Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4616/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 oğlunun, Cavabdehlərin nümayəndəsi-vəkili X3, X1 iştirakı ilə İddiaçı Xoretek L.L.C MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Xoretek L.L.C MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi maddi zərərə görə 15914,63 manat, Cavabdeh2 Yıryeviçdən vurulmuş maddi zərərə görə 48134 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi yardıma görə ödənilən 2500 manatın, Kermur Audit və Konsalting MMC-yə audit yoxlaması üçün ödənilən 3000 manatın, 30 manat dövlət rüsumunun, əldən çıxmış fayda üçün Cavabdeh1 20000 manatın və Cavabdeh2 40000 manatın, işgüzar nüfuza dəymiş ziyan üçün Cavabdeh1 30000 manatın və Cavabdeh2 50000 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Öz növbəsində iddiaçı Cavabdeh1 cavabdeh Xoretek L.L.C. MMC-yə qarşı ödənilməyən 5915 manat əmək haqqının, gecikdirilmiş günlər üçün 14386 manat ödəncin, 50000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Xoretek L.L.C MMC eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmini tədbiri olaraq Cavabdeh1 adına Finex Kredit BOKT ASC-də emissiya edilmiş və qeydiyyatdan keçmiş 67000 manat dəyərində qiymətli kağızın (istiqrazın) üzərinə həbs qoyulmasına, qiymətli kağızın (istiqrazın) satılmasının, bağışlanmasının, girov qoyulmasının, həmçinin Finex Kredit BOKT ASC-də adı: Premium Bank ASC, kod: 507473, VÖEN **********, müxbir hesab: AZ70NABZ********************, SWİFTBİKAZALAZ22, hesab: AZ60AZAL********************0 olan hesabın üzərinə həbs qoyulmasına və digər şəkildə yüklü edilməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslərə, həmçinin Finex Kredit BOKT ASC-yə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(001)-3196/2021 saylı qərardadına əsasən ərizə qismən təmin edilərək Cavabdeh1 adına Finex Kredit BOKT ASCdə emissiya edilmiş və qeydiyyatdan keçmiş 67000 manat dəyərində qiymətli kağızın (istiqrazın) üzərinə iddianın təmini tədbiri olaraq həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(001)-3196/2021 saylı qərardadından ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehi, onun səlahiyyətli nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Binəqədi Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Həmin Məcəllənin 158.1.1-ci və 158.1.2-ci maddələrinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən təxirə salınmadan baxılır. Finex Kredit BOKT ASC-nin 15.09.2020-ci il tarixli 1238 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq emissiya edilmiş və qeydiyyatdan keçmiş qiymətli kağızların (istiqrazların) alınması üçün Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 1 saylı evin 39 saylı mənzilində qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh2 tərəfindən 220000 manat, onun həyat yoldaşı ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh1 tərəfindən isə 67000 manat Finex Kredit BOKT ASC-yə vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. İstinad olunan normalardan müəyyən olunur ki, iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin etmək məqsədi ilə təbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edən bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə məhkəmə müdafiəsi iddianı təmini tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə 12 mar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4616/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4616/2021
29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver