Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-461/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində kredit müqaviləsi üzrə borcun ödənilməsi tələb olunub. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, əsas borc kimi 8.938,09 manat, faiz borcu kimi 716,84 manat, cəmi 9.654,93 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 116,54 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, cavabdehdən tutulmalı olan borcun məbləği azaldılsın. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında xx.xx.2020-ci il tarixli RGTK2572080A113 nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 9.699,46 manat kredit verib. Kredit 72 ay müddətinə, yən xx.xx.2026-cı il tarixədək verilib, kreditdən istifadəyə görə illik faiz dərəci 20 faiz müəyyən edilib. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini pozub, yəni krediti və onun faizlərini razılaşdırılmış qrafik üzrə ödəməyib. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixinə əsas borc kimi 8.938,09 manat, faiz borcu kimi 716,84 manat, cəmi 9.654,93 manat ödənilməsini tələb edib. Birinci instansiya məhkəməsi həmin məbləğdə borcun tutulmasını qət edib. Apellyasiya icraat zamanı mühasibat ekspertizası təyin olunub. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8520 nömrəli ekspert rəyinə görə, xx.xx.2022-ci il tarixinə əsas borcun məbləği 8.945,64 manat, faiz borcunun məbləği 717,61 manat təşkil edir. Göründüyü kimi, borcun məbləği qətnamədə göstərildiyindən artıqdır. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mühasibat ekspertizasının xərci olan 50 (əlli) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-461/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-461/2023
03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver