Məhkəmə qərarları › İş №2(103)-465/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-465/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-465/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, x6 və x4 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi x7 və Cavabdeh2-nin nümayəndəsi x3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi x1 cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-70/2018 saylı, 16 mart 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi x2 cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış 14.01.2015-ci il tarixli, 1647/15 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi, ondan və zamini Cavabdeh1 birgə qaydada iddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin xeyrinə 21722528,03 AZN əsas, 306952,11 AZN faiz, 784769,98 AZN dəbbə pulu olmaqla, cəmi ******* AZN məbləğində borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 AZN, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 32 AZN məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh2 ilə bağlanmış Sonrakı ipoteka müqavilələrinə əsasən, ekskavator “New Holland” MH City, Yolbasan “Dynapac” CA280D, Ekskavator-yükləyici “New Holland” B-115, Kombayn “New Holland” TC 5050, Yükləyici “New Holland” L-215, Avtoqreyder “Shantui” SG18-3, Avtoqreyder “New Holland” F-106.6, Traktor “New Holland” TD 90D (AZ 10V-183) və Traktor “New Holland” TD 90D (AZ 10V-182) texnikalarına yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsaitin banka olan borcun ödənilməsi, tutmanın Cavabdeh1 ilə bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 1ində 3.0 ha torpaq sahəsinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-70/2018 saylı, 16 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 ilə “xxxxxxxxxxx” ASC arasında bağlanmış 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2.172.528,03 (iki milyon yüz yetmiş iki min beş yüz iyirmi səkkiz manat üç qəpik) manat əsas borc, 306.952,11 (üç yüz altı min doqquz yüz əlli iki manat on bir qəpik) manat faiz borcu, 40.000 (qırx min) manat dəbbə pulu, cəmi 2.519.480,14 (iki milyon beş yüz on doqquz min dörd yüz səksən manat on dörd qəpik) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi x1 xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2-yə məxsus olan “New Holland” L-215 markalı, AZ OV-163 dövlət qeydiyyat nişanlı yükləyiciyə (həmin yükləyicinin ilkin satış qiymətinin 115.030 manat məbləğində müəyyən edilməsi); “New Holland” F-106.6 markalı, AZ 10U-612 dövlət qeydiyyat nişanlı avtoqreyderə (həmin avtoqreyderin ilkin satış qiymətinin 187.660 manat məbləğində müəyyən edilməsi); “New Holland” TD 90D markalı, AZ 10V-182 dövlət qeydiyyat nişanlı traktora (həmin traktorun ilkin satış qiymətinin 68.520 manat məbləğində müəyyən edilməsi); “New Holland” TD 90D markalı, AZ 10V-183 dövlət qeydiyyat nişanlı traktora (həmin traktorun ilkin satış qiymətinin 68.520 manat məbləğində müəyyən edilməsi); “Shantui” SG18-3 markalı, AZ 10V-159 dövlət qeydiyyat nişanlı avtoqreyderə (həmin avtoqreyderin ilkin satış qiymətinin 120.860 manat məbləğində müəyyən edilməsi); “DYNAPAC” CA280D markalı, 10000113AOA zavod nömrəli yolbasana (həmin yolbasanın ilkin satış qiymətinin 148.788 manat məbləğində müəyyən edilməsi); “New Holland” TC 5050 markalı, AZ 10V-164 dövlət qeydiyyat nişanlı kombayna (həmin kombaynın ilkin satış qiymətinin 100.692 manat məbləğində müəyyən edilməsi); “New Holland” B-115 markalı, AZ 10V-165 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyiciyə (həmin ekskavator-yükləyicinin ilkin satış qiymətinin 135.916 manat məbləğində müəyyən edilməsi); “New Holland” MH City markalı, AZ 10V-161 dövlət qeydiyyat nişanlı ekskavatora (həmin ekskavatorun ilkin satış qiymətinin 199.076 manat məbləğində müəyyən edilməsi); Cavabdeh1 məxsus olan ünvan 1i ünvanında yerləşən 3.0 ha torpaq sahəsinə (həmin torpaq sahəsinin ilkin satış qiymətinin 600.000 manat məbləğində müəyyən edilməsi) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi x1 borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması, ekspertiza xərci olan cəmi 500 manatın Cavabdeh2-dən tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilməsi, (VÖEN **********, Hesablaşma hesabı: AZ66AİİB********************, “xxxxxxxxxxxx” ASC-nin Nərimanov filialı; Kod: 200093; VÖEN: **********; SWİFT: AİİBAZ2X; Müxbir Hesabı: AZ37NABZ********************), iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(005)-70/2018 saylı qətnaməsinin qismən ləğv edilərək əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.01.2015-ci il tarixli 1647/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2-yə 60 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 2.425.000 manat kredit verilmişdir. Göstərilən kredit müqaviləsi üzrə ödənişlər vaxtında və tam həcmdə aparılmadığına görə hazırkı iş üzrə iddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi ƏSF Cavabdeh2-yə və Cavabdeh1 qarşı borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş məhkəmənin icraatında olduğu müddətdə cəmiyyət borclu olduğu məbləğdən 18.01.2018ci tarixdə 100.000 manat, 23.02.2018-ci il tarixdə 50.000 manat, məhkəmə qətnaməsi qəbul edildikdən sonra isə 02.04.2018-ci il tarixdə 50.000 manat, 30.04.2018-ci il tarixdə 50.000 manat, ümumilikdə 250.000 manat miqdarında ödəniş aparmış və kredit müqaviləsi üzrə gecikmələrini yeni qrafik tutulmaqla ödəmək üçün iddiaçıya müraciət etmişdir. Lakin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi qətnamə qəbul edərkən, ümumiyyətlə borclu olduqları məbləğdən ödəniş aparmalarını və bunun əsasında da faiz borcunun aşağı düşməli olmasını, qalan borclarının isə qısa zaman ərzində ödəmək niyyətlərini nəzərə almamış və qətnaməni iddiaçının tələblərinə uyğun qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(103)- 1339/2019 saylı qətnaməsi ilə Cavabdeh2-nin apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-70/2018 saylı, 16 mart 2018-ci il tarixli qətnaməsinin faiz borcunun və yekun məbləğin cəmi hissəsində dəyişdirilməsi, faiz borcunun məbləğinin 152.432,79 (yüz əlli iki min dörd yüz otuz iki manat yetmiş doqquz qəpik) manat, əsas, faiz borcun və cərimənin cəminin isə 2 364 960.82 (iki milyon üç yüz altmış dörd min doqquz yüz altmış manat, səksən iki qəpik) manat müəyyən edilməsi, həmin məbləğdən 390.000 (üç yüz doxsan min) manat miqdarında edilmiş ödənişin çıxılması və yekun kredit borcunun cəmi 1.974.960,82 (bir milyon doqquz yüz yetmiş dörd min doqquz yüz altmış manat, səksən iki qəpik) manat müəyyən edilməsi, qətnamənin apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər Cavabdeh2-dən və Cavabdeh1 145 (yüz qırx beş) manatın müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi. KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin 22 fevral 2019-cu il tarixli 2(103)-1339/2019 saylı qətnaməsini ləğv edib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.02.2019-cu il tarixli 2(103)-1339/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin kassasiya şikayətinin təmin edilməsi və kassasiya şikayətində qeyd edilən məsələlərin yenidən araşdırılması üçün apelyasiya baxışına qaytarılması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4828/2019 saylı, 03 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi x1 və Cavabdeh2-nin kassasiya şikayətləri təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yeni apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh2-nin nümayəndəsi x5 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, mühasibatlıq ekspertizası ilə 14.05.2019 və 23.04.2019-cu il tarixli ödənişlər faiz borcundan silinmişdir. Şifahi razılaşmaya əsasən əsas borcun məbləğindən silinməsi qərara alınmışdı. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x7 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, mühasibatlıq ekspertizası ilə razıdırlar. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh1 rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin borcun tutulması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materialları ilə müəyyən olunur ki, 14 yanvar 2015-ci il tarixdə Cavabdeh2 ilə “xxxxxxxxxxx” ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən MMC-yə illik 6 faiz olmaqla 60 ay müddətinə 2.425.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2-nin öhdəliklərinin təminatı kimi MMC-yə məxsus 9 ədəd texnika, Cavabdeh1 məxsus 3,0 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, eyni zamanda Cavabdeh1la zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehlərdən bankın xeyrinə 1.974.960,82 manat tutulmasını qət edib, qalan hissədə iddianın rədd olunmasını əsaslı sayarkən cavabdehlər Cavabdeh2-nin bank qarşısında öhdəliyini lazımınca icra etməməsini, faiz borcunun məbləğinin 152,432,79 manat, əsas borc, faiz borcu və cərimənin cəmi məbləğinin 2.364.960,82 manat (2.172.528,03+152.432,79+40.000=2.364.960,82) təşkil etməsini əsas göstərmiş və bununla əlaqədar həmin məbləğdən işə məhkəmə instansiyalarında baxılarkən cavabdeh tərəfindən ödənilmiş 390.000 manatı çıxmışdır. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tutulmalı olan borcun məbləğinə aid hissədə gəldiyi nəticəni işdə olan sübutlara uyğun və aydın şəkildə əsaslandırmadığından, eləcə də, ödənişlərin (390.000 manat) borcun hansı hissəsindən (əsas borc, faiz borcu və cərimə) çıxılması dəqiqləşdirilmədiyindən qətnamə qanuni sayıla bilməz. İşdən görünür ki, bank tərəfindən irəli sürülmüş dəqiqləşdirilmiş iddia ərizəsində cavabdehlərdən əsas borca görə 2.172.528,03 manat, faiz borcuna görə 306.952,11 manat, dəbbə puluna görə 784.769,98 manat tutulması tələb edilmişdir. Apelyasiya instansiyası məhkəməsi əsas borc kimi bankın tələb etdiyi məbləği, (2.172.528,03 manat) faiz borcu kimi isə ekspertin müəyyən etdiyi məbləği (152.432,79 manat) qəbul edərkən faiz borcuna aid hissədə gəldiyi nəticəni və bankın faizə görə cavabdehlərdən 306.952,11 manat tələb etməsinin əsassız olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası bankın tələb etdiyi əsas borcu (2.172.528,03 manat) və faiz borcunu (152.432,79 manat) toplayıb onların üstünə dəbbə puluna görə 40.000 manat da gəlib cəmi borcu 2.364.960,82 manat (2.172.528,03+152.437,79+40.000=2.364.96,82) müəyyən edərkən əsas və faiz borcunun üstünə hesabladığı dəbbə pulunun miqdarına aid hissədə gəldiyi nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən məhkəmədə işə baxılan ərəfədə ödənilmiş 390.000 manatı tutulmalı olan cəmi borcdan çıxarkən həmin məbləğin kredit borcunun hansı hissəsindən (əsas borc, faiz borcu və dəbbə pulu) və nə qədər çıxıldığının həmin hissələrin hər biri üzrə tutulmalı olan məbləği müəyyən etməmişdir. Apelyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq ödənilmiş məbləğlərin dəqiq müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə ekspertizası mərkəzinin 31.01.2020-ci il tarixli 31019 saylı ekspert rəyinə əsasən qərardadın çıxarıldığı 13.11.2019-cu il tarixə Cavabdeh2 tərəfindən ödənilmiş məbləğlər də nəzərə alınmaqla əsas borc 1.652.528,02 manat, faiz borcu isə 309.389,33 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yeni apelyasiya baxışı zamanı iddiaçı tərəfindən maliyyə arayışı təqdim edilmiş və həmin maliyyə arayışına əsasən əsas borc 1.652.528,03 manat, faiz borcu 248.173,78 manat, cərimə məbləği isə 414.789,72 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd olunanları və iddiaçı tərəfindən təqdim olunan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alaraq və işin hallarına Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 442, 443.1, 445, 445.2.1, 448.1, 739.1 və 739.2-ci maddələrini tətbiq etməklə, həmçinin iddia tələbindən kənara çıxmamaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız əsas borcun və bundan asılı olaraq cəmi borcun tutulması hissələrində dəyişdirilməli, cavabdehlərdən tutulan əsas borc 1.652.528,02 manat, bundan asılı olaraq cəmi borc məbləği 1.999.480,13 manat müəyyən edilməlidir. Kollegiya eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği mütənasib həddədək azaldılmışdır. Kollegiya həmçinin hesab edir ki, birinci və ikinci apelyasiya baxışı zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyərini təşkil edən 290 manat cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.1, 392-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(005)- 70/2018 saylı qətnaməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilsin. 14.01.2015-ci il tarixli 1647/15 saylı kredit müqaviləsi üzrə əsas borc 1.652.528,02 manat, bundan asılı olaraq cəmi borc məbləği 1.999.480,13 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. CavabdehlərCavabdeh2 və Cavabdeh1 müştərək qaydada 290 manat tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar