Məhkəmə qərarları › İş №2(103)-4611/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4611/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4611/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3650/2024 nömrəli 01 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə 1940,47 manat əsas, 352,19 manat faiz olmaqla, cəmi 2292,66 manat pul vəsaiti və 42,93 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3650/2024 nömrəli 01 iyul 2024cü il tarixli qərardadı ilə iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş etibarnamədən görünür ki, iddiaçı ASC-ni təmsil etmək üçün Kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə xx.xx.2024-cü il tarixdə 1 il müddətinə etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, Nümayəndə xx.xx.2016-cı il tarixdə Məhkəmələrlə iş şöbəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, əmri isə xx.xx.2017-ci il tarixdə verilmişdir. Lakin hüquqi şəxs İddiaçı ASC-ni təmsil edən işçisi Nümayəndə əsas iş yerinin həmin hüquqi şəxs olmasını təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən də Nümayəndə İddiaçı ASC-də şöbə müdiri vəzifəsində işləməsi müəyyən edilsə də, əsas iş yeri olubolmaması barədə məlumat yoxdur. Məhkəmə də belə qənaətə gəlmişdir ki, ASC-nin nümayəndəsi kimi iddia ərizəsini imzalayan Nümayəndə əsas iş yerinin İddiaçı ASC olmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilmədiyindən məhkəməyə onun hüquqi şəxsi təmsil etmək səlahiyyətinin olub-olmaması aydın olmadığına görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qanunun tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra maraqlı şəxsə ümumi qaydada ikinci dəfə iddia ilə məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3650/2024 nömrəli 01 iyul 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar