Məhkəmə qərarları › İş №2(103)-4604/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4604/2023

25.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4604/2023 25.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə Alıyeva Gülər Neymət qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-333/2022 saylı qərardadından ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində ona vurulmuş zərərin əvəzi olan 160.000 ABŞ dolları məbləğində əsas və həmin məbləğə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun olaraq 135.200 ABŞ dolları məbləğində faiz, cəmi 295.200 ABŞ dolları məbləğində pulun ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə Cavabdeh tutulması, həmin pulun vurulmuş zərərin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokrorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları pul vəsaitinə yönəldilməklə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “X5” markalı avtomobilə görə 80.128 ABŞ dolları məbləğində pulun, dəymiş ziyana görə 683.807 ABŞ dolları məbləğində pulun, cəmi 763.935 ABŞ dolları məbləğində pulun ödənildiyi gün Azərbaycan manatına məzənnəsi ilə tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtarana qədər qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində pul vəsaitindən 149.162,26 ABŞ dolları məbləğində pulun həmin dövrün Azərbaycan manatına məzənnəsi ilə hesablanmaqla götürülməsinin (çıxarılmasının) İddiaçı qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadı ilə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Baş Prokrorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində vəsaitin 149.162,36 ABŞ dolları (həmin dövrün Azərbaycan manatına məzənnə ilə hesablanmaqla) məbləğində hissəsinin götürülməsi (çıxarılması) Cavabdeh (onun tərəfindən verilmiş etibarnamə əsasında hər hansı digər şəxsə) qadağan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-333/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 vəsatəti təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktı (hökmü) qanuni qüvvəyə minənə qədər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair 2(001)- 333/2022 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Bundan sonra ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir. Həmin ərizəyə baxılmasının təmin edilməsi məqsədi ilə iş üzrə icraat təzələnmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-333/2022 saylı qərardadı ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili Vəkil1 ərizəsi təmin edilmiş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilmiş; Azərbaycan Respublikası Baş Prokrorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində vəsaitin 149.162,36 ABŞ dolları (həmin dövrün Azərbaycan manatına məzənnə ilə hesablanmaqla) məbləğində hissəsinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (onun tərəfindən verilmiş etibarnamə əsasında hər hansı digər şəxs) tərəfindən götürülməsinə (çıxarılmasına) qoyulmuş qadağa götürülmüşdür. Həmin qərardaddan İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti vermiş, həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təqdim etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadları ilə müddət bərpa edilmiş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-333/2022 saylı qərardadından İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Mülki-Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu Məcəllənin 10-1.5-ci və 10-1.7-ci maddələrinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Mülki-Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələblərinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-333/2022 saylı qərardadından ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, elektron imza ilə imzalanmadığından geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-333/2022 saylı qərardadından ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar