Məhkəmə qərarları › İş №2(103)-4638/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4638/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4638/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2678/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı açıq səhmdar cəmiyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 3444,63 manat əsas borc, 273,61 manat cərimə və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 3748,24 (üç min yeddi yüz qırx səkkiz manat iyirmi dörd qəpik) manatın alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2678/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı açıq səhmdar cəmiyəti apellyasiya şikayəti verərək, qətnaməni ləğv edərək iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış xx.xx.2016-cı il tarixli D-220- LD/16 və xx.xx.2016-cı il tarixli 229-LD/16 saylı lizinq müqavilələrinin 2.2.3-cü bəndinə əsasən, lizinq alan damazlıq heyvanlara qulluğun aparılmasını, zoobaytar xidmətlərinin vaxtlı-vaxtında həyata keçirilməsi üçün müvafiq ərazi baytarlıq orqanında qeydiyyata alınaraq müqavilə bağlamasını, saxlandığı yerin(tövlənin) zoobaytar tələblərinə tam cavab verməsini, heyvanların qorunub saxlanılmasını öhdəsinə götürmüşdür. Cavabdeh 2048,61 manat dəyərində 1 baş Simmental cinsli ********* birka nömrəli heyvanın xx.xx.2016-cı il tarixdə tələf olması barədə İddiaçı ASC-yə məlumat vermiş, Cəmiyyət müvafiq sənədlər əlavə olunmaqla sığorta ödənişlərinin ödənilməsi üçün “X3” Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş, sonuncu xx.xx.2017ci il tarixdə ləğv olunduğundan İddiaçı ASC-nin müraciəti cavabsız qalmışdır. Hesab edir ki, cavabdeh onunla bağlanmış lizinq müqaviləsinin şərtlərini kobud surətdə pozaraq müqavilənin 2.2.2-ci bəndinin şərtlərinə əsasən lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq həmin öhdəlikləri, eləcə də lizinq müqaviləsinin damazlıq heyvanlara qulluğun aparılması, zoobaytar xidmətlərinin heyvan xəstələndikdə deyil, damazlıq heyvanlar Cəmiyyətdən təhvil alındıqdan dərhal sonra, vaxtlı-vaxtında, mütəmadi olaraq həyata keçirilməsi üçün müvafiq ərazi baytarlıq orqanı ilə müqavilə bağlaması, saxlandığı yerin(tövlənin) zoobaytar tələblərinə tam cavab verməsi qorunub saxlanılması barədə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.2.3-cü və damazlıq heyvanları sağlam vəziyyətdə saxlamağa, müvafiq standartlara, təlimata uyğun yemləməyə saxlamağa borclu olması barədə 3.6-cı bəndləri ilə üzərinə götürdüyü vəzifələri, öhdəlikləri yerinə yetirilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 3.6.-cı bəndinə əsasən lizinq alan damazlıq heyvanları sağlam vəziyyətdə saxlamağa, müvafiq standartlara, təlimata uyğun yemləməyə və saxlamağa borcludur. Bu səbəblərdən, tələf olmuş heyvana gorə cavabdehin borcundan ödənilməmiş qalan 2048,61 manat məbləğ də Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 bildirdi ki, iddia tələbinin onlara heç bir aidiyyəti yoxdur. İddiaçı ASC-yə gedərkən hər dəfə onu başqa bir adam qəbul edirdi. Hər dəfə şirkət onu arxayın edirdi ki, pulun ona heç bir aidiyyəti yoxdur. Deyirdilər ki, bu mübahisə onlarla sığorta şirkətinin arasındadır. Amma sonra ona bildiriş gəldi ki, ona qarşı məhkəmədə iddia var. Ona görə də şikayət əsassız olduğundan rədd edilməlidir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “X3” Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 2015-ci il tarixli 06/15 nömrəli müqavilə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (lizinq verən) məxsus 4006 baş cins damazlıq heyvanları sığortalamışdır. Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq Cavabdeh (lizinq alan) xx xxxx 2016-cı il tarixli D-220-LD/16, xx.xx.2016-cı il tarixli 229-LD/16 nömrəli müqavilələrə əsasən 15377,81 (on beş min üç yüz yetmiş yeddi manat səksən bir qəpik) manat ilkin ödəniş etməklə, ümumi dəyəri 30755,62 (otuz min yeddi yüz əlli beş manat altmış iki qəpik) manat olan cəmi 13 baş hər birinin birka nömrəsi olan artıq sığortalanmış damazlıq heyvanları İddiaçıxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“X3” ASC-yə 13 baş damazlıq heyvanlar üçün ödədiyi sığorta haqqını lizinq alandan tutmuşdur. Cavabdeh lizinqə götürdüyü damazlıq heyvanlardan AT034430628 birka nömrəli 1 baş heyvanın tələf olması barədə lizinq verənə şifahi məlumat verdikdən sonra İddiaçıxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“X3” ASC-yə müraciət etmiş və Sığorta Şirkəti tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra 2520,18 manat məbləğində sığorta vəsaitini lizinq verənə ödəmişdir. Cavabdeh AT989599122 birka nömrəli 1 baş heyvanın tələf olması barədə şifahi məlumat verdikdən sonra İddiaçı ASC 2048.61 manat məbləğində sığorta vəsaitinin ödənilməsi üçün məktubla “X3” ASC-yə müraciət etsə də, xx.xx.2017-ci il il tarixdə “X3” ASC-nin ləğv olunması səbəbindən lizinq verənin müraciəti cavabsız qalmışdır. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticə gələrkən qənaətini belə əsaslandırmışdır ki, müqavilə şərtlərində lizinq alanın məsuliyyəti dəqiq müəyyən edilmişdir. Lizinq alan üzərinə düşən öhdəliyi yerinə yetirərək damazlıq heyvanın tələf olması barədə lizinq verənə məlumat vermiş, öz növbəsində lizinq verən və eyni zamanda sığortalı sığortaçıya məktub yazmış, lakin sığortaçı həmin məlumata cavab verməmişdir. Beləliklə, şığorta təşkilatı heyvanın tələf olması nəticəsində sığorta hadisəsi olub-olmamasını müəyyən etmədən məlumatı hərəkətsiz saxlamışdır. Belə olan təqdirdə sığorta təşkilatının sığorta hadisəsinin araşdırmaması və müvafiq nəticə verilməməsi (ödəniş və ya imtina etmək) səbəbindən lizinq alanın üzərinə əlavə öhdəlik qoyulması müqavilə şərtlərinə ziddır. Göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (sığortalı) ilə “X3” ASC arasında bağlanmış sığorta müqaviləsində lizinq alan Cavabdeh tərəf kimi çıxış etmir və buna görə də bu müqavilənin şərtlərinin pozulmasında lizinq alanın məsuliyyəti müəyyən edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi göstərilmiş, şikayətin dəlillərindən görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə yoxlanılmalı, digər şəxs(lər)ə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı şikayətində cavabdehin lizinq müqaviləsinin şərtlərini kobud surətdə pozaraq lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürməyinə baxmayaraq bunları yerinə yetirmədiyini, eləcə də damazlıq heyvanlara qulluğun aparılması, zoobaytar xidmətlərinin həyata keçirilməsi və.s üçün tədbirlər görmədiyini göstərsə də bu dəlilərin hazırki iddia tələbinə nə aidiyyəti olduğunu açıqlamır. Belə ki, əgər cavabdeh həqiqətən lizinq müqaviləsində göstərilən həmin öhdəliklərini yerinə yetirmirsə və bunun nəticəsində iddiaçının mənafeyinə zərər dəyirsə onda bu hallardan irəli gələn tələblə cavabdehə qarşı tələb irəli sürməlidir. Lakin bu dəlillərlə cavabdehə qarşı irəli sürülən hazırki tələb arasında bağlılıq görünmür. İkincisi, iddiaçı sığorta hadisəsinə görə sığortaçıdan sığorta ödənişini ala bilmədiyinə görə həmin məbləği hansı əsasla lizinq alan olan cavabdehdən tələb etməsini də açıqlamır. Yəni, sığorta hadisəsi baş verməsi təkzib edilmədiyi halda sığortaçıdan almalı olduğu sığorta ödənişini cavabdehdən hansı müqavilə şərtinə və ya normativ hüquqi akta əsasən cavabdehdən tələb etdiyini göstərmir. Sığorta şirkətinin ləğv edilməsi yaxud iddiaçının müraciətinə cavab verməməsinə, başqa sözlə sığorta ödənişini sığortaçıdan ala bilmədiyinə görə bunu cavabdehdən tələb etməsi başadüşülən deyil. Üçüncüsü, iddiaçı tələf olmuş heyvana görə tələb etdiyi məbləği cavabdehdən o zaman istəyə bilərdi ki, bu hadisə, yəni heyvanın tələf olması sığorta hadisəsi olmasın, hadisə lizinq alanın müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində baş versin. Lakin iddiaçı cavabdehin öz öhdəliklərini yeerinə yetirmədiyinə dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübut edə bilmir, heyvanın tələf olmasının sığorta hadisəsi olmadığını da ümumiyyətlə bəyan etmir. Bu vəziyyətdə onun iddiası heç bir halda əsaslı sayıla bilməz. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, onun şikayətinə münasibətdə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı açıq səhmdar cəmiyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2678/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı açıq səhmdar cəmiyətinin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar