Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4603/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə),http://www.bakuappealcourt.gov.az/?menu=144&submenu=155&langazX6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-71/20 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) təqdim edərək, cavabdehlə ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 339/14 saylı kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən qalan 60000 manat məbləğində əsas borcu, 19093,35 manat məbləğində faiz borcu, 7458,33 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (MM 445.7-ci maddəsinə uyğun olaraq) əsasən hesablanan faiz məbləği, 42000,02 manat cərimə borcu, cəmi 128551,70 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş.səh.142). Birinci instansiya məhkəməsində icraat zamanı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 339/14 saylı «Kredit müqaviləsi» (səh.10), Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli maliyyə arayışı (iş.səh 144), təqdim edilmişdir. "Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli 28299 saylı ekspert rəyi ilə “xxxx” ASC-si ilə X5 arasında bağlanmış xx xxxxxx 2014-cü ıl tarixli 339/14 nömrəli Kredit Müqaviləsinə əsasən hesabdan çıxarış məlumatları tam olmadığından X3 banka olan borcunu müyəyyən etməyin mümkün olmadığı (səh.124), "Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 19662 saylı ekspert rəyi ilə isə xx.xx.2014-cü il tarixli, 339/14 kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx xxxxxx 2015-ci il tarixinə (bitdiyi gün tarixə) “xxxx” ASC olan borcu aşağıdaki kimi o cümlədən: xx xxxxxx 2015-ci il tarixə -əsas borc üzrə 60000,00 manat, -faiz borcu üzrə 3000,00 manat, xx xxxx 2019-cu il tarixə -əsas borc üzrə 60000,00 manat, faiz borcu üzrə 13466,67 manat olduğu müəyyən edilir (səh.156). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-71/20 saylı işi üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 60000 manat məbləğində əsas borc, 13466 manat 67 qəpik məbləğində faiz borc, 5000 manat məbləğində cərimə (dəbbə pulu) borc,7458 manat 33 qəpik gecikdirilmiş vaxt üçün hesablanan illik faiz məbləği, cəmi 85925 manat məbləğində kredit borcu tutulması və Ləğv prosesində olan "xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabeh Cavabdeh 30 manat məbləğində pul vəsaiti Ləğv prosesində olan "xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 250 manat məbləğində pul vəsaiti Cavabdeh tutulması və dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin 29.01 2020-ci il tarixli, 2(006)-71/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarilmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 53,77, 88, 149.2.3, 217.3, 217.4, 218.1, 385-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-cı maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı məhkəməyə kassa-məxarıc qəbzini və hesabdan çıxarışları təqdim etməmişdir. Halbuki, bu sənədlər birbaşa olaraq iddiaçının istinad etdiyi halı sübut edən sənədlərdir.Mübahisəli qətnaməni çıxaran məhkəmə tərəfindən hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməməsi son nəticədə hüquqlarımın və qanuni mənafelərimin pozulması ilə nəticələnmişdir. Hansı ki, hüquqi müəyyənlik prinsipinin əsas hədəfi hüquqları və qanuni mənafeləri pozulmuş şəxslərin hüquqlarının bərpası və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin və Cavabdeh iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin MM-in 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560,739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri təsdiq edilmədiyindən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməli, ekspertiza xərcləri də ondan tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-71/20 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4603/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4603/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver