Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4652/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, LPO İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)-2203/2015 №-li qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin ləğvedicisi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)- 2203/2015 №-li qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması haqqında xx xxxx 2015-ci il tarixli 2(007)-2203/2015 №-li qərardadının ləğv olunmasına və mülki iş üzrə icraatın təzələnməsinə dair ərizəsi təmin edilməmişdir. Hazırda iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)-2203/2015 №-li qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və mülki iş üzrə icraatın təzələnib yeni baxışa təyin edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki iş üzrə icraatın təzələnməsinə dair ərizədə də göstərildiyi və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-2203/2015 nömrəli mülki iş üzrə xx xxxx 2015-ci il tarixə, saat 12.30-a təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi üzrlü səbəbdən iştirak edə bilməmişdir. Belə ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh X5 qarşı digər 2(61)-664/2015 saylı mülki iş üzrə Tərtər rayon Məhkəməsi tərəfindən eyni vaxta məhkəmə iclası təyin edildiyindən və bankın nümayəndəsi X6 həmin məhkəmə iclasında iştirak etmək üçün Tərtər rayonuna getdiyindən Nizami rayon Məhkəməsinin icraastında olan 2(007)-2203/2015 nömrəli mülki iş üzrə xx xxxx 2015-ci il tarixə, saat 12.30-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməmişdir.. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki işin icraatın təzələnməsinə dair ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilmişdir Belə ki, MPM-ə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir (maddə 185.4). İşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır (maddə 259.0.6). Kollegiya qeyd edir ki, 1-ci instansiya Məhkəməsi Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh X5 qarşı digər 2(61)-664/2015 saylı mülki iş üzrə Tərtər rayon Məhkəməsi tərəfindən eyni vaxta məhkəmə iclası təyin edilməsini və bankın nümayəndəsi X4 həmin məhkəmə iclasında iştirak etmək üçün Tərtər rayonuna getməsi səbəbindən nümayəndənin Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-2203/2015 nömrəli mülki iş üzrə xx xxxx 2015-ci il tarixə, saat 12.30-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməsini, bundan başqa Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2015-ci il 2(007)- 2203/2015 nömrəli baxılmamış saxlanılması barədə qərardadın tərəflərə göndərilməsi və göndərilən məktubun və qərardadın tərəflərə çatdırılıb- çatdırılmaması barədə iş materiallarında heç bir sənəd olmadığını araşdırmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sadalanan hallar üzrə zəruri araşdırma aparılmaqla ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)-2203/2015 №-li qərardadı ləğv edilsin. İş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4652/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4652/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver