Məhkəmə qərarları › İş №2(103)-4621/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4621/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4621/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasında bağlanmış 22.10.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin, həmin müqavilə üzrə 21.09.2020-ci il tarixinə olan əsas borc kimi 6.212,35 manat, faiz borcu kimi 524,1 manat, dəbbə pulu kimi 1.371,12 manat, cəmi 8.107,57 manat cavabdehlərdən – borcalan Cavabdeh1 və zamin Cavabdeh2 iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, kredit müqaviləsi ləğv edilsin, 21.09.2020-ci il tarxinə əsas borc kimi 6.212,35 manat, faiz borcu kimi 524,1 manat, dəbbə pulu kimi 100 manat, cəmi 6.836,45 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, bank xidmət haqqının əvəzi kimi 0,40 manat cavabdehlərdən müşətək qaydada iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi rədd edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və yeni qətnamə qəbul olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya şikayəti rədd olunmalıdır. Belə ki, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, borc alanın bankın qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində lazımi qaydada əsaslandırılıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin borc alana aid olan hissəsinin ləğv edilməsi üçün əsas yoxdur. Zamin qətnamədən apellyasiya şikayəti vermədiyinə görə qətnamənin zaminə aid olan hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar