Məhkəmə qərarları › İş №2(103)-4638/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4638/2024

17.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4638/2024 17.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "alimentin və əlavə xərclərin artırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1798/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında daxil olmuş işə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı "alimentin və əlavə xərclərin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 2(102)- 1802/2017 saylı qərarı ilə 28 may 2012-ci il təvəllüdlü X4 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində tutulan alimentin miqdarının artırılaraq, 28 may 2012-ci il təvəllüdlü X4 və 28 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər uşaq üçün hər ay 235 manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli 2(102)-3836/16 saylı qərarı ilə Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X4 və 28 may 2012-ci il təvəllüdlü X1 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə 75 manat məbləğində, ayda cəmi 150 manat tutulan pulun artırılaraq Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X4 və 28 may 2012-ci il təvəllüdlü X1 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə ayrılıqda 500 manat məbləğində, ayda cəmi 1000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödəilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1798/2024 nömrəli qətnaməsi ilə (V.V.Musayeva) iddia qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentlərin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə daxil olduğundan mülki işin Nəsimi Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır.

7. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı Cavabdeh qarşı "alimentin və əlavə xərclərin artırılması” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması və müddətin bərpa edilməsinə dair ərizəyə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar