Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4653/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4653/2022 (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı şəhəri 03 oktyabr 2022-ci il Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Azad Nizam oğlu İmanov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1001/2022 saylı 30 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən 2017-ci ilin sonu-2018-ci ilin yanvar ayı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 44.000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir.
2. İddiaçı ilə cavabdehlər arasında şifahi razılığa əsasən cavabdehlər xarici ölkədən avtomobil gətirərək onun satışını təşkil etməli və satışdan əldə olunan gəliri üç yerə bölməli idilər.
3. Avtomobillərin satışından əldə olunmuş gəlir tərəflər arasında bölünmüşdür, lakin 44.000 ABŞ dolları pulun qaytarılmadığını əsas gətirərək iddiaçı tərəfindən Nərimanov rayon Polis İdarəsinə müraciət edilmişdir.
4. Nərimanov rayon Polis İdarəsinin sabiq baş müstəntiqi, polis mayoru Pərviz Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir.
5. Həmin qərarda qeyd olunan izahatlara əsasən cavabdehlər götürmüş olduqları pul məbləğini etiraf etmişlər.Həmin qərarda işin mülki xarakterli olması səbəbi ilə mülki qayda da məhkəməyə müraciət edilməli olduğu göstərilmişdir.
6. İş materiallarında olan və tərəflərin mübahisələndirmədikləri 284 A saylı, 14 aprel 2020-ci il tarixli müqavilənin ("xxxx" X1-S.S MMC-nin) surətindən görünür ki, Sifarişçi İddiaçı və Podratçı "xxxx" MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş A yaşayışının 11-ci mərtəbəsi, ümumi sahəsi 113,5 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 51 saylı mənzilin tikintisini Podratçıya həvalə etmişdir.
7. "xxxx" X1-S.S MMC-nin 284 A saylı, 14 aprel 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının A girişi, yaşayışın 11-ci mərtəbəsi, ümumi sahəsi 113,5 m2 - dən ibarət olan, 51 saylı iki otaqlı mənzilin dəyəri üzrə İddiaçı "xxxx" MMC-yə borcu yoxdur.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 44000 ABŞ dolları məbləğində əsas pulun və həmin pul vəsaitinə görə illik 5% olmaqla (3 ilə görə) 44000 x 5% x 2=6600 ABŞ dolları məbləğində faizin (ödəniş gününə Azərbaycan manatına olan ekvivalenti ilə) və ödənilmiş 380 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən 2018-ci ilin yanvar ayından bəri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 44.000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Cavabdehlər birlikdə avtomobil gətirərək onun satışını təşkil etməli idilər. Lakin, pulun verilməsinə baxmayaraq, bugünə kimi cavabdehlər öz üzərlərinə götürdükləri öhdəlikləri icra etməmişlər. Bununla da iddiaçıya zərər vurmuşlar. Bu səbəbdən iddiaçı tərəfindən Nərimanov rayon Polis İdarəsinə müraciət edilmişdir. Nərimanov rayon Polis İdarəsinin sabiq baş müstəntiqi, polis mayoru Pərviz Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunan izahatlardan da göründüyü kimi, cavabdehlər götürmüş olduqları pul məbləğini etiraf etmişlər. Həmin qərarda işin mülki xarakterli olması səbəbi ilə mülki qaydada məhkəməyə müraciət edilməli olduğu göstərilmişdir. Göründüyü kimi, cavabdehlər iddiaçının pul vəsaitini vaxtında qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar iddiaçı əldə edə biləcəyi gəlirlərindən mərhum olmuşdur. Belə ki, həmin vəsait sahibkarlıq fəaliyyəti ilə müqayisə etmədən belə passiv gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının banklarından birinə depozit olaraq qoyulsaydı, bu müddət ərzində bankların müəyyən etdiyi faiz dərəcəsi ilə müəyyən məbləğdə gəlir əldə edə bilərdi. O cümlədən, iddiaçı həmin pul vəsaiti ilə müəyyən sahibkarlıq fəaliyyəti həyata keçirsəydi gəlir əldə edə bilərdi. Qeyd olunanlara əsasən, 44000 ABŞ dolları məbləğində əsas pul və həmin pul vəsaitinə görə illik 5% olmaqla (3 ilə görə) 44000 x 5% x 2=6600 ABŞ dolları məbləğində faizin (ödəniş gününə Azərbaycan manatına olan ekvivalenti ilə) və ödənilmiş 380 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
10. Birinci instansiya məhkəməsinn baxış iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, İddiaçı onun uzaq qohumudur, Cavabdeh1 isə onun ailəvi dostu olmuşdur. 2017-ci ilin dekabr ayında Daşqından götürdüyü 14.000 ABŞ dolları və 2018-ci ilin fevral ayında Cavabdeh1 götürdüyü 30.000 ABŞ dollar pula görə, 2018ci ilin oktyabr ayına qədər 4% olmaqla, hər ay 1760 ABŞ dolları olmaqla, 10 aya ümumilikdə 17.600 ABŞ dolları faiz pul ödəmişlər. İddiaçı ona bildirmişdir ki, yeni tikililərdə ev olsaydı, maşınını barter ederək, əvəzinə ev götürərdi. O, da, bu fikri avtosalon müdirinə təklif etmişdir. Avtosalonun müdiri Kamandar ona zəng vuraraq bildirmişdir ki, Nərimanov rayonu ərazisində yeni tiklən "xxxx" yaşayış kompleksində mənzillər satılır və eyni zamanda barter də edirlər. O, İddiaçı mənzil barədə bildirmiş, Daşqın onunla birlikdə, "xxxx" yaşayış kompleksinə gedib orada 111,2 kv.metr mənzili bəyənmişdir. Birlikdə "xxxx" yaşayış kompleksinin baş ofisinə gedib orada razılığa gəlmişdilər. Belə ki, "Mercedes Benz CLS-63 AMG" markalı avtomobili 58000 ABŞ dolları ilə qiymətləndirmişlər.Daşqına veriləcək mənzilin 1 kv.metr sahəsi 1.050 manatan hesablanmışdır. Mənzilin ümumi dəyəri 116.760 manat təşkil etmişdir.İddiaçı demək olar ki, ondan külli miqdarda faiz pulları alıb və bu o deməkdir ki, İddiaçı əsassız varlanma ilə məşğuldur.Bütün bu qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia ərizəsində cavabdehlərin iddiaçıya zərər vurulduğu göstərilsə də, işin hallarından cavabdehlər tərəfindən zərər vurulmasına dair hər hansı davranış müşahidə olunmur. Cavabdehlər tərəfindən delikt törədilməsinə dair hər hansı sübut mövcud deyil, həmçinin iddiaçı və cavabdehlər arasında müqavilə də mövcu deyil. İşin hallarına və iddiaçınının prosessual mövqeyinə əsasən tərəflər arasındakı hüquq münasibətləri əsassız varlanma ilə bağlı hüquq münasibətlərinə uyğun gəlir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İddiaçının bildirdiyinə görə cavabdehlər ona məxsus əmlakı (pulu) əldə etmişlər. İddia ərizəsində, iddiaçının cavabdehlərə pulu iddia ərizəsi məhkəməyə veriləndən 3 il əvvəl - 2018-ci ildə vermişdir, iddiaçı bununla bağlı 3 illik faiz də hesablayaraq iddia tələbinə daxil etmişdir. Mülki Məcəllənin 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddiasına münasibətdə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, e-2(006)-1001/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, tətəflər arasında 2017-2018-ci illər ərzində işgüzar münasibətlər olmuşdur.Həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehlərə müəyyən pul məbləğinin verilməsi və cavabdehlər tərəfindən ona bir qisminin geri ödənilməsi işin mübahisəsiz halıdır. Tərəflərin şifahi razılıq əsasında qazanc əldə etmək məqsədilə avtomobil satışı ilə məşğul olan zaman yaranan zərərin hansı qaydadada bölüşdürülməsinin və ya ödənilməsinin müəyyən olunması iş materialları ilə sübut olunmur. Yaranmış zərərlə bağlı cavabdehlərin iddiaçı qarşısında öhdəlik daşımaları üçün onların əməlində təqsir və ya hüquqa zidd davranış olmalıdır. Qeyd olunan hallar isə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Eyni zamanda, tərəflər arasında borc münasibətlərinin olduğunu sübut edən hər hansı mötəbər sübut da mövcud deyildir.
14. Həmçinin, iddia müddətinin ötürülməsi ilə bağlı məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Normanın mənasından göründüyü kimi, qanunvericilik bu tələb üzrə iddia müddətini deyil, kəsici müddəti nəzərdə tutur. Hazırkı mübahisədə isə əsassız varlanma halı müəyyən edilməmişdir. Odur ki, mübahisə üzrə iddia müddəti tətbiq edilə bilməz.
15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə, 386.1-ci maddəsinə, 427.3-cü maddəsinə, 442-ci maddəsinə, 445.2 və 445.2.1-ci maddələrinə, 739.1-ci maddəsinə, 739.2-ci maddəsinə, 740.1 və 740.2-ci maddələrinə, 1091.1-ci maddəsinə, 1096.1-ci maddəsinə, 1096.2-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarı və Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1001/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı tərəfindən cavadehlərə pul məbləği verilmiş və bu pul məbləğinin bir hissəsi iddiaçıya geri qaytarılmışdır. Lakin iddiaçıya qaytarılan pul məbləğinin əsas məbləğdən qaytarılması ilə bağlı məhkəmədə heç bir sübut mövcud olmasına baxmayaraq məhkəmə bu nəticəyə gəlmişdir. Bu fakt tam olaraq aydınlaşdırılmamışdır. Qaytarılan pul məbləğləri gətirilmiş avtomobillərin satışından əldə olunmuş gəlirin hissəsi olmuşdur. Əsas məbləğ isə ödənilməmişdir. Digər tərəfdən məhkəmə təqsirin yaranma əsaslarını tam olaraq aydınlaşdırmamışdır. Təqsir və ya hüquqazidd davranış cavadehlərin zərərə uğraması ilə deyil, iddiaçının pul vəsaitini qaytarmamaqları ilə müəyyənləşir. Məhkəmənin gəldiyi nəticə üçün qeyd edilən faktlar aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş hallar mövcud deyildir. Belə bir hallar mövcud olsaydı iddia təmin olunardı. Həmin hallara aiddir: Pulun verilməsi və pulun hüquqazidd olaraq qaytarılmaması, hansı ki, bu tərəflərin məhkəmədə və polis orqanında verdiyi izahatlarla sübut olunur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.İddiaçı məhkəmə kollegiyasının iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, "xxxx" Yaşayış Kompleksindən alınan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş A, yaşayışın 11-ci mərtəbəsi, ümumi sahəsi 113,5 kv/m olan izolə olunmuş 2 otaqdan ibarət 51 saylı mənzil onun adına cavabdehlər tərəfindən alınıb.Lakin 44 000 ABŞ dolları məbləğində borcun əvəzinə alınmayıb.Həmin mənzil 11 000 ABŞ dolları borcun qarşılığında əvəzləşdirilib.Yəni 44 000 yox, 11 000 ABŞ dolları borcun qarşılığında əvəzləşdirilib.Həm də cavabdehlərin onun qaynına borcu vardı. Həm qaynının, həm də onun 11 000 ABŞ dolları borcu qarşılığında əvəzləşdirilib.Həmin mənzil onun istifadəsində deyil, qaynının istifadəsindədir.44 000 ABŞ dollarının bir hissəsini Anara, bir hissəsini də Ruslana vermişdir. Ona söz verdilər ki, 1 ay müddətinə həm 44 000 ABŞ dollarını, həm də gəlirin 1/3-ni qaytaracaqlar.Gəlirdən 12.000,0 ABŞ dolları ona qazanc olaraq veriblər."xxxx" Yaşayış Kompleksindən alınan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş A, yaşayışın 11-ci mərtəbəsi, ümumi sahəsi 113,5 kv/m olan izolə olunmuş 2 otaqdan ibarət 51 saylı mənzil 11 000 ABŞ dolları borcun qarşılığında əvəzləşdirilib. Yəni 44 000 yox, 11 000 ABŞ dolları borcun qarşılığında əvəzləşdirilib.
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə və apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 bu məsələdə cavab verməli olan şəxs deyillər.Ruslan zəng vurub Daşqına deyib ki, ona 14. 000,0 ABŞ dolları pul lazımdır. Həmin pulu Anar gedib götürüb. Anar bu məsələdə bir növ kuryer rolunda olub. 14. 000 ABŞ dolları Daşqından alıb verib Ruslana. Anarın heç bir borcu yoxdur.
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 birinci instansiya məhkəməsində verdikləri izahatla oxşar izahat vermişlər.Cavabdeh2 verilən suallara cavab olaraq bildirmişdir ki, onu elə bir vəziyyətə gətirib çıxardıblar ki, bu məsələnin bitməyi üçün məcbur olub avtomobili verib onlara.Onun avtomobilinin elə təkcə gömrük rəsmiləşdirilməsi 63 000 ABŞ dolları idi.O avtomobili borcunu bağlamaq üçün dostu Raminin vasitəsilə avtosalona qoymuşdu ki, satılsın. Pandemiya dövrü olduğundan avtosalonlar zəif işləyirdi.Ona təklif gəldi ki, əgər ev olsa, dedilər ki, ev ilə onun maşını dəyiş, üstünü də özləri düzəldərlər, məsələ bitər.Həmin vaxtı onun Daşqına 14 000 ABŞ dolları borcu var idi. Həmin vaxtı ondan 1 aylıq pul götürmüşdür. Daşqın 30 000 ABŞ dolları əlbəəl Cavabdeh1 verib.O pul batmayıb. O pula Range Rover markalı avtomobil alınıb. Sadəcə sənədində problem yaranıb.O, 29 200,0 ABŞ dolları məbləğində pul vermişdir.Maşınını (Mercedes Benz markalı) vermişdir, mənzillə barter olunub. O, artıqlaması ilə borcunu da, faizi də ödəmişdir.
22. Apellyasiya baxışı zamanı məhkəmə icraatına cəlb olunmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, İddiaçı qaynıdır.Bu mübahisənin ona aidiyyəti odur ki, Ruslan onun xalası oğludur.Xalası oğlu Ruslanın maşın məsələsi var idi, o ev satanlara verdi maşını, qalan pulu da o ödəmişdir.Əvvəlcədən xalasıoğlu Ruslanın maşını var idi. Ona pul xərcləndi. O pulu da o köməklik elədi, xərclədilər. Təqribən maşının qiyməti 50. 000 ABŞ dolları idi.Maşın da vermiş, evi almaqdan ötrü hətta üstündə təqribən 30-35. 000 ABŞ dolları pul da vermişdir.Maşın xalasıoğlu Ruslanın şəxsi maşını idi.Maşın evlə barter olundu, yəni dəyişdirildi.Bununla bağlı aralarında hər-hansı bir sənəd yoxdur.Maşının markası Mercedes idi.Ruslanın ona təqribən 10-15 000 ABŞ dolları borcu yaranmışdı.40 000 ABŞ dolları maşının təmirinə vermişdir, birdə ki, ev alınanda maşının üstündə pul vermişdir ki, evi versinlər onlara.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
24. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
25. 329.3-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
26. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
29. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
30. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
31. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları:
32. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
33. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
44. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən, işin faktiki halları tam araşdırılmadığından apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
46. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərə birinci instansiya məhkəməsi Mülki Məcəllənin borc müqaviləsi üzrə münasibətləri tənzimləyən 739.2, 740.1 və 740.2-ci maddələrini tətbiq etməkdə haqlı olmamışdır.
47. Belə ki, işin araşdırılan hallarından görünür ki, “tərəflər arasında birgə fəaliyyət (şəriklik) barədə şifahi razılaşma olmuşdur. İşgüzar adətlərə uyğun olaraq şəriklik dedikdə, hər hansı bir fəaliyyətlə məşğul olan iştirakçılar arasında gəlirin və zərərin hər hansı bir formada bölüşdürülməsinə dair razılıq əldə edilməsi başa düşülür.
48. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. (Mülki Məcəllənin 14.2-ci maddəsi.)
49. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır(Mülki Məcəllənin 385.1-ci maddəsi)
50. Kollegiya qeyd edir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, onlar şifahi qaydada əqd bağlamışlar (bu fakt cavabdehlər tərəfindən də polis orqanlarında və məhkəmə iclasında təsdiq olunmuşdur) və bu zaman tərəflər arasında qarşılıqlı öhdəlik yaranmışdır.
51. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.( Mülki Məcəllənin 425.1-ci maddəsi)
52. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən sübutlar təqdim etmək vəzifəsi daşımış, lakin özünün izahatından başqa heç bir sübut təqdim etməmişdir.
53. Belə ki, İddiaçı tərəfindən 2017-ci ilin sonu-2018-ci ilin yanvar ayı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 44.000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir.
54. İddiaçı ilə cavabdehlər arasında şifahi razılığa əsasən cavabdehlər xarici ölkədən avtomobil gətirərək onun satışını təşkil etməli və satışdan əldə olunan gəliri üç yerə bölməli idilər.İddiaçı apellyasiya baxışı zamanı avtomobillərin satışından əldə olunmuş gəlirdən cavabdehlərin ona 12.000 ABŞ dolları verdiklərini etiraf etmişdir.
55. Lakin iddiaçı 44.000 ABŞ dolları pulun qaytarılmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
56. Məhkəmə iclaslarında cavabdehlər iddiaçıya olan borcları, o cümlədən 44.000 ABŞ dolları borc əvəzində avtomobillə əvəzləşdirməklə "xxxx" Yaşayış Kompleksindən iddiaçıya mənzil alıb verdiklərini bildirmişlər.
57. İş materiallarında olan və tərəflərin mübahisələndirmədikləri 284 A saylı, 14 aprel 2020-ci il tarixli müqavilənin (Evrostroy-S.S MMC-nin "xxxx" Yaşayış Kompleksi) surətindən görünür ki, Sifarişçi İddiaçı və Podratçı "xxxx" MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş A yaşayışının 11-ci mərtəbəsi, ümumi sahəsi 113,5 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 51 saylı mənzilin tikintisini Podratçıya həvalə etmişdir.
58. “Evrostroy-S.S MMC-nin ("xxxx" Yaşayış Kompleksi) 284 A saylı, 14 aprel 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının A girişi, yaşayışın 11-ci mərtəbəsi, ümumi sahəsi 113,5 m2 - dən ibarət olan, 51 saylı iki otaqlı mənzilin dəyəri üzrə İddiaçı "xxxx" MMCyə borcu yoxdur.
59. İddiaçı məhkəmə kollegiyasının iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, "xxxx" Yaşayış Kompleksindən alınan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş A, yaşayışın 11-ci mərtəbəsi, ümumi sahəsi 113,5 kv/m olan izolə olunmuş 2 otaqdan ibarət 51 saylı mənzil onun adına cavabdehlər tərəfindən alınıb.Lakin 44 000 ABŞ dolları məbləğində borcun əvəzinə alınmayıb.Həmin mənzil 11 000 ABŞ dolları borcun qarşılığında əvəzləşdirilib.Yəni 44 000 yox, 11 000 ABŞ dolları borcun qarşılığında əvəzləşdirilib.Həm də cavabdehlərin onun qaynına borcu vardı. Həm qaynının, həm də onun 11 000 ABŞ dolları borcu qarşılığında əvəzləşdirilib.Gəlirdən 12.000,0 ABŞ dolları ona qazanc olaraq veriblər.
60. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 verilən suallara cavab olaraq bildirmişdir ki, onu elə bir vəziyyətə gətirib çıxardıblar ki, bu məsələnin bitməyi üçün məcbur olub avtomobili verib onlara.Onun avtomobilinin elə təkcə gömrük rəsmiləşdirilməsi 63 000 ABŞ dolları idi.O avtomobili borcunu bağlamaq üçün dostu Raminin vasitəsilə avtosalona qoymuşdu ki, satılsın. Pandemiya dövrü olduğundan avtosalonlar zəif işləyirdi.Ona təklif gəldi ki, əgər ev olsa, dedilər ki, ev ilə onun maşını dəyiş, üstünü də özləri düzəldərlər, məsələ bitər.Maşınını (Mercedes Benz markalı) vermişdir, mənzillə barter olunub. O, artıqlaması ilə borcunu da, faizi də ödəmişdir.
61. Apellyasiya baxışı zamanı məhkəmə icraatına cəlb olunmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 ona verilən suallara cavabından müəyyən olunur ki, o, İddiaçı qaynıdır. Dediyinə görə "xxxx" Yaşayış Kompleksindən əldə olunan mənzili bəzi səbəblərdən öz adına yox Daşqının adına sənədləşdirib.Təqribən Ruslanın mənzilə əvəz verdiyi maşının qiyməti 50. 000 ABŞ dolları idi.Maşın da vermiş, evi almaqdan ötrü hətta üstündə təqribən 30-35. 000 ABŞ dolları pul da vermişdir.Maşının markası Mercedes idi.
62. Məhkəmə Kollegiyası nəzərə alır ki, iddiaçı cavabdehlərin ona digər borcu olması, yaxud mənzilin onun adına rəsmiləşdirilsə də əslində qaynı Anar Qafurova sonuncuya olan borcuna görə verilməsi, cavabdehlərin iddiaçı və onun qaynına başqa borcları olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
63. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatı qeyri-dəqiq olmuş, belə ki, "xxxx" Yaşayış Kompleksindən alınan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş A, yaşayışın 11-ci mərtəbəsi, ümumi sahəsi 113,5 kv/m olan izolə olunmuş 2 otaqdan ibarət 51 saylı mənzil almaqdan ötrü hətta üstündə təqribən 30-35. 000 ABŞ dolları pul da verdiyini bildirərkən pulun məbləğini qeyri-müəyyən bildirməklə 30- 35.000 ABŞ dolları arasında 5000 ABŞ dolları, Ruslanın ona təqribən 10-15 000 ABŞ dolları borcu yarandığını da bildirərkən bununla bağlı da izahatı qeyri-dəqiq olmaqla arada 5000 ABŞ dolları fərq olmuşdur.Qeyd edilənlərlə yanaşı dediklərini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
64. Halbuki, Azərbaycan Respublikasının MPM-nin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(Maddə 14.2, 77.1, 88)
65. Həmçinin iddiaçının qaynı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatı qeyri-dəqiq olmuş, izahatında mötəbər və təkzibedilməz sübutlara istinad edilməmişdir.
66. İddiaçı "xxxx" Yaşayış Kompleksindən alınan mənzili onun adına cavabdehlər alsa da əslində ona 11.000 ABŞ dolları borca və qaynı X3 olan borca görə mənzilin qaynına alındığını bildirsə də, nə iddiaçının izahatında qeyd etdikləri, nə də onun qaynı X2 izahatında qeyd etdikləri iş materiallarına əsasən hər hansı sübutla təsdiqini tapmamışdır.
67. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehlərə qarşı tələbi müştərək olaraq yönəlmişdir.Hansı cavabdehə hansı məbləğdə borc verdiyini göstərməməklə iddiaçı 44.000 ABŞ dolları borcu müştərək qaydada tələb edir.Həmçinin, iddiaçının adına "xxxx" Yaşayış Kompleksindən alınan mənzilin hər iki cavabdehə aid borc müqabilində alınmasını təkzib edəcək dəlillər və sübutlara istinad olunmur.İddiaçı mənzili qəbul etdikdən sonra yenə 44.000 ABŞ dolları borcunun qaldığnı bildiyi halda dediyinin təsdiqi kimi borc qalığına dair hər hansı sadə yazılı sənəd (qəbz) belə tərtib etməmişdir.
68. Halbuki, iddiaçı onun borcunu cavabdehlərin 2018-ci ildən qaytarmadıqlarını, cavabdehlərin ona qarşı vicdanlılığın tələb etdiyi tərzdə davranmadıqlarını iddia edir.
69. Qeyd edilənlərdən əlavə Kollegiya vurğulayır ki, heç iddiaçının qaynı X4 da izahatında cavabdehlərin ona hansı məbləğdə borcu olması, hansı borca görə cavabdehlərin ona mənzil alması barə dəlil və sübut göstərməmişdir.İddiaçının qaynı X4 izahatında cavabdehlərin maşın təmirinə görə ona 40.000 ABŞ dolları borcunun olduğunu bildirsə də, bu nə zaman, hansı avtomobilin təmrinə görə borcu yarandığı barədə sübutlara istinad etməmişdir.
70. Əksinə Cavabdeh2 bildirmişdir ki, qohum olduqları üçün xalası borc məsələsinə görə onun evinə gəlmiş, o da bu məsələnin bitməyi üçün məcbur olub avtomobili verib onlara mənzillə əvəzləşdirilməsi üçün.Onun avtomobilinin elə təkcə gömrük rəsmiləşdirilməsi 63 000 ABŞ dolları idi. O avtomobili borcunu bağlamaq üçün dostu Raminin vasitəsilə avtosalona qoymuşdu ki, satılsın. Pandemiya dövrü olduğundan avtosalonlar zəif işləyirdi. Ona təklif gəldi ki, əgər ev olsa, dedilər ki, ev ilə onun maşını dəyiş, üstünü də özləri düzəldərlər, məsələ bitər.Beləliklə, "xxxx" Yaşayış Kompleksindən iddiaçının adına mənzil alınaraq borc məsələsi həll olunmuşdur.
71. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatından da görünür ki, avtomobilin dəyəri təqribən 50.000 ABŞ dolları olmuşdur.
72. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri maddi və prosessual normalara uyğun qiymətləndirərək qənaətə gəlir ki, iddiaçının tələb etdiyi borc məbləği cavabdehlər tərəfindən iddiaçıya mənzil alınması (borc mənzilin dəyərinin bir hissəsini təşkil edir) ilə ödənilmiş, həmin mənzil iddiaçı tərəfindən qəbul edilərək onun adına rəsmiləşdirilmiş, iddiaçı mənzili qəbul etdikdən sonra yenə 44.000 ABŞ dolları borcunun qaldığnı iddia etsə də bu iş materialları ilə təsdiqini tapmamışdır.
73. Məhkəmə Kollegiyası 44.000 ABŞ dolları borcun tələb edilməsini əsaslı saymadığından, əlavə faizlər ödənilməsi tələbini də əsassız hesab edir.
74. Sonda məhkəmə kollegiyası iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
75. Hazırkı mübahisədən isə görünür ki, tərəflər arasında öhdəlik münasibətləri hüquqi əsalardan irəli gəlmiş, belə ki, tərəflər qarşılıqlı razılaşma (şifahi əqd) əsasında birgə fəaliyyət göstərmiş, yəni xarici ölkədən avtomobil alıb gətirib, sataraq gəlirini üç yerə bölməklə qazanc əldə etmişlər.
76. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, tərəflər arasındakı münasibət əsassız varlanmadan irəli gəlmədiyindən bununla bağlı iddia müddətinin tətbiqinə dair ərizə də əsaslı sayılmır.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, e-2(006)-1001/2022 saylı qətnaməsi ləğv olunsun. İddia tələbi rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.