Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4630/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “alimentin artırılması” hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1825/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı Xəzər Rayon Məhkəməsinin 2(003)-14574/2023 nömrəli 18 may 2023-cü il tarixli qətnaməsi üzrə Cavabdeh 11 iyun 2019-cu il təvəllüdlü X6 və 20 noyabr 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində tutulmalı olan aliment miqdarının hər bir uşağa görə 200 manatdan 235 manat məbləğinədək artırılması, Cavabdeh 11 iyun 2019-cu il təvəllüdlü X6 və 20 noyabr 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay sabit pul məbləğində 235 manat, cəmi 470 manat alimentin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə rüsum qismində ödənilmiş 61 manat məbləğində pul vəsaitinin tutulub onun xeyrinə ödənilməsi barədə iddiası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1825/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1457/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə, hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iddiaçı tərəfindən mediasiya ilə bağlı olaraq ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1457/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında 05 sentyabr 2019-cu il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 389 saylı qeyd ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 11 iyun 2019-cu il təvəllüdlü X6 və 20 noyabr 2020-ci il təvəllüdlü X10 onun yanında saxlanılmışlar. Həmin qətnamə ilə eyni zamanda Cavabdeh 06 mart 2023-cü il tarixdən başlayaraq 11 iyun 2019-cu il təvəllüdlü X6 və 20 noyabr 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh əvvəlki kimi valideynlik öhdəliyini yerinə yetirməyərək uşaqların hansı şəraitdə yaşaması ilə maraqlanmır, maddi yardım göstərmir, alimentin ödənişlərindən yayınır. Hər iki övladı körpədir, anadangəlmə ayaqlarından fiziki qüsurludurlar və müalicələri üçün kifayət qədər vəsait tələb olunur. Hal-hazırda Xəzər rayonu Şüvəlan Bağlar qəsəbəsində atasının evində 2 fiziki qüsurlu uşaqları ilə yaşayır. Atası vəfat etmiş, digər dəstəyi yoxdur. Halbuki uşaqların saxlanılmaları, onlara lazımi səviyyədə təhsil verilməsi və sair zəruri tələbatlarını ödəmək üçün daha artıq xərclər tələb olunur. Himayəsində isə həm yetkinlik yaşına çatmayan övladları, həm də yaşlı anası vardır. Bu səbəblərdən da uşaqları təkbaşına saxlamaq onun üçün bir qədər çətindir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 17; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 112; «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5, 13; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndi; «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci bəndinə istinadən qeyd edilmişdir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişikliklər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırkı halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, iddia qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1457/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.
4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1457/2023 saylı qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 389 saylı qeyd ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü-X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200,0 manat, cəmi 400,0 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 100,0 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; - Lənkəran Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 337261 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 xx.xx.2019-cu il tarixdə nikahları bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 389 nömrə ilə qeyd edildmişdir. Nikah bağlandıqdan sonra arvada İbrahimova soyadı verilmişdir;- iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır;- İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə doğulmuşdur; - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2023cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 293 N-ilə qeyd edilmişdir;- xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İbrahimova Yağmura sol bud-çanaq oynağının displariyası diaqnozu qoyulmuşdur; - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İbrahimov Uğura sağ bud-çanaq oynağının displariyası diaqnozu qoyulmuşdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, Xəzər Rayon Məhkəməsi 2(003)-1825\2024 nömrəli 10 iyun 2024-cü il tarixli qətnaməsinin dəyişdirilməsi və iddianın tam həcmdə təmin olunmasını: Xəzər Rayon Məhkəməsinin 2(003)-1457\2023 nömrəli 18 may 2023-cüil tarixli qətnaməsi üzrə Cavabdeh 11 iyun 2019-cu il təvəllüdlü X6 və 20 noyabr 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində tutulmalı olan aliment miqdarının hər bir uşağa görə 200 manatdan 235 manat məbləğinədək artırılması; Cavabdeh 11 iyun 2019-cu il təvəllüdlü X6 və 20 noyabr 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay sabit pul məbləğində 235 manat, cəmi 470 manat alimentin, 3). İlkin mediasiya sessiyasının keçirilməsinə görə rüsum qismində ödənilmiş 61 manat məbləğində və vəkilin yardımına görə qonorar qismində ödənilmiş 100 manat – cəmi əlavə xərclər qismində 161) məbləğində pul vəsaitinin tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnaməni qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “ Azərbaycan Respublikasında 2024-cü il üzrə yaşayış minimumu haqqında” Qanuna; Azərbaycan Respublikası Konstitusiyasının 17; Ailə Məcəlləsinin 75.1; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5, 13; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 115, 121, 217.3, 218.1, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh əvvəlki kimi valideynlik öhdəliyini yerinə yetirməyərək uşaqların hansı şəraitdə yaşaması ilə maraqlanmır, maddi yardım göstərmir, alimentin ödənişlərindən yayınır. Hər iki övlad körpədilər, anadangəlmə ayaqlarından fiziki qüsurludurlar və müalicələri üçün kifayət qədər vəsait tələb olunur. İddiaçı hal-hazırda Xəzər rayonu Şüvəlan Bağlar qəsəbəsində atasının evində 2 fiziki qüsurlu uşaqlarıyla yaşayır. Atası vəfat etmiş, digər dəstəyi yoxdur. Halbuki uşaqların saxlanılmaları, onlara lazımi səviyyədə təhsil verilməsi və sair zəruri tələbatlarını ödəmək üçün daha artıq xərclər tələb olunur. İddiaçının himayəsində isə həm yetkinlik yaşına çatmayan övladları, həm də yaşlı anası vardır. Bu səbəblərdən də İddiaçı uşaqları təkbaşına saxlamaq bir qədər çətindir. X1 və X2 durumlarına görə daimi diqqət tələb edirlər, çünki onlara aktiv hərəkət qadağandır, gələcəkdə təhlükəli fasadlara səbəb ola bilər. Qız övladı olan Yağmur İbrahimovanın üzərində cərrahi əməliyyatı yalnız yetkinlik yaşına çatandan sonra aparıla bilər. Hər iki uşaqlar massaj kursları keçməli, oğlan övladı olan Uğur İbrahimov isə həmçinin gələcəkdə üzgüçülüyə də getməsi məsləhət görülür. Bu səbəblərə görə də İddiaçı uşaqlara daimi qulluq etmək məcburiyyətindədir, ona görə də daimi işə düzələ bilmir, çünki uşaqları nəzarətsiz buraxmaq olmaz. Bütün bu müayinələr, müalicələr, kurslar, dərmanlar böyük vəsait tələb edir, lakin İddiaçı qeyd olunan obyektiv səbəblərdən işə çıxa bilmir. Digər maddi dəstəyi olmadığından bütün bu hallar nəticə olaraq azyaşlı uşaqların durumlarına da bilavasitə mənfi təsir göstərir. Xəzər Rayon Məhkəməsinə uşaqların səhhət durumlarına dair tibbi sənədlər (11 may 2023-cü il tarixli arayışlar) təqdim edilmiş və bu sənədlər iş materiallarına əlavə edilmişlər. Həmin arayışlardan da müəyyən olunduğu kimi, İbrahimova Yağmura sol bud-çanaq oynağının displariyası, İbrahimov Uğura isə sağ bud-çanaq oynağının displariyası diaqnozları qoyulmuşdur. Həmin 11 may 2023-cü il tarixli tibbi arayışları ilə müəyyən olunmuş hallarıcavabdeh tərəfindən mübahisələndirilməmiş və təkzib edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində 11 may 2023-cü il tarixli arayışlar qeyd olunsa da, məhkəmə nə bu arayışlara, nə də ki Yağmur və Uğur İbrahimovların göstərilən bu xüsusi diqqətəlayiq hallara hüquqi qiymət verməmiş və əsaslandırmamışdır. Halbuki, həmin hallar iddianın əsas səbəb və dəlillərindən biridirlər. Xəzər Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qətnaməsində ilkin mediasiya sessiyası ilə bağlı çəkilən xərclərə dair aşağıdakılar qeyd olunur:«İş materiallarında görünür ki, mediasiya ilə bağlı İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən mediasiya ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir». Lakin birinci instansiya məhkəməsi iddia tələblərinin hətda qismən əsaslı olması ilə razılaşsa da, ilkin mediasiya sessiyası ilə bağlı çəkilən xərclərə dair hissədə iddianın təmin olunmasından imtinasını ümumiyyətlə əsaslandırmamışdır. Xəzər Rayon Məhkəməsi bununla da prosessual yanlışlığa yol vermişdir. Eyni zamanda İddiaçı prosessual hüquqlarının məhkəmədə həyata keçirilməsi üçün yaranmış zərurətlə bağlı 10 iyun 2024-cü il tarixdə vəkillə 0322 nömrəli hüquqi xidmətinin göstərilməsinə dair müqavilə bağlamış və vəkilə qonorar qismində 100 manat məbləğində vəsait ödənilmişdir. Birinci instansiya məhkəməsində bu hallar nəzərə alınmamışdır. İşin yuxarıda sadalanmış faktiki hallardan göründüyü kimi, İddiaçı tərəfindən verilmiş hazırkı iddia «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunundan yaranmış hüquqi fürsət kimi istifadə etmək üçün cəhd deyil – həyatı zərurətdir. Birinci instansiya məhkəməsinin diqqətinə bu halları xüsusilə çatdırsa da, məhkəmə bunların nəzərə alıb-alınmasını ümumiyyətlə, əsaslandırmamışdır. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərkən, 61 manat məbləğində ilkin mediasiya sessiyasının xərclərini ödəmiş, müvafiq ödəniş qəbzi də məhkəməyə təqdim edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, iddiaçının maddi çətinliklərinin olduğunu, belə ki, atasının vəfat etdiyini, 2 uşağa anası ilə birgə baxdıqlarını və hər iki uşağın sağlamlığında problemlər olduğunu, onların daimi müalicəyə ehtiyaclarının olduğunu, uşaqlardan birinin 18 yaşına çatdıqdan sonra əməliyyat olunmalı olduğunu, lakin bu halların birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını, uşaqların mənafeyinin deyil, atanın mənafeyinin üstün tutulduğunu qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsinin dedikləri ilə razı olduğunu qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
8. Məlumatlandırılması üçün qanunvericlikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir və cavabdehin maddi vəziyyətinin ağır olması ( işsizlik və s.) isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Aliment məbləğinə dair diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş olsa da, bu təminatın bir valideyn tərəfindən həyata keçirilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Lakin, uşaqların bir valideynin yanında qalması digər valideyn tərəfindən ödənilən aliment məbləğinin müəyyən edilməsinə təsir edəcək amil kimi çıxış edir, alimentdən əlavə xərclərdə iştirakçılıq, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq bir çox hallar aliment məbləğinin müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı nəzərə alınası ciddi meyarlardır. Ona görə uşağın minimum təminat səviyyəsinə uyğun kollegiya hesab edir ki, minimum yaşayış həddi, uşağın saxlanılması üçün minimum dolanacaq xərcini əhatə edir və uşağın digər təminatları, yəni ona layiqli şəkildə baxılması, digər zəruri tələbatlarının təmin edilməsi ilə bağlı valideyn öhdəlikləri üzrə vəzifə bərabərliyi baxımından sübutetmə yükü tərəflərin üzərinə düşür. Qeyd edilənlərə görə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə münasibətdə dəyişdirilməli və apellyasiya şikayəti qismən təmin edilməlidir. 11.Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 13.Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
14. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna etmir. 15.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməli və digər xərclərin tərəflər arasında bölüşdürülməsi, habelə sübutetmə vəzifələri baxımından məhkəmə xərclərinin müəyyən edilməsi hissəsində qətnamənin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Həmçinin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. 16.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1825/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi sabit pul məbləğində müəyyən edilən alimentin miqdarı hissəsində dəyişdirilərək hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.