Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4619/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-nin nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh2 və onun nümayəndəsi-vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 119/2025 saylı 20 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.66 ha olan yaşayış məntəqələrinin torpaqları olan bağ sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-806/2015 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Azərbaycan SSR Nazirlər Sovetinin 06 may 1980-cı il tarixli 195 saylı qərarı ilə Sabunçu rayon, Nardaran qəsəbəsində pulsuz və müddətsiz “Kommunist” nəşriyyatına (hazırda Azərbaycan Nəşriyyatına) verilmiş, 20 fevral 1981-ci il tarixdə torpaqdan istifadəyə dair dövlət aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçirilərək X13 aid dövlət aktında göstərilən sərhədlər daxilində olan 15,0 ha torpaq sahəsindən X20 və X21 ailə üzvləri ilə birlikdə çıxarılması və həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililər cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli, **********31 nömrəli məktubla, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin arxivində həmin qərar əsasında "Kommunist” nəşriyyatına verilmiş “X13 aid Dövlət aktı”na dair ilkin hüquqmüəyyənedici sənədlər mövcuddur. Bununla yanaşı, “Azərbaycan” nəşriyyatı tərəfindən hal-hazırda həmin ərazidən istifadə olunubolunmaması barədə hər hansı bir məlumat mövcud olmadığı qeyd olunmuşdur.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-6123/2016 nömrəli qərarına əsasən cavabdeh X22, üçüncü şəxslər X23, X24 və onların vəkili Mustafayev Muxtar Nağı oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2016-cı il tarixli, 2(103)- 3152/2016 saylı qətnaməsi onların kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)- 3152/2016 nömrəli icra vərəqəsinə əsasən cavabdeh X1 Rayon Zəhmətkeş Deputatları Soveti İcrayyə Komitəsi tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsində Azərbaycan SSR “Kommunist” Nəşriyyatına ayrılmış və 20 fevral 1981-ci il tarixli “X13 aid Dövlət akt”da göstərilən sərhədlər daxilində olan 15 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililər onun vəsaiti hesabına sökülməsi qət edilmişdir.
6. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmurları tərəfindən müxtəlif vəzifəli şəxslərin iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-3152/2016 nömrəli icra vərəqəsi tam şəkildə icra olunmuşdur.
7. “Azərbaycan” Nəşriyyatının Baş direktoru cənab Ağabəy Əsgərov tərəfindən Sabunçu rayon Polis İdarəsinin rəisi polis polkovniki cənab E.İlyasova ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubuna əsasən xx.xx.2017-ci il tarixdə Sabunçu rayon İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinə uyğun olaraq, Nardaran qəsəbəsində yerləşən və “Azərbaycan” nəşriyyatına məxsus olan 15 hektar torpağın zəbt olunması halları aradan qaldırılmış və yenidən “Azərbaycan” nəşriyyatının istifadəsinə verilmişdir. Bu barədə aidiyyəti sənədlər tərtib olunmuşdur. Sözügedən torpaq sahəsində görülə biləcək hər bir qanunsuz işin qarşısının alınmasını nəzarətə götürülməyi xahiş etmişlər.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin “Azərbaycan” Nəşriyyatının Baş direktoru cənab Ağabəy Əsgərova ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubuna əsasən 7/20 nömrəli xx.xx.2017-ci il tarixli məktubun icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, Nardaran qəsəbəsində "Azərbaycan" nəşriyyatına məxsus olan 15 hektar torpağ sahəsində hər hansı bir qanunsuz işlər görülərsə, tərəflərindən qabaqlayıcı tədbirlər görülərək məlumat veriləcəkdir.
9. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli 368 saylı ekspert rəyi ilə iddiaçıya məxsus torpaq sahəsində yerləşən tikililərin sökülməsi nəticəsində dəymiş zərərin orta bazar qiymətinə uyğun olaraq 24.457,0 manat məbləğində olduğu müəyyən edilmişdir.
10. 08.12.2018-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarına əsasən Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. Həmin Qərar ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının 2008-ci ildən etibarən tam səlahiyyətli nümayəndəsi olaraq, etibarnamə və digər rəsmi sənədlər əsasında, həmçinin rəhbərliyin tapşırıqlarına uyğun olaraq vacib proqram və layihələrə başçılıq etdiyi qeyd olunmuşdur. Qeyd olunan münasibətlər həmin şəxslər arasında mülki iddia qaydasında öz həllini tapmalıdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2452/2019 nömrəli qərarına əsasən iddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq planı və ölçüsünün etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-385/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarında üçüncü şəxs X4 verdiyi kassasiya şikayəti təmin edilməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-711/2020 nömrəli qərardadına əsasən iddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı və Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbə üzrə nümayəndəliyi üçüncü şəxs qismində cəlb olunmaqla) torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə iddiasına daiг 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3196/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli qərarından üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2- 1(82)-3196/2018 saylı 01 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
13. 19 avqust 2025-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarına əsasən Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. Həmin Qərar ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci ıl tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bildirişinə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx"nda xx.xx.2018-ci il tarixdən baş direktorun müşaviri vəzifəsində fəaliyyətə başlamışdır. Qeyd olunan rəsmi sənədlə də müəyyən olunur ki, Cavabdeh2 hadisə baş verən tarixdə, yəni xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsi Azərbaycan" nəşriyyatının işçisi olmamışdır. Həmçinin, istintaq zamanı müəyyən edilmişdir ki, qeyd olunan faktlarla bağlı tərəflər arasında mülki mühakimə icraatı formasında çoxsaylı məhkəmə prosesləri olmuşdur. Beləliklə istintaq zamanı müəyyən olunmuşdur ki, qeyd olunan münasibətlər həmin şəxslər arasında mülki iddia qaydasında öz həlini tapmalıdır.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 dekabr 2017-ci il tarixində cavabdeh “Azərbaycan” nəşriyyatının qanunsuz əməli nəticəsində ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının texnika vasitəsi ilə sökülməsi nəticəsində məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli 368 saylı ekspert rəyində göstərilən zərər 24.457,0 manat məbləğində pulun, məhkəmə üçün ödənilmiş dövlət rüsumu 164 manat məbləğində pulun, hüquqi yardımın göstərilməsi üçün bağlanmış müqaviləyə görə ödənilmiş 320 manat məbləğində pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sotdan ibarət olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri tərəfindən çıxarışla onun xüsusi mülkiyyətində olan torpaq sahəsi vardır. Həmin torpaq sahələri 90 metr enində, 100 metr uzunluğundadır və torpaq tam hasara alınmışdır. Həmin hasar 2,50 metr hündürlüyündə inşa edilmişdir. Hasarın bünövrəsində, o cümlədən hər 3 metrdən bir 40x40 sm ölçüdə tumba inşa olunmuşdur. 26 dekabr 2017-ci il tarixində qonşular ona zəng vuraraq ona məxsus torpağın hasarının texnika vasitəsi ilə dağıdıldığını bildirmişdirlər. Həmin torpağa baş çəkmək üçün getdikdə torpaq sahəsinin hasarlarının iki tərəfinin dağıdılaraq yararsız hala salındığını görmüşdür. Həmin torpaq sahəsinin hasarını özünü “prezident aparatının işçisi” kimi təqdim edən sonradan isə “Azərbaycan” Nəşriyyatının nümayəndəsi olduğunu qeyd edən Cavabdeh2 adlı şəxs ona məxsus olan torpaq sahəsinin dövlətə aid olduğunu bildirib özbaşına sökmüşdür. Bundan sonra, o, bu barədə Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir və bu işlə əlaqədar AR Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə ********* saylı cinayət işi açılmışdır. İbtidai istintaq zamanı hasarın sökülməsi nəticəsində dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli 368 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan ona məxsus torpaq sahəsində yerləşən tikililərin sökülməsi nəticəsində dəymiş zərər orta bazar qiymətinə uyğun olaraq 24.457,0 manat məbləğində müəyyən edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Cavabdeh2 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Azərbaycan Nəşriyyatının baş direktorun müşaviri vəzifəsində çalışır. Onun vəzifə səlahiyyətlərinə Azərnəşriyyatın tam səlahiyyətli nümayəndəsi olaraq etibarnamə və digər rəsmi sənədlər əsasında, həmçinin rəhbərliyin tapşırıqlarına uyğun olaraq vacib proqram və layihələrə başçılıq edir. Azərbaycan nəşriyyatının nümayəndəsi olan Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ondan başqa digər vətəndaşlar X17, X5 və X2, X11, X14, X12, X6, X3, X7, Vəliyeva Svetlananm istifadəsində olan torpaq şairələrinin hasarlarını texnika vasitəsi ilə sökərək cinayət əməli törətmiş və sakinlərin mülkiyyət huququnu pozaraq onlara xeyli miqdarda zərər vurmuşdur. Müstəntiqin gəldiyi nəticəyə görə istintaq zamanı qeyd olunan münasibətlər həmin şəxslər arasında mülki iddia qaydasında öz həllini tapmalıdır. Törətdiyi özbaşınalıqdan sonra “Azərbaycan” nəşriyyatı öz qanunsuz hərəkətlərinə hüquqi don geyindirmək məqsədi ilə məhkəməyə müraciət etmişdir. O, “Azərbaycan” nəşriyyatı cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, özü isə üçüncü şəxs qismində cəlb olunmaqla “İddiaçı verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş **********07 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin dövrdə tərəflərin iddiası əsasında 2 saylı İnzibati-İqtisad Məhkəməsində məhkəmə çəkişməsi getdiyindən və müvafiq qərar olmadığına görə müstəntiq qərara gəlmişdir ki, şəxs barəsində cinayət təqibi başlanıla bilməz və ya başlanmış cinayət təqibinə xitam verilməlidir. Bu əsasla da 8 dekabr 2018-ci il Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 oktyabr 2018-ci il tarixli 2-1(82)-3196/2018 saylı qərarı ilə “Azərbaycan” nəşriyyatının iddia tələbi təmin edilmişdir. Tərəflərindən həmin qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərarı ilə həmin şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2-1(103)-795/2019 saylı qərarından tərəflərindən kassasiya şikayəti verilmiş və AR Ali Məhkəməsinin qərarı ilə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2- 1(103)-711/2020 qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3196/2018 saylı 1 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Bu qərardaddan iddiaçı “Azərbaycan” nəşriyyatı kassasiya şikayəti verməmiş və qərardad qüvvəyə minmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, Cavabdeh2 bütün məhkəmə instansiyalarında “Azərbaycan” nəşriyyatının nümayəndəsi kimi çıxış edib və birbaşa “Azərbaycan” nəşriyyatının tapşırıqlarını yerinə yetirmişdir. xx.xx.2018-ci il tarixli 368 saylı məhkəmə mühəndis-texniki ekspertiza rəyinin əldə olunması üçün 18 mart 2024-cü il tarixində tərəflərindən Sabunçu Rayon Polis İdarəsinə vəkil sorğusu göndərilmiş, lakin sorğunun göndərildiyi tarixdən 2 aydan çox vaxt keçməsinə baxmayaraq, cinayət işinin arxivdə olması və buna görə də sənədin əldə olunmasının çətinliyini bəhanə gətirərək vəkil sorğusuna cavab vermədiklərini qeyd etmişdir.
16. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunsuz əməli nəticəsində İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının texnika vasitəsilə sökülməsi nəticəsində dəymiş zərər 36.720 manat məbləğindəki pulun, məhkəmə üçün ödənilmiş dövlət rüsumu 201 manat məbləğində pulun, hüquqi yardımın göstərilməsi üçün bağlanmış müqaviləyə görə ödənilmiş 320 manat məbləğində pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X8 cavabdeh “Azərbaycan” nəşriyyatına qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə xx.xx.2018-ci il tarixli 368 saylı məhkəmə mühəndis-texniki ekspertiza rəyində göstərilən 24.457,0 manat məbləğindəki zərərin 2024-cü ilin orta bazar qiymətlərinə uyğun hesablanması üçün tərəflərindən ekspertə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli 06/171 saylı vəkil sorğusuna cavab olaraq “Azərekspertiza” birliyi tərəfindən xx.xx.2024-cü il tarixli 111 saylı ekspert rəyi təqdim olunmuşdur. Həmin ekspert rəyində xx.xx.2018-ci il tarixli 368 saylı məhkəmə mühəndis-texniki ekspertiza rəyindəki smeta cədvəlində göstərilən xidmət haqqı və materialların 2024-cü ilin orta bazar qiymətinə uyğun olan qiymətlərinin cəmi 36.720 manat məbləğində hesablanmışdır. Bu halda iddia tələbinin həcmi artırılır. Həmçinin dəymiş zərərin məbləği artdığına görə tərəflərindən əlavə olaraq məhkəmə üçün dövlət rüsumu da ödənilmişdir.
18. Məhkəmənin təşəbbüsü ilə Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
19. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində cəlb olunmuş Cavabdeh2 bu işə əlavə cavabdeh qismində cəlb olunması, qanunsuz əməl nəticəsində İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının texnika vasitəsilə sökülməsi nəticəsində dəymiş zərər 36.720 manat, məhkəmə üçün ödənilmiş dövlət rüsumu 201 manat, hüquqi yardımın göstərilməsi üçün bağlanmış müqaviləyə görə ödənilmiş 320 manat olmaqla ümumilikdə 37.241 manat məbləğində pulun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X8 cavabdeh “Azərbaycan” nəşriyyatına qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə keçirilən məhkəmə hazırlıq iclaslarında cavabdeh “Azərbaycan” nəşriyyatının və üçüncü şəxs qismində cəlb olunmuş Cavabdeh2 məhkəmə zalında verdikləri ziddiyyətli ifadələrdən belə qənaətə gəlmək olur ki, cavabdeh və üçüncü şəxs iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməməsi üçün etdikləri əməldə biri-birilərini günahlandırır və əməlin kim tərəfindən törədilməsinin aydınlaşdırılmasında çətinlik yaranır. Belə olduğu təqdirdə, üçüncü şəxs qismində cəlb olunmuş Cavabdeh2 da bu işə əlavə cavabdeh kimi cəlb olunması zərurəti yaranır.
21. Cavabdeh2 iddiaya etiraz verərək qeyd etmişdir kiiddiaçı tərəf AR MPM-nin 77-ci madddəsinin tələblərinə uyğun olaraq öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının mülkiyyətində Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsi olmasına dair sənəd var və həmin torpaq sahəsi təqdim etdiyi sənədə əsasən ona ev tikməkdən ötrü verilmişdir. Lakin, iddiaçı həmin torpaq sahəsinin dəqiq koordonantlarını təsdiq edəcək hansısa bir sənədi məhkəməyə təqdim etməmişdir. Nardaran kifayət qədər böyük bir qəsəbədir. Nə üçün iddiaçı hesab edir ki, məhz mübahisələndirdiyi sahə ona aiddir? Özü də həmin sahə təsərrüfat təyinatlı olmağına rəğmən? Onun fikrincə, yaşayış sahəsi üçün ayrılmış torpaq sahəsi ilə təsərrüfat təyinatlı torpaq sahələri arasında böyük fərq var və bu az-çox hüquq sahəsi üzrə çalışmış hər bir şəxsə məlumdur. Məhkəmə prosesində təqdim etdiyi Bakı şəhəri, Sabunçu rayon İH Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə təqdim olunmuş xx.xx.2018-ci il tarixli, 3/19 saylı məktubdan görünür ki, İddiaçı və X25 Nardaran Qəsəbə Nümayəndəliyi tərəfindən torpaq sahəsi ayrılmamışdır. Eyni zamanda AR ƏMDK yanında DƏDRX-nin 1 saylı ərazi idarəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan da aydın olur ki, İddiaçı verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş əvvəllər X26 verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüləri etibarsız hesab edilmişdir. İdarənin arxiv və elektron kadastr baza məlumatlarında müvafiq qeydlər aparılmışdır. Onun AR MPM-nin 53-cü maddəsi ilə işə cavabdeh qismində cəlb olunma və dəymiş maddi ziyanın müştərək qaydada ödənilməsi məsələsinə gəldikdə isə bildirir ki, AR qanunvericiliyinə əsasən hər bir hüquqi və ya fiziki şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə bütün idarə və təşkilatlarda təmsil oluna bilər, etibarnamə verilmiş şəxs etibarnamə vermiş şəxsin adından etibarnamədə göstərilmiş bütün hərəkətləri edə bilər. Bu zaman icra olunmuş bütün hərəkətlər təmsil olunan şəxsin adından icra olunmuş sayılır. Belə ki, etibarnamə - bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalətdir. Onun cavabdeh kimi bu işə nə aidiyyatı var? O hansı əsaslarla iş üzrə cavabdeh qismində cəlb edilə bilər? Bundan başqa, onun cavabdeh qismində cəlb olunmağı üçün hansı əsaslar məhkəmə baxışı prosesində əmələ gəlib və iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını nə ilə əsaslandırmışdır? İddaçının uydurması olan fərziyyələrlə ki, o və cavabdeh dəymiş zərərin əvəzinin ödənilməsi üçün bir-birlərini günahlandırırlar? Və o ziddiyyətli ifadələr vermişdir? Keçirilən bütün məhkəmə proseslərinin video görüntüləri var. Əgər nümayəndə-vəkilin hansısa bir səbəbdən yaddaşından proseslər zamanı baş vermiş hadisələr və ifadələr haqqında məlumat silinibsə, həmin video görüntülərə baxmalı və onu bir daha təhqir etməməlidir. İlkin iddiasında onu cinayətkar adlandırmış, səriştəsiz olduğunu zənn edib lazımi münasibət bildirməmişdir. İndi də olmayan şeyləri onun boynuna qoyması nə dərəcədə etikdir? Daha sonra cavabdeh ilkin iddiada sökülmüş hasar barədə məlumat verərkən torpaq sahəsinin enini 90 metr, uzunluğunu isə 100 metr göstərsə də, sahəsinin 66 sot olduğunu bildirir. Əslində isə göstərilən ölçülərlə torpaq sahəsi 66 yox, 90 sot edir. İddiaçının təqdim etdiyi çıxarışda isə torpaq sahəsinin ölçüsü 66 sot göstərilir. Belə olan halda iddiaçının istər 66, istərsə də 90 sot torpaq sahəsinin hasarının sökülməsi nəticəsində ona 36.720 manat ziyan dəyməsini tələb etməsi üçün subyektiv hüququ varmı? Yəni təkrar da olsa, bir daha vurğulayır ki, idddiaçı əvvəlcə ona məxsus olan torpağın koordinantlarını məhkəməyə təqdim etməli və sübut etməlidir ki, iddiaçıya ev tikmək üçün ayrılmış 66 sot torpaq sahəsi “Azərnəşriyyat”ın mülkiyyətində olan təsərrüfat təyinatlı torpaqla üst-üstə düşür. Məhz bundan sonra digər məsələlərin həllinə baxmaq olar.
22. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsilə iddiaya etiraz verərək qeyd etmişdir ki, daha öncə keçirilmiş hazırlıq iclaslarında tərəflərindən bildirilmiş şifahi etirazlarda olduğu kimi, iddiaçı tərəfin iddia ərizəsində qeyd etdiyi iddiaların bu göstərilən səbəblərdən əsassız olması ilə bağlı halları təkrarən diqqətə çatdırırlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məcəllənin müvafiq maddəsindən aydın olduğu kimi, hüquqi və ya fiziki şəxsin müvafiq məsuliyyətinin yaranması üçün işçi aşağıdakılardan biri: - əmək müqaviləsi əsasında iş görən fiziki şəxs; - və ya mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs olmalıdır. Bununla yanaşı, işçi müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməlidir. Məlum olduğu kimi, iddia ərizəsində Cinayət işinin icraatına xitam verilməsi haqqında müvafiq qərara istinad edilərək, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının Cavabdeh2 iştirakı ilə söküldüyü iddia olunur. Nəzərə çatdırırlar ki, hasarının söküntüsünün baş verdiyinin iddia edildiyi tarixdə (xx.xx.2017-ci il) Cavabdeh2 "xxxx" MMC-nin əmək müqaviləsi əsasında iş görən işçisi və ya “Azərbaycan Nəşriyyatı" MMC-yə mülki hüquqi müqavilə əsasında iş görən fiziki şəxs olmayıb. Belə ki, Cavabdeh2 ilə qeyd olunan dövrdə mülki hüquqi müqavilə bağlanılmayıb və həmin şəxslə mülki hüquqi müqavilə əsasında müvafiq işlərin icrası və ya xidmətlərin göstərilməsi razılaşdırılmayıb. Eyni zamanda, sözügedən tarixdə Cavabdeh2 ilə "xxxx" MMC arasında qüvvədə olan əmək müqaviləsi mövcud olmayıb. Cavabdeh2 xx.xx.2017-ci il tarixində ona verilmiş etibarnamə əsasında (əlavə olunur) "xxxx" MMC-ni məhkəmələrdə təmsil etmişdir. Etibarnamənin məzmunu "xxxx" MMC-nin adından bütün məhkəmə instansiyalarında iddaçı və cavabdeh olduğu işlərdə nümayəndə qismində çıxış edilməsi, həmçinin iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması, səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar səlahiyyətlərin etibar edilməsi”ndən ibarət olmuşdur. Cavabdeh2 verilmiş etibarnamədə göstərilənlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsində təsbit olunduğu kimi işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətləri ehtiva edib. Etibarnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, Cavabdeh2 etibar edilmiş səlahiyyətlər dəqiq göstərilib, "xxxx" MMC tərəfindən Cavabdeh2 özgəsinə məxsus daşınmaz əmlaklarla bağlı hər hansı hərəkət və hərəkətsizliyin aparılması ilə bağlı hüquqlar etibar edilməmişdir. Qeyd olunanlardan aydın olduğu kimi, iddia olunan hərəkətlər "xxxx" MMC-nin hər hansı rəhbər şəxsinin və ya əməkdaşının tapşırığı və ya nəzarəti, həmçinin məlumatı olmaqla aparılmayıb. Bu səbəblərdən irəli gələrək nəzərə çatdırmaq istərdilər ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında iddia predmeti üzrə münasibətləri tənzimləyən hüquqi əlaqə yoxdur. Beləliklə, müvafiq iddiaya münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099-cu maddəsinin tətbiq edilməsi üçün hüquqi əsas mövcud deyil. İşin hallarının hərtərəfli təhlili, həmçinin müvafiq məhkəmə instansiyasının məlumatlandırılması məqsədilə nəzərinə çatdırmaq istərdilər ki, Cavabdeh2 ilə əmək münasibətlərinə xx.xx.2018-ci il tarixində onunla bağlanmış əmək müqaviləsi əsasında başlanılıb (əmək müqaviləsi bildirişi əlavə olunur). xx.xx.2018-xx.xx.2022-ci il tarixlərində Cavabdeh2 "xxxx" MMC-nin baş direktorunun müşaviri (layihələr üzrə) vəzifəsini icra edib və həmin vəzifə üzrə öhdəlikləri müəyyən edən sənədlərdə də Cavabdeh2 daşınmaz əmlaklarla bağlı hər hansı vəzifənin icrası həvalə olunmamışdır.
23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-119/2025 saylı 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının sökülməsinə görə cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-dən 24.457 (iyirmi dörd min dörd yüz əlli yeddi) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və dövlət rüsumu olaraq ödənilmiş 164 (bir yüz altmış dörd) manat məbləğində məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
24. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-nin tapşırığı əsasında xx.xx.2017- ci il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarını sökərək İddiaçı 24.457 manat məbləğində zərər vurmuşdur. Bu səbəbdən cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-nin işçisi Cavabdeh2 İddiaçı 24.457 manat məbləğində vurduğu zərərin əvəzini ödəməlidir.
25. Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli, 111 nömrəli ekspert rəyinə əsaslanaraq iddia tələbinin həcmini artıraraq 36.720 manat məbləğində dəymiş zərərin ödənilməsi tələbinə münasibətdə, hadisənin xx.xx.2017-ci il tarixdə baş verməsini, xx.xx.2018-ci il tarixli, 368 saylı ekspert rəyinə əsasən İddiaçı məxsus torpaq sahəsinə çəkilmiş daş hasarın sökülməsi nəticəsində dəymiş ziyanın 24.457 manat müəyyən edilməsini, bu müddət ərzində iddiaçının məhkəməyə müraciət etməməsini nəzərə alaraq hesab etmişdir ki, iddia 24.457 manat məbləğində təmin edilməlidir.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 777.1, 777.2, 778.1, 778.2, 778.3, 1096, 1097.1, 1099.1, 1099.2, 1108.1 və 1115-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
27. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-119/2025 saylı 20 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi hasarı sökülmüş torpaq sahəsi “Azərbaycan” Nəşriyyatına məxsusdur və ilkin bütün sənədləri mövcuddur. Tərəfindən söküldüyü iddia etdiyi hasar "xxxx" MMC-yə məxsus torpaq sahəsində yerləşir və oradakı söküntü işləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən məhkəmə icraçılarının və polisin iştirakı aparılıb. Birinci instansiya məhkəməsi "xxxx" MMC-nin mülkiyyət hüququnu kobud surətdə pozub. İddiacı tərəf isə çıxarışın ayrılmaz hissəsi olan torpaq sahəsinin planı və ölçüsünü təqdim etməyib. Hazırki iş üzrə hər hansı ədalət mühakiməsindən söhbət belə gedə bilməz. Belə ki, məhkəmə təqdim olunmuş sənədlərə heç bir hüquqi qiymət verməyib. İddiaçı tərəf məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında sökülən hasarın iddiaçıya ayrılmış torpaq sahəsində olmasının heç nə ilə sübut etməyib. Birici instansıya məhkəməsi isə tərəfindən təqdim edilmiş 1 saylı Ərazi İdarəsinin X10 verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş əvvəllər X26 verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüləri etibarsız hesab edilməsinə dair məktubuna və eyni zamanda Bakı şəhər Sabunçu rayon İH başçısının Nardaran qəsəbə nümayəndəliyinin X10 və X26 Nardaran qəsəbə nümayəndəliyi tərəfindən torpaq sahəsi ayrılmamasına dair cavab məktubuna heç bir hüquqi qiymət verməmişdir. Hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin qət etdi hissəsində isə onun barəsində məhkəmənin gəldiyi nəticə qeyd olunmayıb.
29. Həmçinin cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-119/2025 saylı 20 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hazırda şikayət verilən qətnaməsində aşağıda qeyd edilənlər “iş üzrə müəyyən edilmiş hal” kimi qəbul edilmişdir: 1) guya Cavabdeh2 hadisə baş verən tarixdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" MMC-də “baş direktorun müşaviri” vəzifəsində çalışmış; 2) guya Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" MMC-nin 2008-ci ildən etibarən tam səlahiyyətli nümayəndəsi olaraq, etibarnamə və digər rəsmi sənədlər əsasında, həmçinin rəhbərliyin tapşırıqlarına uyğun olaraq vacib proqram və layihələrə başçılıq edirmiş; 3) guya X10 və digər zərərçəkmiş şəxslərə məxsus torpaq sahələrinin hasarlarını rəhbərliyin-işəgötürənin tapşırıqlarına uyğun olaraq sökülmüşdür. Halbuki, hasarın söküntüsünün baş verdiyi iddia edildiyi tarixdə (xx.xx.2017-ci il) Cavabdeh2 "xxxx" MMC-nin əmək müqaviləsi əsasında iş görən işçisi və ya "xxxx" MMC-yə mülki hüquqi müqavilə əsasında iş görən fiziki şəxs olmayıb. Yəni, Cavabdeh2 ilə qeyd olunan dövrdə mülki hüquqi müqavilə bağlanılmayıb və həmin şəxslə mülki hüquqi müqavilə əsasında müvafiq işlərin icrası və ya xidmətlərin göstərilməsi razılaşdırılmayıb. Eyni zamanda, sözügedən tarixdə Cavabdeh2 ilə "xxxx" MMC arasında qüvvədə olan əmək müqaviləsi mövcud olmayıb. Cavabdeh2 xx.xx.2017-ci il tarixində ona verilmiş etibarnamə (iş materiallarındadır) əsasında "xxxx" MMC-ni məhkəmələrdə təmsil edib. Etibarnamənin məzmunu "xxxx" MMC-nin adından bütün məhkəmə instansiyalarında iddiaçı və cavabdeh olduğu işlərdə nümayəndə qismində çıxış edilməsi, həmçinin iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması, səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar səlahiyyətlərin etibar edilməsi”ndən ibarət olub. Cavabdeh2 verilmiş etibarnamədə göstərilənlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsində təsbit olunduğu kimi işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətləri ehtiva edib. Etibarnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, Cavabdeh2 etibar edilmiş səlahiyyətlər dəqiq göstərilib, "xxxx" MMC tərəfindən Cavabdeh2 özgəsinə məxsus daşınmaz əmlaklarla bağlı hər hansı hərəkət və hərəkətsizliyin aparılması ilə bağlı səlahiyyətlər etibar edilməyib. Göründüyü kimi, hasarın söküntüsü üzrə hərəkətlər "xxxx" MMC-nin hər hansı rəhbər şəxsinin və ya əməkdaşının tapşırığı və ya nəzarəti, həmçinin məlumatı olmaqla aparılmayıb. Cavabdeh2 ilə əmək münasibətlərinə xx.xx.2018-ci il tarixində onunla bağlanmış əmək müqaviləsi əsasında başlanılıb (əmək müqaviləsi bildirişi iş materiallarındadır). xx.xx.2018 xx.xx.2022-ci il tarixlərində Cavabdeh2 "xxxx" MMC-nin baş direktorunun müşaviri (layihələr üzrə) vəzifəsini icra edib və həmin vəzifə üzrə öhdəlikləri müəyyən edən sənədlərdə də Cavabdeh2 daşınmaz əmlaklarla bağlı hər hansı vəzifənin icrası həvalə olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən hadisə baş verən tarixdə Cavabdeh2 ilə cavabdeh arasında “işçi-işəgötürən münasibəti”nin olub-olmaması və ya iddiaçıya verilmiş etibarnamədə “özgəsinə məxsus daşınmaz əmlaklarla bağlı hər hansı hərəkət və hərəkətsizliyin aparılması ilə bağlı” səlahiyyət verilib-verilmədiyi araşdırılmış olsaydı, hazırda şikayət verilən qətnamədə sözügedən şəxslər arasında hasarın sökülməsi ilə bağlı hər hansı əlaqənin olmasından söhbət gedə bilməzdi. Cavabdeh2 ilə "xxxx" MMC arasında iddia predmeti üzrə münasibətləri tənzimləyən hüquqi əlaqə olmadığından, iş üzrə Mülki Məcəllənin 1099-cu maddəsi tətbiq edilə bilməzdi. Hazırkı işdə iddiaçının cavabdehə qarşı iddia tələbi irəli sürməsinə subyektiv hüququ olmadığına görə iddia tələbinə münasibətdə hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış hesab edilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə Cavabdeh2 barəsində aparılmış cinayət işi (№1********) üzrə Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin baş müstəntiqi, polis mayoru X15 8 dekabr 2018-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” Qərarına istinad edilmişdir. Tərəflərindən Bakı şəhəri Sabunçu Rayon Prokuroruna şikayət (əlavə edilir) verilərək, Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin baş müstəntiqi, polis mayoru X15 8 dekabr 2018-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” Qərarının təsviri-əsaslandırıcı hissəsindən “hadisə baş verən tarixdə Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" MMC-nin işçisi olması; Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" MMC-nin 2008-ci ildən etibarən tam səlahiyyətli nümayəndəsi olaraq, etibarnamə və digər rəsmi sənədlər əsasında, həmçinin rəhbərliyin tapşırıqlarına uyğun olaraq vacib proqram və layihələrə başçılıq etməsi” hissələrinin çıxarılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 34.Məhkəmə kollegiyası qeyd edir ki, hər iki cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnmamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qarşı tərəf çıxarışla 66 sot torpaq sahəsinin onlara məxsus olduğunu bildirir, həmin torpaq sahəsinin koordinatlarını təqdim etməsini xahiş edir. İddiaçının iddia etdiyi torpaq sahəsi 1980-ci ildə "xxxx" MMC-yə ayrılmışdır. Qarşı tərəf o torpağın harada yerləşdiyini ona bildirmir ki, o da hansı torpaq sahəsindən söhbət etdiklərini bilsin. Bunun üçün qarşı tərəfdən həmin ərazinin koordinatlarını təqdim etməsini xahiş edir. 2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarında hazırkı iş üzrə iddiaçının məhəkəməyə mübahisəli torpaq sahəsinin kordinatlarını təqdim etməsinə dair heç bir sənəd yoxdur. Hansıkı 2019-cu il tarixli qərar üzrə Ali Məhkəmə qətnaməni ləğv edərək geri qaytaran zaman öz qərarında göstərmişdir ki, koordinatlar müəyyən olunmalıdır və ekspertiza təyin olunmalıdır. Bu bir daha onu sübut edir ki, qarşı tərəf məhkəməyə plan-sxem təqdim etməmişdir. Burada mübahisə predmeti dövlətin əmlakıdır. İddiaçıya torpaq sahəsinin ayrılmaması ilə bağlı iş materiallarında sənədlər vardır. Söküntü işləri DİN-nin nümayəndələrinin iştirakı ilə Ali Məhkəmənin qərarı əsasında aparılmışdır. Söküntü işləri faktiki icra vərəqəsi əsasında edilmişdir. Həmin dövrdə Cavabdeh2 etibarnamə üzrə səlahiyyəti var idi. Cavabdeh2 şəxsi niyyəti ilə hərəkət etməmişdir. Həmin dövrdə 7 nəfər çıxarışlı sakinin mübahisəsi gedirdi. Onların iddia etdiklərinə görə onların torpaqları “Azərnəşriyyat”ın təsərrüfat təyinatlı torpaqlarıdır. Təsərrüfat təyinatlı torpaq sahəsi ilə tikinti təyinatlı torpaq sahəsi arasında fərq vardır. 36.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 2016-cı il tarixli Ali Məhkəmənin qərarı var. Həmin qərara əsasən Nardaran əhalisi tərəfindən zəbt məsələsi var idi, uzun müddət məhkəmə araşdırması getdi və zəbt olunma halı təsdiq olundu. 15 ha sahə hasara alınmışdı. O torpaq dövlətin mülkiyyətində idi. Orada yaşayış yox idi, sadəcə köhnədən qalma hasar var idi. Daha sonra ona təhvil-təslim aktı etmişdilər. Orada abadlıq işləri görmək lazım idi. Məhkəmə qərarında da yararsız tikililərin sökülməsi qeyd edilmişdi. Oradad da divarlar var idi. Onlar DİN-ə mühafizəçi verməkləri ilə bağlı müraciət etmişdilər. Orada bir avtobus polis var idi. Kminsə torpağı olması ilə bağlı səs çıxmadı. 2-3 gün sonra müraciət edərək 102-ni çağırıblar. Ora dövlətin mülkiyyətində idi. Daha sonra araşdırıldı ki, onlar orada qanunsuz heç nə etməmişlər. Daha sonra orada 7 nəfər çıxarışlı sakin var idi, onları məhkəməyə verdilər. Onlar bir neçə məhkəmə prosesini qazandılar. Daha sonra Nəşriyyata yeni rəhbərlik gəldi və o, təqaüdə çıxdı. Ali Məhkəmədə çıxarışın ləğv olunması ilə bağlı məhkəmə mübahisəsində uduzdular. Hal-hazırda onların koordinatları yoxdur. 12 sot torpağı birdən birə 66 sot torpaq ediblər, indi də deyirlər 90 sotdur. Bütün bunlar dövlət üçün edilmişdir. Bəli, söküntü işləri aparılan zaman onların əlində koordinatlar var idi, ora onların torpağı idi. Ali Məhkəmənin bununla bağlı qərarı var idi. Ali Məhkəmənin qərarı əsasında hərəkət edirdilər. Orada sadəcə divar sökülmüşdür. 2016-cı ildə məhkəmədə baxılan iş üzrə hazırkı digər Cavabdeh qismində iştirak etmirdi. Oranı Nardaran sakinləri zəbt etmişdilər. Məhkəmə qərarında qanunsuz tikililərin sökülməsi barədə qeyd edilmişdir. Söküntü zamanı polislər, icra məmuru orada idilər. 37.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-nin nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, işin faktiki hallarına toxunmamışdan əvvəl, hüquqi məsələlərə toxunmaq istəyir. Qətnamənin qəbul edilməsində əsas məsələ cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar idi ki, o qərar əsasında faktı rəhbər tutaraq məhkəmə qeyd etmişdi ki, “sizin işçinizdir və hər hansısa müstəntiq səthi bir araşdırma etmişdir”. Həmin araşdırma rəhbər tutularaq qərar qəbul edilmişdir. Apellyasiya şikayəti verən zaman həmin qərarın mübahisələndirilməsi ilə bağlı müraciət etmişlər. Bu cinayət işinin başlanmasının ləğv edilməsi haqqında qərar 2019-cu ildə ləğv edilmişdir. Yenidən araşdırma aparılmışdır. Onlar bunu birinci instansiya məhkəməsində də qeyd etmişlər. Cavabdeh2 onların işçisi olması ilə bağlı hissə ləğv edilmişdir. Həmin hadisə baş verən dövrdə Azər müəllim etibarnamə üzrə onların nümayəndəsi olmuşdur, onun orqanı məhkəmədə, digər qurumlarda təmsil etmək səlahiyyəti olsa da, əmlaklarının idarə edilməsi, onlara göstəriş verilməsi kimi səlahiyyət ötürülməmişdir. Eyni zamanda aralarında nə əmək müqaviləsi, nə də hansısa mülki-hüquq müqaviləsi olması müəyyən edilmir. Onun səlahiyyətlərinin həcmi etibarnamədə göstərilmişdir. Cavabdeh2 tərəfindən söküntü işlərinin aparılması haqqında məlumatı yoxdur, ümumiyyətlə onların ona elə bir göstərişi olmamışdır. 2016-ci ildə məhkəmə aktının hansı nümayəndə tərəfindən icra olunduğunu dəqiq deyə bilmir. Onların nə əmlakın sökülməsi ilə bağlı göstərişi, nə də əmri olmamışdır. Onlar Cavabdeh2 mövqeyi ilə razıdır ki, 15 ha torpağı olmuşdur. Qarşı tərəf iddia edir ki, 15 ha torpağın içində söküntü olmuşdur, lakin ora onların çıxarışlı yeridir. Qeyd edilənlərin hər-hansı sübutu yoxdur. Texniki planı, plan cizgini mübahisələndirmişlər. Həmin torpaq sahəsinin kordinatları onların həmin yerlə üst-üstə düşmür. Söküntü işləri icra sənədinə əsasən aparılmışdır. İcra sənədindən kənara çıxmalar olmamışdır.
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ifadələr arasında ziddiyyətli məqamlar vardır. Belə ki, gah deyirlər ki, torpaq sahəsi harada yerləşir onlar bilmirlər, gah da deyirlər ki, o Nəşriyyatın torpağıdır, orada abadlıq işi aparıldığı üçün söküntü aparılmışdır. Əgər qarşı tərəf bilmirdisə İddiaçı məxsus olan torpaq haradadır, nə üçün 3 il məhkəmə çəkişməsi getmişdir?! Cavabdeh2 sanki bu 15 sot torpaq onun mülkiyyəti imiş kimi koordinat tələb edir. 3 il çəkişmə getmiş, kifayət qədər araşdırma olmuşdur. İş materiallarında kifayət qədər sübutlar var idi. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə qalmasını istəyir. İddiaçı hazır çıxarışlı torpaq almışdır. İddiaçı başqa onlarla çıxarışı olan da, olmayanlar da var ki, onların da hasarları sökülmüşdü, iş açılaraq ekspertiza keçirilmişdi. Xüsusi mülkiyyətdə olan hasarları ilk öncə araşdırılmalı idi ki, həmin hasarlar kimə məxsusdur?! Daha sonra söküntü işi aparmalı idi. İddiaçının nümayəndəsi olaraq polis idarəsinə şikayət edən zaman dəqiq olaraq kim tərəfindən edildiyini bilmirdilər. Şikayət üzrə araşdırma getdi və müyyən olundu ki, Azər Cavabdeh2nəşriyyatın göstərişini icra etmişdir. Cavabdeh2 məhz icra işi ilə əlaqədar etibarnamə verilmişdir. Həmin etibarnamə iş materiallarında vardır. Bundan əlavə söküntü 27 dekabrda olmuşdur, ondan bir neçə gün sonra isə Cavabdeh2 keçmiş direktoru polisə müraciət etmişdir ki, söküntü işləri ediləcəkdir və nəzarət edilsin. Ali Məhkəmənin icra vərəqəsində göstərilən torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsi üst-üstə düşmür. Bununla bağlı illik məhəkəmə çəkişməsi getmişdir. Koordinatlar fərqli idi. Son olaraq məhkəməni uddular. Lap kordinatlar üst-üstə düşmüş olsa belə oradakı hasarın kimə məxsus olması halı araşdırılmalı idi. Həmin icra işinin həyata keçirilməsi Cavabdeh2 həvalə edilmişdir. Etibarnamə məhkəmə qərarının icrası ilə əlaqədar Cavabdeh2 verilmişdir. Cavabdeh2 bu işə cəlb edilməsində məqsəd bu məsələni araşdırmaq idi. Cavabdeh2 bildirir ki, ona belə bir göstəriş verilməsə idi, o bu hərəkəti etməzdi. Texnika Azərnəşriyyatın göstərişi ilə aparılmışdır. Söküntü işlərinin çəkilişində Cavabdeh2 orada idi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
39. 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 40.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 41.1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 42.1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 43.1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 44.1100-ci maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 45.1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun (mübahisəli münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada)
46.2-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 47.26-cı maddəsinə görə, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 48.72.1-72.2, 72.4-72.5, 72.7-ci maddələrinə əsaəsn, işə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. Bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyriyaşayış sahəsindən məcburi qaydada çıxarılır. İcra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. Çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı, zəruri hallarda, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət edə bilər. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. 49.82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 50.82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. 51.87.1, 87.3-87.4-cü maddələrinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
52.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (4.1-ci maddə). 53.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 54.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 55.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 56.Tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (106.3).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda hazırkı apelyasiya şikayətləri təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
58. Mülki işin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi, Cavabdeh2 MMC-nin tam səlahiyyətli nümayəndəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-3152/2016 nömrəli icra vərəqəsinə əsasən icra hərəkətlərinin aparılmasında iştirak etdiyi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindəki torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsinin qarşısının alınması, özbaşına tikililərin sökülməsinə dair tədbirlərin həyata keçirilməsi ilə bağlı proqram və layihələrə başçılıq etdiyi, bunun nəticəsində MMC-nin rəhbərliyinin şifahi tapşırıqlarına əsasən qanunla və ya digər normativ hüquq aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarını sökməklə ona 24.457 manat məbləğində ziyan vurduğunu iddiaçının təqdim etdiyi sənədlər əsasında sübuta yetirə bildiyini vurğulamışdır.
59. Qeyd edilənlərə əsasən məhkəmə Cavabdeh2 İddiaçı 24.457 manat məbləğində vurduğu zərərə görə cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-nin işəgötürən (tapşırıq verən) qismində maddi məsuliyyətə cəlb edilməsinin qanunauyğun olduğu qənaətinə gəlmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1099.1, 1099.2, 1108.1 və 1115-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
60. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.
61. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması (ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir); əməlin təqsirli olaraq törədilməsi (təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir); törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması (qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır); zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması (zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır) (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı).
62. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 63.Belə ki, Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. 64.Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 65.Göstərilən maddələrdə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. Belə ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər, mülki hüquqi müqavilə üzrə hüquqi və ya fiziki şəxsin tapşırığı ilə iş görülə bilər. 66.Beləliklə də işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə işəgötürəni (iş gördürəni) məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək və ya mülki hüquq müqaviləsi üzrə tapşırıq yerinə yetirənin funksiyaları diqqətlə araşdırılmalıdır. 67.Sübutetmə yükünün bölüşdürülməsi baxımından da məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürən zərərçəkən - məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin davranışının hüquqa zidd olmasına, sonuncunun işəgötürənin (tapşırıq verənin) işçisi və ya öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi şəxs olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir.
68. Hazırkı işin hallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC tərəfindən Cavabdeh2 - məzmunu "xxxx" MMC-nin adından bütün məhkəmə instansiyalarında iddiaçı və cavabdeh olduğu işlərdə nümayəndə qismində çıxış etmək, həmçinin iddia ərizəsini imzalamaq, işi münsiflər məhkəməsinə vermək, iddianın predmetini və ya əsasını dəyişdirmək, barışıq sazişi bağlamaq, səlahiyyətini başqa şəxsə tapşırmaq, məhkəmə aktından şikayət vermək, məhkəmə aktının məcburi icrasını tələb etmək, qət olunmuş əmlakı və ya pul məbləğini almaq səlahiyyətlərinin etibar edilməsindən ibarət olan etibarnamə verilmişdir.
69. Cavabdeh2 MMC-nin tam səlahiyyətli nümayəndəsi olaraq Abşeron Rayon Zəhmətkeş Deputatları Soveti İcrayyə Komitəsi tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsində Azərbaycan SSR “Kommunist” Nəşriyyatına ayrılmış və 20 fevral 1981-ci il tarixli “X13 aid Dövlət akt”da göstərilən sərhədlər daxilində olan 15 hektar torpaq sahəsindən müvafiq şəxslərin çıxarılması, həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililərin sökülməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-3152/2016 nömrəli icra vərəqəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsində həqiqətən iştirak etmişdir. Beləliklə də, həmin qətnamə icra edilən zaman Cavabdeh2 ilə MMC arasında əmək müqaviləsi olmasa da, onlar mülki hüquqi müqavilədən (tapşırıq müqaviləsi) irəli gələn öhdəlik hüquq münasibətlərində olmuşlar.
70. Göründüyü kimi MMC-nin müvafiq öhdəliklərin icrası üçün Cavabdeh2 xidmətlərindən istifadə etdiyi halı iş materiallarına əsasən öz təsdiqini tapmışdır. İddiaçının zərərə uğradığı faktı da müəyyən edilmişdir.
71. Hazırda da istinad olunan normanın digər dispozisiya şərtlərinin, yəni MMC-nin mülki hüquq məsuliyyətinin yaranmasını əsaslandıran digər halların mövcudluğunu müəyyən etmək məqsədilə işdə olan sübutlara əsasən iddiaçının əmlak hüquqlarına zərər dəyməsinin Cavabdeh2 MMC-nin fəaliyyət dairəsinə aid olan tapşırıqları yerinə yetirərkən yol verdiyi hüquqazidd davranışı nəticəsində baş verdiyi, hüquqazidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olduğu müəyyən edilməlidir.
72. Belə ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-3152/2016 nömrəli qətnaməsi ilə Abşeron rayon ZDS İK tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində 15,0 ha torpaq sahəsinin yardımçı kənd təsərrüfatı üçün pulsuz və müddətsiz "Kommunist" Nəşriyyatına ayrıldığı, bununla "X13 X45"nın tərtib olunaraq dövlət aktlarının qeydiyyatı kitabında 20 fevral 1981-ci il tarixində 64 nömrə ilə qeyd edildiyi, 1984-cü ilin yanvar ayında Bakı şəhər XDS İK-nın 43/1155 saylı qərarı ilə "Kommunist" Nəşriyyatının yardımçı təsərrüfatını öz balansına götürdüyü, 30 oktyabr 1982-ci il tarixində Bakı şəhər İXB-nın 1768 saylı sərəncamı ilə Sabunçu rayonu Nardaran qəsəbəsinin Şimal hissəsində yerləşən Bakı Şəhər İH-nın Yaşıllaşdırma Baş İdarəsinə mənsub olan yardımçı təsərrüfatın Respublika Dövlət Nəşriyyatı Komitəsinə verilməsi qərara alındığı, qeyd olunan sərəncam ilə Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin 11 noyabr 1992-ci il tarixli 80 saylı qərarı ilə ayrılmış yardımçı təsərrüfat sahəsinin əvəllər "xxxx"na aid olduğuna görə yenidən həmin Nəşriyyatın balansına verildiyi və Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin 13 noyabr 1992-ci il tarixli 126 saylı əmri ilə "xxxx"na təhvil verildiyi müəyyən edilmişdir.
73. Həmin qətnamə icra olunması üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir.
74. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)- 3152/2016 nömrəli icra vərəqəsinə uyğun olaraq hərəkət edən Sabunçu rayon İcra Şöbəsi tərəfindən Nardaran qəsəbəsində yerləşən və "xxxx" MMC-yə məxsus olan 15 hektar torpağın zəbt olunması hallarını aradan qaldırmış, torpaq sahəsi yenidən "xxxx" MMC-nin istifadəsinə verilmişdir. xx.xx.2017-ci il tarixində də icra sənədinin tam icra olunmasını təsdiq edən müvafiq sənədlər tərtib olunmuş, tələbkar icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
75. Nəzərə alınmalıdır ki, icra qanunvericiliyinə görə məhkəmələrin mülki və sair mübahisələrə dair qərarların məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət isə icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
76. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru “İcra haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində müvafiq tədbirləri görür.
77. Borclunun müvafiq sahədən çıxarılması haqqında icra sənədinin icrası ilə əlaqədar da icra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, və s. çıxarılmasını təmin edir. Çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Bu tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu yuxarıda adı çəkilən Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür.
78. İşdə olan sənədlərə əsasən də müəyyən edilir ki, borcluların torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililərin sökülməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-3152/2016 nömrəli icra vərəqəsində nəzərdə tutulan tələblər borclular tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədiyindən, həmin tələblərin məcburi qaydada icra edilməsi üçün icra məmuru tərəfindən müvafiq tədbirlər görülmüşdür.
79. Bu zaman icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurunun fəaliyyətinə cavabdehin nümayəndəsi vasitəsilə müdaxilə etməsi, icra sənədinin məcburi qaydada icrasına rəhbərlik etməsi halları müəyyən edilməmişdir. Cavabdehlərin icra prosesinə hər hansı formada təsir etmək imkanına malik olması müvafiq qanunvericiliyə əsasən ümumiyyətlə istisna olunur.
80. Belə ki, bu hallar baş verdiyi təqdirdə cavabdehlər məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxs olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi müzakirə edilərdi, bu barədə icra məmuru tərəfindən müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verilərdi. Hazırki halda cavabdehlər barəsində yuxarıda qeyd olunan tədbirlərdən tətbiq edildiyi müəyyən edilmir.
81. İşdə olan sübutlara əsasən də cavabdeh MMC-nin nümayəndəsi olan Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)- 3152/2016 nömrəli icra vərəqəsində əks olunan tələblərin icrasına rəhbərlik etdiyini, icra məmurunu bu tələblərdən kənara çıxmasına məcbur etdiyini, bununla da adı çəkilən MMC ilə mülki hüquq münasibətlərində olan cavabdehin hüquqi şəxsin tapşırığına əsasən və ya öz səriştəsizliyi ucbatından hüquqa zidd davranışa yol verdiyi, yəni təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər dəydiyini müəyyən etmək mümkün olmur.
82. Zərərin yaranmasına əsas olmuş hadisənin müvafiq torpaq sahəsinin Sabunçu rayon İcra Şöbəsi tərəfindən cavabdeh quruma təhvil verildikdən sonra baş verdiyi halda belə, cavabdehin mülki məsuliyyətə cəlb edilməsi üçün Cavabdeh2 əməli təqsirli olaraq törətdiyi, davranışının həqiqətən qanunazidd olduğu hallar müəyyən edilməlidir.
83. Yuxarıda da qeyd edildiyi kimi, təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir. Hüquq pozuntusu ilə bağlı yaranan öhdəliklərdə təqsir, vurulmuş zərərə görə mülki məsuliyyətin şərtidir və şəxsin törədilmiş qanunsuz hərəkətə və onun nəticələrinə qarşı psixi münasibətini ifadə edir. Şəxsin məsuliyyəti, zərərin baş verməsini arzu etdiyi və ya şüurlu surətdə buna yol verdiyi (qəsd), yaxud da onun qarşısını almaq üçün müvafiq tədbirlər görmədiyi (səhlənkarlıq) halda yarana bilər.
84. Təqsirli olaraq törədilmiş əməlin hüquqa zidd olması da ilk növbədə əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olmasını nəzərdə tutur, yəni hüquq qaydasının pozulması halının baş verməli olması ilə şərtləndirilir.
85. İş materiallarından göründüyü kimi cavabdeh, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təmsil etdiyi hüquqi şəxsə məxsusluğu müəyyən edilmiş torpaq sahəsini müvafiq icra qurumundan təhvil aldıqdan sonra, verilmiş torpağın hüdudlarında təyinatı üzrə istifadəyə yararlı vəziyyətə (yardımçı kənd təsərrüfatı) gətirilməsi üçün müvafiq tədbirləri həyata keçirməyi davam etdirmişdir. Belə olan halda icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı əsasında hərəkət edən cavabdehin mülki məsuliyyətinin yaranması istisna olunur, çünki bu məhkəmə aktı onun hərəkətlərinin əsasını təşkil edirdi. Hüquqazidd davranış olaraq nəzərə alınması tələb edilən bu hərəkətlərin cavabdehin qanunsuz niyyətinin və ya səhlənkarlığının nəticəsi kimi təsdiq edilməsi da mülki qanunvericiliyin tələblərinə ziddir.
86. Belə ki, iddiaçının Sabunçu rayon Polis İdarəsinə etdiyi müraciəti üzrə Cavabdeh2 verdiyi izahatdan görünür ki, o, 2017-ci ilin oktyabr ayının 19-da icraçılar tərəfindən torpaq sahəsinin onlara təhvil verildiyini, təhvil verilmiş həmin torpaq sahəsində bir neçə vətəndaşın torpağı hasara almasını gördüyünü, bununla əlaqədar müvafiq qurumlara, o cümlədən DİN-ə məktub yazıb bu barədə məlumat verdiyini, idarənin əməkdaşları və polis əməkdaşları ilə birlikdə texnika ilə həmin torpaq sahəsinə getdiyini bildirmişdir (s. 216e).
87. İş materiallarına əlavə edilmiş "xxxx"nın Baş direktoru Ağabəy Əsgərov tərəfindən Sabunçu rayon Polis İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubuna əsasən xx.xx.2017-ci il tarixdə Sabunçu rayon İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinə uyğun olaraq, Nardaran qəsəbəsində yerləşən və "xxxx"na məxsus olan 15 hektar torpağın zəbt olunması hallarının aradan qaldırıldığı və yenidən "xxxx"nın istifadəsinə verildiyi və bu barədə aidiyyəti sənədlərin tərtib olunduğu barədə məlumat verilmişdir. Sözügedən torpaq sahəsində görülə biləcək hər bir qanunsuz işin qarşısının alınmasının nəzarətə götürülməsi xahiş edilmişdir.
88. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin “Azərbaycan” Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərova ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubunda da Nardaran qəsəbəsində "xxxx"na məxsus olan 15 hektar torpağ sahəsində hər hansı bir qanunsuz işlər görüldüyü halda, tərəflərindən qabaqlayıcı tədbirlər görülərək məlumat veriləcəyi bildirilmişdir.
89. İddiaçının Sabunçu rayon Polis İdarəsinə etdiyi müraciəti üzrə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır.
90. Beləliklə də, yuxarıda sadalanan maddələrin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, mövcud vəziyyətdə Cavabdeh2 və öz səlahiyyətlərini ötürən, üçüncü şəxslər qarşısında verdiyi tapşırıqlara uyğun hərəkət etməyən fiziki şəxsə görə məsuliyyət daşıyan digər cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.
91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
93. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
94. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası apellyasiya baxışının predmeti olan hissədə rədd edilməlidir.
95. Belə ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz.
96. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
97. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-119/2025 saylı 20 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası apellyasiya baxışının predmeti olan hissədə rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev