Məhkəmə qərarları › İş №2(103)-4642/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4642/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4642/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş şikayətin apellyasiya baxışından çıxarılması barədə Nəsimi Rayon Məhkəməsinin müraciətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati işə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(007)- 2225/2021 saylı qərarı ilə təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar barəsində Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş 07.08,202l-ci il tarixli İQ N ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edildiyinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verildiyinə görə, ona dövlət orqanlarının vəzifəli şəxslərinin günahı üzündən vurulmuş ziyanın - 1 il ərzində dövlət orqanlarına və məhkəməyə gedibgəlmək üçün çəkdiyi 1300 manat xərcin, rabitədən (poşt, teleqram, telefon və s.) istifadəyə çəkdiyi 400 manat xərcin, sahibkarlıq fəaliyyətindən itirdiyi qazanca görə (əldən çıxmış fayda) 18000 manat ziyanın və 12000 manat fiziki mənəvi ziyanın, cəmi 31700 (otuz bir min yeddi yüz) manatın, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə. Heydərova) iddia qismən təmin edilərək maddi ziyana görə 250 manat, mənəvi zərərə görə isə 300 manat məbləğində pulun alınaraq iddiaçıya qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş apellyasiya icraatında olan zaman Nəsimi Rayon Məhkəməsi məktubla müraciət edərək iş üzrə qətnamədən İddiaçı tərəfindən də apellyasiya şikayəti verilməsi ilə əlaqədar olaraq işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. İddiaçı işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və 02 iyun 2023-cü il tarixli qətnamədən İddiaçı tərəfindən verilmiş şikayətlə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə 10 iyul 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və iş İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar