Məhkəmə qərarları › İş №2(103)-4603/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4603/2025

16.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4603/2025 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: (nisyə alğı satqı müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X4 oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı və vəkili vəkil1, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Iddiaçı iddia edir ki, cavabdehə satıb pulunu hissə-hissə ödəmək şərtilə qızıl-zinət əşyaları vermiş, cavabdeh ödənişi tam etməmişdir.

2. Iddiaçı iddia edir ki, cavabdeh aralarında mübahisə yarandıqda iddiaçıya məxsus dəftərdə öz əlyazması ilə borcunun 21024 manat olmasını qeyd etmişdir. Həmin qeyddən sonra cəmi 500 manat ödəniş etmişdir.

3. Cavabdeh iddiaçıya 11290 manat ödəniş etməsinə dair yazılı sübut təqdim etmişdir. 4.Iddiaçı tərəfindən tədqim edilmiş səs yazısında cavabdeh iddiaçıya bildirmişdir ki, ona olan borcunu özü qaytaracaqdır, digər şəxslərin bu işə aidiyyəti yoxdur.

a)Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona borclu qaldığı 20500 manat pulu və ödənilmiş 152 manat dövlət rüsumunun ondan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6 . Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh uzun müddətdir ki, tanıyır. O, kasıbçılıqla ailəsini dolandırır. O, fərdi şəxslərdən qızıl-zinət əşyaları alaraq satır və ondan gələn gəlir hesabına ailəsini dolandırır. Kürdəmir rayon sakinlərindən 20000 manat dəyərində qızıl almışdır. Həmin qızılları cavabdeh ondan almaq istədiyini bildirdi. O da, ümumilikdə 30500 manat dəyərində qızıl-zinət əşyalarını ona vermişdir. Cavabdeh həmin qızılları pulundan ona ümumilikdə 10000 manata yaxın pul qaytarmışdır. Hazırda isə ona 20500 manat borcu var. Belə ki, dəfələrlə ona müraciət edərək borcun qaytarılmasını tələb etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. O, bununla bağlı Kürdəmir RPŞ-yə müraciət etmişdir. Lakin orada onun müraciətinin mülki xarakterli olduğunu bildirmişlər.

7. Cavabdeh Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, ona qarşı qaldırılan iddiaçı İddiaçı istədiyi borc pul və ödədiyi dövlət rüsumunun ondan tutulması iddia tələbi ilə qətiyyən razı deyil. Iddia tələbi əsassız və qurama olduğundan tamamilə rədd olunmasını tələb edir. Iddiaçı İddiaçı iddia tələbində həddindən artıq şişirdilmiş rəqəmlər yazaraq ondan reallıqda olmayan pul məbləğini tələb edir. Bu isə onun ona qarşı necə qərəzli və düşmən mövqedə olmasından xəbər verir. O, iddiaçıdan bir neçə qızıl əşyası alsa da onların pulunu iddiaçı İddiaçı tam olaraq ödəyib borcunu bağlamışdır. Belə ki, iddiaçı İddiaçı iddia tələbində onun ona 10000 (on min) manata yaxın pul qaytardığını və hazırda 20500 manal borcunun qalmasını özündən uydurub yazsa da bunlar ona qarşı iddiaçının yazdığı şər və böhtanlardır. Iddiaçı İddiaçı açıq aşkar tamahkirlik edərək onun qanunlardan qorxduğunu bilərək ondan əlavə pullar qoparmaq məqsədindədir. O, iddiaçı İddiaçı bu günə qədər aldığı qızılların pulu ilə və faizləri ilə birgə 15000 (on beş min) manat pul qaytarmış və iddiaçı ilə tamamilə ödəşmiş, iddiaçıya hər hansı borcu yoxdur. Ona görə də iddiaçı İddiaçı ödədiyi qəbzlərin surətlərini məhkəməyə təqdim edərək iddiaçının məhkəməyə yalan danışdığını və onu şişirtdiyi məbləğlər ilə borclandırmaq istədiyi açıq aydın görünür. Iddiaçı İddiaçı ona gəldiyi hədə-qorxulara görə, ailə üzvləri ilə yaşadığı ünvana dəfələrlə göndərdiyi tanımadığı şəxslər ilə qorxutduğuna görə əsas məbləğ deyib üzərinə faizlər hesablamaqla ümumilikdə İddiaçı 15000 (on beş min) manat pullar qaytarmış və iddiaçıya hazırda heç bir borcu qalmamışdır. O, bir daha qeyd etmişdir ki, iddiaçı İddiaçı ona qarşı 20500 manat borc pulun və 152 manat ödənilmiş dövlət rüsumunun ondan tutulması tələbi tam əsassız və uydurma olduğundan iddia tələbi ilə qətiyyən razı deyil. Iddia tələbinin bütünlüklə rədd olunmasını tələb edir. Onun iddiaçı İddiaçı hər hansı borcu qalmayıbdır. Faizlər ilə birlikdə iddiaçı İddiaçı bu günədək 15000 (on beş min) manat pullar ödəmişdir. iddiaçı İddiaçı iddia ərizəsində ona 20500 manat borclu olmağı barədə yazsa da, bununla bağlı məhkəməyə əsaslı və tutarlı sübut təqdim etmədiyindən, həmçinin həmin məbləği şişirdib onun üzərinə faizlər gələrək mənfəət əldə etmək istədiyindən, ona qarşı pul tələbi və ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı iddia tələbi əsassız olduğundan ona qarşı iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını tələb və xahiş edir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, o, 2024-cü ilin yanvar ayının 31dən oktyabr ayının 11-dək cavabdehə hissə-hissə qızıllar vermişdir. Hal-hazırda cavabdehin ona hissə-hissə borcları qalıb. Cavabdeh tərəfin qaynanası vəziyyətdən xəbər tutanda ona zəng etmiş və ümumi borc məbləğini soruşmuşdur. Həmin vaxt cavabdehin ona 21824 manat məbləğində borcu var idi. Daha sonra yanvar ayında 500 manat, dekabr ayında 800 manat ona ödəniş etmişdir. Lakin geridə qalan məbləği ödəməmişdir. Onun təqdim etdiyi əlyazmada olan məbləğ cavabdehin evində birlikdə yazdıqları məbləğdir. O, qızılları sürücü vasitəsilə cavabdehə göndərmişdir. Cavabdeh də təhvil almışdır. Qızılları götürdükdən sonra cavabdeh ödənişlərini hissə-hissə etmişdir. O, 3 dəfə cavabdehin evində olmuş və həm cavabdehin özü, həm də onun yaxın qohumları o, məhkəməyə müraciət edənədək borcu etiraf etmişlər. Bu barədə disk də təqdim edilmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, qızılların qramını 131 manatdan vermişdir. Cavabdeh hər qızıla görə müxtəlif məbləğdə aylıq ödənişlər edirdi. Qızıllar ona məxsus olmayıb. O, sadəcə olaraq həmin satışlardan müəyyən məbləğdə qazanc əldə edirdi. Cavabdehin bəzi qızıllara dair borclarını tam olaraq ödəmişdir. Elələri də var ki, onları qismən ödəyib. Qızıllar arasında rus, türk və italyan istehsalı olan qızıllar olub və onları müxtəlif qiymətlərə vermişdir, bəzilərini 135, bəzilərini 140 və s. Qızılların verilməsi ilə bağlı telefon yazışmaları və onun özündə etdiyi qeydlər mövcuddur. Başqa heç bir sənədə imzalamaqla qızılları verməmişdir. O, polisə 21824 manat borcla bağlı şikayət etmişdir. Həmin şikayətdən sonra cavabdeh ona 800 manat və 500 manat olmaqla pul ödəmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili nümayəndə2 iddiaçı ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında borcun olmasını təsdiq edən səs yazısını məhkəməyə təqdim etmişlər. Həmin səs yazısında cavabdeh iddiaçının onu məhkəməyə verdiyinə görə heç bir ödəniş etməyəcəyi barədə xəbərdar etməsi ilə bağlı sübutlar var. Iddiaçının tələb etməsinin səbəbi, cavabdehin ödənişləri gecikdirməsi, oktyabr ayından ödəniş etməməsi olmuşdur. Cavabdehin sonuncu ödənişi dekabr ayında 800 manat olmuşdur. Daha sonra cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş olunmamışdır. Bundan başqa iddiaçı tərəfindən Kürdəmir RPI-ə ötən ilin dekabr ayında müraciət edilmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tamamilə əsassızdır. Iddiaçı həmin qızılları faizlə verib. Sübutlar mötəbər deyil. Fotoşəkillərdə olan qızılların həqiqətən qızıl olub-olmaması dəqiq deyil. Sadəcə olaraq iddiaçı cavabdehə müəyyən təzyiqlər etməklə müəyyən ödənişlərin edilməsinə nail olub. Sadə riyazi hesablamalarla da görünür ki, cavabdeh iddiaçıya kifayət qədər böyük məbləğdə ödənişlər edib. Iddiaçı öz izahatında da, göstərir ki, sürücü vasitəsilə ödənişlərin edilməsi ilə yolu ilə qızılları verib. Həmin vaxt iddiaçı borcla bağlı ərazi üzrə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Lakin cavabdehin azyaşlı uşağı olduğu üçün polis idarəsinə gedə bilməmişdir. Belə ki, hər hansı borcu və ya ödəniləcək məbləği yoxdur, bütün borcları ödəmişdir. Iddiaçının tələb etdiyi məbləğ faizlərdir. Hal-hazırda iddiaçı reallığa uyğun olmayan məbləğlər tələb edir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 9210 (doqquz min iki yüz on) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 152 (bir yüz əlli iki) manatın 83,70 (səksən üç manat yetmiş qəpik) manat hissəsinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı Kürdəmir rayon sakinlərindən müxtəlif vaxtlarda hissəhissə alğı-satqı etmək üçün qızıl zinət əşyaları almış, cavabdeh ondan qızıl almaq istədiyini bildirmiş və o, ona müxtəlif vaxtlarda qızıl-zinət əşyalarını vermişdir. Hal-hazırda iddiaçı cavabdehdən 20500 manat pul tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir, ona heç bir borcunun olmadığını qeyd edir. Iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, cavabdeh iddiaçıya ümumilikdə 11290 manat məbləğində pul ödəniş etmişdir. Eyni zamanda iddiaçı tərəfindən tədqim edilmiş CD diskə baxış zamanı cavabdeh iddiaçıya bildirmişdir ki, ona olan borcunu özü qaytaracaqdır, digər şəxslərin bu işə aidiyyəti yoxdur.

13. Məhkəmənin mövqeyinə görə tərəflər arasında qızılların nisyə alğı-satqısı barədə şifahi razılaşma olmuşdur. Iddiaçı qalıq borc məbləğin 20500 manat olmasını bildirsə də, bu barədə mötəbər sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərdən də görünür ki, o, iddiaçıya ümumilikdə 11290 manat ödəniş etmişdir. Səs yazısında cavabdehin borcun olmasını bildirməsini məhkəmə hazırki iş üzrə etiraf olaraq qəbul edir. Iddiaçının borcun məbləği barədə sübut təqdim edilməməsini, eləcə də cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərə dair ümumilikdə 11290 manat ödəniş edilməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən, (20500-11290=9210) manat hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Belə olan halda məhkəmə işdə olan mövcud sübutları qiymətləndirmiş və cavabdehin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyi və qalıq borcunun 9210 manat olması qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıdan götürdüyü malların dəyərini ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlandığından 9210 (doqquz min iki yüz on) manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 9210 (doqquz min iki yüz on) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 427, 601.1, 21.1, 21.2, 21.3, 1091-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 77.1, 106.1, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsində iddia tələbi üzrə mülki iş araşdırılarkən məlum olmuşdur ki, iddiaçı 2024-cü ilin yanvar ayının 31-dən oktyabr ayının 11-dək cavabdehə müxtəlif çəki və qiymətdə hissə-hissə qızıllar vermişdir. Cavabdehin iddiaçıya ümumilikdə 33 314 manat borcu olmuş və həmin məbləğdən cavabdeh təqdim olunan qəbzlərdən və iddiaçının da söylədiyi kimi 12 590 manat ödənilsə də, bu günkü tarixə kimi 20 524 manat cavabdehin borcu vardır. Məhkəmə iclasları zamanı iddiaçı dəfələrlə cavabdehin məhkəməyə gəlməsini onun nümayəndəsinə söyləsə də, cavabdeh məhkəməyə gəlməkdən yayınmışdır. Iddiaçı İddiaçı tərəfindən təqdim olunmuş səsyazıları, sms-lərdən də görünür ki, cavabdeh həqiqətən də iddiaçıya borcludur və borcu ilə bağlı Sevərin onun qaynanasına və digər ailə üzvlərinə bildirməklə heç kəs onun borcunu qaytarmayacaqdır. Maraqlıdır ki, cavabdeh tərəf yalnız 2024-cü ilin son yəni sentyabr-dekabr aylarında müxtəlif miqdarda qaytardığı pullarla bağlı qəbzləri təqdim etsə də, digər özünün də iddia etdiyi kimi borclu olmamasını yerdə qalan 20 524 manata münasibətdə sübut edə bilməmişdir. Məhkəmə isə iddia tələbini qismən (20 500-11290=9210) manat hissəsində təmin etməklə iddiaçının onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırmışdır. Buna görə də Yasamal rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ciil tarixli qətnaməsi ilə İddiaçı iddia tələbinin qısmən təmin olunması ədalətsizdir. Birinci instansiya məhkəməsi sadəcə cavabdehin nümayəndəsinin məhkəmə iclasında formal verdiyi ifadələrə heç bir mötəbər sübut olmadan iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarmaqla absurd bir qətnamə ilə iddiaçının əmlak hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən sübutlar və şahid ifadələri olmadan maraqlıdır ki,cavabdehin yalnız son 4 ay ərzində etdiyi ödənişlər əsasında qətnamə çıxarması və iddianı qismən təmin etməsi nə dərəcədə ağlabatandır?

17. Qətnamədən həmçinin cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qisməniddianın təmin edilmiş hissədə ləğv edilməsini iddiaçının iddiasının tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsində öz fərziyyələri və ehtimalları ilə məhkəməni aldatmağa çalışaraq cavabdeh Cavabdeh guya ona borclu qaldığı 20500 manat pulunu və ödənilmiş 152 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçiya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı fərdi şəxslərdən qızıl-zinət əşyaları alıb-satdığını və ondan gələn gəlir hesabına ailəsini dolandırdığını yazmışdır. İddiaçı bildirir ki, Kürdəmir rayon sakinlərindən 20000 (iyirmi min) manat dəyərində qızıl alıbdır. Lakin məhkəmə iclasında gətirdiyi şahidlər Cavabdeh tanımadıqlarını, həmin şahidlər yalnız İddiaçı qızıl verdiklərini və pullarını və yaxud qızıl əşyalarını İddiaçı tələb etdiklərini bildirmişlər. Iddiaçının bu kimi fərziyyə və ehtimalları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dolayısı yolla Cavabdeh əlehinə qətnamə çıxarmağa və öz təxəyyülü ilə qətnaməni qanunsuz və maddələri təhrif edilmiş halda əsaslandırmağa əsas vermir. Iddiaçı İddiaçı ümumilikdə 30500 manat dəyərində qızıl-zinət əşyalarını cavabdeh Cavabdeh verdiyini bildirir. Həmçinin İddiaçı iddia ərizəsində cavabdeh Cavabdeh həmin qızılların pulundan ona ümumilikdə 10000 manata yaxın pul qaytardığını qəsdən faizləri hesablamadan və çıxmadan bu qaydada yazır. Hazırda isə Cavabdeh ona 20500 manat borcunun olduğunu yazaraq, dəfələrlə Ceyrana müraciət edərək borcun qaytarılmasını tələb etdiyini bildirmiş və heç bir nəticəsi olmamışdır. İddiaçı bununla bağlı Kürdəmir RPŞ-yə müraciət etmiş və orada onun müraciətinin mülki xarakterli olduğunu bildirərək məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Cavabdeh Cavabdeh iddia tələbinə etirazında bildiribdir ki, ona qarşı qaldırılan iddia üzrə İddiaçı tələb etdiyi borc pul və ödədiyi dövlət rüsumunun ondan tutulması iddiası ilə qətiyyən razı deyil. Iddia tələbi əsassız və qurama olduğundan Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən İddiaçı iddia tələbinin tamamilə rədd olunmasını tələb etmişdir. Iddiaçı İddiaçı iddia tələbində həddindən artıq şişirdilmiş rəqəmlər yazaraq ondan reallıqda olmayan pul məbləğini üzərinə faizlər yükləməklə pullar tələb edibdir. Bu isə İddiaçı Cavabdeh qarşı necə qərəzli və düşmən mövqedə olmasından və hansı məbləğdə faizlərlə yükləməsindən xəbər verir. Cavabdeh iddiaçıdan bir neçə qızıl əşyası alsa da onların pulunu iddiaçı İddiaçı tam olaraq ödəyib borcunu bağlamışdır. Bu hal məhkəmə iclas zalında İddiaçı cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab verərkən də artıq məbləğdə cavabdehin ona ödənişlər etdiyini təsdiq etmişdir. Belə ki, iddiaçı İddiaçı iddia tələbində Cavabdeh ona 10000 (on min) manata yaxın pul qaytardığını və hazırda 20500 manal borcunun qalmasını özündən uydurub yazsa da bunlar cavabdehə qarşı iddiaçının yazdığı şər və böhtanlardır. Iddiaçı İddiaçı açıq aşkar tamahkirlik edərək Cavabdeh qanunlardan qorxduğunu bilərək ondan əlavə pullar qoparmaq məqsədindədir. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı bu günə qədər aldığı qızılların pulu ilə ##.##.2024-cü il tarixli ödəniş qəbzlərinə əsasən 523915********** saylı kart hesabına 200 manat, ##.##.2024-cü il tarixdə cəmi 250 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 230 manat, ##.##.2024-cü il tarixdə cəmi 250 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 400 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə cəmi 120 manat, ##.##.2024-cü il tarixdə 300 manat, ##.##.2024-cü il tarixdə 20 manat, ##.##.2024- cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 260 manat, ##.##.2024-cü il tarixdə 140 manat, ##.##.2024-cü il tarixdə cəmi 220 manat, ##.##.2024-cü il tarixdə 30 manat, ##.##.2024-cü il tarixdə 170 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 120 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə cəmi 260 manat, ##.##.2024- cü il tarixdə cəmi 780 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə cəmi 300 manat, ##.##.2024- cü il tarixdə 150 manat, ##.##.2024-cü il tarixdə cəmi 380 manat, ##.##.2024-cü il tarixdə 20 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 240 manat, ##.##.2024-cü il tarixdə cəmi 575 manat, ##.##.2024- cü il tarixdə 20 manat, ##.##.2024-cü il tarixdə cəmi 250 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə cəmi 240 manat, ##.##.2024-cü il tarixdə 10 manat, ##.##.2024-cü il tarixdə 340 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə cəmi 320 manat, ##.##.2024-cü il tarixdə 300 manat, ##.##.2024-cü il tarixdə cəmi 95 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə cəmi 200 manat, ##.##.2024-cü il tarixdə cəmi 120 manat, ##.##.2024-cü il tarixdə 400 manat, ##.##.2024-cü il tarixdə 800 manat, ##.##.2024-cü il tarixdə 40 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2025-ci il tarixdə 500 manat, cəmi 11290 manat nağd pul köçürmüşdür və faizləri ilə birgə 15000 (on beş min) manat İddiaçı pullar qaytarmışdır. Göründüyü kimi cavabdeh iddiaçı ilə tamamilə ödəşmiş, iddiaçıya hər hansı borcu qalmayıbdır. Ona görə də cavabdeh Cavabdeh iddiaçı İddiaçı ödədiyi qəbzlərin surətlərini məhkəməyə təqdim edərək iddiaçının məhkəməyə yalan danışdığını və onu şişirtdiyi məbləğlər ilə borclandırmaq istədiyini sübut etmişdir. Iddiaçı İddiaçı ona gəldiyi hədə-qorxulara görə, ailə üzvləri ilə yaşadığı ünvana dəfələrlə göndərdiyi tanımadığı şəxslər ilə qorxutduğuna görə əsas məbləğ deyib üzərinə faizlər hesablamaqla ümumilikdə İddiaçı 15000 (on beş min) manat pullar qaytarmış və iddiaçıya hazırda heç bir borcu qalmayıbdır. Həmçinin məhkəmə iclası zamanı iddiaçı İddiaçı özü və nümayəndəsi, vəkili vasitəsilə verdiyi öz xətti ilə kağızlarda ilə bir daha təsdiq edərək Cavabdeh iddiaçı İddiaçı ümumilikdə 26581 (iyirmi atlı min beş yüz səksən bir) manat məbləğində pullar ödədiyini bildirərək bunun həm özünün imzaladığı və məhkəmədə iddia tələbi üzrə yazılanlar ilə və cavabdehin ona ödədiyi ödəmə qəbzləri ilə ziddiyət təşkil etdiyini aydın görünür. Təəsüflər olsun ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi iddiaçı İddiaçı göz yaşlarına və fərziyyələr ilə əhatə olunan söz yiğinindan ibarət fikirlərinə inanaraq onun xeyrinə 9210 manat pul və dövlət rüsumunun əvəzi 83,70 manat pullar tutaraq qanunsuz və birtərəfli qətnamə çıxarmışdır. Iddiaçı İddiaçı məhkəməyə təqdim etdiyi və məhkəmə iclası zamanı özünün xətti ilə yazdığı kağızlar ilə və verdiyi suala cavabı ilə bir daha təsdiq edir ki, Cavabdeh iddiaçı İddiaçı iddia ərizəsində qəsdən və bilərəkdən göstərmədiyi ümumilikdə 26581 (iyirmi atlı min beş yüz səksən bir) manat məbləğində pullar ödəyibdir. Daha sonra iddiaçı tərəfin təqdim etdiyi şahid X3 ifadəsində "hər iki iddiaçı və cavabdehi Kürdəmir rayonundan tanıdığını bildirərək, İddiaçı bağçada işlədiyini bildirmiş, Ceyranın isə nənəsini və digər qohumlarını tanıdığını demişdir. Cavabdeh Bakıda yaşadığını, səkkiz yox doqquz ya da on dəfə olar ki, Sevər yox Sevərin əri ona Kürdəmirdə nə isə verib balaca çox balaca bükülüdə «skoçlu» bağlı şəkildə Bakı şəhərində Ceyrana vermiş, əvəzində ona qapıda 5 (beş) manat vermişdir. Demişdir ki, nə göndərəcəklərsə həmişə axşam versinlər ki, səhər yola çıxdığınan, gözləməsin. Cavabdehin vəkili olaraq şahid Qabil Zamanova suallar verərkən bu cür cavablandırmışdır: “- Sevərin mənə verdiyi büküm balaca, çox balaca olurdu. Ağırlığını deyə bilmərəm. Bükümün içindəkinə heç vaxt baxmamışam və həmin bükümdəkinin nə olması mənə heç vaxt deyilməyibdir. Mənim vasitəm ilə Ceyran heç vaxt Sevərə pul göndərməyibdir. Bükümdəki qızıl və yaxud dəyərsiz əşya olmasını bilmirdim və görməmişəm”. Iddiaçı tərəfin təqdim etdiyi digər şahid X5 ifadəsində bildirmişdir ki, “iddiaçı İddiaçı qızıl verərək əvəzində ayda pullar almışdır. Cavabdeh Cavabdeh tanımır. İddiaçı onun verdiyi qızıla görə pul ödəmədikdə qızıllarını istəmişdir, Sevər də qızılların Ceyranda olduğunu bildirmişdir. Sevərdən Ceyranın nömrəsini alıb yığıb əlaqə saxlamışam, Ceyran deyib ki, mənim heç kimə borcum yoxdur, Sevərə borcum var qaytarmışam. Sevər qızılı başqa kiməsə verdiyini adını çəkmir. Həmin mənə məxsus qızılları mən ancaq Sevərə vermişəm. Ceyranın qaynanası ilə bir dəfə danışmışam, Ceyranın borcunun olmasından məlumatsız olduğunu bildirmişdir”. Şahid M.M.Umudova cavabdehin vəkilinin sualına cavab vermişdir ki, “həmin qızılların Sevərdən tələbi ilə bağlı Sevər barədə heç bir orqana müraciət, şikayət etməmişəm. Sevərin mənə konkret 8000 manat borcu vardır. Qızılları Sevərə müqavilə ilə verməmişəm. Hər dəfə aylığa bölüb vermişəm. Axırıncı dəfə yanvar ayında vermişəm. - Qızıllarımı Sevərə vermişəm. İddiaçı ilə aramızda hər-hansı müqavilə olmayıbdır. Sevərin hərəkətləri barədə polisə, prokurorluğa və məhkəməyə də müraciət etməmişəm. Ceyranı görməmişəm, ona qızıl verməmişəm”. Digər şahid X6 ifadəsində bildirmişdir ki, “İddiaçı bağçadan tanıyıram. Uşağım həmin bağçaya gedir. 9000 manat məbləğində qızıllarımı İddiaçı vemişəm. İddiaçı mənə hər ay hissə-hissə ödəniş edirdi. İddiaçı mənə ayda nəzərdə tutulan pulumu verməyəndə qızıllarımı ondan istədim, İddiaçı dediki Ceyrana satmışam. İddiaçı ilə aramızda hər-hansı müqavilə və yaxud qəbz, yazılı nəsə olmayıb. Cavabdeh tanımıram. Sevərin evinə yoldaşım getmişdir ki, qızıllarımı qaytarsın Sevər mənim həyat yoldaşımı polisə şikayət etmişdir. Deyir Ceyran pulumu qaytaranda mən də sənə pul verərəm”. Sədrlik edənin sualına cavab olaraq şahid– “qızılların qramını 130-140 manat Sevərə verirdim. Qızılların içərisində rus, türk qızılları var idi, qramını 135 manat, 140 manatdan verirdim. 20 manat üstünə qoyub belə fərq ilə satırdım. Sevərə qızılları müqaviləsiz qəbzsiz vermişəm. Ceyranı tanımıram. Bir dəfə axşama kimi zəng etdim Cavabdeh götürüb dedi ki, məni narahat etməyin, kimə qızılıvı vermisən ged ondan da istə, məni narahat etməyin, yoxsa səni polisə şikayət edəcəyəm”. Daha sonra cavabdehin nümayəndəsi və vəkili olaraq çıxışımda iddiaçı İddiaçı iddia ərizəsində cavabdeh Cavabdeh 30500 manat dəyərində qızıl-zinyət əşyalarının verdiyini yazması, cavabdehin ona iddia tələbində 10000 (on min) manata yaxın pul qaytardığını və hazırda iddiaçıya 20500 manat borcunun qalmasını uydurub yazsa da, məhkəməyə təqdim etdiyi və məhkəmə iclası zamanı özü verdiyi kağızlar ilə bir daha təsdiq edərək Cavabdeh iddiaçı İddiaçı ümumilikdə 26581 (iyirmi atlı min beş yüz səksən bir) manat məbləğində pullar ödəməsini bildirməsi və təsdiq etməsi kimi hallar iş materialları ilə ziddiyət təşkil etdiyi halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iddia tələbini birtərəfli və qanunsuz olaraq iddiaçı İddiaçı xeyrinə, cavabdehin əlehinə qismən təmin edib, çıxarmasının özü qanunsuz və ədalətsiz yanaşmanın göstəricisidir. Məhkəmədə şahid Zamanov Qabilin ümumiyyətlə nə aparmasından xəbərsiz olmasını, qızıl məmulatlarının böyük əksəriyyətinin iddiaçı İddiaçı qeyd etdiyi kimi cavabdehin tam ödədiyini, şahidlər Mətanət Umudova və Billurə Süleymanovanın ümuiyyətlə cavabdeh Cavabdeh tanımadıqlarını, qızıllarını İddiaçı verdiklərini, qızıl barədə apardıqları sövdələşməni şifahi və İddiaçı ilə apardıqlarını, aralarında heç bir qəbz və müqavilələrinin olmadığını bildirdikləri halda məhkəmənin ziddiyyətli hallar ilə iddianı qismən təmin etməsinin özü qanunsuzdur. Cavabdehin vəkili olaraq şahid Qabil Zamanova sualları cavablandırarkən “- Sevərin mənə verdiyi büküm balaca, çox balaca olurdu. Ağırlığını deyə bilmərəm. Bükümün içindəkinə heç vaxt baxmamışam və həmin bükümdəkinin nə olması mənə heç vaxt deyilməyibdir. Mənim vasitəm ilə Ceyran heç vaxt Sevərə pul göndərməyibdir. Bükümdəki qızıl və yaxud dəyərsiz əşya olmasını bilmirdim və görməmişəm”. Iddiaçı tərəfin təqdim etdiyi digər şahid X5 ifadəsində bildirmişdir ki, “iddiaçı İddiaçı qızıl verərək əvəzində ayda pullar almışdır. Cavabdeh Cavabdeh tanımır. İddiaçı onun verdiyi qızıla görə pul ödəmədikdə qızıllarını istəmişdir, Sevər də qızılların Ceyranda olduğunu bildirmişdir. Sevərdən Ceyranın nömrəsini alıb yığıb əlaqə saxlamışam, Ceyran deyib ki, mənim heç kimə borcum yoxdur, Sevərə borcum var qaytarmışam. Sevər qızılı başqa kiməsə verdiyini adını çəkmir. Həmin mənə məxsus qızılları mən ancaq Sevərə vermişəm. Ceyranın qaynanası ilə bir dəfə danışmışam, Ceyranın borcunun olmasından məlumatsız olduğunu bildirmişdir”. Şahid M.M.Umudova cavabdehin vəkilinin sualına cavab vermişdir ki, “həmin qızılların Sevərdən tələbi ilə bağlı Sevər barədə heç bir orqana müraciət, şikayət etməmişəm. Sevərin mənə konkret 8000 manat borcu vardır. Qızılları Sevərə müqavilə ilə verməmişəm. Hər dəfə aylığa bölüb vermişəm. Axırıncı dəfə yanvar ayında vermişəm. - Qızıllarımı Sevərə vermişəm. İddiaçı ilə aramızda hər-hansı müqavilə olmayıbdır. Sevərin hərəkətləri barədə polisə, prokurorluğa və məhkəməyə də müraciət etməmişəm. Ceyranı görməmişəm, ona qızıl verməmişəm”. Digər şahid X6 ifadəsində bildirmişdir ki, “İddiaçı bağçadan tanıyıram. Uşağım həmin bağçaya gedir. 9000 manat məbləğində qızıllarımı İddiaçı vemişəm. İddiaçı mənə hər ay hissə-hissə ödəniş edirdi. İddiaçı mənə ayda nəzərdə tutulan pulumu verməyəndə qızıllarımı ondan istədim, İddiaçı dediki qızılları Ceyrana satmışam. İddiaçı ilə aramızda hər-hansı müqavilə və yaxud qəbz, yazılı nəsə olmayıb. Cavabdeh tanımıram. Sevərin evinə yoldaşım getmişdir ki, qızıllarımı qaytarsın Sevər mənim həyat yoldaşımı polisə şikayət etmişdir. Deyir Ceyran pulumu qaytaranda mən də sənə pul verərəm”. Sədrlik edənin sualına cavab olaraq şahid– “qızılların qramını 130-140 manat Sevərə verirdim. Qızılların içərisində rus, türk qızılları var idi, qramını 135 manat, 140 manatdan verirdim. 20 manat üstünə qoyub belə fərq ilə satırdım. Sevərə qızılları müqaviləsiz qəbzsiz vermişəm. Ceyranı tanımıram. Bir dəfə axşama kimi zəng etdim Cavabdeh götürüb dedi ki, məni narahat etməyin, kimə qızılıvı vermisən ged ondan da istə, məni narahat etməyin, yoxsa səni polisə şikayət edəcəyəm”. Daha sonra cavabdehin nümayəndəsi və vəkili olaraq iddiaçı İddiaçı iddia ərizəsində yazdıqlarına uyğun sual verdikdə cavabdeh Cavabdeh cavabdehin ona iddia tələbində 10000 (on min) manata yaxın pul qaytardığını yazsada, əslində Cavabdeh iddiaçı İddiaçı ümumilikdə 26581 (iyirmi atlı min beş yüz səksən bir) manat məbləğində pullar ödəməsini bildirməsi və təsdiq etməsi kimi hallar iş materialları ilə ziddiyət təşkil etməsinə baxmayaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iddia tələbinə birtərəfli və qanunsuz nəticə vermişdir. Halbuki İddiaçı cavabdehdən tələb etdiyi məbləğlər faizə hesablanmış və cavabdehi borclandırmağa hesablanmışdır. Bütün iddia tələbində yazılan bu rəqəmlər iddiaçı İddiaçı şişirtdiyi və cavabdehdən alıb borcunu silməyərək faizə hesabladığı məbləğlərdirki, özü də məhkəmə iclasında etiraf edir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı iddiaçının yazmadığı və qeyd etmədiyi ümumilikdə 26581 (iyirmi atlı min beş yüz səksən bir) manat məbləğində pullar ödəyibdir. Buradan da aydın görünür ki, cavabdeh ilə iddiaşı arasında olan pul borcu tamamilə bağlanıbdır. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iddiaçı İddiaçı uydurma və fərziyyələrdən ibarət iddiasına, telefon danışıqları zamanı hədə qorxular gələrək cavabdehin qanunsuz olaraq səs yazılarını aparması, qapısına kənar şəxsləri göndərib hər gün pullar tələb etməsi, göndərdiyi sürücü Qabil Zamanov isə xırda bükümü Sevərin ərinin verdiyini, bükümün içərisində nə olmasını görmədiyini və ümumiyyətlə xırda skoçlu bükümün içərisində nə olmasından xəbərsiz olması kimi ifadələr verməsi, gətirdiyi digər şahidlər Mətanət Umudova və Billurə Süleymanovanın isə ümumiyyətlə cavabdeh Cavabdeh tanımadıqlarını və cavabdehə hər-hansı qızıl verilməsində iştirak etmədiklərini bildirmələrinə baxmayaraq iddianı qismən təmin etməsi heç bir ədalət, bərabərlik, çəkişmə və qanunilik prinsiplərinə uyğun deyildir. Həmçinin şahid Mətanət Umudovanın özü İddiaçı yalan və uydurma sözləri ilə Cavabdeh ailə üzvləri təhdid etmiş, əri adlandırdığı şəxs isə özünü polis və hüquq mühafizə orqanının əməkdaşı kimi qələmə verərək onun ailə üzvlərini təhdid etmişdir. Bu kimi hallar ilə bağlı iddiaçı İddiaçı, gətirdiyi şahidlər X5, həyat yoldaşı və şahid X6 özbaşına və təhdiddən ibarət cavabdehə qarşı hərəkətlərinə görə barələrində araşdırma aparılması üçün prokurorluğa aidiyyatı üzrə məlumat verilməsindən ötrü xüsusi qərar çıxarılmalıdır. Məhkəmə iclas zalında dindirilmiş şahid Zamanov Qabilin ümumiyyətlə Ceyrana avtomobili ilə nə apardığından xəbərsiz olmasını, qızıl məmulatlarının böyük əksəriyyətinin iddiaçı İddiaçı qeyd etdiyi kimi cavabdehin tam ödədiyini, şahidlər Mətanət Umudova və Billurə Süleymanovanın ümuiyyətlə cavabdeh Cavabdeh tanımadıqlarını, qızıllarını yalnız İddiaçı verdiklərini, qızıl barədə apardıqları sövdələşməni yalnız şifahi və iddiaçı İddiaçı ilə apardıqlarını, aralarında heç bir qəbz və müqavilələrinin olmadığını bildirdikləri halda məhkəmənin işin ziddiyyətli hallar olduğu halda cavabdehin bütün konstitusion və prosessual hüquqlarını pozmaqla, qüvvədə olan qanunları təhrif edərək əvvəli və axırı tam bir-birinə zidd olan iddianı qismən təmin etməsi barədə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin qətnaməsi birmənalı olaraq təmin olunmuş hissədə qismən ləğv edilərək, iddia tələbi həmin qismən təmin olunmuş hissədə də tamamilə rədd olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı öz apellyasiya şikayətini müdafiə etdi, onun məmzununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, o, Cavabdeh polisə şikayət verəndən sonra 500 manat bir dəfə, 800 manat da bir dəfə pul verib. Iddia verildikdən sonra pul verməyib. Dəftərdə rəqəmi Cavabdeh qeyd edib, lakin tarix qeyd etməmişdi. Qaralamanı o, etmişdir. O, Kürdəmir rayon prokurorluğuna, polisə müraciətlər etmişdi. Oradan Cavabdeh ilə danışdılar və o özü bildirdi ki, borcu var və ödəyəcək. 21 min manat borcu olduğunu demişdi. Həmin qızılların sahibləri onu (iddiaçını) məhkəməyə veriblər, bu qızıllar ona məxsus deyil. Iki dəfə evlərinə getmişdir, cavabdehin qaynanası ona dedi ki, məhkəməyə müraciət etsin. Məhkəməyə müraciət etdikdən sonra özü, qaynanası və bacısı ona zəng vurdular ki, iddianı geri götürsün, ayda 100-200 manat ödəniş edəcəklərini dedilər. O, da dedi ki, iddianı geri götürə bilməz. Cavabdeh ona dedi ki, belə olanda məhkəmədə borcu etiraf etməyəcək.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı vəkili vəkil1 öz apellyasiya şikayətini müdafiə etdi, onun məmzununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 öz apellyasiya şikayətini müdafiə etdi, onun məmzununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, onlar bildir ki, qarşı tərəf borcun 21 min manat olduğunu göstərir. Lakin tərəfdən faiz almaq istəyir. Özü Bakı şəhəri Yasamal Rayon Məhkəməsində sənəd təqdim edir ki, Cavabdeh ona 26581 manat ödəniş edib. Iddia tələbində yazır ki, 10 min manata yaxın pul qaytarıb, 20152 manatla bağlı da qətnamə çıxarılmasını xahiş edib. Cavabdeh artıqlaması ilə ödənişlər edib, sonuncu ödənişlərlə bütün borc bağlanılıb. O, məhkəmədə ifşa etdi ki, 15 min manata yaxın pul qaytarılıb. Iddia rədd edilməli idi, qəbz, müqavilə və ya imza, heç bir şey yoxdur. Cavabdeh artıqlaması ilə borcu ödəyib, qəbzləri təqdim etmişdir. Birinci instansiya məhkəməsində iddia ərizəsinə rəqəmlərlə bağlı heç bir dəqiqləşmə də verilməmişdi. Birinci instansiya məhkəməsi heç bir sübuta əsaslanmadan, onların verdiyimi sənədləri təhrif etməklə əleyhinə belə bir qətnamə qəbul etmişdir. Bəli, 800 manat və 500 manatla bağlı qəbzlər qətnamədə yazılıb. Lakin, onun təqdim etdiyi bu sübutları onların əleyhinə qiymətləndiriblər. 11290 manat pul qaytarılıb. Iddiaçının özü bildirib ki, 2024-cü ildə 26581 manat ödəniş edilib.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Iddiaçı fərdi şəxslərdən qızıl-zinət əşyaları alaraq satdığını, Kürdəmir rayon sakinlərindən 20000 manat dəyərində qızıl aldığını, cavabdehin həmin qızılları ondan almaq istədiyini, ümumilikdə 30500 manat dəyərində qızıl-zinət əşyalarını cavabdehə verdiyini, hazırda cavabdehin 20500 manat ödəniş etməli olduğunu bildirir.

29. Cavabdeh isə iddiaya etiraz edərək heç bir borcunun olmadığını, 15000 (on beş min) manat məbləğində pul qaytardığını bildirmişdir.

30. Kollegiya birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında qızılların nisyə alğı-satqısı, hissə-hissə ödənişi barədə şifahi razılaşma olmuşdur. Iddiaçı qalıq borc məbləğin 20500 manat olmasını bildirsə də, bu barədə mötəbər sübut təqdim etməmişdir.

31. Iddiaçı 20500 manatın qaytarılmaması ilə bağlı iddiasının əsası kimi məhkəməyə təqdim edilmiş qeydlərin aparıldığını iddia etdiyi dəftərdə “Ceyran - 21024” yazısının cavabdehin özü tərəfindən yazılığına istinad etmiş, bu halın araşdırılması üçün apellyasiya mərhələsində iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, lakin cavabdeh ölkə xaricində olduğundan ekspertiza tədqiqatı baş tutmamışdır.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın aparılmasından imtina edilməsi barədə ##.##.2026-cı il tarixli məktubuna əlavə edilmiş məlumatda qeyd olunur ki, Cavabdeh 3-5 sənəddə sərbəst xətt və rəqəm nümunələrinin təqdim edilməsi və ekspertin iştirakı ilə Məhkəmə Ekspertizası Mərkəzində götürülməsinin təmin edilməsi barədə ##.##.2026-cı il tarixdə vəsatət verilmiş, lakin vəsatət bu günə kimi təmin olunmamışdır.

33. Ekspertiza təyin edildikdən sonra cavabdehin nümayəndə və vəkili cavabdehin ölkə xaricində olmasını bildirmiş, elektron məhkəmə informasiya sistemində əldə edilmiş çıxarışa əsasən müəyyən edilmişdir ki, Cavabdeh ölkə sərhəddindən ##.##.2025-ci il tarixdə çıxış etmişdir.

34. Kollegiya qeyd edir ki, ekspertizanın təyin edilməsi barədə qərardadda Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsi xüsusilə qeyd edilmişdir. Cavabdeh tərəf məhkəmə iclasında vəkillə təmsil olunmuşdur. Cavabdeh imza nümunəsi təqdim etmək üçün gəlib ekspertizada iştirak edə bilərdi. Nəzərə alsaq ki, Türkiyə Respublikası qonşu ölkədir. Cavabdeh məhz həqiqəti sübut etmək üçün gəlib ekspertizada iştirak edə bilərdi.

35. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

36. Bununla belə, kollegiya borcun 21024 manat olması barədə qeydin cavabdeh tərəfindən yazılmasını qəbul etsə belə həmin qeydin hansı tarixdə yazılması sübut olunmur. Həmin qeydin altında 500 manat verdi yazılmışdır. Iddiaçı bildirir ki, 500 manat verdi yazısı iddiaçıya məxsusdur. Deməli iddiaçı iddia edir ki, borc 20524 manatdır. Iddia ərizəsində də iddiaçı 20500 manat tələb etmişdir.

37. Kollegiya qeyd edir ki, məbləğin yazılma tarixi müəyyən edilmir. Həmin məbləği cavabdeh yazsa belə cavabdeh tərəfindən 2024-cü ilin sentyabr ayından 2025-ci ilin yanvar ayı da daxil olmaqla ödənişlər edilmişdir.

38. Iddiaçı tələbini iddia ərizəsində belə əsaslandırmışdır ki, Kürdəmir rayon sakinlərindən 20000 manat dəyərində qızıl almışdır. Həmin qızılları cavabdeh ondan almaq istədiyini bildirdi. O da, ümumilikdə 30500 manat dəyərində qızıl-zinət əşyalarını ona vermişdir. Cavabdeh həmin qızılları pulundan ona ümumilikdə 10000 manata yaxın pul qaytarmışdır. Hazırda isə ona 20500 manat borcu var. Belə ki, dəfələrlə ona müraciət edərək borcun qaytarılmasını tələb etmişdir.

39. Cavabdeh isə iddia ərizəsinə olan etirazda iddiaçı İddiaçı bu günə qədər aldığı qızılların pulu ilə və faizləri ilə birgə 15000 (on beş min) manat pul qaytardığını bildirmişdir.

40. Cavabdeh bundan sonra 2024-cü ilin sentyabr ayından 2025-ci ilin yanvar ayı da daxil olmaqla etdiyi ödənişlərin sübutunu məhkəməyə təqdim etmişdir. Belə ki, ##.##.2024-cü il tarixli ödəniş qəbzlərinə əsasən 523915********** saylı kart hesabına 200 manat, ##.##.2024-cü il tarixdə cəmi 250 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 230 manat, ##.##.2024-cü il tarixdə cəmi 250 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 400 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə cəmi 120 manat, ##.##.2024-cü il tarixdə 300 manat, ##.##.2024-cü il tarixdə 20 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 260 manat, ##.##.2024-cü il tarixdə 140 manat, ##.##.2024-cü il tarixdə cəmi 220 manat, ##.##.2024-cü il tarixdə 30 manat, ##.##.2024-cü il tarixdə 170 manat, ##.##.2024- cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 120 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə cəmi 260 manat, ##.##.2024- cü il tarixdə cəmi 780 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə cəmi 300 manat, ##.##.2024-cü il tarixdə 150 manat, ##.##.2024-cü il tarixdə cəmi 380 manat, ##.##.2024-cü il tarixdə 20 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 240 manat, ##.##.2024-cü il tarixdə cəmi 575 manat, ##.##.2024-cü il tarixdə 20 manat, ##.##.2024-cü il tarixdə cəmi 250 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə cəmi 240 manat, ##.##.2024-cü il tarixdə 10 manat, ##.##.2024-cü il tarixdə 340 manat, ##.##.2024-cü il tarixdə 200 manat, ##.##.2024-cü il tarixdə cəmi 320 manat, ##.##.2024-cü il tarixdə 300 manat, ##.##.2024-cü il tarixdə cəmi 95 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə cəmi 200 manat, ##.##.2024-cü il tarixdə cəmi 120 manat, ##.##.2024-cü il tarixdə 400 manat, ##.##.2024-cü il tarixdə 800 manat, ##.##.2024-cü il tarixdə 40 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2025-ci il tarixdə 500 manat, cəmi 11290 manat pul köçürülmüşdür.

41. Kollegiya qeyd edir ki, cavabdeh 15000 manat pul ödədiyini bildirsə də cəmi 11290 manat ödəniş etməsini sübuta yetirə bilmişdir. Deməli cavabdeh özü də təsdiq edir ki, onun ödəməli olduğu məbləğ 11290 manatdan artıq olmuşdur. Amma ödəməli olduğu məbləğin məhz 15000 manat olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.

42. Bundan əlavə, iş materiallarında olan səs yazısında cavabdeh iddiaçıya bildirmişdir ki, ona olan borcunu özü qaytaracaqdır, camaatdan yığıb öz borcunu ödəyəcəkdir. Bu səs yazısı 2025-ci ilin aprel ayında yazılmışdır.

43. Cavabdeh tərəf qeyd etmişdir ki, telefon danışıqları zamanı hədə qorxular gələrək cavabdehin qanunsuz olaraq səs yazıları aparılmışdır.

44. Deməli, cavabdeh tərəf həmin səs yazısını inkar etməmişdir. Nəzərə alsaq ki, həmin yazışma məhz telefonda səs göndərməklə əldə edilmişdir və sübut kimi qiymətləndirilə bilər.

45. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyinrə tutulmalı məbləğ 9210 manat məbləğində müəyyən edilməlidir. Çünki iddiaçı iddia tələbində cavabdehin 20500 manat borcu qaldığını bildirmişdir. Cavabdeh isə 11290 manat ödənişləri etməsinin yazılı sübutunu təqdim etmişdir.

46. Kollegiya qeyd edir ki, iddiaçının iddia ərizəsində ilkin olaraq bildirdiyi və həmin iddia ərizəsinə cavabdehin etirazında bildirdiyi hallar, dəlillər əsas götürülməlidir. Çünki cavabdeh tərəfindən yazılı sübutlar təqdim edildikdən sonra iddiaçı iddia ərizəsində qeyd etmədiyi hallara istinad edərək özünün başqa qeydlərini təqdim edərək cavabdehin 47081 manat borcdan 26581 manat ödəniş etdiyini bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçı həmin halları iddia ərizəsində də qeyd edə, yazılı qeydlərini iddia ərizəsinə əlavə edə bilərdi. Kollegiya qeyd edir ki, həmin hallara iddiaçı iddia ərizəsində istinad etməmişdir, işə baxan məhkəmə də iddiaçının iddia ərizəsində bildirdiyi halları və cavabdehin iddia ərizəsinə verdiyi etirazı və təqdim etdiyi sübutları əsas götürməklə iddia tələbinin qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid edilsin. Qətnamədən, tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar