Məhkəmə qərarları › İş №2(103)-463/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-463/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-463/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdeh Azərbaycan Notariat Palatasının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Notariat Palatasına qarşı «xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair ilk iddiası; Azərbaycan Notariat Palatasının İddiaçı MMC-yə qarşı «artıq ödənilmiş pul vəsaitinin qaytarılması» tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1555/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC və cavabdeh Azərbaycan Notariat Palatası tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı MMC (icarəyə verən) ilə Azərbaycan Notariat Palatası (icarəçi) arasında 19 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən icarə hüququ ilə İddiaçı MMC-nin istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 E ünvanında yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 m 2 olan qeyri yaşayış sahəsi Azərbaycan Notariat Palatasına subicarəyə verilmişdir. Bunun müqabilində Azərbaycan Notariat Palatası illik ƏDV xaric 42.624 manat məbləğində icarə haqqı (ƏDV daxil aylıq icarə haqqı 4191,36 manat təşkil edir) ödəməyi öhdəsinə götürmüşdür. Hazırda ilkin İddiaçı MMC icarə haqqına görə 19.438,41 manat məbləğində borcun Azərbaycan Notariat Palatasından tutulması tələbinə dair ilkin iddia qaldırmışdır. Qarşılıqlı iddiaçı Azərbaycan Notariat Palatası isə xüsusi karantin rejiminin tətbiq edildiyi bəzi aylar üçün icarə haqqını ödədiklərini, nəticədə 3403,72 manat məbləğində artıq ödəmənin yarandığını əsas göstərərək İddiaçı MMC-yə artıq ödədikləri 3403,72 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə qarşılıqlı iddia qaldırmışdır. Bakı Kommersiya məhkəməsindəki icraat İddiaçı MMC cavabdeh Azərbaycan Notariat Palatasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Notariat Palatasından xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 19.294,23 manat əsas borc məbləğinin və mediasiya xərcləri üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Azərbaycan Notariat Palatası arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarəyə verən Bakı şəhəri Xətai rayonu 25E Nobel prospektində yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 m2 olan və binanın mərtəbə planında göstərilən qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və bu müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Göstərilən ümumi icarə sahəsinin 111 m2 faydalı sahədir, qalan 53 m2 isə köməkçi sahədir. Müqavilənin 4-cü bəndinə əsasən icarə müddəti 1 il müddətinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər müəyyən edilir. Müqavilənin 5.1-ci bəndinə əsasən icarə obyektinin ümumi icarə haqqının illik məbləği 42.624 manat təşkil edir (ƏDV daxil olmamaq şərti ilə). Bu məbləğ icarə obyektindən istifadəyə görə 27.866 manat icarə haqqından və müqavilənin 5.6-cı bəndində göstərilən xidmətlərə görə 14.758 manat xərcdən ibarətdir. Tam təqvim ayına görə icarə haqqı icarə obyekti üzrə illik icarə haqqının 1/12 hissəsinə bərabər olmaqla müəyyən edilir. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra edilsə də, cavabdeh tərəfindən qismən icra edilmiş, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust aylarına görə olan icarə haqqı məbləği ödənilməmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 19.294,23 manat məbləğində icarə haqqı borcu yaranmışdır. İcarə haqqı borcuna ƏDV məbləği də daxildir. Qeyd olunan icarə haqqı borcu ilə bağlı cavabdehə pretenziya məktubu ilə müraciət etsələr də, müraciətləri cavabsız qalmışdır. Bundan əlavə, aralarında olan mübahisə mediasiya prosesində həll edilməmişdir. Bununla bağlı, 2 saylı Mediasiya Təşkilatından müvafiq arayış verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Bununla yanaşı cavabdeh Azərbaycan Notariat Palatası məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, artıq ödənilmiş 3.403,72 manat məbləğində pul, ödənilmiş dövlət rüsumu və xidmət haqqının İddiaçı MMC-dən tutularaq Azərbaycan Notariat Palatasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Azərbaycan Notariat Palatası arasında Bakı şəhəri Xətai rayonu Nobel prospekti 25E ünvanda yerləşən "xxxx" MMC-yə məxsus binada yerləşən 164 m2 (faktiki 111 m2) olan qeyriyaşayış sahəsinin 1 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixli icarə (subicarə qaydasında) müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 5.5-ci bəndinə əsasən, icarə üzrə hər hesabat dövrünə görə icarə haqqının ödənilməsi icarəçi tərəfindən icarəyə verənin təqdim etdiyi hesab-faktura əsasında həyata keçirilir. Həmin müqavilənin 10-cu bəndinə əsasən, tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irəli gələn bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Bu hallar baş verdiyi təqdirdə, bu halların təsiri nəticəsində öz öhdəliklərini icra etmək tam və ya qismən iqtidarında olmayan tərəf bu hallar barədə digər tərəfə 10 gün müddətində yazılı şəkildə bildiriş göndərməyi öhdəsinə götürür. Bildirişdə bu halların xüsusiyyətləri haqqında məlumatlar və mümkün olduğu halda, bu halların tərəfin bu müqavilə üzrə öhdəliklərinin icrasının mümkünlüyünə təsir göstərməsinin qiymətləndirilməsi və öhdəliklərin icra müddəti öz əksini tapmalıdır. Fors-major halların mövcudluğu barədə vaxtında məlumat verməmə müvafiq tərəfi gələcəkdə həmin hallara istinad etmək hüququndan məhrum edir. Məlum olduğu kimi, koronavirus pandemiyası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, xx.xx.2020-ci il tarixdən Azərbaycanda karantin rejimi tətbiq olunmuş, sosial izolyasiya və tibbi xarakterli təhlükəsizlik tədbirlərinə görə insanların hərəkəti məhdudlaşdırılmışdır. 2020-ci ilin mart ayının 29-dan etibarən isə ümumiyyətlə respublikada xüsusi (gücləndirilmiş) karantin rejiminə keçilməsi qərara alınmışdır. Bununla əlaqədar, Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli, 16 saylı məktubla müraciət edilərək, yuxarıda göstərilənlərə əsasən, Notariat Palatasının iş fəaliyyətinin dayandırıldığı, Respublikada karantin müddətinin tətbiqi və qeyri-iş günlərinin başlanılmasından, yəni xx.xx.2020-ci il tarixdən tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin müqaviləyə xitam verilmədən dayandırılması və ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılması bildirilmiş, ofisdən istifadə edilməməsinin İddiaçı MMC-nin nümayəndəsinin iştirakı ilə rəsmiləşdirilməsinin mümkünlüyü izah edilmiş, karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsi qanunamüvafiq hesab edildiyi qeyd edilmişdir. Qeyd olunan məktuba İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə elektron poçt vasitəsilə cavab verilərək, müqaviləyə xitam verilməsinə etiraz edilmədiyi qeyd edilmiş, həmçinin karantin müddətinin qüvvədə olduğu aylar üzrə icarə haqqının 10 manata endirilməsi, əks halda ofisin geri təhvil verilməsi təklif edilmişdir. Lakin, qeyd olunan təklif (icarə haqqının 10 manata endirilməsi) Azərbaycan Notariat Palatası tərəfindən qəbul edilməmiş, həmçinin ofis geri təhvil alınmamışdır. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Notariat Palatasının rəhbərliyi ilə İddiaçı MMC-nin rəhbərliyi arasında qeyd olunanlarla bağlı danışıqlar da olmuş və icarə müqaviləsinə xitam verilmədən icarə haqqının ödənilməsinin dayandırılması barədə razılaşma əldə olunmuş, ödənişin dayandırılması şərtilə icarə müqaviləsinə xitam verilməmişdir. Çünki, hamı bildiyi kimi, pandemiya dövründə əksər icarəçilər ofislərdən istifadə etməmiş və heç kim də istifadə etmədiyi sahəyə görə ödəniş aparmamışdır. Daha sonra, Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə oxşar məzmunlu müraciətlər edilmiş, lakin qeyd olunan müraciətlərə İddiaçı MMC tərəfindən yazılı münasibət bildirilməmiş, şifahi olaraq razılaşdırılmış, ofisdən istifadə edilməməsinin rəsmiləşdirilməsi təklif edilsə də, hər hansı nümayəndə göndərilməmişdir. Əlavə olaraq bildirirlər ki, icarə haqqı və kommunal xidmətlərə görə Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş elektron qaimələrə əsasən, aşağıdakı cədvələ uyğun ödənişlər (ƏDV ilə birlikdə) həyata keçirilmişdir: 2020-ci ilin fevral ayı üçün icarə haqqı– 1.589,83 manat; 2020-ci ilin mart ayı üçün icarə haqqı– 4.191,36 manat; 2020-ci ilin iyun ayı üçün icarə haqqı– 3.478,83 manat; 2020 mart ayı üçün kommunal xərclər– 61,99 manat, iyun ayı üçün kommunal xərclər– 20,52 manat, 2020-ci ilin sentyabr ayı üçün icarə haqqı– 2.375,10 manat, 2020-ci ilin sentyabr ayı üçün kommunal xərclər – 33,21 manat, 2020-ci ilin sentyabr ayı üçün icarə haqqı– 4.191,36 manat, 2020-ci ilin oktyabr ayı üçün icarə haqqı– 4.191,36 manat, 2020-ci ilin noyabr ayı üçün icarə haqqı– 3.476,28 manat; 2020-ci ilin oktyabr ayı üçün kommunal xərclər 21,96. Cəmi hesablanıb: 19.440,44, cəmi ödənilib: 19.440,44 manat. Göründüyü kimi, Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə ümumilikdə 19.440,44 manat məbləğində pul vəsaiti ödənilmişdir ki, bu məbləğə hətta icarə obyektinin faktiki istifadə olunmadığı bəzi dövrlər də aiddir. Belə ki, aylıq icarə haqları öncədən bütün ay üçün ödənilsə də, bəzi ayların müəyyən dövrlərində icarə obyektindən istifadə edilməmiş, bununla bağlı İddiaçı MMC-yə yuxarıda qeyd olunan müraciətlər göndərilmişdir. Beləliklə də, İddiaçı MMC-yə ümumilikdə 3.403,72 manat (2020-ci ilin mart ayı üzrə 1.757,67 manat, iyun ayı üzrə 964,01 manat və noyabr ayı üzrə 682,04 manat) artıq vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 556.1-ci maddəsinə əsasən, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Həmin Məcəllənin 557.1-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Beləliklə, tərəflər arasında bağlanılmış Müqavilənin 10-cu bəndinə əsasən, koronavirus pandemiyası (fors-major halı) barəsində Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə yazılı şəkildə bildiriş göndərilmiş, karantin rejimi qüvvədə olduğu müddətlər ərzində icarə obyektindən istifadə edilməmiş, İddiaçı MMC tərəfindən müqaviləyə xitam verilmədən icarə haqqı ödənişinin dayandırılmasına etiraz edilməmişdir. Məhz bu səbəbdən, həmçinin razılaşmalara görə, ofisdən istifadə edilməyən dövrlər üçün İddiaçı MMC tərəfindən Azərbaycan Notariat Palatasına elektron qaimələr də göndərilməmişdir. Eyni zamanda, tərəflər arasında karantin rejimi qüvvədə olduğu müddətlər ərzində icarə haqqı ödənilməməsi barədə razılaşmanın nəticəsidir ki, İddiaçı MMC tərəfindən hazırkı iddia yalnız 2 ildən sonra– "xxxx" MMC ilə mübahisələri üzrə qəbul olunmuş məhkəmə qərarı qüvvəyə mindikdən sonra qaldırılmışdır. Əks halda tərəflər arasında bağlanılmış müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma, icarə haqqı borcunun ödənilməsi və s. kimi iddialar iddiaçının istinad etdiyi 2020-ci ilin iyun ayından etibarən qısa müddət ərzində verilmiş olardı və ya ən azından bu barədə həmin müddətdə Azərbaycan Notariat Palatasına pretenziya qaydasında müraciət olunardı. Lakin bunun əksinə, Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə yuxarıda göstərilən 3.403,72 manat artıq ödəmə aparılmışdır. Həmçinin iddia ərizəsində qeyd olunur ki, icarə haqqı borcu ilə bağlı Azərbaycan Notariat Palatasına pretenziya məktubu ilə müraciət edilsə də, müraciət cavabsız qalmışdır. Bununla bağlı bildirirlər ki, iddiaçının bu mövqeyi həqiqəti əks etdirmir. Belə ki, İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli pretenziyasına Azərbaycan Notariat Palatası tərəfindən xx.xx.2022 tarixli, 21 saylı məktubla cavab verilmişdir. Bundan başqa, qeyd etməyi zəruri hesab edirlər ki, hazırkı iddia ərizəsinə əsasən, İddiaçı MMC tərəfindən Azərbaycan Notariat Palatasından 19.294,23 manat icarə haqqı tələb edilir və həmin məbləğin 2020-ci ilin aprel, may, iyun, iyul və avqust ayları üzrə icarə haqqı olduğu bildirilir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli icarə (subicarə qaydasında) müqaviləsinin 5-ci bəndinə əsasən, illik icarə haqqı 42.624 (27.866 icarə + 14.758 xidmət haqqı) manat (ƏDV xaric) təşkil edir. Belə olan halda, tələbin əsasını təşkil edən 5 ay 2020-ci ilin aprel, may, iyun, iyul və avqust ayları üçün hesablanmış icarə haqqı 42.624 / 12 X 5=17.760 manat + 3.196,8 manat (18 % ƏDV) = 20.956,80 manat təşkil edir. Həmin dövr üçün İddiaçı MMC-nin xx.xx.2020 tarixli elektron qaiməsinə əsasən, Azərbaycan Notariat Palatası tərəfindən 3.478,83 manat ödənildiyi nəzərə alınarsa, geri qalan məbləğ 17.477,97 manat təşkil edir ki, bu da iddia tələbi ilə uyğunsuzluq təşkil edir. Başqa sözlə, İddiaçı MMC tərəfindən 19.294,23 manat icarə haqqı tələb edilərkən, məhz hansı dövrlər üçün hansı məbləğin hesablandığının aydınlaşdırılmasına zərurət vardır. Digər tərəfdən, məhkəməyə məlumat üçün bildirirlər ki, iddiaçı "xxxx" MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2020-ci ilin iyun, iyul, avqust və noyabr aylarının əsas icarə haqqı 12.175,92 manat, kommunal xərclərin cəmi 7,37 manat, öhdəliklərinin yerinə yetirilməsinin gecikdirilməsinə görə 6.184,24 manat dəbbə pulunun, 1.200 manat vəkil xərclərinin, 30 manat dövlət rüsumu olmaqla, cəmi 19.597,53 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2000/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən əsas icarə haqqı 8.638,38 manat, kommunal xərclərə görə 7,37 manat, 500 manat dəbbə pulu, 400 manat vəkil xərci, ümumilikdə 9.545,75 manat məbləğdə pulun və 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki (səhifə 5-6), «Məhkəmə ölkə ərazisində həmin dövrdə sərt karantin rejiminin tətbiq edildiyini, cavabdehin, o cümlədən subicarəçi Azərbaycan Notariat Palatasının faəliyyətinə Nazirlər Kabinetinin həmin Qərarına əsasən icazə verilmədiyini, adıçəkilən qərarda göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə müstəsna hallarda yol verildiyini, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 10.1-ci bəndində tərəflərin onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra dövlət hakimiyyəti orqanlarının aktları (fors-major) halların mövcudluğundan irəli gələn həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir tərəfin məsuliyyət daşımadığının göstərilməsini, həmin hal nəticəsində cavabdehin öhdəliklərini icra edə bilməyəcəyi barədə müqavilənin 10.2-ci bəndinə əsasən 10 (gün) müddətində, yəni xx.xx.2020-ci il tarixdə iddiaçıya yazılı bildiriş göndərdiyini, beləliklə bu hissədə öz öhdəliyini icra etdiyini nəzərə alaraq belə hesab edir ki, cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tələb edilən icarə haqlarını ödəməkdən azad edilməlidir.» Həmin Qətnamədən narazı qalan tərəflər apellyasiya şikayətləri vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-976/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2000/2021 saylı, 16 iyun 2021ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən 12.175,92 manat icarə haqqı, 7,37 manat kommunal xərcləri, 600 manat dəbbə pulu və 500 manat vəkil xərclərinin əvəzi olmaqla, cəmi 13.283,29 manat məbləğdə pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh öz fəaliyyətini icarəyə verilmiş ofisdə həyata keçirməmiş, onun fəaliyyəti ona icarəyə verilmiş sahənin sonradan sub-icarəyə verilməsindən ibarət olmuşdur. Həmin qətnamədən cavabdeh İddiaçı MMC tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli 2-2(103)-976/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan Qərarda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsində əks olunmuş hüquqi mövqe ilə razılaşmışdır. Göründüyü kimi, e-2-2(113)-2000/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnamədə Bakı Kommersiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 10.1-ci bəndinə əsasən, tərəflərin onların iradəsindən asılı olmayan və bu Müqavilə qüvvəyə mindikdən sonra dövlət hakimiyyəti orqanlarının aktları (fors-major) halların mövcudluğundan irəli gələn həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir tərəfin məsuliyyət daşımadığına istinad edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarınlarına əsasən, koronavirus pandemiyası ilə əlaqədar, Azərbaycanda karantin rejimi qüvvədə olduğu və insanların hərəkətinin məhdudlaşdırıldığı müddətlərə görə icarə haqqının tutulmasını əsassız hesab etmişdir. Sözügedən müqavilə şərti hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli icarə (subicarə qaydasında) müqaviləsində də mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 976/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə isə Bakı Kommersiya Məhkəməsinin sözügedən Qətnaməsi tamamilə başqa əsasa görə həmin iş üzrə cavabdeh İddiaçı MMCnin öz fəaliyyətini icarəyə verilmiş ofisdə həyata keçirməməsi və onun fəaliyyətinin ona icarəyə verilmiş sahənin sonradan subicarəyə verilməsindən ibarət olması əsası ilə ləğv edilmişdir. Hesab edirlər ki, burdan belə qənaətə gəlmək olar ki, İddiaçı MMC həmin qeyriyaşayış sahəsini Azərbaycan Notariat Palatasına icarəyə (subicarə qaydasında) verməmiş və özü istifadə etmiş olsa idi, Azərbaycanda karantin rejimi qüvvədə olduğu və insanların hərəkətinin məhdudlaşdırıldığı müddətlərə görə icarə haqqı tutulmamalı idi. Belə olan halda isə, qeyri-yaşayış sahəsi Azərbaycan Notariat Palatasına icarəyə verildiyi, Palatanın həmin qeyri-yaşayış sahəsindən istifadə etmək hüququnun olduğu halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarınlarına əsasən həmin qeyri-yaşayış sahəsindən istifadə edə bilmədiyinə görə və bu barədə hazırkı iş üzrə iddiaçıya vaxtında məlumat verildiyinə görə, tərəflər arasında bağlanılmış müqavilənin 10.1-ci maddəsinə uyğun olaraq, həmin müddətlərə görə icarə haqqı tutulmamalı, həmçinin 3.403,72 manat artıq ödəniş İddiaçı MMC-dən tutularaq, Azərbaycan Notariat Palatasına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. İİddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Notariat Palatasından xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 19.438,41 manat əsas borc məbləğinin və mediasiya xərcləri üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2782/2022 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Azərbaycan Notariat Palatasından ƏDV daxil 19.438,41 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, Azərbaycan Notariat Palatasının İddiaçı MMC-yə qarşı «artıq ödənilmiş pul vəsaitinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamədən Azərbaycan Notariat Palatası apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2 2(103)-71/2023 saylı qərardadı ilə cavabdeh Azərbaycan Notariat Palatasının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2 2(113)-2782/2022 saylı qətnaməsi ləğv edilmiş, işin aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindəki icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1555/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında mübahisə xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 2020-ci ilin koronavirus pandemiyası ilə əlaqədar gücləndirilmiş karantin rejiminin tətbiq edildiyi aylar üçün icarə haqqının ödənilməli olub-olmaması ilə bağlıdır. Mübahisəli hüquq münasibətlərində icarəçi olan ilkin cavabdeh, qarşılıqlı iddiaçı mübahisəli aylar üçün icarə haqqının ödənilməməli olması barədə dəlillərini iki fərqli halla əsaslandırmışdır. 1. Pandemiya ilə əlaqədar gücləndirilmiş karantin rejiminin tətbiq edilməsinin tərəflər arasında bağlanmış icarə müqaviləsinin 10-cu bəndində nəzərdə tutulmuş fors major hal olması və həmin halla bağlı icarəyə verənə müqavilədə nəzərdə tutulmuş müddətdə məlumat verilməsi. Göstərilən halla bağlı məhkəmə qeyd etmişdir ki, “fors-major” anlayışı Mülki Məcəllədə verilməsə də, mülki hüquq nəzəriyyəsinə əsasən fors-major dedikdə müqavilə öhdəliklərinin icra edilməsinin qeyri-mümkünlüyünə səbəb olan qarşısı alınmaz qüvvə başa düşülür. Forsmajor halların baş verməsi tərəfləri həmin halla əlaqədar öhdəliklərinin icra edilməməsinə görə məsuliyyətdən azad edir, eləcə də fors-major halın davam etdiyi müddətdə öhdəliyinin icra edilməsinə möhlət verilməsi üçün əsas verir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 10-cu bəndi fors-major hallarla bağlıdır. Həmin bəndə görə tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısı alınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irəli gələn bu müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Hamıya bəlli olan haldır ki, Koronavirus infeksiyası (Covid-19) dünya ölkələri arasında sürətlə yayılmağa davam etdiyindən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış və bir sıra qərarlar qəbul edilmişdir. Belə ki, təhsil ocaqlarında təhsil dayandırılmış, 14 mart 2020-ci il saat 00:00dan etibarən ölkə ərazisində bir sıra sosial izolyasiya tədbirləri tətbiq edilmiş, daha sonra, Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna giriş məhdudlaşdırılmışdır. Tətbiq olunan məhdudiyyətlər nəticəsində iqtisadiyyata mənfi təsirlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilmişdir. İş yerlərində əmək fəaliyyəti böyük ölçüdə dayandırılmışdır, müvafiq kompensasiyalar təyin olunmuşdur. Daha sonra tətbiq edilən məhdudiyyətlər ölkə ərazisində hər şəxsə təsir etmişdir və hamının mövcud vəziyyətdən nəinki xəbəri olmuş, vətəndaşlar, fiziki və hüquqi şəxslər, sahibkarlar, qurumlar Pandemiya ilə bağlı xəbərləri diqqətlə izləmişlər. Yuxarıda qeyd olunduğu kimi, dünyada, eləcə də Azərbaycan Respublikasında Koronavirus infeksiyası (Covid-19) ilə əlaqədar yaranmış vəziyyət hamıya bəlli olan haldır, elə hüquqi və fiziki şəxs yoxdur ki, tətbiq olunan məhdudiyyətlər onlara toxunmasın. İş materiallarına əlavə olunmuş İddiaçı MMC-nin mail ünvanına yazışmalarla bağlı sənədlərdən görünür ki, Azərbaycan Notariat Palatası daşınmaz əmlakı icarəyə götürdüyü İddiaçı MMC-yə yaranmış fors-major halla bağlı məlumat vermişdir. Elektron ünvan 1 və Elektron ünvan 2 mail ünvanlarına tətbiq olunmuş karantinlə bağlı məktublar ünvanlanmış, cavablar alınmışdır. Göründüyü kimi, dünya və ölkə miqyasında tüğyan edən Koronavirus infeksiyası (Covid-19) ilə əlaqədar fors-major vəziyyət ilk iddia üzrə iddiaçıya məlum olmuş, eləcə də, bununla bağlı ilk iddia üzrə cavabdehin işində yaranmış durğunluq ilk iddia üzrə iddiaçı tərəfin nəzərinə çatdırılmışdır. Bu barədə məlumat, bilgi, ilk iddia üzrə iddiaçıya bildirilməsə idi belə, ilk iddia üzrə iddiaçının yaranmış fors-major vəziyyətdən məlumatı vardı. İlk iddia üzrə cavabdeh ondan icarə haqqı ödənişi tələb olunan dövr ərzində yaranmış fors-major halla bağlı fəaliyyət göstərməmişdir. Məhkəmə ölkə ərazisində həmin dövrdə sərt karantin rejiminin tətbiq edildiyini, tərəflərin Azərbaycan Notariat Palatasının faəliyyətinə Nazirlər Kabinetinin həmin Qərarına əsasən icazə verilmədiyini, adıçəkilən Qərarda göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə müstəsna hallarda yol verildiyini, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 10.1-ci bəndində tərəflərin onların iradəsindən asılı olmayan və bu Müqavilə qüvvəyə mindikdən sonra ... dövlət hakimiyyəti orqanlarının aktları (fors-major) halların mövcudluğundan irəli gələn həmin Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir tərəfin məsuliyyət daşımadığının göstərilməsini, həmin hal nəticəsində cavabdehin öhdəliklərini icra edə bilməyəcəyi barədə müqavilənin 10.2-ci bəndinə əsasən 10 (gün) müddətində, iddiaçıya yazılı bildiriş göndərdiyini, beləliklə bu hissədə öz öhdəliyini icra etdiyini nəzərə alaraq belə hesab etmişdir ki, ilk iddia üzrə iddiaçının ilk iddia üzrə cavabdehdən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranması iddia edilən icarə haqqı borcu qismində vəsait tələb etməsi üçün əsaslar yoxdur. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia da əsassız olduğundan təmin edilə bilməz. Əvvəla ona görə ki, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Notariat Palatası qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (tam şəkildə icarə haqqı ödənilən ay, aylar, dövr ərzində bəzi günlərdə faktiki fəaliyyət göstərməməsinə) dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İkinci bir tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Notariat Palatası belə bir hal mövcud olsa idi, artıq ödənilməsini iddia etdiyi vəsaitin qaytarılması üçün məhkəmədə ona qarşı ilk iddianın qaldırılmasını gözləməz, əgər hüquqları pozulsa idi, icarəyə verənə, daha sonra mediasiya təşkilatına, ən nəhayət məhkəməyə müraciət edərdi. Üçüncüsü, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Notariat Palatası tam təqvim ayı üzrə ödəniş etdiyi dövrlərdə faktiki fəaliyyət göstərmədiyini qeyd etdiyi günlər barədə ilk iddia üzrə iddiaçıya öncədən məlumat verməmişdir. Bununla da, ilk iddia üzrə iddiaçını icarəyə verilmiş daşınmaz əmlakın həmin günlərdə faktiki istifadə edilib-edilməməsini yoxlamaq imkanından məhrum etmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı MMC və cavabdeh Azərbaycan Notariat Palatası tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır və müqavilə münaibətləri mövcuddur. Bu müqavilənin 10-cu maddəsi forsmajor xarakterli halları tənzimləyir. Belə ki, 10.1-ci bəndində hansı halların fors-major sayılması, 10.2-ci bəndində isə bu halların baş verməsi zamanı tənzimləmələr göstərilir. Tərəflər arasında müqavilə məcburi hüquqi qüvvəyə malikdir və hər birinə şamil olunur. Burada əsas iki məqam mövcuddur: 1. Müqavilə münasibətlərinə fors-major halın tədbiqində tərəflərin razılaşması ilə müəyyənləşdirilən müqavilənin 10.2-ci və 10.3-cü maddəsi. İlk olaraq, burada fors-major halın baş verməsi zamanı öhdəlikləri icra etmək iqtidarında olmayan tərəfin 10 gün müddətində bildiriş göndərmək öhdəliyi nəzərdə tutulur. Ardı ilə qeyd olunur ki, bu vəzifəni yerinə yetirməyən tərəf gələcəkdə bu hala istinad etmək hüququndan məhrum olunur. Sual olunur: İşin halları və ya hər hansı sübutla təsdiq edilib ki, cavabdeh iddiaçıya bu barədə bildiriş göndərmişdirmi. Qeyd edilməlidir ki, cavabdeh elektron kabinetə yazılı müraciətlərini əlavə etsə də, həmin müraciətlərin İddiaçı MMC-yə çatdırılması barədə poçt qəbzlərini və ya hər hansı başqa sübutu əlavə etməmişdir. Yəni hər hansı sübutla təsdiq olunmur ki, həqiqətən də bu barədə bildiriş göndərilmişdir. Lakin birinci instansiya məhkəməsi bu dəlilə münasibət bildirməmiş və işin faktiki hallarını tam və hərtərəfli araşdırmayaraq qanunsuz qətnamə çıxarılmışdır. 2. Fors-major halın baş verməsi öhdəliyin yerinə yetirilməsindən azad edirmi. Cavabdeh həm bu halın fors-major hal olduğunu, həm də şəraitin əhəmiyyətli dəyişməsi olduğuna istinad edir. Bir hüquqi faktın hər iki hadisəyə aid olması mümkünsüzdür. Cavabdeh hüquqi müstəvidə özü müəyyənləşdirməmişdir ki, bu hal fors-major, yoxsa şəraitin əhəmiyyətli dəyişməsi halına aiddir. Yoxsa hər iki hala istinad etməzdi. Məlumdur ki, fors-major və şəraitin əhəmiyyətli dəyişməsi halı fərqli hallardır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Plenum Qərarı). Göründüyü kimi, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin icrası çətin şərtlərlə də olsa mümkün olur. Yəni burada cavabdeh şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edirsə, onun öhdəliyin icrasından azad olmuş olması mənasına gəlmir. Sadəcə olaraq mülki qanunvericilik tərəflərə hüquq verir ki, bu halın baş verməsi zamanı tərəflər müqaviləni dəyişdirə yaxud ləğv edə bilərlər. Mülki qanunvericiliyin normalarını nəzərdən keçirdikdə, öhdəliyin icrasından azad olmalı olduğu nəzərdə tutulmur. Fors-major halın tədbiqi olsa belə, bu cavabdehi öhdəliyin yerinə yetirməsindən azad etməyəcəkdir. Sadəcə olaraq, (əgər bu münasibətlərə forsmajor hal tədbiq olunacaqsa, ki bunun üçün də müqavilənin 10.3-cü bəndi tələblərinə əməl edilməlidir) məsuliyyətdən azad olunması üçün nəzərdə tutulmuşdur. “Fors-major” şərti cavabdehi borcu ödəmək öhdəliyindən azad etmir (bu öhdəlik daha sonra icra edilməlidir), sadəcə öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən azad edə bilər. Öhdəliyin icra edilməməsinə görə məsuliyyət tədbirləri isə zərərin, dəbbə pulunun, MMnin 445 və 449-cu maddəsində nəzərdə tutulmuş faizlərin ödənilməsidir. Cavabdeh fors-major halların mövcud olduğu və müqavilədə nəzərdə tutulmuş müddətdə xəbərdaretmə öhdəliyini icra etdiyi halda zərərin əvəzinin, dəbbə pulunun ödənilməsindən azad edilə bilərdi. Onların da belə tələbləri yoxdur, tələbləri əsas öhdəliyin icra edilməsidir. Cavabdeh dəlil olaraq bildirir ki, iddia həmin dövrdə yox məhz iki il sonra qaldırılmışdır və bu isə sübut edir ki, tərəflər öhdəliyin icrasının dayandırılması barədə razılaşma əldə ediblər. Bu dəlilin mübahisənin əhəmiyyətli həll edilməsinə təsiri məlum deyildir. Qanunla iddia müddəti tənzimlənmişdir və işin hallarından da göründüyü kimi iddiaçı həmin müddət ərzində iddia qaldırmışdır. Bu zaman iddianın verilmə müddəti ilə tərəflər arasında ödənişin dayandırılmasına dair nə kimi səbəbli əlaqə olması müəyyən deyildir. Cavabdeh şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə də istinad edərək guya “ödədiyi artıq” məbləğdə pul məbləğinin qaytarılmasını tələb edir. Əgər bir daha qeyd edilir ki, baş verən hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidirsə, öhdəliyin icrası mümkündür. Həmçinin, bu halla bağlı öhdəliyə xitam veriləcəksə belə ödədiyi “artıq” məbləğdə pulun geri qaytarılmasını tələb edə bilməz. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, hüquqi şəxs yalnız öz iştirakçıları və təmsilçiləri vasitəsi ilə mülki hüquqlar əldə edə bilər, vəzifələr öz üzərinə götürə bilər. Şahin Yusifovun iş materiallarında təmsilçilik barədə etibarnamə yoxdur. Həmçinin iş materiallarında Şahin Yusifovun təsisçi və ya direktor olması barədə məlumat və ya sübut yoxdur. O zaman məhkəmə hansı əsasla müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş məlumat vermə öhdəliyinin icra edilməsi qənaətinə gəlmişdir. Pandemiya ilə bağlı ölkədə xüsusi karantin rejimin tətbiq edilməsi iqtisadi sferanın əksər iştirakçılarına mənfi təsir göstərdiyi bir şəraitdə mülki dövriyyənin bir iştirakçısı (icarəyə verən) müqavilə üzrə öhdəliklərini icra etdiyi və digər tərəf həmin icradan bəhrələndiyi halda (belə ki, gücləndirilmiş karantin rejiminin davam etdiyi müddətdə mübahisəli icarə sahəsini boşaltması və icarəyə verənə təhvil verməsi iş materiallarından görünmür) ikinci tərəfin qarşılıqlı icradan azad edilməsi (icarəçi) birinci tərəfi digərinə nisbətən əlverişsiz vəziyyətə salmaqla mülki hüququn təməl prinsipi olan mülki hüququn təməl prinsipi olan mülki hüquq subyektlərinin bərabərliyi prinsiplərinə də ziddir. Məhkəmə qəbul etdiyi qətnamə ilə ən çox bu normanın tələblərini pozub. Belə ki, eyni icarə sahəsi ilə bağlı İcarəçi İddiaçı MMC-dən Ağ Şəhər Ofis Binası MMC-nin xeyrinə pul tutulmuşdur. Həmin iş üzrə ümumiləşmiş məhkəmə təcrübəsi var və karantin rejiminin olmasına baxmayaraq icarə haqqının ödənilməsi müəyyən edilmişdir. Lakin nədənsə hazırkı iş üzrə eyni icarə sahəsinə görə cavabdehdən pul tutulmamışdır. Bir-birinə zidd iki məhkəmə qərarı ola bilməz, bu hal ümumiləşmiş məhkəmə təcrübəsinə ziddir. Qətnamələrdən müəyyən olunur ki, məhkəmələr iddiaçını icarə haqqından azad etməyib. O zaman belə bir sual meydana çıxır - əgər icarə sahəsindən faktiki istifadəni Palata həyata keçiribsə və İddiaçı MMC icarə haqqından azad edilməyibsə, Palata hansı əsasla, hansı qanuna və ədalətə uyğun olaraq icarə haqqından azad edilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsində tərəflər arasında imzalanmış müqavilənin 10-cu bəndinə istinad edir və karantin rejiminə görə müqavilə üzrə öhdəliklərdən azad olduğunu bildirir. Lakin müqavilənin 10.2-ci bəndində göstərildiyi kimi cavabdeh tərəfindən fors-major hallar barədə iddiaçıya yazılı bildiriş göndərilməmişdir. Cavabdeh elektron kabinetə yazılı müraciətlərini əlavə etsə də həmin müraciətlərin İddiaçı MMC-yə çatdırılması barədə poçt qəbzlərini və ya hər hansı başqa sübutu əlavə etməmişdir. Elektron kabinetə yalnız Şahin Yusifov adlı şəxslə bir email yazışması əlavə olunub. Belə bir sual meydana çıxır - Şahin Yusifov kimdir, İddiaçı MMC ilə nə əlaqəsi var. İddiaçı MMC-də Şahin Yusifov adlı işçi olmayıb, əgər belə bir işçi olsa da onun İddiaçı MMC-nin adından səlahiyyət vermək qərarı yoxdur. Əgər belə bir işçi varsa ona məktubun çatdırılması İddiaçı MMC-yə məktubun çatdırılması hesab olunurmu. Müqavilədən görünür ki, müqavilənin rekvizitlər bölməsində bir ünvan var : Bakı şəhəri, Xətai rayonu, 25E Nobel prospekti. Cavabdeh iddiaçıya bildirişi ya müqavilədəki ünvana, ya da iddiaçının hüquqi ünvanına göndərməli idi. Belə bir yazılı bildirişi iddiaçı almamışdır. Cavabdeh özü də qarşılıqlı iddia ərizəsində iddiaçının yazılı münasibət bildirmədiyini qeyd etmişdir. Ona görə də məhkəmənin fors-major hallara istinad etməsi tərəflər arasında imzalanmış icarə müqaviləsinin 10.2-ci bəndinə əsasən əsassız və qanunsuzdur. Müqavilənin 10.3-cü bəndinə əsasən fors-major halların mövcudluğu barədə vaxtında məlumat verməmə müvafiq tərəfi gələcəkdə həmin hallara istinad etmək hüququndan məhrum edir. Həmçinin fors-major halların mövcudluğunu sübut etmək vəzifəsi də Palatanın üzərinə düşür. Müqavilənin məhz bu bəndlərini əsas gətirərək cavabdeh icarə haqqının ödənilməsi öhdəliyindən azad edilə bilməz. İş üzrə materiallarından görünür ki, cavabdehin fors-major halın tədbiqi ilə bağlı hər hansı yazılı müraciəti iddiaçıya təqdim olunmamışdır. Cavabdehin təqdim etdiyi materiallar isə digər sübutlarla təsdiq olunmur ki, həqiqətən iddiaçıya göndərilmişdir. Cavabdeh Azərbaycan Notariat Palatası tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci, 448.4-cü, 556.1-ci, 557.1-ci, 439.4-cü maddələrini tətbiq etməklə qarşılıqlı iddianı təmin etməli olduğu halda bunu etməmişdir. Qarşılıqlı iddia ərizəsinə İddiaçı MMC tərəfindən Azərbaycan Notariat Palatasına verilmiş elektron qaimələr, o cümlədən Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə ödənilmiş pul vəsaitlərinə dair ödəniş tapşırıqları məhkəməyə təqdim edilmişdir. Bu barədə məlumatlar da ətraflı və tam aydın şəkildə qarşılıqlı iddia ərizəsinin mətnində qeyd edilmişdir. Bundan başqa həm iddia ərizəsində, həm tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarında bu hallar, yəni pul vəsaitlərin nə vaxt və hansı məbləğdə ödənilməsi öz təsdiqini tapmışdır və bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının müvafiq qərarlarına əsasən hansı dövlərdə xüsusi (gücləndirilmiş) karantin rejiminə keçilməsi və bununla bağlı müəssisələrin (o cümlədən Azərbaycan Notariat Palatasının) iş fəaliyyətin dayandırılması da hamıya bəlli olan hallardır və bunun sübuta ehtiyacı yoxdur. Bununla bağlı qarşılıqlı iddia ərizəsində ətraflı məlumat verilmiş, müvafiq artıq ödənilmiş dövrlər hesablanaraq məhkəməyə təqdim edilmişdir. Digər tərəfdən, xüsusi (gücləndirilmiş) karantin rejimi dövrlərində Azərbaycan Notariat Palatasının icarəyə götürülmüş qeyri-yaşayış sahəsində fəaliyyət göstərməməsi Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə göndərilmiş məktublarda öz əksini tapmış, o cümlədən, iş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə İddiaçı MMC arasında baş vermiş mübahisə üzrə qəbul edilmiş məhkəmə aktlarında və həmin iş üzrə məhz İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə də öz əksini tapmışdır. Bu halı hazırki iş üzrə ilk iddiaçı özü təsdiq edir. Başqa sözlə xüsusi (gücləndirilmiş) karantin rejimi dövrlərində Azərbaycan Notariat Palatasının icarəyə götürülmüş qeyri-yaşayış sahəsində fəaliyyət göstərməməsi işin mübahisəsiz hallarındandır. Bundan başqa məhkəməyə nə zaman, kimə qarşı və hansı tələblə müraciət edilməsi Azərbaycan Notariat Palatasının vəzifəsi deyil hüququdur. Yalnız məhkəməyə dərhal deyil, məhz İddiaçı MMC-nin iddiasından sonra qarşılıqlı iddia ilə müraciət edilməsi heç bir halda qarşılıqlı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən məhkəməyə bildirilmişdir ki, tərəflər arasında olan yazışmalara və şifahi razılaşmaya əsasən, İddiaçı MMC xüsusi (gücləndirilmiş) karantin rejimi dövrlərinə görə Azərbaycan Notariat Palatasından hər-hansı vəsait tələb etməyəcəkdir. Bunun müqabilində isə artıq ödənilmiş vəsait də İddiaçı MMC-dən tələb edilməyəcəkdir. Məhz bu baxımdan keçən müddət ərzində nə Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə artıq ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlı hər hansı tələb (müraciət, pretenziya, iddia və s. qaydasında) irəli sürülməmiş, eyni qaydada həmin dövrlərdə İddiaçı MMC tərəfindən Azərbaycan Notariat Palatasına hər-hansı elektron qaimə göndərilməmiş, pul məbləği ödənilmədiyi təqdirdə hər-hansı pretenziya və tələb irəli sürülməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdir. Bu hal yalnız "xxxx" MMC ilə İddiaçı MMC arasında baş vermiş mübahisə üzrə qəbul edilmiş yekun məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra baş vermişdir. Məhkəmənin bu yanaşmasına görə belə çıxır ki, əgər İddiaçı MMC-nin hüquqları o vaxtdan pozulmuş olsa idi İddiaçı MMC 2 il gözləməz, icarəyə götürənə, daha sonra mediasiya təşkilatına, ən nəhayət məhkəməyə müraciət edərdi. Lakin İddiaçı MMC bunu etməsə də, hazırki iş üzrə ilk iddianı təmin etməyən məhkəmə bu hala istinad etməmişdir. Yəni iddiaların hər ikisini rədd edən məhkəmə tərəflərə qarşı ikili standartlar tətbiq etmişdir. Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarda Notariat Palatasının iş fəaliyyətinin dayandırıldığı, ofisdən istifadə edilməməsinin İddiaçı MMC-nin nümayəndəsinin iştirakı ilə rəsmiləşdirilməsinin mümkünlüyü İddiaçı MMC-yə bildirilmişdir. Məhkəmə bir tərəfdən ilk iddianı rədd edərkən həmin məktublara istinad etmiş, hətta Koronavirus infeksiyası (Covid-19) ilə əlaqədar yaranmış vəziyyətin hamıya bəlli olan hal olduğuna istinad edərək bunun sübuta ehtiyacı olmadığını qeyd etsə də, qarşılıqlı iddianı rədd edərkən bunun əksinə istinad edərək, iş materiallarında kifayət qədər sənəd və sübutun olmasına baxmayaraq, Azərbaycan Notariat Palatasının tam təqvim ayı üzrə ödəniş etdiyi dövrlərdə faktiki fəaliyyət göstərmədiyini qeyd etdiyi günlər barədə ilk iddia üzrə iddiaçıya öncədən məlumat vermədiyini qeyd etməklə ziddiyyətli və anlaşılmaz mövqedən çıxış etmişdir. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, "xxxx" MMC ilə İddiaçı MMC arasında baş vermiş mübahisə üzrə qəbul edilmiş məhkəmə aktlarında və həmin iş üzrə məhz İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə də xüsusi (gücləndirilmiş) karantin rejimini dövrlərində Notariat Palatasının ofisdən istifadə edilməməsini etiraf etmişlər. Həmçinin Notariat Palatası nəinki iddiaçını icarəyə verilmiş daşınmaz əmlakın həmin günlərdə faktiki istifadə edilib-edilməməsini yoxlamaq imkanından məhrum etmiş, əksinə ofisdən istifadə edilməməsinin İddiaçı MMC-nin nümayəndəsinin iştirakı ilə rəsmiləşdirilməsinin mümkünlüyü İddiaçı MMC-yə təklif edilmişdir. Lakin İddiaçı MMC bu hüququndan istifadə etməmiş, hazırki iş üzrə məhkəmədə də bu hala istinad etməməsinə baxmayaraq, məhkəmə nəyəsə görə belə əsassız və ziddiyyətli nəticəyə gəlmişdir. Bundan başqa, işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə işə ilk dəfə Bakı Kommersiya Məhkəməsində baxılarkən məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət təqdim edilərək, X5, X6, X7, X1 və X3 şahid qismində məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatət təqdim edilmiş, vəsatət təmin edilmiş, lakin prosessual pozuntuya yol verilərək, qeyd olunan şəxslərin şahid qismində dindirilməsi təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməsinə baxmayaraq, həmin şəxslərin şahid qismində məhkəməyə dəvət edilməsi ilə bağlı qərarın qanuni qüvvəsində olmasını nəzərə alaraq, onların şahid qismində məhkəməyə dəvət edilməsi təmin edilməli olduğu halda məhkəmə prosessual pozuntuya yol verərək onları məhz Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş Qətnamənin ləğvinə istinad etməklə məhkəməyə dəvət etməmişdir. Daha sonra eyni vəsatət bir daha Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilsə də təmin edilməmiş, bununla da işin tam, obyektiv və hərtərəfli araşdırmasına zəmin yaradılmamışdır. Qeyd olunan şəxslərin şahid qismində məhkəməyə dəvət edilməsi və dindirilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Notariat Palatasının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti müdadifə edərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi iştirak edərək, apellyasiya şikayətlərini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Son məhkəmə iclası barədə iddiaçının nümayəndəsinə məlumat verilsə də məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştitakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə almaqla hesab edir ki, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

İş materiallarından görünür ki, ilkin İddiaçı MMC yuxarıda göstərilən aylar üçün icarə haqqına görə 19.438,41 manat məbləğində borcun Azərbaycan Notariat Palatasından tutulması tələbinə dair ilkin iddia qaldırmışdır. Qarşılıqlı iddiaçı Azərbaycan Notariat Palatası isə tərəflər arasında bağlanmış icarə müqaviləsində tərəflərin forsmajor halların mövcudluğundan irəli gələn müqavilə öhdəliklərinin icra edilməməsinə görə məsuliyyətdən azad edilməsi barədə şərtin yer aldığını, 2020-ci ilin mart ayında koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsinin fors-major hal olduğunu, bu barədə İddiaçı MMC-yə məlumat verildiyini, eləcə də xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə icarə müqaviləsinə xitam verilmədən icarə haqqı ödənilməsinin dayandırılması barədə tərəflər arasında razılaşmanın bağlanmasını, buna baxmayaraq xüsusi karantin rejiminin tətbiq edildiyi bəzi aylar üçün icarə haqqını ödədiklərini, nəticədə 3403,72 manat məbləğində artıq ödəmənin yarandığını əsas göstərərək İddiaçı MMC-yə artıq ödədikləri 3403,72 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə qarşılıqlı iddia qaldırmışdır. Göründüyü kimi, tərəflər arasında mübahisə xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 2020-ci ilin koronavirus pandemiyası ilə əlaqədar gücləndirilmiş karantin rejiminin tətbiq edildiyi aylar üçün icarə haqqının ödənilməli olub-olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticələr işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamış, tərəflər arasında olan hazırki mübahisə ilə bağlı “fors-major” halına istinad etməsi düzgün olmamışdır. Belə ki, “fors-major” anlayışı Mülki Məcəllədə verilməsə də, mülki hüquq nəzəriyyəsinə əsasən fors-major dedikdə müqavilə öhdəliklərinin icra edilməsinin qeyrimümkünlüyünə səbəb olan qarşısıalınmaz qüvvə başa düşülür. Fors-major halların baş verməsi tərəfləri həmin halla əlaqədar öhdəliklərinin icra edilməməsinə görə məsuliyyətdən azad edir, eləcə də fors-major halın davam etdiyi müddətdə öhdəliyinin icra edilməsinə möhlət verilməsi üçün əsas verir. Mülki Məcəllədə qarşısıalınmaz qüvvə ilə bağlı öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən azad edilməsini nəzərdə tutan 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 10-cu bəndi fors-major hallarla bağlıdır. Həmin bəndə görə tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irəli gələn bu müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. İş materiallarından görünür ki, Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli 16 nömrəli məktubla müraciət edilərək, Respublikada karantin müddətinin tətbiqi və qeyri-iş günlərinin başlanılmasından, yəni xx.xx.2020-ci il tarixdən tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin müqaviləyə xitam verilmədən dayandırılmasını, eyni zamanda, ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılmasını zəruri və Respublikada karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsini mümkün və qanunamüvafiq hesab etdiklərini bildirmişlər. Bunun qarşılığında isə İddiaçı MMC tərəfindən (mailto:shahin.yusifov@novatek.azElektron ünvan 1) Azərbaycan Notariat Palatasına (Elektron ünvan 3) ünvanlanmış 31 mart 2020-ci il tarixli cavab (e-mail) məktubundan görünür ki, İddiaçı MMC tərəfindən yuxarıda qeyd olunan məktubu alınmış və müqaviləyə xitam verilməsinə etiraz edilməmişdir. Bununla yanaşı “karantin” qüvvədə olduğu aylar üzrə icarə haqqını simvolik məbləğə 10 AZN (əvvəl 36 AZN idi) endirilməsi barədə təklif edilmiş, həmçinin bildirilmişdir ki, bu şərtlə razılıq olunsa müqaviləyə davam etdirilməsi, razılıq olunmasa isə ofisi əvvəlki (təhvil alındığı halda) geri təhvil verilməsi tələb edilmişdir. Göründüyü kimi, artıq tərəflər arasında “fors-major” halın mövcudluğu aradan qalxmışdır, çünki Azərbaycan Notariat Palatası tərəfindən “karantin rejimi” ərəfəsində icarə ödənişinin hesablanmasının dayandırılması barədə təklif edilmiş, İddiaçı MMC isə öz növbəsində həmin təklifi qəbul etmiş, lakin qeyd olunan təkliflə çıxış etmişdir ki, Azərbaycan Notariat Palatası da həmin təklifə etiraz etməmiş və ödənişlər həyata keçirmişdir. Həmçinin Azərbaycan Notariat Palatası tərəfindən qeyri-yaşayış sahəsi boşaldılmamış və İddiaçı MMC tərəfindən həmin qeyri-yaşayış sahəsi təhvil alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri dəyişdirilmiş şərtlərlə davam etdirilmişdir ki, bu zaman “fors-major” halın mövcudluğundan söhbət belə gedə bilməz. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan halları müəyyən etməmiş və mübahisə üzrə düzgün əsaslandırma aparmamışdır. Halbuki MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsi maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətləri qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və hər iki iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Мəhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MMC (subicarəyə verən) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Azərbaycan Notariat Palatası (icarəçi) arasında 19 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən icarə hüququ ilə İddiaçı MMC-nin istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 E ünvanında yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 m2 olan qeyri-yaşayış sahəsi Azərbaycan Notariat Palatasının istifadəsinə və sahibliyinə verilmişdir. Bunun müqabilində Azərbaycan Notariat Palatası illik ƏDV xaric 42.624 manat məbləğində icarə haqqı (ƏDV daxil aylıq icarə haqqı 4191,36 manat təşkil edir) ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Notariat Palatası tərəfindən həmin müqavilə üzrə 2020-ci ilin aprel, may, iyul, avqust ayları üçün icarə haqqı ödənilməmiş, eyni zamanda 2020-ci ilin fevral ayı üçün 1589.83 ƏDV daxil, mart ayı üçün 4191.36 ƏDV daxil, iyun ayı üçün 3478.83 ƏDV daxil, sentyabr ayı üçün 2375,10 ƏDV daxil və oktyabr ayı üçün 4191.36 ƏDV daxil və noyabr ayı üçün 3476.28 ƏDV daxil manat məbləğində ödəniş edilməklə, göstərilən aylar üçün ödənişlər aparılmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25E ünvanında yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 m2 olan və binanın mərtəbə planında göstərilən (Əlavə 1) qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və bu müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Göstərilən ümumi icarə sahəsinin 111 m2 faydalı sahədir, qalan 53 m2 isə köməkçi sahə kimi sayılır; 4.1-ci bəndinə görə bu müqavilə üzrə icarə müddəti 1 il müddətinə 19 fevral 2020ci ildən 19 fevral 2021-ci ilə qədər müəyyən edilir; 5.1-ci bəndinə əsasən icarə obyektinin ümumi icarə haqqının illik məbləği 42.624 manat təşkil edir (ƏDV daxil olmamaq şərtilə). Bu məbləğ icarə obyektindən istifadəyə görə 27.866 manat icarə haqdan və müqavilənin 5.6-cı bəndində göstərilən xidmətlərə görə 14.758 manat xərcdən ibarətdir. Yeraltı parkinq mərtəbəsində icarəçinin 1 avtomobili üçün müəyyən edilmiş parkinq yerinin icarə haqqısı da həmin məbləğə daxildir (Əlavə 2); 10.1-ci bəndinə görə tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) hallarının mövcudluğundan irəli gələn bu müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar; 10.2-ci bəndinə görə bu müqavilənin 10.1-ci bəndində göstərilmiş hallar baş verdiyi təqdirdə, bu halların təsiri nəticəsində öz öhdəliklərini icra etmək tam və ya qismən iqtidarında olmayan tərəf bu hallar barədə digər tərəfə 10 gün müddətində yazılı şəkildə bildiriş göndərməyi öhdəsinə götürür. Bildirişdə bu halların xüsusiyyətləri haqqında məlumatlar və mümkün olduğu halda, bu halların tərəfin bu müqavilə üzrə öhdəliklərinin icrasının mümkünlüyünə təsir göstərməsinin qiymətləndirilməsi və öhdəliklərin icra müddəti öz əksini tapmalıdır; 10.3-cü bəndinə görə fors-major halların mövcudluğu barədə vaxtında məlumat verməmə müvafiq tərəfi gələcəkdə həmin hallara istinad etmək hüququndan məhrum edir; 10.4-cü bəndinə görə fors-major halların mövcudluğunu sübut etmək vəzifəsi həmin halların baş verməsi səbəbindən öz öhdəliklərini icra etməmiş tərəfin üzərinə düşür; 12.4-cü bəndinə görə bu müqaviləyə hər hansı əlavə və/və ya dəyişikliklər yazılı şəkildə tərtib edildiyi və hər iki tərəfdən imzalandığı təqdirdə hüquqi qüvvəyə malikdir. Müqavilə icarəyə verən və icarəçi tərəfdən imzalanmış, üzərinə tərəflərin möhürü vurulmuş və notarial qaydada təsdiq edilmişdir. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən cəmi 19.440,44 manat dəyərində xidmətlərin göstərilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Azərbaycan Notariat Palatasına göndərilmişdir. Ödəniş tapşırıqları ilə təsdiq edilir ki, Azərbaycan Notariat Palatası tərəfindən İddiaçı MMC-yə ödənişlər həyata keçirilmişdir. (İddiaçı MMC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə ödənişlərə dair qeydi göstərmişdir (1-ci cild, i.v 101) ) xx.xx.2020-ci il tarixli 26 nömrəli məktubdan görünür ki, Azərbaycan Notariat Palatası (Elektron ünvan 3) İddiaçı MMC-yə (mailto:shahin.yusifov@novatek.azElektron ünvan 1 və mailto:tural.abb@gmail.comElektron ünvan 2) müraciət edərək, Respublikada sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə bağlı tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin dayandırılmasını, eyni zamanda, ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılmasını zəruri və Respublikada karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsini mümkün və qanunamüvafiq hesab etdiklərini bildirmişlər. xx.xx.2020-ci il tarixli 39 nömrəli məktubdan görünür ki, Azərbaycan Notariat Palatası (Elektron ünvan 3) İddiaçı MMC-yə (mailto:shahin.yusifov@novatek.azElektron ünvan 1 və mailto:tural.abb@gmail.comElektron ünvan 2) müraciət edərək, Respublikada sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə bağlı tərəflər arasında bağlanılmış icarə müqaviləsinin qüvvəsinin dayandırılmasını, eyni zamanda, ofisdən istifadə edilmədiyi üçün icarə ödənişinin hesablanmasının dayandırılmasını zəruri və Respublikada sərtləşdirilmiş karantin müddəti başa çatdıqdan sonra icarənin davam etdirilməsini mümkün və qanunamüvafiq hesab etdiklərini bildirmişlər. İddiaçı MMC tərəfindən Azərbaycan Notariat Palatasına ünvanlanmış 15 aprel 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Azərbaycan Notariat Palatasından borc məbləğinin tərəflərindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına əsasən qeyd edir ki, aylıq icarə haqları öncədən bütün ay üçün ödənilsə də, bəzi ayların müəyyən dövrlərində icarə obyektindən istifadə edilməmiş, bununla bağlı İddiaçı MMC-yə yuxarıda qeyd olunan müraciətlər göndərilmişdir. Kollegiya Azərbaycan Notariat Palatası tərəfindən məhkəmə kollegiyasına təqdim etdiyi e-mail vasitəsilə göndərilən məktublara münasibətdə qeyd edir ki, həmin məktubların göndərildiyi ünvanın domeninə əsasən (mailto:shahin.yusifov@novatek.azElektron ünvan 1 və mailto:tural.abb@gmail.comElektron ünvan 2) həmin e-mail ünvanının ilkin iddiaçıya aidiyyatı olan şəxsə məxsus olması öz təsdiqini tapır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında olan yazışmalar İddiaçı MMC-nin əməkdaşları Tural Abbaslı və Şahin Yusifov tərəfindən aparılmışdır. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında Şahin Yusifovun onların əməkdaşı olmamasını, lakin Tural Abbaslının onların işçisi olmasını təsdiq etmişdir. Kollegya bununla bağlı qeyd edir ki, kollegiyanın iclasında e-2-2(103)-976/2021 saylı kommersiya işinin materialları (iddiaçı "xxxx" MMC və cavabdeh İddiaçı MMC) tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin iş üzrə araşdırma aparılarkən İddiaçı MMC-nin əməkdaşı Tural Abbaslı, Şahin Yusifov və İddiaçı MMC-nin digər işçilərinə email məktubları ünvanlanmışdır. Həmin məktublar məhz İddiaçı MMC-nin nümayəndəsi tərəfindən kommersiya işinə baxılarkən məhkəməyə təqdim edilmişdir. Bu halın mövcudluğu kollegiyaya Şahin Yusifovun İddiaçı MMC-nin əməkdaşı olması qənaətinə gəlməsinə əsas vermişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında Şahin Yusifovun və Tural Abbaslının onların əməkdaşı olsa da belə, onların müqavilə tərəfi olmadığı üçün müqavilə şərtlərini dəyişdirilməsi ilə bağlı tərəfə məktub göndərməsinə səlahiyiyyətləri yox idi. Bununla bağlı kollegiya qeyd etməyi zəruri sayır ki, tədqiq edilmiş kommersiya işindən görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmışdır. Amma "xxxx" MMC ilə bağlı bütün yazışmaları, müqaviləni imzalayan şəxslər yox, məhz Tural Abbaslı aparmışdır. Bu halın mövcudluğu da onu deməyə əsas verir ki, Şahin Yusifovun İddiaçı MMC-nin əməkdaşı olmaqla, hazırki işdə müqaviləni imzalayan şəxs olmasa da, müqavilə şərtlərini dəyişdirilməsi ilə bağlı tərəfə məktub göndərə bilməsi istisna edilmir. Tərəflər arasında “karantin rejimi” qüvvədə olduğu aylar üzrə icarə haqqını simvolik məbləğə, yəni 36 AZN əvəzinə 10 AZN-ə endirilməsi barədə yazışma faktının olması öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçıya ümumi sahəsi 164 m2 olan sahə üçün 2020-ci ilin aprel ayının 1-dən dekabr ayının 1-nə kimi 8 ay üçün hər ay 1640 manat olmaqla ümumilikdə 13120 manat ödəniş edilməli idi, lakin qarşılığında 13521,57 manat ödəniş aparılmışdır. Belə olan halda, məhkəmə kollegiyası tərəflər arasında olan simvolik məbləğdə razılıqla müəyyən edilmiş aylıq icarə haqqı məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən vəsait cavabdeh Azərbaycan Notariat Palatası tərəfindən ödənilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC ilə Azərbaycan Notariat Palatası arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdeh Azərbaycan Notariat Palatası tərəfindən ödənilmiş vəsaitlər, simvolik məbləğlə hesablanmaqla tam olaraq ödənildiyindən, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Notariat Palatasına qarşı «xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddiası təmin edilə bilməz. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin də təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Notariat Palatası artıq ödənilmiş 3.403,72 manat məbləğində pul, ödənilmiş dövlət rüsumu və xidmət haqqının İddiaçı MMC-dən tutularaq Azərbaycan Notariat Palatasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də işin qeyd olunan halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Notariat Palatası tərəfindən qarşılıqlı razılıq əsasında müəyyən edilmiş simvolik məbləğə uyğun ödənişlər həyata keçirilmiş və həmin ödənişlərin adi riyazi hesablama qaydası ilə (401.57 manat artıq) artıq olması müəyyən edilmişdir ki, kollegiya bu artıq məbləğin İddiaçı MMC-dən tutulmasını məqsədəmüvafiq saymır. Belə ki, kollegiyanın qənaətinə görə aparılan ödənişlərin artıq olması Azərbaycan Notariat Palatasının öz təşəbbüsü olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Notariat Palatasının İddiaçı MMCyə qarşı «artıq ödənilmiş pul vəsaitinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiasının da təmin edilməsi üçün əsaslar yoxdur. Tərəflər arasında yaranmış mübahisənin konteksində onların “karantin rejimi” qüvvədə olduğu aylar üzrə icarə haqqını simvolik məbləğə 10 AZN-nə endirilməsi barədə yazışma faktının olması öz təsdiqini tapdığından hər iki tərəfin apelyasiya şikayətində qeyd etdikləri dəlilləri kollegiya mülahizə xarakterli kimi qiymətləndirməklə yanaşı bu dəlillərin iş materialları ilə təsdiq edilməməsini də qeyd edir. Beləliklə məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, hər iki iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə məsrəfləri və ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı MMC və cavabdeh Azərbaycan Notariat Palatası tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1555/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Notariat Palatasına qarşı «xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbi rədd edilsin. Azərbaycan Notariat Palatasının İddiaçı MMC-yə qarşı «artıq ödənilmiş pul vəsaitinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Məhkəmə məsrəfləri və ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, İddiaçı MMC-nə verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar