə Aysel Sərvər qızı alqı-satqı müqaviləsini bağlayan zaman ər-arvad olmuşlar. xx xxxxxxx 2015-ci il tarixdə İddiaçı Yadulla oğlu notariat kontoruna ərizə ilə müraciət edərək, xx xxxxxxxx 2013-cü il tarixdə Cavabdeh1 verdiyi etibarnaməni ləğv etdirmiş və elə həmin tarixdə həmin bağ sahəsinə dair qardaşı X6 etibarnamə vermişdir. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, həmin bağ sahəsini o, qardaşı X6 xx xxxxxxxx 2015-ci il tarixdə baş etibarnamə ilə vermişdir. Hazırda həmin bağ sahəsində qardaşı özünə ev tikmişdir. Həmin bağ sahəsinə çıxarış almaq məqsədi ilə o, Cavabdeh1 etibarnamə vermişdir. Bir müddət keçdikdən sonra torpağın çıxarışının verilməsi gecikdirildiyi üçün o, xx xxxxxxxx 2013-cü il tarixdə notariat kontoruna ərizə ilə müraciət edərək xx xxxxxxx 2015-ci il tarixdə etibarnaməni ləğv etdirmişdir. Bununla yanaşı, qardaşı X9 ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edən zaman ona bəlli olmuşdur ki, ona məxsus olan 1321 saylı bağ sahəsi başqa bir ərazidə yerləşən bağ sahəsinə planda otuzdurularaq özgəninkiləşdirilmişdir. O, qeyd olunan təşkilatda narazılığını bildirərək, çıxarışın ləğv edilməsini tələb etmişdir. Həmin idarənin rəhbərliyi müxtəlif bəhanələr gətirərək tələbi yerinə yetirməmişdir. Cavabdeh1 iddiaya etiraz etmiş və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, bildirmişdir ki, sözügedən alqı-satqı müqaviləsinə əsasən dəyəri ödənilməklə onun tərəfindən alınmış torpaq sahəsi faktiki olaraq istifadəsində və sahibliyində olmaqla, həmin torpaq sahəsinin üzərində “xxxx” MMC tərəfindən tərtib və təsdiq edilmiş, həmçinin Xəzər rayon İcra Hakimiyyətində qeydə alınmış eskiz layihəsinə uyğun olaraq tərəfindən fərdi yaşayış evi tikilib istismara verilmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar işin faktiki hallarına uyğun deyildir. Digər tərəfdən, iddiaçının iddia tələbi əsassız olmaqla yanaşı, iddiaçı tərəfindən qanunla nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası gəldiyi bu nəticəni onunla əsaslandırır ki, İddiaçı Yadulla oğlunun adından verilmiş etibarnaməyə əsasən Hətəm-zadə Aysel Sərvər qızı həmin bağ sahəsini Bakı şəhəri 38 nömrəli notariat kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə/02-477 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 15.000 (on beş min) manata Hətəm-zadə Çingiz Pərviz oğluna satmış, həmin bağ sahəsi xx.xx.2013-cü il tarixdə Hətəm-zadə Çingiz Pərviz oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Qeyd edilən müqavilə bağlanan zaman Cavabdeh1 ilə Hətəm-zadə Aysel Sərvər qızı alqı-satqı müqaviləsi bağlanılan zaman ər-arvad olmuşlar. AR Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Hətəm-zadə Aysel Sərvər qızı iddiaçının adından olan etibarnamədən istifadə edərək, mübahisələndirilən alqı-satqı müqaviləsinə əsasən mübahisəli bağ sahəsini əri Cavabdeh1 satmış və bundan sonra həmin bağ sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, həmin alqı-satqı müqaviləsi bağlandıqdan sonra mübahisəli bağ sahəsi onların birgə nikah dövründə əldə edilmiş əmlakı kimi ümumi birgə mülkiyyətinə keçmişdir. Göründüyü kimi, mübahisələndirilən müqavilə Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbləri pozulaqla bağlanmışdır. Qeyd olunan halları və Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız olması qənaətinə gəlmək üçün əsaslar mövcuddur. Həmin maddənin dispozisiya şərtinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Digər tərəfdən, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən, elektron baza məlumatlarına əsasən iddia olunan sahə 1321 saylı bağın ərazisinə uyğun gəlir. İddiaçı Yadulla oğlunun istifadəsinə verilmiş 1321 saylı bağ sahəsi ilə Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 1321 saylı bağ sahəsi ayrı-ayrı sahələrdir. Qasımov X8 qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1321 saylı bağ sahəsinə dair çıxarış almaq və s. hərəkətləri etmək üçün etibarnamə vermiş, lakin göründüyü kimi, etibarnamə verilmiş şəxs X4 və istismarı Birliyi ilə İddiaçı Yadulla oğlu arasında bağlanmış xx xxxx 2002-ci il tarixli bağın icarayə verilməsi haqqında müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1321 saylı bağ sahəsini deyil, həmin sənədlər əsasında həmin bağ sahəsinə aid olmayan digər torpaq sahəsini özəlləşdirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, Cavabdeh1 bağ sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestri xidmətində xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı cavabdehlərin xx.xx.2013-cü il tarixində alqı-satqı müqaviləsi bağlamalarını yalnız qardaşı A.Qasımovun mübahisəli sahədə ev tikdirdikdən və 2019-cu ildə həmin evə mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdikdən sonra bilmişdir. Həmçinin, iş materiallarından İddiaçı mübahisələndirilən alqısatqı müqaviləsindən hər hansı başqa şəkildə xəbərdar olması və ya ola bilməsi halları da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2013-cü ildə bağlanmış alqı-satqı müqaviləsindən xəbəri oldubu halda, həmin müqavilənin bağlanması zamanı istifadə edilmiş etibarnaməni 2015-ci ildə, yəni müqavilə bağlandıqdan təxminən iki il sonra ləğv etdirməsi halının özü də onun bu müqavilədən xəbərsiz olduğunu bir daha təsdiq edir. Belə ki, müqavilə bağlandıqdan sonra, həmin etibarnamənin ləğv edilməsinin artıq heç bir əhəmiyyəti olmadığını iddiaçı bilməmiş deyildi. Göstərilənlər bir daha onun mübahisələndirilən müqavilədən 2017-ci ilədək xəbərsiz olduğunu bildirməkdə səmimi olduğunu təsdiq edir. Ona görə də, məhkəmənin qənaətinə görə iddiaçının hazırkı mübahisələndirilən alqısatqı müqaviləsinin etibarsız sayılmasına əsas verən halı bildiyi (bilməli olduğu) vaxt kimi, onun etibarnaməni ləğv etdirdiyi 2015-ci il deyil, özünə aid torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması ilə bağlı DƏDRX-nə müraciət etdiyi 2017-ci il qəbul edilməlidir. Həmin tarixdən hesablandıqda isə iddiaçının əqdin etibarsız hesab edilməsinə dair qanunla müəyyən edilmiş müddətləri ötürmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən əqdin etibarsızlığını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi sübut olunmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdeh Hətəmzadə Çı̇ ngiz ż ıvrəṖ oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(003)-54/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar