Məhkəmə qərarları › İş №2(103)-4617/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4617/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4617/2022 25.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-45/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 22 aprel 2009-cu il tarixli kredit müqaviləsi üzrə banka 121.506,25 ABŞ dolları əsas, 61.400,82 ABŞ dolları faiz, 6.078.27 ABŞ dolları cərimə olmaqla, cəmi 188.985.34 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun hesablanaraq ödənilməsi; tutmanın Cavabdeh2 məxsus olan Sumqayıt şəh, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli, ümumi sahəsi 275.08 kv/m, o cümlədən yaşayış sahəsi 131.7 kv/m olan 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha olan torpaq sahəsinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və borcun satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 məxsus olan Sumqayıt şəh, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli, ümumi sahəsi 275.08 kv/m, o cümlədən yaşayış sahəsi 131.7 kv/m olan 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha olan torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Sumqayıt şəh, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli, ümumi sahəsi 275.08 kv/m, o cümlədən yaşayış sahəsi 131.7 kv/m olan 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha olan torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin bağ evindən çıxarılması, həmin bağ evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2009-cu il 22 aprel tarixli, 41/0-USD №li kredit müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh1 “Birgə Borcalan” qismində İddiaçı ASC-dən illik 16%-lə 180 ay müddətinə 150.000 ABŞ dolları məbləğində kredit götürmüşlər. Borcun təminatı olaraq Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli, ümumi sahəsi 275.08 kv/m, o cümlədən yaşayış sahəsi 131.7 kv/m olan 6 otaqdan ibarət 2 mərtəbəli bağ evi ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi ilə birlikdə 22 aprel 2009-cu il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2009-cu il 22 aprel tarixli kredit müqaviləsinə görə Borcalan/Birgə Borcalan ardıcıl 30 gündən artıq müddətinə ona verilmiş krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə kreditor verdiyi kreditin hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb edə bilər. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 və Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildirişə münasibətini bildirmirlər. Cavabdehlər kredit müqaviləsindən irəli gələn ödəliyini vaxtında və lazımi qaydada icra etmədikləri üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əladə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(001)- 45/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 22 aprel 2009-cu il tarixli, 41/0- USD saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 121.506,25 (bir yüz iyirmi bir min beş yüz altı dollar, iyirmi beş sent) ABŞ dollar məbləğində əsas, 61.400,82 (altmış bir min dörd yüz dollar, səksən iki sent) ABŞ dollar məbləğində faiz borcu, 1.000 (bir min) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 183.907,07 (bir yüz səksən üç min doqquz yüz yeddi dollar, yeddi sent) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçı ləğv prosesində olan “DəmirBank" ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli, 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha olan torpaq sahəsinə yönəldilməsi, həmin bağ evi və torpaq sahəsinin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli, 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 120.000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli, 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha olan torpaq sahəsi satıldıqda Cavabdeh2 1 (bir) ay ərzində həmin evi tərk etmədiyi halda, onun məcburi qaydada evdən çıxarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 320 (üç yüz iyirmi) manat məbləğində vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-45/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 121.506,25 (bir yüz iyirmi bir min beş yüz altı dollar, iyirmi beş sent) ABŞ dollar məbləğində əsas, 61.400,82 (altmış bir min dörd yüz dollar, səksən iki sent) ABŞ dollar məbləğində faiz borcu, 6.078,27 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 188.985,34 (bir yüz səksən səkkiz min doqquz yüz səksən beş dollar, otuz dörd sent) ABŞ dolları məbləğində borcun tutulması tələbi hissəsində dəyişdirməsini və həmin hissədə 23.400 (iyirmi üş min dörd yüz dollar) ABŞ dollar məbləğində əsas, 7.799,33 (yeddi min yeddi yüz doxsan doqquz dollar, otuz üç sent) ABŞ dollar məbləğində faiz borcu, cəmi 31.199.33 (otuz bir min yüz doxsan doqquz dollar otuz üç sent) ABŞ dollarının müəyyən edilməsi və cavabdehlərdən LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırırlar ki, cavabdehin məhkəmədə iştirakı təmin edilmədiyi üçün, onun tərəfindən sübut və dəlillərin məhkəməyə təqdim edilməsi və borcun məbləğinin dəyişdirilməsinin sübut edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin şişirdilərək təqdim edilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Lakin, qeyd edirlər ki, 2015-ci ildən ödənişi edə bilməmişlər. Bank məhkəməyə 2020-ci ildə müraciət etmişdir. 5 il ərzində məhkəməyə müraciət etməməklərinin səbəbi borc məbləğinin şişirdilməsi olmuşdur. Göstərilən faktlardan da açıq aşkar görsənir ki, məhkəmə cavabdeh tərəfin fikrini öyrənmədən, onu dinləməyərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir, bu da məhkəmə çəkişməsi prinsipinə ziddir. "xxxx" ASC tərəfindən verilən kredit illik 3% ilə X1 cəlb edilmişdir. Əgər ona verilən krediti illik 8% ilə hesablasaydılar, bu zaman 2020-ci ilin yanvar tarixinə onun borcu 23.400 (iyirmi üş min dörd yüz dollar) ABŞ dollar məbləğində əsas, 7.799,33 (yeddi min yeddi yüz doxsan doqquz dollar, otuz üç sent) ABŞ dollar məbləğində faiz borcu, cəmi 31.199.33 (otuz bir min yüz doxsan doqquz dollar otuz üç sent) ABŞ Dolları təşkil edəcəkdir. Bunun sübutu kimi hazırda o, ekspertiza təşkilatına müraciət edəcək və bunun sübutu kimi ekspert rəyinin alınmasını xahiş edəcək. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Əvvəla Kollegiya qeyd edir ki, cavabdehlər apellyasiya şikayətində qeyd etmişlər ki, cavabdehin məhkəmədə iştirakı təmin edilmədiyi üçün, onun tərəfindən sübut və dəlillərin məhkəməyə təqdim edilməsi və borcun məbləğinin dəyişdirilməsinin sübut edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin şişirdilərək təqdim edilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə Kollegiyası şikayətin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, borcun məbləğinin dəyişdirilməsinin əsas ola biləcək sübutlar (ödəniş sənədi, borcun başqa cür hesablanması barədə tərəflər arasında hər hansı razılaşma və.sair) nə apellyasiya şikayətinə əlavə olunmamış, nə də apellyasiya baxışı zamanı cavabdeh təqdim etməmişdir. Bundan başqa cavabdehlər apellyasiya şikayətində borc məbləğinin şişirdilməsi ilə bağlı dəlillər gətirsələr də, hansı və nə vaxt edilən ödənişlərin nəzərə alınmadığı ilə bağlı hər hansı sübuta istinad olunmamışdır. Cavabdehlər borcun düzgün hesablanmaması ilə bağlı ekspertiza təşkilatına müraciət edəcəklərini və bunun sübutu kimi ekspert rəyinin alınmasını xahiş edəcəklərini apellyasiya şikayətində göstərsələr də, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş mühasibatlıq ekspertizası ilə bağlı alınmış iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6789 saylı, 17 iyul 2019-cu il tarixli və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25182 saylı, 13 dekabr 2019-cu il tarixli rəyləri ilə nəyə görə razılaşmadıqlarını heç bir dəlillə əsaslandırmamışlar. Əksinə iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi aşağıdakılara əsasən əsaslı hesab olunur. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh2 və Birgə Borcalan Cavabdeh1 arasında bağlanmış 22 aprel 2009-cu il tarixli, 41/0-USD saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank borcalan Cavabdeh2 və birgə borcalan Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 19 mərtəbəli “İzmir” yaşayış kompleksinin 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 110.6 kv.m olan 2 (iki) otaqlı 17 saylı mənzilin alınması üçün illik 16 % hesablanmaqla 180 ay müddətinə 150.000 ABŞ dolları məbləğində ipoteka krediti verməyi, borcalan/birgə borcalanisə həmin ipoteka kreditindən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşlər; İş materiallarında olan İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan-borcalan Cavabdeh2 və birgə borcalan Cavabdeh1 arasında bağlanmış 22 aprel 2009-cu il tarixli, İP1-41/0-USD saylı İpoteka müqaviləsinə əsasən, 22 aprel 2009-cu il tarixli, 41/0USD saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli, ümumi sahəsi 275.08 m2, o cümlədən yaşayış sahəsi 131.7 m2 olan, 6 otaqdan ibarət 2 mərtəbəli bağ evi ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 216.000 manat məbləğində qiymətləndirilmişdir; İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli bağ evi "xxxx" ASC qarşısında 180 (bir yüz səksən) ay müddətində ipoteka ilə yüklü edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 07 fevral 2017-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli bağ evi üzərində ipoteka predmetinin tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 göndərilmiş 10 oktyabr 2016-cı il tarixli xəbərdarlıq məktubundan görünürki, cavabdehlərə bankaolanborcunu 3 gün ərzindəödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1göndərilmiş bildirişdən görünür ki, cavabdehlərdən ipoteka krediti üzrə öhdəliklərini 3 iş günü ərzində həyata keçirilmələri tələb edilmiş, əks təqdirdə, Bank tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş zəruri tədbirlər həyata keçiriləcəyi barədə məlumat verilmişdir; İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 320/DB/18 saylı, 30 noyabr 2018-ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 3346 və 3346Q/1 nömrəli bağ evinin hazırki satış (likvid) qiyməti 120.000 manat təşki edir; İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilən 24 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 13 aprel 2009-cu il tarixli, 21758477 saylı kredit müqaviləsinə üzrə 23 yanvar 2019-cu il tarixinə əsas məbləğ üzrə borcu 121.506,25 ABŞ dolları, faiz borcu 61.400,82 ABŞ dolları, cərimə faizləri 6.078,27 ABŞ dolları, cəmi 188.985,34 ABŞ dollar təşkil edir; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6789 saylı, 17 iyul 2019-cu il tarixli rəyindən görünür ki, 22 aprel 2009-cu il tarixli, 41/0-USD saylı kredit müqaviləsi 31 avqust 2017-ci il tarixədək banka olan əsas borc 135.616,86 ABŞ dolları, faiz borcu 38.334,37 ABŞ dolları təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25182 saylı, 13 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, 22 aprel 2009-cu il tarixli, 41/0-USD saylı kredit müqaviləsi üzrə banka olan əsas borc 135.038,30 ABŞ dolları, faiz borcu 68.866,36 ABŞ dolları təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir; 25 avqust 2017-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə borcalan Cavabdeh2 və Birgə Borcalan Cavabdeh1 arasında bağlanmış 22 aprel 2009-cu il tarixli, 41/0-USD saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzil alınması üçün 180 ay müdətinə, illik 16 % ödəmək şərti ilə 150.000 ABŞ dolları məbləğində ipoteka krediti vermiş, borcalan Cavabdeh2 və birgə borcalan Cavabdeh1 isə ipoteka kreditindən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşlər. Cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri icra etməmişlər və nəticədə banka borcları yaranmışdır. İddiaçı hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 22 aprel 2009-cu il tarixli, 41/0- USD saylı kredit müqaviləsi üzrə 121.506,25 ABŞ dolları məbləğində əsas, 61.400.82 ABŞ dolları məbləğində faiz, 6.078.27 ABŞ dolları məbləğində cərimə, cəmi 188.985,34 ABŞ dolları məbləğində borcun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən tələb edir. Mülki iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən 22 aprel 2009-cu il tarixli, 41/0-USD saylı kredit müqaviləsi üzrə cavabdehlərin 23 yanvar 2019-cu il tarixədək banka əsas borcu 135.038,30 ABŞ dolları, faiz borcu 68.866,36 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Buna görə cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidirlər. Məhkəmə 22 aprel 2009-cu il tarixli, 41/0-USD saylı kredit müqaviləsi üzrə kredit borcunun tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan müqavilə üzrə iddiaçı tərəfindən tələb olunan 121.506,25 ABŞ dolları məbləğində əsas və 61.400,82 ABŞ dolları məbləğində faiz borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Birinci instansiya məhkəməsinin araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 22 aprel 2009-cu il tarixli, 41/0-USD saylı kredit müqaviləsiüzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdehlər cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsinin 2.5-ci bəndində öz əksini tapmışdır. Hazırda da iddiaçı qeyd olunan müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən 6.078,27 ABŞ dolları məbləğində hesablanmış cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdehlər tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği endirilməli və 22 aprel 2009-cu il tarixli, 41/0-USD saylı kredit müqaviləsi üzrə 1.000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 22 aprel 2009-cu il tarixli, İP1-41/0- USD saylı İpoteka müqaviləsinə əsasən, 22 aprel 2009-cu il tarixli, 41/0-USD saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli, 6 otaqdan ibarət 2 mərtəbəli bağ evi 0.08 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişlər, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər. Cavabdehlərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydə alınmışdır. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin bazar dəyəri 216.000 manat, məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 320/DB/18 saylı, 30 noyabr 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 3346 və 3346Q/1 nömrəli bağ evinin hazırki satış (likvid) qiyməti 120.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə kollgiyası hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Cavabdeh2 tərəfindən ipotekaya qoyulmuş onun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli, 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana – Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 120.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli bağ evindən Cavabdeh2 çıxarılması hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, həmin bağ evi satıldıqda Cavabdeh2 1 ay ərzində həmin evi tərk etmədiyi halda o, məcburi qaydada evdən çıxarılmalıdır. Lakin Cavabdeh2 həmin bağ evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiaçının tələbi ilə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırda bu tələbi irəli sürmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Belə ki, həmin hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən mənzilin mülkiyyətçisinə aiddir, hazırki iş üzrə isə iddiaçı mənzilin mülkiyyətçisi deyil. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ipoteka predmeti olan evin iddiaçıya təhvil verilməsi hissəsində də əsassızdır. Belə ki, ipoteka predmeti hərrac vasitəsilə satıldığından həmin əmlak Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxsə verilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edildiyi, həmin qaydaların tətbiqi isə yalnız məhkəmə qərarının icrası mərhələsində və bunun üçün əsaslar məhz həmin mərhələdə yarandıqda mümkün olduğu üçün iddianın həmin hissəsi də rədd edilməlidir. Kollegiya bir daha qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mötəbər sübutlara əsaslanmadığından formal xarakter daşıyır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(001)- 45/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar